poni
pontifik
OBASTAN VİKİ
Anatoli Ponomaryov
Anatoli Ponomaryov — İsveç və Azərbaycan futbolçusu. == Həyatı == Azərbaycan milli futbol komandasının yarımmüdafiəçisi və "Bakı"nın sabiq futbolçusu olan Anatoli Ponomaryov "Kalmar" ilə İsveç çempionatının bürünc medalını qazanıb. İqor Ponomaryovun oğludur.
Oleksandr Ponomaryov
Oleksandr Ponomaryov (ukr. Олександр Пономарьов); d. 9 avqust 1973, Xmelnitski, Ukrayna, USSR, SSRİ) — Ukrayna müğənnisi. Ukrayna Respublikasının Xalq Artistidir. == Karyerası == 1992-ci ildən peşəkar solo karyerasına başlayan müğənni, 7 dəfə "İlin Ən Yaxşı Müğənnisi" mükafatına layiq görülüb. 2003-cü ildə Ukraynanı Eurovision 2003 mahnı müsabiqəsində təmsil etmiş və 14-cü olmuşdur. 2021-ci ildə Oleksandr Ponomaryov digər məşhur rəssam Mykhailo Khoma ilə fəal əməkdaşlığa başladı. Birlikdə hitə çevrilən bir neçə mahnı yazdılar. Onlardan ən məşhuru "Pazly" mahnısıdır. == Albomları == === Z ranku do nochi (From Morning Till Night) (1996) === 1.
Ruslan Ponomariov
Ruslan Ponomariov (rus. Руслан Пономарьов; 11 oktyabr 1983, Qorlivka, Donetsk vilayəti) — Ukrayna şahmatçısı. 2007-ci ilin yanvarında FİDE-nin reytinqində 2723 xalla 14-cü yerdə, Ukraynada isə Vasili İvançukun ardından 2-ci yerdə idi. == Uğurları == === 1983–2002 === Ponomariov Ukraynanın Qorlivka şəhərində anadan olmuşdur. 1994-cü ildə 12 yaşlılar arasında Dünya çempionatında 3-cü yeri qazanmışdır. Bir il sonra isə bu turnirdə birinci olmuşdur. 1996-cı ildə cəmi 12 yaşında ikən 18 yaşlılar arasında Avropa çempionu titulunu qazanmışdır. 2 il sonra "Qrandmaster" titulu almışdır. Ponomariov indiyə qədər bu titulu qazanan ən gənc şahmat oyunçusudur. Digər diqqət çəkən uğurları arasında 1998-ci ildə Donestk bölgəsi çempionluğu, Avropa Klub Kuboku 2000 turnirində 5/7-lik nəticəsi, Torshavn 2000 turnirində 7,5/9-lik nəticəsi, 2001 İstanbul Şahmat Olimpiadasında 8,5/11-lik nəticə ilə qazandığı qızıl medal və Kramatorsk 2001 kubokunda 7/10-lik nəticə ilə qazandığı çempionluq var.
Ruslan Ponomaryov

İqor Ponomaryov
İqor Ponomaryov — Azərbaycanın futbol mütəxəssisi == Həyatı == 24 fevral 1960-cı ildə Bakıda doğulan İqor Ponomaryov Neftçi Bakı klubunun üzvü kimi SSRİ-nin olimpiya yığmasının tərkibində 1988-ci il Seul olimpiadasında qızıl medal qazanıb. Sonradan İsveçə yollanan Ponomaryov yerli "Norrçyopinq" komandasında çıxış edib. Baş məşqçi karyerası ərzində isə o, Azərbaycan yığması, Qarabağ və Xəzər-Lənkəran, eləcə də Rusiyanın "Maşuk-KMV" komandalarına rəhbərlik edib. Anatoli Ponomaryovun atasıdır.
Lidiya Ponomarenko
Lidiya Ponomarenko (ukr. Пономаренко Лідія Антонівна; 16 fevral 1922, Artyom[d] – 3 dekabr 2013, Kiyev) — Ukraynalı diyarşunas, Kiyev və Ukrayna tarixçisi, tarixi topoqrafiya və şəhər toponimikasının tədqiqatçısı, Kiyev küçələrinin adlarına dair ensiklopedik məlumat kitabının həmmüəllifi. == Bioqrafiyası == Artyom mədənində şaxtaçı ailəsində anadan olmuşdur. 1939-cu ildə Krasnodonda orta məktəbi, 1949-cu ildə Moskva Geodeziya, Aerofotoqrafiya və Kartoqrafiya Mühəndisləri İnstitutunu (aerofotoqrafik geodeziya mühəndisi) bitirib. Novoşaxtinsk, Kadievkada öz ixtisası üzrə işləmişdir. 1959-cu ildən Kiyevdə ömrünün sonuna qədər yaşamış və işləmişdir. O, Kiyev Universitetinin aero üsulları laboratoriyasının əməkdaşı olub, müxtəlif institutlarda geodeziya və topoqrafiya ilə məşğul olmuşdur. 1967-1970-ci illərdə Elmi-Texniki İnformasiya İnstitutunda elmi işçi kimi fəaliyyət göstərmişdir. 1970-ci ildən tarixi topoqrafiya və kartoqrafiya ilə peşəkar şəkildə məşğul olur. Ukrayna SSR Elmlər Akademiyasının Tarix İnstitutunun böyük mühəndis-kartoqrafı (1970–1982) kimi fəaliyyət göstərir.
Vladimir Ponomaryov
Vladimir Alekseyeviç Ponomaryov (rus. Владимир Алексеевич Пономарёв; 13 iyun 1959, Semey) — Rusiya hərbçisi, Ermənistan tərəfindən Birinci Qarabağ müharibəsinin iştirakçısı, Xocalı soyqırımını törədənlərdən biri. == Həyatı == Vladimir Alekseyeviç Ponomaryov 13 iyun 1959-cu ildə Qazaxıstan SSR-nin Semipalatinsk şəhərində anadan olmuşdur. 1980-ci ildə Novosibirsk Ali Ümumqoşun Hərbi-Siyasi Məktəbini bitirmişdir. 1980–1986-cı illərdə Əfqanıstanda, 1988–1992-ci illərdə Dağlıq Qarabağda Zaqafqaziya Hərbi Dairəsinin 4-cü ordusunun, 2-ci motoatıcı diviziyasının 366-cı alayında xidmət keçmişdir. Birinci Qarabağ müharibəsində iştirak etmişdir, Xocalı soyqırımını törədənlərdən biri olmuşdur. O, özünün və ümumiyyətlə 366-cı alayın bu soyqırımında iştirak etdiyini inkar etmişdir. 2000-ci ildə Kemerovo Dövlət Universitetinin tarix fakültəsini, 2009-cu ildə Moskva İdarəetmə və Hüquq İnstitutunu bitirib. Maraq dairəsinə daxil olan sahələr terrorçuluğun fəlsəfəsi və problemləri, Azərbaycan–Ermənistan münasibətlərinin hazırkı vəziyyəti və Dağlıq Qarabağdakı etnosiyasi münaqişənin həlli prosesidir. 30 yanvar 2013-cü ildə Ermənistan Müdafiə Nazirliyinin Milli Strateji Tədqiqatlar İnstitutunda "1988–1992-ci illərdə Dağlıq Qarabağ münaqişəsinin dinamikası" mövzusunda dissertasiya müdafiə edərək, tarix elmləri namizədi alimlik dərəcəsi almışdır.