QAPI-QAPI
QAPIÇILIQ
OBASTAN VİKİ
Qapıçı (futbol)
Qapıçı və ya Qolkiper (ing. Goalkeeper sözündən; Goal – qapı, keeper – tutan) — futbolda müdafiənin ən arxasında dayanan və ilk vəzifəsi topun qapıya girməsinin qarşısını almaq olan futbolçu. Qapıçılar, əksəriyyətlə GK qısaltması ilə göstərilir. Azərbaycanca qısaltması QK-dir. Qapıçılar çox vaxt 1 nömrəsini daşıyırlar.Dünyada bir çox məşhur qapıçı var.Qapıçılar bəzən kapitan da olurlar.
Hisar-i Qapıçı (Urmiya)
Hisar-i Qapıçı (fars. حصارگاپوچي‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 77 nəfər yaşayır (17 ailə).
Avropanın ən yaxşı qapıçısı
Avropanın ən yaxşı qapıçısı mükafatı 1990-cı ildən bəri hər il UEFA dərgisindəki səsvermələrə görə Avropanın ən gözə çarpan qapıçısına verilən mükafatdır. 2009-cu ildə ESM (Avropa İdman Mediası) mükafatın təqdimatçısı oldu.
Fransada ilin qapıçısı
Bu, hər il mövsümün sonunda Fransada seçilən ilin qapıçısı mükafatı siyahısıdır. Fransada 2002-ci ildən bəri ilin qapıçısı mükafatı təsis edilir. Mükafatın ilk sahibi isə Stefan Trevisan olmuşdur.
Niderlandda ilin qapıçısı
Niderlandda ilin qapıçısı mükafatı ilk dəfə 1987-ci ildə təsis edilmişdir. İlk qalib isə "PSV Eyndhoven" klubunun qapıçısı Hans Van Brökelen olmuşdur.
Qapıçılar kralı (film, 1976)
Qapıçılar kralı filmi rejissor Zəki Ögtən tərəfindən 1976-ci ildə ekranlaşdırılmışdır. Dram, macəra, komediya janrında olan bu film "Çiçəkfilm" kinostudiyasında istehsal edilmişdir. Əsas rolları Kamal Sunal, Sevda Fərdağ, Bilgə Zobu, Sevil Üstəkin, Şövkət Altuğ ifa edirlər. Seyid böyük binanın qapıçısıdır. Onun əvvəlki direktor ilə arası yaxşıdır, ancaq indiki direktor ilə arası heç yaxşı deyil. Seyid çox çevikdir və hər işin öhdəsindən gəlir. Bir gün əvvəlki direktor ona böyük pulunun bir qisminin açarını verər. Bu an binaya yeni köçən Mahir plan hazırlayar və açarı almaq üçün çalışar. Ancaq Seyid bu planı başa düşər və onları polisin ayağına verir. Qısa müddətdə Seyid zəngin olur və binanın 51%-ini alır.
Qapıçıməhəllə
Qapıçıməhəllə — Azərbaycan Respublikasının Astara rayonunun Suparibağ kənd inzibati ərazi dairəsində kənd. Hal-hazırda kəndə çevrilmiş bu məkan bir zaman (yəni çar Rusiyasının Qacar şahənşahlığı ilə (1813) savaşı nəticəsində dövlətlərarsı sərhəddin Astara çayı üzərindən salınması anınadək) qədim və böyük Astara şəhərinin gömrük qapılarından biri olmuşdur. Əzizağa Əliyev (1973–1993).
Qapıçıməhəllə bələdiyyəsi
Astara bələdiyyələri — Astara rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Qapıçıqdağ
Qapıcıq dağı — Naxçıvan Muxtar Respublikasının Ordubad rayonu ərazisində dağ. Zəngəzur silsiləsinin ətəyində yerləşir. Kiçik Qafqazın ən yüksək zirvəsidir. Oxçuçay ilə Gilançayın suayrıcındadır (hünd. 3905,2 m). Zəngəzur silsiləsinin və eyni zamanda Kiçik Qafqazın ən hündür zirvəsi. Nəsirvazçayın mənbə hissəsində, Nəsirvaz kəndindən 7 km şərqdədir. Alt Eosenin İpr mərtəbəsinə aid Kələki lay dəstəsinin vulkanogen-çökmə süxurlarından təşkil olunmuş sıldırım yamaclı konusvari yüksəklikdir. Yamaclarında qədim buzlaq relyefi formaları (təknə, karr, moren), zirvəsində 3–4 m qalınlığında daimi qar örtüyü var. Tektonik cəhətdən Zəngəzur qalxım zonasının şimal-şərq kənarında, Mehri-Ordubad batolitinin ekzokontakt zolağında yerləşir.

Значение слова в других словарях