Dördüncü internasional
Dördüncü internasional — Lev Trotskinin davamçıları, yaxud trotsksistlər tərəfindən əsası qoyulan, tərkibində Marks və Engelsin Dünya inqilabı, fəhlə sinfinin qələbəsi və sosializm quruculuğu ideyaları olan beynəlxalq kommunist təşkilatı. İnternasional 1938-ci ildə Fransada Kominternin stalinistlərin tam nəzarəti altında olduğunu və onların beynəlxalq fəhlə sinfi siyasi hakimiyyəti idarə etmək qabiliyyətində olmadığını hesab edən Trotski və onun tərəfdarları tərəfindən təsis olunmuşdur. Buna görə də, burjua hakimiyyətləri (məsələn, Fransa və ABŞ) tərəfindən təzyiq göstərilən, SSRİ və son maoizm tərəfindən qeyri-legitim olduğuna görə ittiham olunan, NKVD agentləri tərəfindən təqib olunan bir çox xadimlər özlərinin xüsusi "Dördüncü İnternasional"ını qurdular.
İnternasional ilk dəfə 1940-cı ildən parçalanmalara, təfriqəyə məruz qalıb, ən əhəmiyyətli parçalanma isə 1953-cü ildə baş verib. 1963-cü ildə qismən birləşdirilməsinə baxamayaraq, bir çox qruplar təsdiq edirlər ki, onlar məhz Dördüncü internasionalın varisi, ardıcılı kimi təmsil olunurlar.