Qaradaşlı
Qaradaşlı (gürc. იწრია; İtsria) — Gürcüstanın Bolnisi rayonunda yerləşən kənd. Gürcüstanın cənub-şərq hissəsində, tarixi Borçalı mahalı ərazisində yerləşir.
== Tarixi ==
1990-1991-ci illərdə Gürcüstan rəhbərliyinin rayondakı etnik azlıqların yaşayış məntəqələrinin tarixi toponimlərini dəyişdirməsi nəticəsində Qaradaşlı kəndinin adı dəyişdirilərək İtsria adlandırılmışdır.
Yerli əhali arasında kəndin ikinci adı olan Qaraçöp də geniş yayılmışdır.
== Coğrafiyası ==
Kənd Bolnisi rayon mərkəzindən 15 km aralıda, dəniz səviyyəsindən 750 metr yüksəklikdə yerləşir.
== Əhalisi ==
Gürcüstan Dövlət Statistika Komitəsinin məlumatına görə, 2002-ci ilin rəsmi siyahıyaalınmasına əsasən, kəndin əhalisi 249 nəfərdir və 100% azərbaycanlıdır.
== İqtisadiyyatı ==
Əhali əsasən qoyunçuluq, maldarlıq və tərəvəzçiliklə məşğuldur.