Portuqal Amerikası
Portuqal Amerikası (port. América Portuguesa) bəzən América Lusófona kimidə adlanır və ya İngilis dilində Lusofon Amerikası — Anglo-Amerika, Fransız Amerikası və Hispanik Amerikası-ndan fərqli olaraq Portuqal dilində danışan insanlar və onların diaspora icmasıdır. Xüsusən də Amerikanın erkən Portuqal müstəmləkəsi olan Braziliyaya aid edilir.
Portuqaliya Cənubi Amerikanın (Braziliya, Koloniya do Sakramento, Uruqvay, Quanare, Venesuela) hissələrini müstəmləkə etdi. Həmçinin Şimali Amerikanın (Kanada, Nyufaundlend və Labrador və Yeni Şotlandiya) bölgələrini də müstəmləkə etməyə çalışsada uğursuzluqla nəticələndi.
Braziliya portuqal cəmiyyətin mərkəzidir və Portuqaliya Amerikasının əksəriyyətinin portuqal mənşəyinin nöqtəsidir. Buraya bütün Amerikadakı icmalar və portuqal dilindən gələn dillər daxildir, çünki bu, Aruba, Bonaire və Curaçao, Surinam Saramaccanı və ya demək olar ki, sönmüş Braziliyanın Kupopia bölgələrində danışılan papiamentodur.
Portuqal dili roman dili olduğu üçün Portuqal Amerikası, xüsusən də Braziliya bəzi mənbələrdə Latın Amerikasının bir hissəsi hesab olunsada, bu termin daha çox İspan Amerikasına aiddir. Çünki dil yaxınlığından başqa Braziliya Latın Amerika icmasının mərkəzinə mədəni baxımdan kifayət qədər yaxın deyil.