Porto-Riko

coğ. Porto Rico m

Porto-Prens
portuqal
OBASTAN VİKİ
Porto
Portu (port. Porto) — Lissabondan sonra Portuqaliyanın ikinci böyük şəhəridir. Şəhər Atlantik okeanı sahilində yerləşmişdir. Ayrıca şəhərin ortasından Douro çayı keçməkdədir. Burada qədimi qaladan yenidən tikilmiş Kafedra qurultayı, Kleriqoş mərmər qülləsi, fransiskant kilsəsi San-Fransişku, Maşadu-de-Kaştru Yepiskop sarayını gəzmək maraqlı olardı. Portudan şimalda məşhur Braqa şəhəri yerləşir. Braqadan 55 km.-də Portuqaliyanın ziyarətgahı olan Bon-Jezuş-du-Monte yerləşir. Klisənin yanında balaca sovmələrlə (kiçik kilsələr) gözəl park, fəvvarələr və süni göllər yaradılıb. Şəhər özünün arxitektur abidələri – kilsələri, sarayları, balaca şəhərcikləri və fəvvarəli meydanları ilə fəxr edə bilər. Portu şəhəri həm də şərablarıyla məşhurdur.
Porto-Novo
Porto-Novo — Benin dövlətinin paytaxtı.
Porto-Çervo
Porto Çervo (it. Porto Cervo) — Sardiniyanın Olbiya-Tempo əyalətinə və Arzaxena icmasına məxsus, adanın şimal şərqindəki, it. Costa Smeralda - "Zümrüd sahildə" yerləşmiş kiçik liman və turist şəhəri. Yerli sakinləri bir o qədər də çox olmayan bu qəsəbə tipli liman 1960-cı illərdə multimilyarder IV Kərim Ağa Xan tərəfindən sərmayə qoyularaq memar Luci Vyettinin layihəsi əsasında turist şəhətciyinə çevrilmişdir. Şəhərin ekskluziv yaxt klubu dünyanın bütün yerlərindən milyarderləri öz yaxtaları ilə bura cəlb edir.
Porto Alegre
Portu-Aleqri — Braziliyada yerləşən şəhər. Riu-Qrandi-du-Sul ştatına daxildir.
Porto FK
Portu FK — Portuqaliyada futbol klubu. 1893-cü ildə yaranmışdır.
Porto Çervo
Porto Çervo (it. Porto Cervo) — Sardiniyanın Olbiya-Tempo əyalətinə və Arzaxena icmasına məxsus, adanın şimal şərqindəki, it. Costa Smeralda - "Zümrüd sahildə" yerləşmiş kiçik liman və turist şəhəri. Yerli sakinləri bir o qədər də çox olmayan bu qəsəbə tipli liman 1960-cı illərdə multimilyarder IV Kərim Ağa Xan tərəfindən sərmayə qoyularaq memar Luci Vyettinin layihəsi əsasında turist şəhətciyinə çevrilmişdir. Şəhərin ekskluziv yaxt klubu dünyanın bütün yerlərindən milyarderləri öz yaxtaları ilə bura cəlb edir.
Puerto-Riko
Puerto-Riko — Karib dənizində Amerika Birləşmiş Ştatlarının tərkibinə daxil olan ərazi. "Puerto-Riko" sözü ispan dilindən tərcümədə varlı liman mənasını verir. Ada, Dominikan Respublikasının şərqində yerləşir. Puerto-Riko Böyük Antillər ada qrupunun ən kiçik adasıdır. Mona, Viequs, Kulebra kimi kiçik adalarda Puerto Rikoya daxildir. Mona adasında insanlar daimi şəkildə yaşamırlar. Əsasən dağçılıq turizmi məqsədilə turistlərin adaya daxil olmasına icazə verilir. Puerto Rikonun qədim tarixi haqqında məlumatlar azdır. Eramızdan əvvəl adada yaşayışın olmasını sübut edən bəzi dəlilər tapılmışdır. Avropalıların adaya gəlməsi XVI ərsdən başlamışdır.
Puerto-Riko bayrağı
Puerto-Riko bayrağı — Puerto-Rikonun Dövlət bayrağı 1493-cü il, noyabr ayının 19-da Xristofor Kolumb tərəfindən kəşf edilən Puerto-Riko adasının hazırkı bayrağı 1895-ci ildə meydana gəlib. Kuba inqilabi partiyasının Puerto-Riko seksiyasının rəmzi olub. Bayrağın qeyri-adiliyi ondan ibarətdir ki, onun rəngləri və elementləri heç bir rəmzi məna daşımır. Ümummilli rəmz olduğuna görə partiyalar, hərəkatlar və əhalinin müxtəlif təbəqələri bu bayraqdan istifadə edə bilərlər.
Müstəqil Puerto Riko Partiyası
Müstəqil Puerto Riko Partiyası (isp. Partido Independentista Puertorriqueño; ing. Puerto Rico Independence Party (PIP); 20 oktyabr 1946-cı ildə yaradılmışdır. Mənzil qərargahı Puerto-Rikonun San Juan şəhərində yerləşir. Partiyanın sədri Ruben Berriosdur. Partiya Puerto-Riko hakimiyyətinə müxalif mövqedə durur. PIP marksizmi qəbul etməyən sosialist partiyasıdır. 1999-cu ildə partiya liderləri, xüsusilə də Ruben Berrios ABŞ-nin ölkədəki silahlı qüvvələrinə qarşı etirazlar keçiriblər. Ruben Berrios Manuel Rodríguez Orellana Fernando Martín María De Lourdes Santiago Juan Dalmau Ramírez Prof. Edwin Irizarry Mora Roberto Iván Aponte Dr.
San-Xuan (Puerto-Riko)
San Xuan isp. San Juan Bautista — Puerto-Rikonun paytaxtı və ən böyük şəhəri. 2000-ci il siyahıyalınmasına görə orada 433 373 nəfər yaşayır.
San Xuan (Puerto-Riko)
San Xuan isp. San Juan Bautista — Puerto-Rikonun paytaxtı və ən böyük şəhəri. 2000-ci il siyahıyalınmasına görə orada 433 373 nəfər yaşayır.
Puerto-Riko Milli Kitabxanası
Puerto-Riko Milli Kitabxanası (isp. Biblioteca Nacional de Puerto Rico) — Puerto-Riko şəhərinin milli kitabxanası; 1967-ci ildə Puerto-Riko Qanunverici orqanının 44 saylı birgə Qətnaməsi ilə Puerto-Riko Baş Kitabxanası (Puerto Riko Baş Kitabxanası) kimi yaradılmışdır. 11 aprel 1973-cü ildə fəaliyyətə başlamışdır. 2003-cü il 17 avqust tarixli 188 saylı qərarla Puerto-Riko Milli Kitabxanası adlandırılmışdır. Kitabxana Puerto-Riko Mədəniyyəti İnstitutuna aiddir. Kitabxana XIX əsrə aid klassik tikilini (bir vaxtlar Bacardi Rum flaqman fabrikini) Puerto- Riko Baş Arxivi ilə bölüşür. Kitabxananın ixtisaslaşmış kolleksiyalarına XVI-XIX əsrlərə aid dəri cildli dini kitabların Dominikan Kolleksiyası, 1300 rəqəmsal əlyazmanı özündə birləşdirən Euxenio Marii de Ostos Kolleksiyası, ədəbiyyatşünas və Puerto Riko Universitetinin sabiq professoru Konça Melendezin şəxsi kolleksiyası daxildir. Kitabxananın binası Old San Xuanda Luis Munyoz Rivera parkı ilə üzbəüz yerləşir. Kondisionerli və pulsuz internetə çıxışı olan binadır. Kitabxana və Arxivlərin 119 yerlik amfiteatrı var, burada hər birinin ayrı-ayrılıqda yan masası və gözəl mənzərəsi var.
Puerto Riko Milli Kitabxanası

Basketbol üzrə Puerto-Riko çempionatı
Basketbol üzrə Puerto-Riko çempionatı — Puerto-Rikoda ali [basketbol]] yarışı. Basketbol üzrə Puerto-Riko çempionatının keçirilməsi üçün liqa 1929-cu ildə yaradılmış, ilk turnir 1930-cu ildə yaradılmışdır. Turnir nizami şəkildə həyata keçirilən çempionatdan və 8 komandanın seçilməsi üçün küçirilən pley-off mərhələsindən işarətdir. Final matçı 4 qələbəyə qədər oynanılır və qalib basketbol üzrə Puerto-Riko çempionu olur. == Hazırda basketbol üzrə Puerto-Riko çempionatının iştirakçıları == Hazırda Liqa 1(bir) divizionda çıxış edən 11 komandadan ibarətdir.
Puerto-Riko 2018 Qış Olimpiya Oyunlarında
Puerto-Riko 2018 Qış Olimpiya Oyunlarında dağ xizəyi idman növündə bir idmançı ilə təmsil olunacaqdır. Bundan əvvəl isə 2002 Qış Olimpya oyunlarında təmsil olunmuşdur. Təsnifat mərhələsində idmançı Beynəlxalq Xizək İdmanı Federasiyasının 21 yanvar 2018-ci il reytinqinə əsasən yarışmada iştirak edirlər. Bu yarışmada top-500 daxil olan və təsnifat xalını toplaya bilən idmançılar iştirak edə bilirlər. Top-500 daxil olmayan ölkələrin idmançıları «B» kateqoriyasında iştirak edirlər. Nəticələrə əsasən Puerto-Riko «B» kateqoriyası üzrə təmsil olunacaqdır. Ölkəsini təmsil etmək hüququ Çarlz Flertiyə məxsusdur.