polimetal

polimetal
polimerləşmək
polimetallik
OBASTAN VİKİ
Polimetal filizlər
Tərkibində bir neçə metal olan filizlərdir. Adətən, Polimetal filizlər qurğuşun, sink və mis qatışığı olan minerallardan ibarətdir. Çox hallarda tərkibində gümüş, qızıl, kadium, vismut, bəzən kobalt, qalay, indium, uran və s. metal da olur.
Ağdərə Polimetal yatağı
Ağdərə Polimetal yatağı - Azərbaycanın Naxçıvan Muxtar Respublikası ərazisində zəngin polimetal ehtiyatlarına malik olmuş yataqlardan biri. == Coğrafi mövqeyi == Ordubad şəhərindən 56 kilometr şimal-qərb istiqamətində, Aza dəmiryolu stansiyasından 25 kilometr şimalda, Zəngəzur silsiləsinin cənub qərb yamacında dəniz səviyyəsindən 2100-2500 metr yüksəklikdə yerləşir. Yataq Qaranquş-Başkənd antiklinal qırışıqlığının tağ hissəsini tutur. == Süxurların tərkibi və metal ehtiyyatları == Süxurlar profritlərdən, tuf-brekçiyalardan, tuf-konqlomeratlardan, tuf qum daşlarından ibarətdir. Alt Eosenin vulkonagen qatından təşkil olunmuşdur. Polimetal filizləşməsi lay, linza, damar və möhtəvi tiplidir. Sənaye əhəmiyyətli filiz lay formasındadır. Filiz də qurğuşun 6,6%, sink 8,9%, mis 1,0%-dir. Əsas filiz mineralları: pirit, qalenit, sfalerit, az miqdarda xalkopirit, misin törəmə mineralları da vardır. == İstismar tarixindən == Yataq 1952-ci ildən istismara verilmiş, hazırda isə istismarı dayandırılmışdır.
Gümüşlü polimetal yatağı
Gümüşlü polimetal yatağı — Şərur rayonu ərazisində, Arpaçayın aşağı axınındadır. 7-ci əsrdən tarixə məlumdur. Yataq eyniadlı antiklinalın nüvə hissəsində və cənub-qərb qanadında yerləşir. Geoloji quruluşunda Sədərək (Üst Jivet mərtəbəsi) və Danzik (Frank mərtəbəsinin aşağı hissəsi) layları (əhəngdaşı, gilli şist, qumdaşı) iştirak edir. Antiklinalın cənub-qərb qanadı törəmə qırışıqlıqla və bir çox pozulmalarla mürəkkəbləşmişdir. Filizləşmə törəmə antiklinalların eninə pozulmalarla kəsilmiş tağ hissələri ilə əlaqədardır; qalenit və sfalerit minerallarının möhtəvi və bütöv filiz yuvalarından təşkil olunmuşdur. Layvari filiz cisimləri daha çox əhəmiyyətlidir. Sədərək lay dəstəsinin əhəngdaşları iki horizont təşkil edir. Filizlərdə qurğuşun 4,5%, sink isə 0,5%-dir. Filizin mineraloji tərkibi qalenit, serusit, sfalerit və kalamindən ibarətdir.
Mehmana polimetal yatağı
Bayan mis-polimetal təzahürü
Qızqala mis-polimetal təzahürü
Dağ Kəsəmən qızıl-polimetal yatağı

Значение слова в других словарях