QALXAN

1
I
сущ.
1. щит:
1) истор. предмет старинных воинских доспехов (из дерева, металла, кожи) для отражения ударов. Dördkünc qalxan четырёхугольный щит, dairəvi qalxan круглый щит; badamvari qalxan миндалевидный щит
2) зоол. твёрдое образование у различных животных для защиты мягких тканей
2. бот. щиток (один из типов соцветия у растений)
II
прил. тех. щитовой (относящийся к щиту). Qalxan cihazlar щитовые приборы
2
прил.
1. восходящий. Qalxan aorta мед. восходящая аорта, qalxan bulaq геол. восходящий источник, qalxan qamma физ. восходящая гамма, мед. qalxan yollar восходящие пути, qalxan çənbər bağırsaq оборочная восходящая кишка, qalxan cərəyan эл.-тех. восходящий ток
2. поднимающийся, подъёмный
QALXAQLI
QALXANABƏNZƏR
OBASTAN VİKİ
Qalxan
Qalxan – ox, qılınc və başqa silahlardan qorunmaq üçün bir savaş vasitəsidir. Ən köhnə qalxanlar ağacdan düzəlirdi, lakin daha sonra dəmir, polad və başqa materiallardan da istifadə edilirdi. Müasir zamanda gülləkeçirməz şüşədən düzələn qalxanlara da rast gəlmək olar. Qalxanlar qədim zamanlarda meydana çıxmış, lakin son orta əsrlərdə zirehlərin təkmilləşdirilməsi və qılıncoynatmaların inkişafı səbəbindən onların əhəmiyyəti azalmışdır. Odlu silahların yayılması ilə qalxanlar tədricən döyüş əhəmiyyətini itirmişdir. Lakin sonrakı dövrdə Avropa ölkələrində dekorativ qalxanların istehsalına başlanılmışdır. (Bunlar orta əsr qalxanlarının bənzəri idi, lakin praktiki istifadə üçün nəzərdə tutulmamışdı - əsasən aristokratların qalalarında və saraylarında otaqların bəzədilməsinə xidmət edirdi). Birinci Dünya Müharibəsi zamanı, mövqe savaşı şəraitində, piyadaları qorumaq üçün yenidən metal qalxanlar geniş yayılmışdır. Son zamanlar hüquq-mühafizə orqanlarının xüsusi birləşmələrində küçə asayişi, kiçik hücum hərəkətləri və s. bərpa edilərkən qalxanlardan istifadə olunur.
Mavi qalxan
Beynəlxalq Mavi Qalxan Komitəsi və ya qısaca Mavi Qalxan (ing. The Blue Shield, daha əvvəl; International Committee of the Blue Shield, abreviatur; ICBS) — silahlı münaqişələr zamanı mədəni irs və dəyərləri qorumaq məqsədilə 1996-cı ildə yaradılmış beynəlxalq təşkilat. Mədəniyyət sərvətlərinin "Qırmızı Xaçı" olaraq qəbul edilən komitənin simvolu silahlı qarşıdurma vəziyyətlərində mühafizəsi tələb olunan binaların işarələnməsi üçün istifadə edilən Mavi Qalxandır. 1954-cü ildə Haaqada imzalanmış "Silahlı münaqişə vəziyyətlərində mədəni irsin mühafizəsi" konvensiyasının 2-ci Protokoluna uyğun olaraq yaradılmışdır. Qərargahı Haaqadadır.
Qalxan (bürc)
Qalxan (lat. Scutum) — göyün şimal yarımkürəsində bürc.
Fırat Qalxan Əməliyyatı
Fərat Qalxanı Əməliyatı və ya Cerablus döyüşü - İraq Şam İslam Dövlətinə qarşı Türkiyə Silahlı Qüvvələri, Azad Suriya Ordusu və Türkman hərbi birləşmələrinin başlatdığı hərbi əməliyyat. Türkiyə qüvvələri əməliyyatda İŞİD və YPG düşərgələrinin vurulduğunu bəyan etdi. == Öncəki vəziyyət == 22 avqust 2016-ci ildə İraq Şam İslam Dövləti tərəfindən həyata keçirilməsi düşünülən Qaziantep terror aktına cavab olaraq Türkiyə Hava Qüvvələri Cerablus və Mənbici bombardımana tutmuşdur.. Üstəlik Qarqamışa iki mərmi atılmışdır. Türkiyə Qarqamış sakinlərini şəhəri imkan daxilində boşaltmasını həyata keçirilmişdir. Qısa müddətdə şəhər boşaldılmışdır. Köçürülmə könüllülük əsasında həyata keçirilmişdir. 25 avqustda Türkiyə Silahlı Qüvvələrnini rəsmiləri ələ keçirilmiş ərazilərin ilhaq edilməyəcəyini və Azad Suriya Ordusuna təhvil veriləcəyinin açıqlamasını vermişdir. == Əməliyyat == 24 avqust 2016 04.00 radələrində Türkiyə Cümhuriyəti rəhbərliyindən, Türkiyə Silahlı Qüvvələrinin koalisiya hava qüvvələri ilə birlikdə Suriyanın Hələb bölgəsinə bağlı Cerablus şəhərinin IŞİD-dən təmizlənməsi məqsədi ilə hərbi əməliyyat başlatdığının açıqlamasını vermişdir. Bu açıqlamadan sonra Türkiyə Silahlı Qüvvələrinin Cerablusu ağır bombardman atəşinə tutarkən, Türk Hava Qüvvələri 11 hədəfi bombaladığını bəyan etmişdir.
Qalxan-dilaltı bağ
Qalxan-dilaltı bağ, Yan qalxan-dilaltı bağ və ya Dilaltı-qalxan bağ, Yan dilaltı-qalxan bağ (lat. ligamentum thyrohyoideum laterale, ligamentum hyothyreoideum laterale) — insanın qırtlaq aparatına aid bağ. Qalxan-dilaltı bağ dilaltı sümüyünün böyük buynuzlarından başlayıb və qalxanabənzər qığırdağın yuxarı buynuzuna bağlanır və yaxud əksinə qalxanabənzər qığırdağın yuxarı buynuzundan başlayıb, dilaltı sümüyünün böyük buynuzlarına bağlanır.
Qalxan-dilaltı zar
Qalxan-dilaltı zar, Dilaltı-qalxan zar (lat. membrana thyrohyoidea, membrana hyothyreoidea) — insanın qırtlaq aparatına aid zar. Qalxan-dilaltı zar dilaltı sümüyündən başlayıb və qalxanabənzər qığırdağa bağlanır və yaxud əksinə qalxanabənzər qığırdaqdan başlayıb, dilaltı sümüyünə bağlanır. Tərkibi elastiki birləşdirici toxumadan ibarətdir.
Qalxan-çalovabənzər əzələ
Qalxan-çalovabənzər əzələ (lat. musculus thyreoarytenoideus, m. thyreoarytenoideus externus —BNA) — qırtlağın daxili qrup əzələlərindən biri.
Qalxan (geoloji termin)
Qalxan və ya Sipər –platformanın kristallik, iri müsbət strukturu. Q. daxilində kristallik süxurlardan təşkil olunmuş, qırışıq əsas səthə çıxır. Q. adətən yer qabığının qalxmış hissəsinə uyğun gəlir. Termin birinci dəfə Avstriya geoloqu E. Züss (1885) tərəfindən təklif edilmişdir.
Qalxan-qırtlaq qapağı əzələsi
Qalxan-qırtlaq qapağı əzələsi (lat. musculus thyreoepigloticus) — qırtlaq əzələsi.
Qalxan aorta
Prof. Kamil Əbdülsalam oğlu Balakişiyevin, İnsanın Normal Anatomiyası, II cild, "MAARİF" Nəşriyyatı, Bakı - 1979 Atlas of Human Cardiac Anatomy - Endoscopic views of beating hearts - Cardiac anatomy Р. Д. Синельников.
Duran Qalxan
Duran Qalxan (türk. Duran Kalkan), həmçinin Səlahəddin Abbas (türk. Selahattin Abbas) və ya Səlahəddin Ərdəm (türk. Selahattin Erdem; 14 avqust 1954, Qaraisalı, Adana ili) — Kürdüstan Fəhlə Partiyasının (PKK) yüksək rütbəli komandiri. PKK-nın hazırkı üç lideri olan Duran Qalxan, Murad Karayılan və Cəmil Bayık ABŞ Maliyyə Nazirliyi və Türkiyə Hökuməti tərəfindən azyaşlıları hərbi xidmətə cəlb etməkdə, narkotik ticarəti ilə məşğul olmaqla, Türkiyə hökumət rəsmilərini, polisi və təhlükəsizlik orqanlarının qüvvələrini hədəfə almaqda, ayrı-seçkilik etmədən mülki şəxsləri yaralamaq və öldürməkdə ittiham olunurlar. == Narkotik ticarəti == 20 aprel 2011-ci ildə Türkiyənin tələbi ilə ABŞ Maliyyə Departamenti PKK-nın qurucuları Cəmil Bayık, Duran Qalxanın və digər yüksək rütbəli üzvlərin Xarici Narkotiklərin Kinqpin Təyinatı Qanununa uyğun olaraq Xüsusi Təyin olunmuş Narkotik Alverçiləri kimi təyin olunduğunu elan etmişdir. Qanuna uyğun olaraq, təyinat təyin edilmiş şəxslərin ABŞ yurisdiksiyasında ola biləcək hər hansı aktivlərini dondurur və ABŞ şəxslərinin bu şəxslərlə maliyyə və ya kommersiya əməliyyatları aparmasını qadağan edir. Buna baxmayaraq, illər sonra Almaniya Konstitusiyanı Müdafiə Federal İdarəsi bildirmişdir ki, PKK-nın təşkilati strukturlarının Almaniyada narkotik ticarəti ilə birbaşa məşğul olduğuna dair heç bir sübut yoxdur.
Tən orta qalxan-dilaltı bağ
Tən orta qalxan-dilaltı bağ (lat. ligamentum thyrohyoideum medianum (lig. Hyothyreoideum medium — BNA)) — qırtlaq aparatına aid struktur — bağ. Qalxanabənzər qığırdağın yuxarı kənarından dilaltı sümüyə doğru gedir və onun cisminin yuxarı səthinə bağlanır.
Fərat Qalxanı
Fərat Qalxanı Əməliyatı və ya Cerablus döyüşü - İraq Şam İslam Dövlətinə qarşı Türkiyə Silahlı Qüvvələri, Azad Suriya Ordusu və Türkman hərbi birləşmələrinin başlatdığı hərbi əməliyyat. Türkiyə qüvvələri əməliyyatda İŞİD və YPG düşərgələrinin vurulduğunu bəyan etdi. == Öncəki vəziyyət == 22 avqust 2016-ci ildə İraq Şam İslam Dövləti tərəfindən həyata keçirilməsi düşünülən Qaziantep terror aktına cavab olaraq Türkiyə Hava Qüvvələri Cerablus və Mənbici bombardımana tutmuşdur.. Üstəlik Qarqamışa iki mərmi atılmışdır. Türkiyə Qarqamış sakinlərini şəhəri imkan daxilində boşaltmasını həyata keçirilmişdir. Qısa müddətdə şəhər boşaldılmışdır. Köçürülmə könüllülük əsasında həyata keçirilmişdir. 25 avqustda Türkiyə Silahlı Qüvvələrnini rəsmiləri ələ keçirilmiş ərazilərin ilhaq edilməyəcəyini və Azad Suriya Ordusuna təhvil veriləcəyinin açıqlamasını vermişdir. == Əməliyyat == 24 avqust 2016 04.00 radələrində Türkiyə Cümhuriyəti rəhbərliyindən, Türkiyə Silahlı Qüvvələrinin koalisiya hava qüvvələri ilə birlikdə Suriyanın Hələb bölgəsinə bağlı Cerablus şəhərinin IŞİD-dən təmizlənməsi məqsədi ilə hərbi əməliyyat başlatdığının açıqlamasını vermişdir. Bu açıqlamadan sonra Türkiyə Silahlı Qüvvələrinin Cerablusu ağır bombardman atəşinə tutarkən, Türk Hava Qüvvələri 11 hədəfi bombaladığını bəyan etmişdir.
Fərat Qalxanı Əməliyyatı
Fərat Qalxanı Əməliyatı və ya Cerablus döyüşü - İraq Şam İslam Dövlətinə qarşı Türkiyə Silahlı Qüvvələri, Azad Suriya Ordusu və Türkman hərbi birləşmələrinin başlatdığı hərbi əməliyyat. Türkiyə qüvvələri əməliyyatda İŞİD və YPG düşərgələrinin vurulduğunu bəyan etdi. == Öncəki vəziyyət == 22 avqust 2016-ci ildə İraq Şam İslam Dövləti tərəfindən həyata keçirilməsi düşünülən Qaziantep terror aktına cavab olaraq Türkiyə Hava Qüvvələri Cerablus və Mənbici bombardımana tutmuşdur.. Üstəlik Qarqamışa iki mərmi atılmışdır. Türkiyə Qarqamış sakinlərini şəhəri imkan daxilində boşaltmasını həyata keçirilmişdir. Qısa müddətdə şəhər boşaldılmışdır. Köçürülmə könüllülük əsasında həyata keçirilmişdir. 25 avqustda Türkiyə Silahlı Qüvvələrnini rəsmiləri ələ keçirilmiş ərazilərin ilhaq edilməyəcəyini və Azad Suriya Ordusuna təhvil veriləcəyinin açıqlamasını vermişdir. == Əməliyyat == 24 avqust 2016 04.00 radələrində Türkiyə Cümhuriyəti rəhbərliyindən, Türkiyə Silahlı Qüvvələrinin koalisiya hava qüvvələri ilə birlikdə Suriyanın Hələb bölgəsinə bağlı Cerablus şəhərinin IŞİD-dən təmizlənməsi məqsədi ilə hərbi əməliyyat başlatdığının açıqlamasını vermişdir. Bu açıqlamadan sonra Türkiyə Silahlı Qüvvələrinin Cerablusu ağır bombardman atəşinə tutarkən, Türk Hava Qüvvələri 11 hədəfi bombaladığını bəyan etmişdir.
Oraqmeyvə qalxanək
Yastımeyvə karopodium (lat. Caropodium platycarpum) — bitkilər aləminin çətirçiçəklilər dəstəsinin çətirkimilər fəsiləsinin karopodium cinsinə aid bitki növü. Çoxillik, çılpaq bitkidir. Gövdə qalxanvari budaqlanır, 20-45 sm hündürlüyündədir. Yarpaq ayası nazik, sərt və yarıqlıdır, kasa yarpaqlarının dişcikləri görünür. Yarpaq lövhələri lansetvaridir, ikiqat-yarılmış lələklidir, son ayları uzun, nazik, cod tükcüklüdür. Çətirlərində 5-12 ədəd şüaları vardır. Kasa yarpaqlarının dişicikləri qısa, bizvaridir, meyvə ətarfında bərkdir. Meyvələri çox uzundur, 9-10 mm-dir, qanadsızıdır, qısa yoğun ayaqcıqlı, pişik pəncəsinə bənzərdir. Çiçəkləmə iyun, meyvəvermə iyun-iyul aylarına təsadüf edir.
Qabırğalı qalxanotu
Qalxanabənzər podofil
Qalxanabənzər podofil (lat. Podophyllum peltatum) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin zirinckimilər fəsiləsinin podofil cinsinə aid bitki növü. Çoxillik ot bitkisi olub, düyünlü üfüqi istiqamətdə olan kökümsovunun uzunluğu 1 m, diametri 1,5 sm xaricdən qırmızımtıl-qonur, sındıqda isə ağ rəngli olur. Kökümsovunda çoxsaylı lətli çıxıntılar vardır ki, bunların uzunluğu 35sm, eni isə 5mm-ə bərabərdir. Kökümsovu xaricdən açıq-qonur, sınıq halda isə sarımtıl-ağ olub, xoşagəlməz iylidir. Gövdəsi düzqalxan, hündürlüyü 50sm, diametri isə 1,5 sm olub, xaricdən çəhrayı, daxili içiboş, oyuq, əsasında 1-3 ədəd qınlı yarpaqları, yuxarı hissəsində isə 3 ədəd qarşı-qarşıya dayanan yaşıl yarpaqlardan ibarətdir. Gövdəsinin sonunda uzun saplaqlı əyilmiş təksaylı çiçəkləri vardır. Yarpaqları uzun saplaqlı, dairəvi, qalxanvarı, diametri 20sm-ə qədər, dişli-bölünən, 7-9 ədəd ikiqanadlı, kənarları isə bərabər olmayan dişlidir. Çiçəyi ağ, əyilmiş, iri, diametri 7sm-ə qədər ətirli (qovun iyli), çiçək yatağı ikiqat yanlıqlı, 3-6 ədəd kasayarpaqlı və 6-9 ləçəkdən, çoxsaylı erkəkcikdən və yuxarı yumurtalıqlı oturaq dişicik ağzından ibarətdir. Meyvələri dairəvi və ya yumurtavari, limonu-sarı rəngli olub, uzunluğu 7 sm, aromatlı, yumşaq lətli və çoxsaylı qırışıqlı açıq-qəhvəyi rəngli toxumları vardır.
Qalxanabənzər qığırdaq
Qalxanabənzər qığırdaq (lat. cartilago thyroidea) Prof.
Qalxanabənzər vəzi
Qalxanabənzər vəzi - (lat. glandula tyreoidea) tək üzvlərdən olub, boyunda nəfəs borusunun və qırtlağın önündə yerləşmişdir. Rəngi sarımtıl-qırmızı, konsinstensiyası yumuşaq və xarici səthi paylıdır. Qalxanabənzər vəzinin bir boğazı - lat. ithmus və iki yan sağ və sol payları - lat. lobi dexter et sinister vardır. Boğaz yan paylardan ensiz və kiçikdir, ön səthi çıxıq, arxa səthi basıqdır, özüdə nəfəs borusunun 1,3 və 4-cü halqalarına söykənmişdir. Yan paylar ellipsoid şəklində olub, bayır səthləri çıxıq, içəri səthləri basıqdır. Bəzən üçüncü piramidayabənzər pay - lat. lobus pyramidalis təsadüf olunur; bu pay çox vaxt boğazdan, bəzən yan paylardan (ümumiyyətlə sol paydan) başlayıb - qırtlağın ön səthi ilə yuxarıya qalxır və qalxanabənzər qığırdağın ön səthinə söykənərək dilaltı sümüyünə çatır.
Qalxanabənzər ətraf vəziləri
Qalxanabənzər ətraf vəziləri – lat. glandulae parathyreoideae qalxanabənzər vəzin yan paylarının arxasında yerləşir, çox vaxt iki cüt olur; bir cüt yuxarı qalxanabənzər ətraf vəziləri – lat. glandulae parathyreoideae superiores və bir cüt aşağı qalxanabənzər ətraf vəziləri – lat. glandulae parathyreoideae inferiores; bəzən anomaliya olaraq birədək azalır və ya 8-dək çoxalır; rəngi sarımtıl və kərpici, hər birinin çəkisi 0,05-0,09 q, uzunluğu 4–8 mm, eni 3–4 mm və qalınlığı 2–3 mm, konsinstensiyası qalxanabənzər vəzidən bir az sərt olur. Yuxarı vəzilər qalxanabənzər vəzinin yan paylarının arxa və içəri tərəfində, aşağı vəzilər qalxanabənzər vəzinin yan paylarının aşağı üçdə bir hissəsində yerləşmişdir, beləliklə yuxarı vəzilər aşağı vəzilərdən orta xəttə yaxın olur. Bunlar qalxanabənzər vəzidən yumuşaq toxuma vasitəsilə ayrılmışlar. Qalxanabənzər ətraf vəziləri xaricdən birləşdirici toxuma kapsulu ilə örtülüdür. və özüdə xüsusi arakəsmələr vasitəsilə bir çox paycıqlara bölünmüşdür. Bunların parenximi epitel hüceyrələrdən təşkil olunmuş və epitel cisimcikləri adlanan atmalardan ibarətdir. Qalxanabənzər ətraf vəziləri genez cəhətcə bronxiogen vəzilərdən olub 3-cü və 4-cü udlaq ciblərinin epitelindən inkişaf edir.
Qalxancıqdaşıyanlar
Qalxancıqdaşıyanlar dəstəsi (lat. Glomerida)-Buğumayaqlılar tipinin İkicütayaqlılar sinfinə aid olan dəstə Bu çoxayaqlıların yalnız 12 görünən qalxancığı, erkəklərdə 17, dişilərdə 19 cüt ayağı var. Özü də erkəklərin son 3 cüt ayağı qonopodilərə çevrilmişdir. Bel qalxancıqları dartılmış və çox enlidir, buna görə də yuxarıdan baxdıqda ayaqları nəzərə çarpmır. Bu cür çoxayaqlını narahat etdikdə o, kürəcik şəklində yumrulanır, başını altına əyərək, onu etibarlı halda qoruyur. Daha çox yayılmış qlomerislərə (Glomeridae fəsiləsi) Avropa ərazisinin rütubətli yarpaqlı və qarışıq meşələrində, Qafqazın və Orta Asiyanın meşələrində təsadüf etmək olar. Topa-topa yumurtaqoyan əksər çoxayaqlılardan fərqli olaraq, qlomerislər torpağın çatlarına və ağac qabıqlarına bir-bir, iki-iki dağınıq halda yumurta qoyurlar. 3 ildən artıq davam edən inkişaf zamanı 9 qabıqqoyma baş verir: qabıqqoyma yaşlı vəziyyətdə də davam edə bilər. Qlomerislər döşənəyin fəal parçalayıcılarından biri olmaqla, torpağın humusla zənginləşməsində böyük rol oynayırlar. Azərbaycanda Glomeridae fəsiləsindən endemik növ olan Hyleoglomeris lencorana Gol.
Qalxanlı (Sayınqala)
Qalxanlı (fars. قالقانلو‎) — İranın Qərbi Azərbaycan ostanının Sayınqala şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 139 nəfər yaşayır (24 ailə).
Qalxanlı sarılıqotu
Qalxanlı sarılıqotu (lat. Erysimum cuspidatum) — bitkilər aləminin kələmçiçəklilər dəstəsinin kələmkimilər fəsiləsinin sarılıqotu cinsinə aid bitki növü.
Qalxanotu
Qalxanotu (lat. Saussurea) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi.
Qalxanqız
Qalxanqız və ya Skyaldmö (q.skan. skjaldmær) — Skandinaviya folkloru və mifologiyasında qadın döyüşçü. Onları adları adətən «Hervör və Heydrekin saqası» və «Danların əməlləri» kimi saqalarda çəkilir. Qalxanqızlar digər german xalqlarında (qotlar, kimvrlar, markomanlar) da mövcud idilər. Mifik valkiriyaların qalxanqızlara əsaslanmaları ehtimal olunur. Qalxanqızların tarix mövcud olmaları sərt şəkildə mübahisəlidir. Nil Prins kimi alimlər onların mövcud olduqlarını irəli sürür, Yudif Ceş kimi tarixşünaslar isə təlim almış və ya nizamlı qadın döyüşçülərin olması barədə yetərli dəlilin olmadığını iddia edir. Vikinqlər dövründə qadınların döyüşdə iştirakı barədə az sayda attestasiya var. Buna baxmayaraq, Bizans tarixçisi İohann Sklitsa I Svyatoslav 971-ci ildə indiki Bolqarıstan ərazisində bizanslara hücum edən zaman qadınların da döyüşlərdə iştirak etdiyi barədə məlumat verir. Varyaqlar Dorostolonun mühasirəsində məğlubiyyətə uğrayan zaman qaliblər həlak olmuş döyüşçülər arasında qadınların da olduğunu öyrənəndə təəccüblənmişdilər.
Qalxansifətlər
Qalxansifətlər (lat. Gloydius) — heyvanlar aləminin pulcuqlular dəstəsinin gürzəkimilər fəsiləsinə aid heyvan cinsi. Öz adınını başının quruluşundan götürmüşdür. Əsasən Asiyada yayılmışdır. Bu cinsə 13 növ daxildir: {{bt-lataz|Gloydius blomhoffii|Şərq qalxansifət}i} Gloydius brevicaudus Gloydius halys — Adi qalxansifət Gloydius himalayanus — Himalay qalxansifəti Gloydius intermedius — Orta qalxansifəti Gloydius lijianlii Gloydius liupanensis Gloydius monticola — Dağ qalxansifəti Gloydius saxatilis — Daşlıq qalxansifəti Gloydius shedaoensis Gloydius strauchi — Ştraux qalxansifəti Gloydius tsushimaensis Gloydius ussuriensis — Ussuriya qalxansifəti Onların dışləməsi insanın ölümü ilə nəticələnə bilir. Növündən asılı olaraq isə % nisbəti dəyişir. Кудрявцев С. В., Мамет С. В. Ядовитые змеи: доступно о самом главном. — (Московский зоопарк) — М.: Книжный дом «Университет», 1998.
Qalxansız
Qalxansız (lat. Athyrium) - woodsiaceae fəsiləsinə aid bitki cinsi.
Qalxanvari itburnu
Qalxanvari itburnu (lat. Rosa corymbifera) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin i̇tburnu cinsinə aid bitki növü. Ukraynada, Krımda, Rusiyada, Moldovada, Qafqazda, Orta Asiyada, Avropada, Şimali Afrikada, Ön Asiyada, Pirney yarmadasında yayılmışdır. Hündürlüyü 3 m-dək olan koldur. İynələri qarmaqvari, xırda, yarpaqları 5-7, iri yumurtavari, alt tərəfi tükcüklü, sadə dişlidir. Çiçəkləri uzun saplaqlarda, ağ və ya əsasən açıq çəhrayı, orta ölçülüdür, çiçəkaltlığı lansetvaridir, kasayarpaqları aşağıya əyilmiş, lələkvaridir. İyun-iyulda çiçəkləyir. Meşədə açıq yamaclarda, orta dağ qurşağına qədər, kölgəli və rütubətli yerlərdə, dağ çaylarının sahillərində, kolların arasında, dəniz səviyyəsindən 2300 m hündürlükdə tək və ya kiçik qruplarla bitir. Kiçik və Böyük Qafqaz (Balakən, Zaqatala), Kür-Araz ovalığında, Talış və Naxçıvan MR-da təbii halda rast gəlinir. Balverici, dekorativ bitkidir.

Значение слова в других словарях