qaimməqamlıq 2021
qaqarinit
OBASTAN VİKİ
Qaqar
Qaqar (lat. Gavia) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qaqarkimilər dəstəsinin qaqarlar fəsiləsinə aid heyvan cinsi. 5 növü var.
Ağboyun qaqar
Ağboyun qaqar (lat. Gavia pacifica) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qaqarkimilər dəstəsinin qaqarlar fəsiləsinin qaqar cinsinə aid heyvan növü.
Ağdimdik qaqar
Ağdimdik qaqar (lat. Gavia adamsii) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qaqarkimilər dəstəsinin qaqarlar fəsiləsinin qaqar cinsinə aid heyvan növü.
Qaradöş qaqar
Qaradöş qaqar (lat. Gavia arctica) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qaqarkimilər dəstəsinin qaqarlar fəsiləsinin qaqar cinsinə aid heyvan növü.
Qırmızıdöş qaqar
Qırmızıdöş qaqar (lat. Gavia stellata) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qaqarkimilər dəstəsinin qaqarlar fəsiləsinin qaqar cinsinə aid heyvan növü.
Polina Qaqarina
Polina Serqeyevna Qaqarina (rus. Полина Сергеевна Гагарина; doğ. 27 mart 1987) - rusiyalı pop-estrada müğənnisi, bəstəkar, model və kino ulduzu. O, Rusiyanı Avstriyanın paytaxtı Vyanada keçirilən 2015 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmiş və ölkəsinə final mərhələsində 2-ci yeri qazandırmışdır. == Həyatı == Polina Qaqarina 27 mart 1987-ci ildə Rusiya Sovet Federativ Sosialist Respublikasının Moskva şəhərində anadan olmuşdur. Polina Moskvada dünyaya göz açsa da, gəncliyinin böyük hissəsini Yunanıstanda keçirmişdir. Onun anası balerina olmuşdur. Atasının vəfatından sonra Polina anası ilə birlikdə Rusiyaya geri dönmək qərarına gəlsələr də, lakin qısa zaman sonra onlar yenidən Yunanıstana, Afinaya qayıtmışdırlar. Polina təhsilini bitirdikdən sonra Rusiyaya geri dönmüş və Saratov şəhərində nənəsi ilə yaşamışdır. O, rus və yunan dillərində səlis danışa bilir.
Qaqarin
Qaqarin — soyad. Bu soyadı olan şəxslər. Yuri Qaqarin — sovet kosmonavtı və kosmosa uçan ilk insan. Yaşayış məntəqələri Qaqarin (Smolensk) — Rusiya Federasiyasında yerləşən şəhər.
Qaqarin (Göyçə)
Qaqarin — İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indiki Sevan rayonu ərazisində kənd. == Tarixi == Qaqarin adı 1955-ci ildə qoyulmuşdur. == Əhalisi == Hazırda əhalisiz yaşayış məntəqəsidir.
Qaqarin (Smolensk)
Qaqarin — Rusiya Federasiyasında yerləşən şəhər. Smolensk vilayətinə daxildir.
Qaqarin (Özbəkistan)
Qaqarin (özb. Gagarin) — Özbəkistanın Cizzəx vilayətində şəhər.
Qaqarin abidəsi (Moskva)
Qaqarin heykəli (Moskva) Heykəltəraş Pavel Bondarenkonun əsəri olan Yerin ilk kosmonavtı Yuri Qaqarinin heykəli 4 iyul 1980-ci ildə Moskvada, Lenin prospektindəki eyni adlı meydanda ucaldılmışdır. Abidə kosmik gəmilərin inşasında istifadə olunan metaldan — titandan hazırlanmışdır. Müəyyən edilmiş mədəni irs obyekti statusuna malikdir. == Təsviri == Abidə 1980-ci ildə Moskvada Olimpiya Oyunları üçün Lenin prospektindəki Qaqarin meydanında ucaldılmışdır. Abidənin müəllifləri heykəltaraş Pavel Bondarenko, memarlar Yakov Belopolski və Fyodr Qajevski, konstruktor Aleksey Sudakovdur. Yuri Qaqarinin titandan hazırlanmış heykəli hündür yivli postament üzərində quraşdırılmışdır. Abidənin hündürlüyü 42,5 metr, ümumi çəkisi 12 tondur. Abidənin ətəyində, Yuri Qaqarinin 12 aprel 1961-ci ildə kosmosa ilk uçuşunu həyata keçirdiyi "Vostok" gəmisinin eniş aparatının eynisi vardır. Abidənin ucaldılacağı yer təsadüfən seçilməmişdir — Yuri Qaqarin kosmosa ilk uçuşunun nəticələri haqqında Sov.İKP MK-aya məlumat vermək üçün, "Vnukovo" hava limanından çıxıb Lenin prospekti ilə şəhərə daxil omuşdu. 1960-cı ilə qədər indiki Qaqarin Meydanı Moskva sərhədi idi.
Qaqarin heykəli (Moskva)
Qaqarin heykəli (Moskva) Heykəltəraş Pavel Bondarenkonun əsəri olan Yerin ilk kosmonavtı Yuri Qaqarinin heykəli 4 iyul 1980-ci ildə Moskvada, Lenin prospektindəki eyni adlı meydanda ucaldılmışdır. Abidə kosmik gəmilərin inşasında istifadə olunan metaldan — titandan hazırlanmışdır. Müəyyən edilmiş mədəni irs obyekti statusuna malikdir. == Təsviri == Abidə 1980-ci ildə Moskvada Olimpiya Oyunları üçün Lenin prospektindəki Qaqarin meydanında ucaldılmışdır. Abidənin müəllifləri heykəltaraş Pavel Bondarenko, memarlar Yakov Belopolski və Fyodr Qajevski, konstruktor Aleksey Sudakovdur. Yuri Qaqarinin titandan hazırlanmış heykəli hündür yivli postament üzərində quraşdırılmışdır. Abidənin hündürlüyü 42,5 metr, ümumi çəkisi 12 tondur. Abidənin ətəyində, Yuri Qaqarinin 12 aprel 1961-ci ildə kosmosa ilk uçuşunu həyata keçirdiyi "Vostok" gəmisinin eniş aparatının eynisi vardır. Abidənin ucaldılacağı yer təsadüfən seçilməmişdir — Yuri Qaqarin kosmosa ilk uçuşunun nəticələri haqqında Sov.İKP MK-aya məlumat vermək üçün, "Vnukovo" hava limanından çıxıb Lenin prospekti ilə şəhərə daxil omuşdu. 1960-cı ilə qədər indiki Qaqarin Meydanı Moskva sərhədi idi.
Qaqarin körpüsü
Cavanşir körpüsü (əvvəlki adı:Qaqarin körpüsü) — Afiyəddin Cəlilov küçəsi ilə Üzeyir Hacıbəyov küçəsini birləşdirən körpü. == Tarixi == “Cavanşir” körpüsü 1962-ci ildə inşa olunub. 12 aşırımlı bu körpünün ümumi uzunluğu 203 metr, eni isə 17 metrdir. Yaxın vaxtlara qədər körpünün altından qatarlar, üstündən isə avtomobillər hərəkət edib. Hazırda isə ərazidən keçən dəmir yolu xətləri sökülüb. 2019-cu ildə Cavanşir körpüsünün yaxın vaxtlarda söküləcəyi, körpünün yerində yeni yolun salınması nəzərdə tutulduğu barədə xəbər verilib.
Qaqarkimilər
Qaqarkimilər (lat. Gaviiformes) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinə aid heyvan dəstəsi.
Qriqori Qaqarin
Qaqarin Qriqori Qriqoryeviç (29 aprel (11 may) 1810, Sankt-Peterburq – 18 (30) yanvar 1893, Şatelro[d]) — rus rəssamı, incəsənət tədqiqatçısı. Romada K.P. Brüllovdan dərs almışdır. Peterburq Rəssamlıq Akademiyasının vitse-prezidenti olmuşdur (1859-1872). Qaqarin Qafqazda hərbi xidmətdə olarkən (1840-1850) burada yaşayan xalqların məişətinə aid tablolar, portret, mənzərə rəsmləri və batal səhnələri çəkmişdir. Qaqarin Azərbaycanın şəhərlərində də olmuş, "Şamaxı rəqqasələri", "A.A. Bakıxanovun portreti" və s. rəsmlər, həmçinin, Azərbaycan memarlıq abidələrini təsvir edən əsərlər çəkmişdir. == Əsərləri == Григорий Гагарин. Костюмы Кавказа (Scenes, paysages, meurs et costumes du Caucase). Paris, 1845. == İstinadlar == == Mənbə == Олег Кузнецов, канд.
Qütb qaqarı
Qütb qaqarı (lat. Gavia immer) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qaqarkimilər dəstəsinin qaqarlar fəsiləsinin qaqar cinsinə aid heyvan növü.
Yuri Qaqarin
Yuri Qaqarin (rus. Юрий Алексеевич Гагарин; 9 mart 1934[…], Kluşino[d], Qərb vilayəti[d] – 27 mart 1968[…]) — sovet kosmonavtı və kosmosa uçan ilk insan. == Həyatı == Yuri Qaqarin kəndli ailəsində anadan olmuşdur. Onun atası Aleksey İvanoviç Qaqarin dülgər, anası Anna Timofeyevna Qaqarina isə heyvandarlıqla məşğul idi. Uşaqlığını Kluşino kəndində keçirmişdir. 1941-ci ildə məktəbə getmiş, 24 may 1945-ci ildə ailəsi ilə birlikdə Qjatsk şəhərinə köçmüşdür. 1951-ci ildə Yuri orta ixtisas məktəbini bitirərək metal tökmə üzrə ixtisasa yiyələnmişdir. Həmin ilin avqustunda Qaqarin Saratov sənaye texnikumuna daxil olur və oktyabr ayından Saratov aeroklubunun üzvü olur. 1955-ci ildə təhsilini əla qiymətlərlə başa vuraraq Yak-18 təyyarəsində ilk dəfə sərbəst uçuş edir. 27 oktyabr 1955-ci ildə Qaqarin əsgərliyə çağırılır və Orenburqdakı 1-ci hərbi aviasiya məktəbinə göndərilir.
Qaqarlar
Qaqarlar (lat. Gaviidae) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qaqarkimilər dəstəsinə aid heyvan fəsiləsi.
Qaqarin ordeni
Qaqarin ordeni — Rusiya Federal Kosmik Agentliyinin inkişafındakı böyük xidmətləri qiymətləndirmək üçün təsis edilmiş yüksək dərəcəli mükafat. 1961-ci ildə kosmosa ilk səyahət edən sovet kosmonavtı Yuri Qaqarinin adını daşıyan mükafat Qaqarin ordeni 2023-cü ildə Valentina Tereşkovanın 16 iyun 1963-cü ildə Vostok 6-da solo missiyasının 60 illiyi və Yuri Qaqarinin Vostok 1 kosmik gəmisində tarixi kosmosa uçuşunun 62-ci ildönümü şərəfinə təsis edilmişdir. == Tarixi == Sovet kosmonavtı Yuri Qaqarin kosmosa uçan ilk insan olub. O, 1961-ci il aprelin 12-də "Vostok-1" gəmisində 1 saat 48 dəqiqəyə yer kürəsini dövrə vurduqdan sonra, Yerə sağ-salamat qayıdıb. 12 aprel 2023-cü ildə Rusiya Federal Kosmik Agentliyin baş direktoru Yuri Borisov bəyan etdi ki, Rusiya prezidenti Vladimir Putin Rusiya Federal Kosmik Agentliyin tərəfindən Qaqarinin adına ordenin təsis edilməsi təklifini təsdiqləyib. Rusiya Federasiyası Prezidentinin 27 may 2023-cü il tarixli 385 nömrəli Fərmanı ilə təsdiq edilmiş əsasnaməyə əsasən, Qaqarin ordeni Rusiya vətəndaşlarına ilk növbədə uğurlu ekipajla kosmik uçuşlara, kəşfiyyat, inkişaf və tədqiqat üzrə ekipajla kosmik uçuş proqramlarına görə verilir. Qaqarin ordeninin əsas məqsədi kosmosun tədqiqi və əlaqəli elmi fənlər sahəsinə əhəmiyyətli töhfə vermiş şəxsləri və təşkilatları tanımaq və tanıdmaqdır. Valentina Tereşkova Qaqarin ordeninin ilk sahibi olub. İlk qadın kosmonavt Valentina Teleşkovaya Rusiya Federasiyası Prezidentinin 16 iyun 2023-cü il tarixli 442 nömrəli Fərmanı ilə "kosmosun tədqiqində görkəmli xidmətlərinə, tarixi uçuş zamanı göstərdiyi cəsarət və fədakarlığa, aktiv ictimai və beynəlxalq fəaliyyətinə görə" elə həmin gün Vladimir Putin Sankt-Peterburqdakı Konstantin sarayında keçirilən görüşdə ona mükafatı təqdim edib. "Bu yaxınlarda Yuri Qaqarin ordeni təsis edildi.