PORTUQALİYALI

сущ. португалец, португалка. Portuqaliyalılar португальцы (народ романской языковой группы, составляющий основное население Португалии)
PORTUQALCA
PORTUPEY
OBASTAN VİKİ
Portuqaliyalı
Portuqallar bə yaxud portəgizlər — Avropada xalq.
Portuqaliyalı Barbara
Portuqaliyalı Barbara (isp. María Bárbara de Braganza y Austria) (4 dekabr 1711, Lissabon – 27 avqust 1758[…]) — İspaniya kralının xanımı. Atası Portuqaliya kralı V Con, anası isə Müqəddəs Roma imperatoru I Leopoldun qızı Mariya Annadır. Bu səbəblə eyni zamanda Portuqaliya infantası ünvanı almışdır. Noel, Charles C. (2004). "'Barbara Succeeds Elizabeth…': The Feminisation and Domestication of Politics in the Spanish Monarchy, 1701–1759". In Campbell Orr, Clarissa (ed.). Queenship in Europe 1660–1815: The Role of the Consort. Cambridge University Press. pp.
Portuqaliyalı Lüdovik
Portuqaliyalı Lüdovik (port. Luís de Portugal) (3 mart 1506 – 27 noyabr 1555) — Portuqaliya infantı. Atası Portuqaliya kralı I Manuel, anası isə Kastiliya kraliçası I İzabellanın qızı Mariyadır. Eyni zamanda 1580-ci ildə Portuqaliya taxtı uğrunda gedən mübarizədə taxt iddiaçılarından olan Antonionun atasıdır. Ailəsinin rəsmi nigahı olmadığı üçün onun 33 gün davam edən səltənəti bir çox tarixçi tərəfindən qəbul edilməmişdir. İspaniya kralı II Filiplə apardığı taxt mübarizəsində məğlub olsa da, 1583-cü ilə qədər öz taxt iddiasını davam etdirmişdir. Liss, Peggy K. (10 November 2015). Isabel the Queen: Life and Times. University of Pennsylvania Press. p.
Portuqaliyalı Mariya
Portuqaliyalı Mariya (isp. Elisabet de Francia) (8 iyun 1521, Lissabon – 10 oktyabr 1577, Lissabon) — Portuqaliya kralı I Manuelin və Avstriyalı Eleonoranın yeganə övladı, Portuqaliya infantası. İncəsənət və memarlığın hamisi olaraq bilinən Mariyanın şəxsi sərvəti onu Avropanın ən varlı əsilzadəsinə çevirmişdi. Stephens, Henry Morse (1903). The Story of Portugal. G.P. Putnam's Sons. p. 139. ISBN 9780722224731 Liss, Peggy K. (10 November 2015). Isabel the Queen: Life and Times.
Portuqaliyalı İzabella
Portuqaliyalı İzabella (isp. Isabel de Portugal; 24 oktyabr 1503, Lissabon – 1 may 1539, Toledo) – Müqəddəs Roma imperatoru V Karlın xanımı və İspaniya kraliçası.
Portuqaliyalı Luiş
Portuqaliyalı Lüdovik (port. Luís de Portugal) (3 mart 1506 – 27 noyabr 1555) — Portuqaliya infantı. Atası Portuqaliya kralı I Manuel, anası isə Kastiliya kraliçası I İzabellanın qızı Mariyadır. Eyni zamanda 1580-ci ildə Portuqaliya taxtı uğrunda gedən mübarizədə taxt iddiaçılarından olan Antonionun atasıdır. Ailəsinin rəsmi nigahı olmadığı üçün onun 33 gün davam edən səltənəti bir çox tarixçi tərəfindən qəbul edilməmişdir. İspaniya kralı II Filiplə apardığı taxt mübarizəsində məğlub olsa da, 1583-cü ilə qədər öz taxt iddiasını davam etdirmişdir. Liss, Peggy K. (10 November 2015). Isabel the Queen: Life and Times. University of Pennsylvania Press. p.
Portuqaliyalı dəniz səyyahları
Portuqal Səyyahların Coğrafi Kəşfləri (port. Descobrimentos portugueses) - Portuqaliya tarixində mühüm rol oynamış, Afrika qitəsini dövr edərək, ümid burnu vasitəsi ilə Asiyaya doğru hərəkət etmiş və bununla da Asiyaya da yaşayan xalqlarla əlaqə yaratmış Portuqaliyalı səyyahların coğrafi kəşflərinə verilən ümumi ad. Portuqaliyalı səyyahlardan olan Bartolomeu Dias Hindistana gedən dəniz yolunu kəşf etmişdir. Vasko da Qama Hindistana getmiş ilk avropalı olmuşdur. Fernan Magellan isə 1519 - 1522-ci il səyahətləri zamanı yerin dairəvi şəkildə olduğunu sübut etmişdir. Portuqal dəniz səyyahları Portuqaliya krallığının icazəsi və maddi dəstəyi ilə səfərlərə çıxırdılar. Onların qarşılarında dayanan əsas məqsədlərdən biridə yeni ərazilər kəşf etməklə yanaşı krallığını ərazisini genişləndirmək və müstəmləkəçilik siyasətini uğurlu bir şəkildə tətbiq etmək idi. Portuqallar ilk dəfə olaraq Braziliyanı kəşf etmiş və 1542-ci ildə Yaponiya sahillərində lövbər salmışdılar. Portuqaliyanın geniş sahil xəttinin olması bu ölkədə çox sayda liman şəhərinin yaranmasına səbəb olmuşdur. Orta əsrlərdə ən yaxşı və dözümlü gəmilər Portuqaliyada hazırlanır, ən peşəkar dənizçilər burada yetişdirilirdi.
Müqəddəs Portuqaliyalı İzabella
Araqonlu Elizabet (isp. Beatriz de Castilla) və ya Portuqaliyalı Müqəddəs Elizabet (port. Santa Isabel de Portugal) (4 yanvar 1271, Aljaferia, Saraqosa, Araqon krallığı – 4 iyul 1336, Eştremoş[d]) — Portuqaliya kralı I Denisin xanımı, Portuqaliyanın kraliça-konsortu, Araqon infantası. Atası Araqon kralı III Pyotr, anası isə onun xanımı Siciliyalı Konstansadır. İnfanta Konstansa IV Afonso H. V. Livermore (2004). Portugal: A Traveller's History. Boydell Press. p. 15. ISBN 978-1-84383-063-4 Fr.
Portuqaliyalı Beatris (Savoyya hersoqinası)
Portuqaliyalı Beatris (port. Beatriz de Portugal) (31 dekabr 1504, Lissabon – 8 yanvar 1538, Nitsa, Dənizkənarı Alplar) — Savoyya hersoqu III Çarlzın xanımı, Savoyya hersoqinası. Atası Portuqaliya kralı I Manuel, anası isə Kastiliya kraliçası I İzabellanın qızı Mariyadır. Bu səbəblə Portuqaliya infantası olaraq da hesab edilir. 8 aprel 1521-ci ildə Savoyya hersoqu III Çarlzla evləndi və bu nikahdan 9 övladı oldu. Ancaq bunlardan yalnız biri — Emanuel Filibert yetkinlik yaşına çatdı. 1531-ci ildə həm xalası oğlu, həm də bacısının əri olan Müqəddəs Roma imperatoru V Karl tərəfindən Asti qrafinası elan olundu. Vəfatının ardından bu ünvan oğluna keçdi. 1533-cü ildə imperatorun bacısı qızı Danimarkalı Kristinanı Şamberidə qarşıladı və onun Milan hersoqu II Françesko Sforzayla evləndirilməsində vasitəçilik etdi. Ancaq 2 il sonra dul qalan Danimarkalı Kristinanı böyük oğlu Lüdoviklə evləndirmək istəsə də, bu planı baş tutmadı və oğlu cəmi 1 il sonra vəfat etdi.
Portuqaliyalı Yuanna (Kastiliya kraliçası)
Portuqaliyalı Yuanna (port. Joana de Portugal) (20 mart 1439 – 12 dekabr 1475, Madrid, Madrid vilayəti[d]) — Kastiliya və Leon kralı IV Henrinin xanımı, Portuqaliya infantası. Yuanna 1455-ci ildə dünyaya gəldi. Atası Portuqaliya kralı I Eduard, anası isə Araqon kralı I Ferdinandın qızı Araqonlu Eleonoradır. Atası doğumundan 6 ay öncə vəfat etmişdi və taxta azyaşlı qardaşı V Afonso çıxarılmışdı. Ancaq azyaşlı qardaşına naiblik uğrunda anası ilə əmisi İnfant Pyotr arasında siyasi mübarizə davam edirdi. Bu siyasi mübarizədə məğlub olmasının ardından anası 1440-cı ilin dekabrında balaca Yuanna ilə Kastiliyaya qaçmağa məcbur oldu. Uşaqlıq illəri Kastiliyada keçən Yuanna 21 may 1455-ci ildə Kordovada xalası oğlu olan Kastiliya kralı IV Henriylə evləndi. Bu, kralın ikinci evliliyi idi və ilk evliliyindən övladı olmamışdı. Cütlüyün bu nigahdan 6 ildən sonra yalnız bir qızı - Yuanna dünyaya gəldi.
Portuqaliyalı İzabella (Burqundiya hersoqinası)
Portuqaliyalı İzabella (port. Isabel de Portugal) (21 fevral 1397 – 17 dekabr 1471, Dijon) — Burqundiya hersoqu Xeyirxah Filippin üçüncü xanımı, Burqundiya hersoqinası. Atası Aviz sülaləsindən Portuqaliya kralı I Con, anası isə Gentli Conun qızı Lankasterli Filipadır. Donna İzabella 1397-ci ildə Evorada dünyaya gəldi. Uşaqlıq illəri kral sarayında qardaşlarıyla keçdi. Qardaşlarıyla birlikdə o dönəmdə çox az rast gəlinən şəkildə mükəmməl təhsil almışdır. Latın, fransız, ingilis və italyan dillərini öyrəndi. 1415-ci ildə Fransaya qarşı müttəfiq axtaran İngiltərə kralı V Henri onunla evlənmək istəsə də, anası kraliça Filipanın ani vəfatıyla danışıqlar yarıda qaldı. Çıxdığı Avropa səyahəti əsnasında 2 il boyunca Burqundiya sarayında yaşayan qardaşı Don Pyotrun səyləriylə 1428-ci ildə Burqundiya hersoqu Xeyirxah Filipplə evlənməsi planlaşdırıldı. Xeyirxah Filipp daha öncə 2 dəfə evlənsə də, hələ də varisi yox idi.
Portuqaliyalı İzabella (Kastiliya kraliçası)
Portuqaliyalı İzabella (isp. Isabel de Portugal) (d. 1428 - ö. 15 avqust 1496) – Kastiliya kralı II Conun xanımı. İzabella Portuqaliyanı 1385-ci ildən bəri idarə edən Aviz sülaləsinə mənsub idi. Atası Con Portuqaliya kralı I Juanın ən kiçik oğlu, anası İzabella isə yenə kralın qeyri-məşru oğlu olan Braqanza hersoqunun qızı idi. İzabella 1447-ci ildə Kastiliya kralı II Conla evləndi. Kralın ilk xanımı olan Araqonlu Mariyadan 4 övladı dünyaya gəlsə də, bunlardan yalnız bir oğlu - gələcəkdə taxta çıxan Henri yetkinlik yaşına çatmış, onun Navarralı II Blanşla olan evliliyindən isə övladı olmamışdı. Bu səbəblə II Con həm özünə, həm də krallığa vəliəhd qazanmaq məqsədilə daha gənc bir xanımla, daha çox da fransız əsilli bir şahzadəylə evlənmək niyyətində idi. Ancaq kral, yaxın adamı Alvaro Lunanın da təzyiqi altında Portuqaliya ilə sülhü təmin etmək üçün yeni xanımını bu ölkədən seçməyə qərar verdi.
Portuqaliyalı Beatrisa (Savoyya hersoqinası)
Portuqaliyalı Beatris (port. Beatriz de Portugal) (31 dekabr 1504, Lissabon – 8 yanvar 1538, Nitsa, Dənizkənarı Alplar) — Savoyya hersoqu III Çarlzın xanımı, Savoyya hersoqinası. Atası Portuqaliya kralı I Manuel, anası isə Kastiliya kraliçası I İzabellanın qızı Mariyadır. Bu səbəblə Portuqaliya infantası olaraq da hesab edilir. 8 aprel 1521-ci ildə Savoyya hersoqu III Çarlzla evləndi və bu nikahdan 9 övladı oldu. Ancaq bunlardan yalnız biri — Emanuel Filibert yetkinlik yaşına çatdı. 1531-ci ildə həm xalası oğlu, həm də bacısının əri olan Müqəddəs Roma imperatoru V Karl tərəfindən Asti qrafinası elan olundu. Vəfatının ardından bu ünvan oğluna keçdi. 1533-cü ildə imperatorun bacısı qızı Danimarkalı Kristinanı Şamberidə qarşıladı və onun Milan hersoqu II Françesko Sforzayla evləndirilməsində vasitəçilik etdi. Ancaq 2 il sonra dul qalan Danimarkalı Kristinanı böyük oğlu Lüdoviklə evləndirmək istəsə də, bu planı baş tutmadı və oğlu cəmi 1 il sonra vəfat etdi.
Portuqaliyalı Juana (Kastiliya kraliçası)
Portuqaliyalı Yuanna (port. Joana de Portugal) (20 mart 1439 – 12 dekabr 1475, Madrid, Madrid vilayəti[d]) — Kastiliya və Leon kralı IV Henrinin xanımı, Portuqaliya infantası. Yuanna 1455-ci ildə dünyaya gəldi. Atası Portuqaliya kralı I Eduard, anası isə Araqon kralı I Ferdinandın qızı Araqonlu Eleonoradır. Atası doğumundan 6 ay öncə vəfat etmişdi və taxta azyaşlı qardaşı V Afonso çıxarılmışdı. Ancaq azyaşlı qardaşına naiblik uğrunda anası ilə əmisi İnfant Pyotr arasında siyasi mübarizə davam edirdi. Bu siyasi mübarizədə məğlub olmasının ardından anası 1440-cı ilin dekabrında balaca Yuanna ilə Kastiliyaya qaçmağa məcbur oldu. Uşaqlıq illəri Kastiliyada keçən Yuanna 21 may 1455-ci ildə Kordovada xalası oğlu olan Kastiliya kralı IV Henriylə evləndi. Bu, kralın ikinci evliliyi idi və ilk evliliyindən övladı olmamışdı. Cütlüyün bu nigahdan 6 ildən sonra yalnız bir qızı - Yuanna dünyaya gəldi.
Portuqaliyalı Elyanora (Müqəddəs Roma imperatriçası)
Portuqaliyalı Eleonora (Müqəddəs Roma imperatriçası)
Portuqaliyalı Eleonora (port. Leonor de Portugal) (18 sentyabr 1434 – 3 sentyabr 1467, Viner-Noyştadt[d], Aşağı Avstriya[d]) — Müqəddəs Roma imperatoru III Fridrixin xanımı, Portuqaliya infantası. Eleonora 1434-cü ildə dünyaya gəldi. Atası Portuqaliya kralı I Eduard, anası isə Araqon kralı I Ferdinandın qızı Araqonlu Eleonoradır. Hələ 4 yaşında ikən atası vəfat etdi və qardaşı V Afonso adıyla taxta əyləşdi. Ancaq azyaşlı qardaşına naiblik uğrunda anası ilə əmisi İnfant Pyotr arasında siyasi mübarizə davam edirdi. Bu siyasi mübarizədə məğlub olmasının ardından anası 1440-cı ilin dekabrında Kastiliyaya qaçmağa məcbur oldu. Ancaq o əsnada 6 yaşlı Eleonora xəstə idi və anasıyla birlikdə gedə bilmədi. Eleonoranın evliliyi bibisi olan Burqundiya hersoqinası Portuqaliyalı İzabella və dayısı olan Neapol kralı V Alfonso tərəfindən planlandı. Bu məqsədlə dayısı öz sarayından rəssamlar göndərərək qızın portretlərini hazırlatdı və namizədlərinə göndərdi.
Portuqaliyalılar
Portuqallar bə yaxud portəgizlər — Avropada xalq.

Значение слова в других словарях