Polis

sığorta cəmiyyətinin onda sığorta olunan şəxsə, yaxud təşkilata verdiyi şəhadətnamə.
Polipoliya
Polis
OBASTAN VİKİ
Polis
Polis (fr. Police, q.yun. ἡ πολιτεία — dövlət, şəhər) — ictimai asayişi qorumaq üzrə dövlət xidməti sistemi. Müxtəlif ölkələrdə müxtəlif spektrdə vəzifələr yerinə yetirir. Əsas vəzifəsi cinayətkarlıqla mübarizə və yol hərəkətinin təşkilidir. Onun üzərinə obyektlərin qorunması, müəyyən sahələrdə inzibati nəzarət, dövlət orqanlarının qərarlarının yerinə yetirilməsi qoyula bilər. Həmçinin müəyyən ölkələrdə yanğın söndürmə və qəzalardan xilasetmə xidməti də polisin tabeliyindədir. Polis sistemi bəzi ölkələrdə mərkəzləşmiş (Azərbaycan, Rusiya, Türkiyə və s.), və ya qeyri-mərkəzləşmiş (Almaniya, ABŞ və s.) ola bilər. Polis orqanları bir nazirlikdə, və ya bir neçə nazirlikdə (İtaliya — "beş polis ölkəsi").
Hərbi polis
Hərbi polis — polis vəzifəsini icra edən hərbi qurum. Bəzi ölkələrdə bu qurumun əməkdaşları hərbi qulluqçulara və hərbi maşınların hərəkətinə nəzarət edir. Beləki, Azərbaycan da daxil olmaqla bu ölkələrdə hərbi qulluqçuları və hərbi maşınları mülki polis və ya mülki yol polisi saxlaya bilməz lakin,əgər ictimai asayişə zərər vurarlarsa yalnız saxlayıb (ondan heç bir sənəd vəsiqə istəyə bilməz) hərbi polisə və ya hərbi yol polisinə təqdim edə bilər. Bundan əlavə həmçinin mülki polisin vəzifələrin icra edən və hərbi rejimi təyin edə bilən (müəyyən vəzifələri icra edən) Daxili Qoşunlar və ya Jandarma kimi hərbi birləşmələrdə fəaliyyət göstərir.
Polis (antik)
Polis (q.yun. πόλις, πολιτεία — tərc. "şəhər") — şəhərətrafı mülkləri, çox sayda qeyri-bərabər hüquqlu qulları olan və özünü siyasi qurum (adətən, dövlət) şəklində təqdim edən mülki şəhər icması, Qədim Yunanıstan və Qədim Roma üçün səciyyəvi olan cəmiyyətin xüsusi təşkili forması. Müasir tarix elmində Qədim Yunanıstandakı şəhər-dövlətləri ifadə etmək üçün işlədilir.
Polis (dəqiqləşdirmə)
Polis Polis (q.yun. πόλις — "şəhər") — Qədim Yunanıstan və Qədim Roma üçün səciyyəvi olan cəmiyyətin xüsusi təşkili forması Polis — hüquq-mühafizə orqanı, ictimai asayişi qorumaq üzrə dövlət xidməti sistemi. Polis (fr. police, it. polizza sözündən) — sığorta müqaviləsinin bağlanmasını təsdiq edən və sığortaçı tərəfindən sığortalıya təqdim edilən sənəd.
Polis Akademiyası
Polis akademiyası —
Polis Hekayəsi
Polis əhvalatı (çin. 警察 故事 系列) altı rəsmi Honkonq cinayət hadisələri filmindən ibarətdir, rejissor Ceki Çan, Stenli Tonq, Benni Çan və Dinq Şen tərəfindən çəkilmiş və Reymond Çou, Leonard Ho, Ceki Çan, Barbi Tunq, Villiye Çan, Solon So və Yanq Du tərəfindən prodürserlik edilmişdir. İlk film Polis əhvalatı 14 Dekabr 1985-ci ildə yayımlandı. Filmin müvəffəqiyyəti beş seriala, rəsmi spin-offa (Super polis 2) və qeyri-rəsmi spin-offa (Detektiv) səbəb oldu. Çan, Amerika film bazarına girməsi üçün nəzərdə tutulan Himəyadarda rejissor Ceyms Qlikenhausla işləməkdə məyus bir təcrübədən sonra filmə başladı. İlk Polis əhvalatı filmi pərəstişkarları tərəfindən Çanın ən yaxşı filmlərindən biri hesab olunur. Asiyada böyük bir vuruş idi. Tərcümeyi-halına görə, mən Ceki Çanam, Çan filmi hərəkət və tryuk baxımından ən yaxşı hesab edir. Time Out-in kino tənqidçiləri, rejissorları, aktyorları və boyuk aktyorlar arasında keçirdiyi sorğuda ilk üç Polis Hekayəsi filmi səsləndirildi, Polis əhvalatı 4-cü, Polis əhvalatı 2 61-ci, və Super polis 75-ci sırada yer aldı.
Polis şiddəti
Polis şiddəti — vəzifə və məsuliyyət səlahiyyətini sui-istifadə edən polisin tətbiq etdiyi şiddətdir. Polisin vəzifəsi əsnasında nələr edib nələri edə bilməyəcəyi qanunlar, müdiriyyətlər və tüzüklerle təyin olunar. Bu vəziyyətin xaricinə çıxan polis şiddət tətbiq etmiş deməkdir. Bəzən münferit olaraq meydana gələ bilən bu hadisə bəzəndə polis bölməsi, ya da təhlükəsizlik müdirliyi əsasında sistemli ola bilər. Hadisələrdə polisin istifadə etdiyi həddindən artıq güc üzündən zərər çəkmişlər böyük zərər görməkdədir. Polisin şiddətə söykənən tutumu üçün polisin həddindən artıq stressli bir iş etdiyi, lazımlı təhsilin alınmadığı, qanunları bilmədikləri, psixoloji dəstək ala bilmədikləri, kafi texniki dəstəyə sahib ola bilmədikləri, dolanışıq dərdi kimi səbəblərlə bu cür hadisələrə səbəb olduqları düşünülməkdədir. Bunun xaricində bəzi siyasi səbəblərlə demokratiyanı özümsəyəməmiş polislər üzündən də bu cür hadisələr yaşandığı bilinməkdədir. Bunun yanında polisin şübhəlini qorumaq üçün bir çox dəfə çətinlik yaşadığı müşahidə edilməkdədir. Bu cür vəziyyətlərdən qoruna bilmək məqsədiylə polis təşkilatı xalqla əməkdaşlığına getməkdədir.
Həzi Aslanov (polis)
Həzi Arif oğlu Aslanov (1965, Bakı) — Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə baş İdarəsinin rəisi, polis general-mayoru Həzi Aslanov 1965-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1986–1988-ci illərdə SSRI Silahlı Qüvvələri sıralarında həqiqi hərbi xidmət keçmişdir. 1989-cu ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirmişdir. 1989-cu ildən Azərbaycan Respublikası Daxili işlər orqanlarında xidmət edir. 1993–2003-cü illərdə Bakı şəhəri Yasamal rayon polis idarəsinin İstintaq şöbəsinin rəisi, 2003–2005-ci illərdə Bakı şəhər Baş Polis İdarəsinin Təşkilati-İnspektor İdarəsinin rəisi vəzifələrində çalışmışdır. 2005-ci ilin sentyabr ayından Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəisi vəzifəsindədir. Azərbaycan Respublikası Prezidentinin 30 iyun 2006-cı il tarixli 1546 nömrəli Sərəncam ilə "polis general-mayoru" xüsusi rütbəsi verilmişdir. Azərbaycan Respublikası Prezidentinin 1 iyun 2008-ci il tarixli 2912 nömrəli Sərəncamı ilə "Azərbaycan Bayrağı" ordeni ilə təltif olunmuşdur. Azərbaycan Respublikası Prezidentinin 29 iyun 2018-ci il tarixli Sərəncamı ilə "Vətən uğrunda" medalı ilə təltif olunmuşdur. Hüquq elmləri üzrə fəlsəfə doktorudur.
Polis veteranı medalı
"Polis Veteranı" medalı — Azərbaycanın dövlət təltifi (medal). Azərbaycan Prezidenti İlham Əliyevin 20 aprel 2006-cı il tarixli Sərəncamına əsasən təsis edilən medaldır. “Polis veteranı” medalı bürüncdəndir, xarici diametri 32 mm olan gümüşü rəngli relyefli səkkizguşəli ulduz şəklində tərtib edilmişdir. Ortada, dairənin içində daxili işlər orqanlarının emblemi təsvir edilmiş, yuxarıda qövs boyunca “Polis veteranı” sözləri yazılmış, aşağıda yarımçevrə boyunca palıd yarpağından çələng həkk edilmişdir. Dairənin içində üfüqi diametrindən yuxarı, mərkəzdən başlayan qabarıq şüalar təsvir edilmişdir. Medalın arxa tərəfi hamar səthlidir, yuxarı qövs boyunca “Azərbaycan”, aşağı qövs boyunca “Respublikası” sözləri, mərkəzdə isə Azərbaycan Respublikası xəritəsinin konturları həkk olunmuşdur. Medal paltara bərkidilmək üçün elementi olan, 20 mmx42 mm ölçüdə, gümüşü rəngli metal lövhəyə halqa və ilgək vasitəsilə birləşdirilir. Lövhə öndən 2 hissədən ibarətdir. Üst hissə Azərbaycan Respublikası Dövlət bayrağının rənglərinə uyğun mavi, qırmızı və yaşıl rəngli bərabər enli şaquli zolaqlara bölünmüş xara lentlə örtülmüşdür. Lövhənin alt hissəsinin mərkəzində aypara və səkkizguşəli ulduz, mərkəzdən kənarlara doğru istiqamətlənmiş şüalar təsvir edilmişdir.
Polis əhvalatı
Polis əhvalatı (film, 1985)
Polis (qəzet)
Polis — 1933-cü ildən etibarən çap olunan həftəlik qəzet. Azərbaycan Daxili İşlər Nazirliyi tərəfindən 1933-cü ildə "Mübariz keşikdə" adı ilə təsis edilib. "Mübariz keşikdə" qəzeti və 1993-dən çap edilən Bakı Şəhər Baş Polis İdarəsinin "Polis" qəzeti 2021-ci ilin yanvarın 7-dən "Polis" adı altında birləşdirilib. "Polis" qəzeti "Mübariz keşikdə" qəzetinin varisi hesab edilmişdir. DİN-in orqanı "Mübariz keşikdə" qəzeti cinayətlərin qarşısının alınması və açılması, ictimai qaydanın və ictimai təhlükəsizliyin, habelə insan hüquq və azadlıqlarının təmin edilməsi sahəsində Azərbaycan Respublikası daxili işlər orqanlarının fəaliyyətini ictimaiyyətə çatdırır, nöqsan və çatışmazlıqlarla bağlı materiallar verir. Bundan əlavə, DİO əməkdaşlarının təcrübəsini yayır, əməkdaşların yaradıcılıq imkanlarından istifadə etməklə daxili işlər orqanlarının və Daxili Qoşunların fəaliyyəti barədə respublika əhalisində dolğun və obyektiv təsəvvür, sağlam ictimai rəy formalaşdırır, daxili işlər orqanlarının fəaliyyətinə dair kütləvi informasiya vasitələri ilə yayımlanan həqiqətə uyğun olmayan məlumatları müəyyən edilmiş qaydada təkzib edir. Abunə yolu ilə yayılır. Aytən Əliyeva. ""Bizim qəzet" - "Mübariz keşikdə": Azərbaycan polisinin 80 yaşlı mətbuat orqanı". modern.az (az.).
Milis (polis)
Militsiya və ya milis (rus. милиция) keçmişdə Rusiya və Sovet İttifaqı, həmçinin kimi bəzi Varşava Müqaviləsi ölkələri və Yuqoslaviya kimi keçmiş kommunist dövlətlərində, müasir dövrdə isə Belarus, Qırğızıstan, Özbəkistan və Tacikistan kimi bəzi MDB dövlətlərində polislər üçün istifadə edilən rəsmi addır. Milis Müvəqqəti Hökumətin 17 aprel 1917-ci il tarixli fərmanından irəli gələrək və erkən sovet dövründə Müvəqqəti Hökumətin və bolşeviklərin insanların özünütəşkilatlandırma ilə yeni hüquq-mühafizə orqanını əlaqələndirmək və onu çar polisindən fərqləndirmək üçün nəzərdə tutulmuşdu. Sonralar isə Oktyabr inqilabında və sovet respublikalarında bolşevizm naminə mübarizədə fəal iştirak edən mülki şəxslərdən formalaşdırılmışdır. Onun ilkin adı fəhlə-kəndli milisləri olaraq 1917-ci il oktyabr ayının 28-də (Yeni Qaydaya əsasən 10 Noyabr) yaradılmış və sonradan rəsmi adı olan Daxili İşlər Nazirliyi (MVD, MVD ) ilə əvəz edilmişdir. Rayon bölmələrinə isə şəhər, rayon, vilayət və s. daxili işlər idarəsi deyilirdi. 10 noyabr günü Sovet İttifaqında və 2011-ci ilə qədər isə Rusiyada "milis günü" kimi qeyd olunmuşdur. İkinci Dünya müharibəsindən sonra Balkanlarda və Şərq blokunda yaradılmış olan milis qüvvələri nasizmə, faşizmə və Nasist Almaniyasının işğalına qarşı mübarizə aparmış partizan adlanan mülki şəxslərdən ibarət olmuşdur. Bu təhlükəsizlik qüvvələri də bilavasitə öz ölkələrinin Daxili İşlər Nazirliyinin nəzdində fəaliyyət göstərirdi və bəzi ölkələrdə onların səlahiyyətləri və vəzifələri müxtəlif olsa da, əsasən bütün Dəmir Pərdə ölkələrində eyni idilər.
"Polis Veteranı" medalı
"Polis Veteranı" medalı — Azərbaycanın dövlət təltifi (medal). Azərbaycan Prezidenti İlham Əliyevin 20 aprel 2006-cı il tarixli Sərəncamına əsasən təsis edilən medaldır. “Polis veteranı” medalı bürüncdəndir, xarici diametri 32 mm olan gümüşü rəngli relyefli səkkizguşəli ulduz şəklində tərtib edilmişdir. Ortada, dairənin içində daxili işlər orqanlarının emblemi təsvir edilmiş, yuxarıda qövs boyunca “Polis veteranı” sözləri yazılmış, aşağıda yarımçevrə boyunca palıd yarpağından çələng həkk edilmişdir. Dairənin içində üfüqi diametrindən yuxarı, mərkəzdən başlayan qabarıq şüalar təsvir edilmişdir. Medalın arxa tərəfi hamar səthlidir, yuxarı qövs boyunca “Azərbaycan”, aşağı qövs boyunca “Respublikası” sözləri, mərkəzdə isə Azərbaycan Respublikası xəritəsinin konturları həkk olunmuşdur. Medal paltara bərkidilmək üçün elementi olan, 20 mmx42 mm ölçüdə, gümüşü rəngli metal lövhəyə halqa və ilgək vasitəsilə birləşdirilir. Lövhə öndən 2 hissədən ibarətdir. Üst hissə Azərbaycan Respublikası Dövlət bayrağının rənglərinə uyğun mavi, qırmızı və yaşıl rəngli bərabər enli şaquli zolaqlara bölünmüş xara lentlə örtülmüşdür. Lövhənin alt hissəsinin mərkəzində aypara və səkkizguşəli ulduz, mərkəzdən kənarlara doğru istiqamətlənmiş şüalar təsvir edilmişdir.
Andorra Polis Korpusu
Andorra Polis Korpusu (gürc. El Cos de Policia d’Andorra) — Andorra Knyazlığının milli polis qüvvəsi. 2007-ci ildə verilən məlumatlara əsasən, ölkənin təxminən 85 minlik əhalisinə xidmət göstərən 240 zabit var idi.
Ramiz Zeynalov (polis)
Ramiz Zeynalov (19 fevral 1951, Qovlar, Tovuz rayonu) — Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, polis general-mayoru. Zeynalov Ramiz Məhəmmədəli oğlu 1951-ci il fevralın 19-da Tovuz rayonunun Qovlar qəsəbəsində anadan olmuşdur. 1968-ci ildə Qovlar qəsəbəsi orta məktəbini, 1973-cü ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu (indiki ADİU), 1985-ci ildə isə SSRİ Daxili İşlər Nazirliyi Polis Akademiyasının Rostov filialını bitirmişdir. Əmək fəaliyyətinə 1973-cü ildə Dövlət Plan Komitəsinin Elmi-Tədqiqat İqtisad İnstitutunda elmi işçi kimi başlamışdır. 1974–1975-ci illərdə sovet ordusu sıralarında hərbi xidmətdə olmuşdur. 1975-ci ildən yenidən həmin institutda fəaliyyətini davam etdirmişdir. 1976-cı ildə daxili işlər orqanlarında işə qəbul edilmişdir. 1976-cı ildən Azərbaycan SSR Daxili İşlər Nazirliyində inspektor, Cinayət Axtarışı İdarəsində əməliyyat müvəkkili, baş əməliyyat müvəkkili, bölmə rəisi, şöbə rəisi, Baş Nəqliyyat Polis İdarəsi rəisinin əməliyyat üzrə müavini, həmin idarənin rəisi, 1994-cü ildə isə Azərbaycan Respublikası DİN Xüsusi İnspeksiyasının rəisi vəzifələrində çalışmışdır. 1994-cü ilin avqust ayından Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin rəisidir. Ailəlidir, 1 övladı var.
Sabir Məmmədov (polis)
[mənbə göstərin] Sabir Məmmədov (28 dekabr 1945, Kəngərli, Ağdam rayonu) — Xocalının 1-ci və sonuncu polis rəisi. Məmmədov Sabir Surxay oğlu 28 dekabr 1945-ci ildə Ağdam rayonunun Kəngərli kəndində anadan olub. 1952-1962-ci illərdə Göytəpə kənd orta məktəbində oxuyub. 1962-ci ildə Üzeyir Hacıbəyov adına Ağdam orta ixtisas musiqi texnikumuna daxil olub və 1966-cı ildə texnikumu bitirərək Goranboy rayon musiqi məktəbində müəllim işləyib. 1967-ci ildə ali təhsil almaq üçün H.Zərdabi adına Gəncə Dövlət Pedaqoji İnstitutuna qəbul olub, 1972-ci ildə institutu müvəffəqiyyətlə başa vurub. 1973-cü ildə hərbi xidmətə yollanıb. Hərbi xidmətdən qayıtdıqdan sonra Gəncə şəhər 1 və 3 nömrəli musiqi məktəblərində müəllim işləyib. 1971-1974-cü illərdə Gəncə şəhər Partiya Komitəsi nəzdində üç illik Marksizm-Leninizm Universitetini bitirib. Azərbaycan SSR “Bilik” cəmiyyətinin üzvü (1977), Gəncə “Kommunist” qəzetinin müxbiri, 1 nömrəli musiqi məktəbində ilk partıya təşkilatı katibi olub və dəfələrlə Həmkarlar Təşkilatının fəxri fərmanları ilə təltif olunub. 1977-ci ildə Azərbaycan KP Gəncə şəhər Komitəsinin plenumunun üzvü olub.
Çevik Polis Alayı
Çevik Polis Alayı — Azərbaycan Daxili İşlər Nazirliyinin tərkibində olan polis taktiki bölməsi. Bölmənin mərkəzi Bakı şəhərində, 8 Noyabr prospekti 69 ünvanında yerləşir. 2023-cü ildən etibarən Alay komandiri, polis general-mayoru Ramil Piriyevdir. 2006-cı ilədək Çevik Polis Bölməsi Bakı Polis İdarəsinin səlahiyyətində idi. 31 iyul 2006-cı ildə bölmə ölkə səviyyəsində işləyə bilmək üçün Daxili İşlər Nazirliyinin tabeliyinə verildi. 30 sentyabr 2017-ci ildən bəri qadın polislər də xidmətə başlayıb. Çevik Polis Alayı, 2019-cu ildəki etirazlar kimi birçox etiraz aksiyasını dağıtmaq üçün istifadə olunub.
İsmayıl Tağıyev (polis)
İsmayıl Rəsul oğlu Tağıyev (29 mart 1977 – 26 noyabr 2015) — Azərbaycanın Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyatçısı, polis serjantı, Ağır Atletika üzrə İdman ustası, Azərbaycan və Avropa çempionu (2012, veteranlar arasında). İsmayıl Rəsul oğlu Tağıyev 1977-ci il 29 mart tarixində anadan olmuşdur.Ailədə 4 uşaq 1 bacı 3 qardaş " İlham , Əlizamin , İsmayıl " idilər. Orta təhsilini anadan olduğu Lənkəran şəhərində 4 nömrəli məktəbdə Rus bölməsində almışdır. İsmayıl 1993-1997 illərdə Azərbaycan Dövlət Bədən Tərbiyəsi Akademiyasını və 2012-ci ildə Daxili İşlər Nazirliyinin Polis Akademiyasını bitirərək Hüquqşünaslıq ixtisasına yiyələnmişdir. İctimai asayişin təmin olunmasında , hüquq qaydalarının möhkəmləndirilməsində , cinayətkarlığa qarşı mübarizədə və xüsusi tapşırıqların yerinə yetirilməsində fərqləndiyinə görə dəfələrlə FƏXRİ FƏRMANLARLA və Azərbaycan Respublikası Prezidenti tərəfindən 2006-ci il 30 iyun tarixli 1545 nömrəli Sərəncamı ilə " İGİDLİYƏ GÖRƏ " medalı ilə , 27 iyun 2014-cü il tarixində Azərbaycan Respublikası Daxili İşlər Nazirinin əmri ilə "QÜSURSUZ XİDMƏTƏ GÖRƏ" medalı ilə və Azərbaycan Respublikasının Prezidentinin 2015-ci il 27 noyabr tarixli 1586 nömrəli Sərəncamı ilə "AZƏRBAYCAN BAYRAĞI " Ordeni ilə təltif edilmişdir. "Zirvə" İdman Klubunun ağır atleti idi , idman ustası , dəfələrlə Azərbaycan çempionu, beynəlxalq yarışların mükafatçısı , veteranlar arasında 2012-ci il Avropa çempionatının qızıl medalçısı idi. İsmayil Tağıyevin atası Tağıyev Rəsul Ələkbər oğlu Azərbaycan Respublikası Daxili İşlər Orqanlarında 30 il Polis Zabiti kimi xidmət etmiş və 2005-ci ildə vəfat etmişdir. Qardaşı Tağıyev İlham Rəsul oğlu Polis Kapitanıdır, 1996-cı ildən Azərbaycan Respublikası Daxili İşlər Orqanlarında xidmət edir. Abşeron rayonunun Xırdalan şəhərində yaşayırdı. Bir qızı (Məryəm), iki oğlu (İsa və Əliheydər) var.
Nazim Abdullayev (polis)
Polis Akademiyası (Azərbaycan)
Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Polis Akademiyası — zabit kadrları və sıravi polis nəfərləri hazırlayan xüsusi ali məktəb. Polis Akademiyası sıravi milis nəfərləri və komandir kadrları hazırlayan bir məktəb kimi 1921-ci ildə Azərbaycan Respublikasının Xalq Daxili İşlər Komissarlığının qərarı ilə təsis olunmuş, 1936-cı ilədək Bakı şəhərində fəaliyyət göstərmiş, 1936-cı ildən isə Mərdəkan qəsəbəsinə köçürülmüşdür. 1957-ci ildə Bakı Milis Məktəbi SSRİ DİN-in Bakı Xüsusi Orta Milis Məktəbinə çevrildi. Təhsil müddəti iki il müəyyən edilmişdi və məktəbi qurtaranlara orta təhsilli hüquqşünas diplomu verilirdi. 1957–1961-ci illərdə məktəb əyani, qiyabi şöbələr və təkmilləşdirmə kursları vasitəsilə Gürcüstan, Dağıstan, Kabarda-Balkariya, Altay, İrkutsk, Krasnodar, Kuybışev, Novosibirsk, Kemerovo, Saratov və onlarca başqa şəhərlər və respublikalar üçün peşəkar kadrlar hazırlayırdı. Azərbaycan Respublikası Prezidentinin 23 may 1992-ci il tarixli 782 saylı Fərmanı və Nazirlər Kabinetinin 9 iyun 1992-ci il tarixli 321 saylı qərarına əsasən Bakı Xüsusi Orta Milis Məktəbi zəminində Polis Akademiyası yaradıldı. Az bir müddət ərzində Akademiyaya I dərəcəli status verildi.
Polis Akademiyası (film)
Polis Akademiyası (ing. Police Academy) — 1984-cü ildə kriminal komediya janrında Hyu Vilson tərəfindən çəkilən ABŞ filmi. Şəhərin qubernatoru Polis Akademiyalarının artıq irq, cinsiyyət, boy, kilo və təhsil kimi ayrı-seçkiliyi etmədən polis olmaq istəyən hər kəsə açıq olduğunu bəyan edir. Bunu eşidən hər biri fərqli mühitlərdən gələn, bir-birindən maraqlı və fərqli şəxsiyyətlərə sahib insanlar Polis Akademiyasındakı seçmələrə qatılmaq üüçün Akademiyaya gəlirlər. Polis namizədləri bu vəziyyətdən son dərəcə məmnundur. Ancaq onları öyrətməklə məsul olan üstləri bu insanları necə yola gətirəcəklərini uzun müddət düşünməyə başlayırlar. Şagirdlərin hamısı, təhsillərini tamamlayıb yaxşı bir polis olaraq təhlükəsizlik təşkilatına qatılmağa qərarlıdırlar. Ancaq bəzilərinin gəliş səbəbi çox fərqlidir. Onlardan bəziləri ya akademiyaya yazılacaq, ya da həbsə girəcəkdir… Filmin çəkilişi cəmi 40 günə başa gəlib.
Yeni polis əhvalatı
Yeni polis əhvalatı (ing. New Police Story) — film 2004-cü ildə Benni Çanın rejissorluğu ilə döyüş janrında çəkilmişdi.Film Polis Hekayəsi seriyasının yenidən başlamasıdır. Film 24 sentyabr 2004-cü ildə Honq Konqda nümayiş olundu. Əvvəlki filmlərindən daha dramatik məqamlara malikdir. Honq Konq polisindən bir əfsanə olan müfəttiş Çan Qvokvin (Ceki Çan), Beş dəstə tutacağını açıq şəkildə bildirdi. Quldurlar Çan'in bütün şöbəsini pusquya alır və məhv edirlər. Şöbənin gənc işçiləri müfəttişin qarşısında acı bir ölümlə ölürlər. Müfəttişin özü isə sağ qalmış, mərhəmətdən daha mürəkkəb sadizmdən kənarda qalmışdır. Quldurların hesablanması tamamilə haqlıdır: sevinmək əvəzinə, Çan dərin depressiyaya və illik kədərə içinə qərq olur. Çan ilə birlikdə yeni bir komanda toplayan və bir daha Beşlik üçün axtarışa verildiyi qəribə işgüzar Frank tərəfindən yeni bir ortaq həyatda oyanır.
Polis Muzeyi (Ankara)
Polis Muzeyi — Türkiyənin Ankara şəhərində muzey. Ankaranın Çankaya ilçəsində 9 aprel 2021-ci ildə Ümumi Təhlükəsizlik Müdirliyinin Sosial Xidmətlər və Sağlamlıq şöbəsinin tərkibində özəl muzey olaraq yaradılmışdır. ilk Polis Muzeyinin açılışı 1911-ci ildə, Osmanlı dövründə, Dersaadet (İstanbul) Polis məktəbinin tərkibində planlaşdırılmışdır. Lakin müharibə şəraiti ilə əlaqədar iş dayandırılmışdır. Sənədlər və qeydlər araşdırıldıqda 1917-ci ildə toplanan paltar və avadanlıqlar İstanbul Baş Müdirlük idarəsində sərgiləndiyi bilindi. 9 aprel 2021-ci ildə Təhlükəsizlik, Sosial Xidmətlər və Səhiyyə Baş İdarəsi nəzdində ilk dəfə özəl muzey statusu ilə Türkiyədə Polis Muzeyi açıldı. Muzeydə Polis təşkilatının Osmanlı İmperatorluğundan günümüzə qədər keçdiyi mərhələlər, polisin ölkənin daxili təhlükəsizliyini təmin edərkən cinayətlə mübarizədə etdiyi üsullar, baş verən hadisələr və istifadə etdikləri avadanlıqlar sərgilənir. Muzey 6 hissədən ibarətdir. Türk polisinin tarixdəki yerinin izah edildiyi muzeyin A, B və C sərgi sahələrində qədim geyimlər, Osmanlı polisinin uniformaları, Osmanlı polis bölmələrinin maketləri, polis tarixinin xronologiyası, mühüm polis funksiyaları təqdim olunur. Türk ədəbiyyatında xidmət edən zabitlər, onlar haqqında kitablar, ilk barmaq izi və silahlar sərgiyə daxildir.
Polis Muzeyi (Tome)
Polis Muzeyi (警察資料館, Keysatsu şiryokan) – Yaponiyanın Miyaqi prefekturasının Tome şəhərində yerləşən polis muzeyi. Muzey Tome polis məntəqəsinin keçmiş binasında yerləşir. Binanın tikintisinə 1887-ci ildə başlanılmış, 1889-cu ilin aprelində tamamlanmışdır. Memarı Tome liseyini (hazırda Təhsil Muzeyi) tikdirmiş Kisaburo Yamazoe olmuşdur. 1968-ci ildə Tome polis məntəqəsi üçün yeni binanın tikilməsindən sonra bina ticarət palatası tərəfindən istifadə olunmuşdur. 1986-cı ildə ticarət palatasının başqa binaya köçürülməsindən sonra binada restavrasiya işlərinə başlanılmışdır. Restavrasiya işləri zamanı binanın Meyci dövründən qalma təcridxananın bünövrəsi aşkar edilmiş və bərpa olunmuşdur. Yenidənqurma işlərindən sonra 1987-ci ilin oktyabrında Yaponiyanın ilk polis muzeyi kimi açılmışdır. Muzey binası ağ fasadlı, kirəmit damlı, taxtadan tikilmiş ikimərtəbəli tikilidir. İkinci mərtəbədə eyvan yerləşir.
Polis Akademiyası (Türkiyə)
Polis Akademiyası — Türkiyənin Ankara şəhərində dövlət universiteti. Universitet polis məmurlarının hazırlanmasına həsr olunmuş dövlət ali təhsil müəssisəsidir. == Tarixi == 1937-ci ildə Polis Akademiyası Polis İnstitutu adı ilə yaradılanda onun məqsədi polis əməkdaşlarına bir illik ixtisasartırma kursu keçmək idi. 1940-cı ildən iki illik kollec, 1962-ci ildən sonra isə 3 illik ümumi kollec oldu. 1984-cü ildən bakalavr təhsili verən məktəbin adı dəyişdirilərək Polis Akademiyası oldu. 1991-ci ildə Polis Akademiyasının tərkibində fakultələr və Peşə məktəbləri (FYO )adlı struktur yaradıldı və tələbələr FYO-ya rəsmən qəbul olunmağa başladılar. 2001-ci ildə aparılan yeni restrukturizasiyadan sonra Polis Akademiyasının 4 illik bakalavr təhsili funksiyası Təhlükəsizlik Elmləri Fakültəsinə verildi. Akademiya özünün Təhlükəsizlik Elmləri İnstitutu, Təhlükəsizlik Elmləri fakültəsi, müxtəlif vilayətlərdə 24 Polis Peşə Məktəbi, fakültə və kollec şöbələri ilə universitet statusu qazanmışdır. Doktorantura təhsili 2006-cı ildə başlamışdır. Baş Mühafizə İdarəsinin nəzdində fəaliyyət göstərən akademiyanın əsas məqsədi ictimai təhlükəsizliyi təmin etmək üçün ixtisaslı polislər hazırlamaq, təhlükəsizlik və məhkəmə ekspertizası sahələrində yüksək təhsil səviyyəsinə malik olan kadrların hazırlanmasıdır.
Gəncə Baş Polis İdarəsi
Gəncə Şəhər Baş Polis İdarəsi — Azərbaycan prezidenti İlham Əliyevin "Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin əsasnaməsi və strukturunun təsdiq edilməsi haqqında" dövlət başçısının 2001-ci il 30 iyun tarixli fərmanına dəyişiklik edilməsi barədə 25 iyun 2011-ci il tarixində imzaladığı fərmana əsasən Gəncə Şəhər Polis İdarəsi Gəncə Şəhər Baş Polis İdarəsi adlandırılmışdır.
Gəncə Şəhər Baş Polis İdarəsi

Gəncə Şəhər Polis İdarəsi

Los-Anceles Polis Departamenti
Los-Anceles Polis Departamenti — Amerika Birləşmiş Ştatlarının Los-Anceles şəhərinin polis təşkilatı. On mindən çox məmuru və üç mindən çox vətəndaş personalı var. 3.8 milyonluq əhali və 1.290 km²-lik sahədən məsul olan bu təşkilat; Amerika Birləşmiş Ştatlarındakı ən böyük hüquq mühafizə orqanlarndan biridir. Tarixi boyunca saysız filmdə və televiziya seriallarında mövzu edilən LAPD, bir çox dəfə irqçilik və sui-istifadə iddialarına məruz qaldı və mübahisəli müzakirələrə gətirib çıxardı. Ümumi birləşmiş xilasetmə xidməti olan 911 fəaliyyət göstərir,bu xidmət yanğın,cinayət,xilasetmə fəaliyyətlərin yerinə yetirir.
Los Anceles Polis Departamenti

Nyu-York Polis Departamenti
New York Şəhəri bələdiyyəsinə bağlı polis təşkilatıdır. 1845-də London Metropol Polisinin şəklində yaradıldı. Hal-hazırda aşağı yuxarı 37.000 polis məmurundan ibarətdir, beləcə NYPD Birləşmiş Dövlətlərinin ən böyük polis təşkilatıdır; 13.619 məmurdan ibarət olan Çikaqo Polis Təşkilatı ilə 9.500 məmurdan ibarət olan Los-Anceles Polis Departamenti tərəfindən izlənilər. Qərargahı 1 Police Plaza ünvanında yerləşir.
Nyu York Polis Departamenti

Polis Akademiyası (cizgi serialı, 1988)
Polis Akademiyası: Seriyalar və ya Polis Akademiyası: Animasiya seriyaları (ing. Police Academy: The Series, ing. Police Academy: The Animated Series) — 1988-ci ildə çəkilən cizgi serialıdır. Polis Akademiyası — Internet Movie Database saytında.
Polis Akademiyası (film, 1984)
Polis Akademiyası (ing. Police Academy) — 1984-cü ildə kriminal komediya janrında Hyu Vilson tərəfindən çəkilən ABŞ filmi. Şəhərin qubernatoru Polis Akademiyalarının artıq irq, cinsiyyət, boy, kilo və təhsil kimi ayrı-seçkiliyi etmədən polis olmaq istəyən hər kəsə açıq olduğunu bəyan edir. Bunu eşidən hər biri fərqli mühitlərdən gələn, bir-birindən maraqlı və fərqli şəxsiyyətlərə sahib insanlar Polis Akademiyasındakı seçmələrə qatılmaq üüçün Akademiyaya gəlirlər. Polis namizədləri bu vəziyyətdən son dərəcə məmnundur. Ancaq onları öyrətməklə məsul olan üstləri bu insanları necə yola gətirəcəklərini uzun müddət düşünməyə başlayırlar. Şagirdlərin hamısı, təhsillərini tamamlayıb yaxşı bir polis olaraq təhlükəsizlik təşkilatına qatılmağa qərarlıdırlar. Ancaq bəzilərinin gəliş səbəbi çox fərqlidir. Onlardan bəziləri ya akademiyaya yazılacaq, ya da həbsə girəcəkdir… Filmin çəkilişi cəmi 40 günə başa gəlib.
Polis Akademiyası 2 (film, 1985)
Polis Akademiyası 2: Onların ilk tapşırığı (ing. Police Academy 2: Their First Assignment) — 1985-ci ildə kriminal komediya janrında Cerri Paris tərəfindən çəkilən ABŞ filmidir. Akademiyada məzun olan tələbələr, artıq bir polis olaraq vəzifə başındadır. Ancaq Los Anceles şəhərində çıxan hadisələr qarşısında Təhlükəsizlik Təşkilatı müvəffəqiyyət göstərməyincə Polis Akademiyasına müraciət edirlər. Akademiyanın yaşlı müdiri komandir Lassard, bundan sonra köhnə şagirdlərindən kömək istəyir... Polis Akademiyası 2 — Internet Movie Database saytında.
Polis Akademiyası 3 (film, 1986)
Polis Akademiyası 2: Geri təlimə (ing. Police Academy 3: Back in Training) — 1986-cı ildə kriminal komediya janrında Cerri Paris tərəfindən çəkilən ABŞ filmidir. Bir əyalətdə iki Polis Akademiyasının gərəksiz olduğunu düşünən Vali Neilson, məktəblərdən birinin təhsilə davam edəcəyini bildirir və Komandir Lassardın hər biri fərqli şəxsiyyətlərə sahib olan polis namizədləri ilə Komandir Mauserin qaydalara bağlı, güclü dənizçiləri arasında gülməli bir mübarizə başlayır... Polis Akademiyası 3 — Internet Movie Database saytında.
Polis Akademiyası 4 (film, 1987)
Polis Akademiyası 4: Vətəndaşlar patrulda (ing. Police Academy 4: Citizens On Patrol) — 1987-ci ildə kriminal komediya janrında Cim Dreyk tərəfindən çəkilən ABŞ filmidir. Hər cür günahın bir yaşandığı Los-Anceles şəhərini quldurlardan təmizləməyə and içmiş, cəsur amma bir az qorxaq qəhrəmanlarımız, eyni zamanda da polis olmağı öyrəndikləri akademiyalarını yaşatma döyüşü içindədirlər. Yaşlı müdir Lassard, həm cinayətə qarşı daha güclü olmaq, həm də Polis Akademiyasının vacibliyini isbat etmək üçün xalqı öyrədib onları da polis təşkilatının bir parçası halına gətirmək lazım olduğunu düşünür. Bunun üçün də köhnə məzunlarını köməyə çağırır. Amma zəncisi, ağı, gülməlisi, dəlisi ilə dolu olan Los Anceles xalqını öyrətmək heç də asan olmayacaqdır... Polis Akademiyası 4 — Internet Movie Database saytında.
Polis Akademiyası 5 (film, 1988)
Polis Akademiyası 5: Tapşırıq: Mayami Biç (ing. Police Academy 5: Assignment: Miami Beach) — 1988-ci ildə kriminal komediya janrında Alan Mayerson tərəfindən çəkilən ABŞ filmidir. Seriyanın bu hissəsində qəhrəmanlar Mayamiyə bir mükafat mərasiminə dəvət olunurlar. Həm mükafat, həm də tətil üçün məşhur tətil cənnəti və turizm şəhəri olan Mayamiyə gəlirlər. Ancaq Mayamiyə gələndə hava limanında Lassard səhvən 3 milyon dollar dəyərində almaz olan çantanı alan kimi, ləl-cəvahirat oğruları arasında çaxnaşma başlayır. Çünki komandir Lassardın çantası bir ləl-cəvahirat oğrusunun çantası ilə bir-birinə qarışır. Bunun üçün Lassardı qaçırıb çantaya qovuşmaq istəyirlər və bu istədikləri kimi baş tutur. Lassard isə özünü qaçıranlar polis olduqlarını, manevr etdiklərini zənn edir və bu çox xoşuna gəlir. Buna görə oğruların işini asanlaşdıracaq məsləhətlər verir, onlara köməkçi olur və onu qurtarmaq istəyən qəhrəmanların işi də çətinləşir... Polis Akademiyası 5 — Internet Movie Database saytında.
Polis Akademiyası 6 (film, 1989)
Polis Akademiyası 6: Mühasirədə şəhər (ing. Police Academy 6: City Under Siege) — 1989-cu ildə kriminal komediya janrında Piter Bonerz tərəfindən çəkilən ABŞ filmidir. Kriminal banda tərəfindən hazırlanan "Xaos əməliyyatı" adlı planı şəhər üçün müxtəlif fəlakətlər törədəcəklər. Şəhər əhalisinin isə bundan xəbəri yoxdur. Amma şəhər əhalisinə həmişəki kimi Polis Akademiyasının gülməli polisləri kömək edəcəkdir... Polis Akademiyası 6 — Internet Movie Database saytında.
Polis Akademiyası 7 (film, 1994)
Polis Akademiyası 7: Moskvada missiya (ing. Police Academy: Mission to Moscow) — 1994-cü ildə kriminal komediya janrında Alan Metter tərəfindən çəkilən ABŞ filmidir. Polis Akademiyasının gülməli polisləri bu dəfə Moskva şəhərindədirlər. Onlar Konstantin Kanalyanı tutmaq niyyətindədirlər. Konstantinin başçılığı ilə bandasına çoxlu pul qazandıran oyunu dünya ölkələrinə buraxmışdır. Ona kompüter ustası işləyir. Kompüter ustası bütün bank yerlərinə girmək üçün xüsusi proqram hazırlamışdır. Konstantini dayandırmaq üçün Polis Akademiyasının polisləri onun izinə düşməyə çalışırlar... Polis Akademiyası 7 — Internet Movie Database saytında.
Polis Əhvalatı (film seriyası)
Polis əhvalatı (çin. 警察 故事 系列) altı rəsmi Honkonq cinayət hadisələri filmindən ibarətdir, rejissor Ceki Çan, Stenli Tonq, Benni Çan və Dinq Şen tərəfindən çəkilmiş və Reymond Çou, Leonard Ho, Ceki Çan, Barbi Tunq, Villiye Çan, Solon So və Yanq Du tərəfindən prodürserlik edilmişdir. İlk film Polis əhvalatı 14 Dekabr 1985-ci ildə yayımlandı. Filmin müvəffəqiyyəti beş seriala, rəsmi spin-offa (Super polis 2) və qeyri-rəsmi spin-offa (Detektiv) səbəb oldu. Çan, Amerika film bazarına girməsi üçün nəzərdə tutulan Himəyadarda rejissor Ceyms Qlikenhausla işləməkdə məyus bir təcrübədən sonra filmə başladı. İlk Polis əhvalatı filmi pərəstişkarları tərəfindən Çanın ən yaxşı filmlərindən biri hesab olunur. Asiyada böyük bir vuruş idi. Tərcümeyi-halına görə, mən Ceki Çanam, Çan filmi hərəkət və tryuk baxımından ən yaxşı hesab edir. Time Out-in kino tənqidçiləri, rejissorları, aktyorları və boyuk aktyorlar arasında keçirdiyi sorğuda ilk üç Polis Hekayəsi filmi səsləndirildi, Polis əhvalatı 4-cü, Polis əhvalatı 2 61-ci, və Super polis 75-ci sırada yer aldı.

Значение слова в других словарях