Pürən yovşan
Pürən yovşan (lat. Artemisia scoparia) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin yovşan cinsinə aid bitki növü.
30-70 sm hündürlüyündə çox budaqlı dik qalxan quraqlığa davamlı çoxillik yanmkol bitkisidir. Kökü çox da yoğun olmayıb torpaqda aşağıya şaquli enən xüsusiyyətə malikdir. Cavan yarpaqlan boz rəngli olub yumşaq tüklüdür. Çiçək yanlığı kiçik səbətçiklidir və qısa saplaqda yerləşmiş, şaquli durumludurlar, süpürgələri piramida formasında olur. Duza və quraqlığa davamlı olub, qumlu-qumsal torpaqlarda yaxşı bitir. Əlverişli torpaq-iqlim şəraitində 1 nrr sahədə 5-10 ədəd çoxbudaqlı kol əmələ gətirə bilirlər. Avqust-sentyabr aylarında çiçəkləyir, oktyabr-noyabr aylarında meyvə verir. Abşeronun rekultivasiya olunmuş torpaqlarında yaxşı inkişaf edib cəngəllik əmələ gətirə bilir.