Makroiqtisadi populizm
Makroiqtisadi populizm — ilk dəfə 1990-cı ildə Rudi Dornbuş və Sebastian Eduards tərəfindən hazırlanmış yazılı məruzədə işlədilən termin. Bu termin, bir çox Latın Amerikası hökumətləri tərəfindən yeridilən siyasətlərə istinad edir. Bu siyasətlərin xarakterik cəhəti dövlət xərcləri və real əmək haqqının qeyri-davamlı şəkildə artaraq inflyasiyaya, ardınca staqflyasiyaya və ən sonda isə real əmək haqqının, hətta populist dövr başlamazdan əvvəl olduğundan da daha aşağı səviyyədə olduğu iqtisadi böhrana səbəb olmasıdır. Bu yazılı məruzə, Salvador Alyendenin rəhbərlik etdiyi Çilini və Alan Qarsiyanın Perudakı ilk hakimiyyət dövrünü nümunə kimi göstərir. 1991-ci ildə Dornbuş və Eduards "Latın Amerikasında populizmin makoiqtisadiyyatı" adında kitab nəşr etdilər. Bu kitabda bir neçə fərqli ölkədəki vəziyyət, o cümlədən 1973-1976-cı illərin Argentinası, 1970-1982-ci illərin Meksikası və ümumi Braziliya təhlil edilir.
2014-cü ildə Pol Kruqman, Kristina Fernandez de Kirşnerin rəhbərlik etdiyi Argentinanın yeritdiyi siyasətləri və Venesuelanı makroiqtisadi populizmin yeni halları kimi qeyd edirdi. 2014-cü ildə o, mühazirə zamanı Argentinaya tərəf olan hücumları düzgün qarşılamadığını demiş və həmçinin bunların ona "müəyyən qədər büdcə-vergi (fiskal) siyasəti və pul-kredit (monetar) siyasətindən kənar qalmış" kimi göründüyü də qeyd etmişdir.
== Rəsmi tərif ==
Yazılı məruzənin orijinal halında makroiqtisadi populizmin tərifi belə verilmişdir: "Makroiqtisadi populizm, artım və gəlir bölgüsünün əhəmiyyətini vurğulayarkən, inflyasiya və maliyyə kəsrlərinin yaranması risklərinə, xarici məhdudiyyətlərə və iqtisadi təmsilçilərin istilaçı bazarxarici siyasətlərə reaksiyalarına əhəmiyyət verməyən iqtisadiyyata doğru yanaşmadır".
== Mərhələlər ==
Populsitin dövr, ümumilikdə, sabitləşdirmə proqramından sonra başlayır.