qardmanlar 2021
qarevait
OBASTAN VİKİ
David Qareci lavrası
David Qareci lavrası (gürc. დავითის ლავრა) — Keşikçidağ monastır kompleksinə daxil olan tarixi-memarlıq abidəsi. Lavra VI əsrin I yarısında Müqəddəs David Qarecinin rəhbərliyi ilə inşa edilmişdir. == Memarlıq xüsusiyyətləri == Kompleksə VI-XVIII əsrləri əhatə edən müxtəlif tikililər - kilsə, rahiblərin və ziyarətçilərin istifadəsi üçün nəzərdə tutulmuş müxtəlif binalar daxildir. Kompleks dairəvi qüllələri olan müdafiə divarları ilə əhatə olunmuşdur. Kompleksin mərkəzində girişi üzərində zəng qülləsi ucalan qədim kilsə yerləşir. Kilsənin ətrafında yaşayış üçün hər şəraiti olan kenakonlar, onların arxasında kiçik kapellalar, bir qədər aralıda isə atların saxlanması üçün yerlər və anbarlar yerləşir. Kompleks mağaralarla zəngin dağlıq ərazidə yerləşir. Dağlıq ərazidə yağış sularının toplanması, süzülməsi və istifadəsinə imkan verən sistem yaradılmışdır. Kompleksə daxil olan mağaralardan birinə davamlı olaraq su damır və toplanır.
David Qareci monastırı
Keşikçidağ məbədi (həmçinin Qaraca məbədi, David Qareci məbədi) — Azərbaycanın Gürcüstanla sərhəddində, hazırda mübahisəli ərazi sayılan zonada yerləşən qədim Alban məbədi. Dəniz səviyyəsindən 850 metr hündürlükdə olan və böyük coğrafi sahəni əhatə edən məbəd kompleksinin bir hissəsi Gürcüstanın Saqareco rayonu, digər bir hissəsi isə Azərbaycanın Ağstafa rayonu ərazisində yerləşir. Keşikçi məbədinin mənşəyinə dair Azərbaycan və gürcü mənbələri arasında tarixi konsensus mövcud deyildir. Azərbaycan mənbələrinə görə Keşikçi məbədi qədim alban mənşəli olub, Qafqaz Albaniyasının mədəni irsinə aiddir. Əksər gürcü mənbənləri isə məbədin gürcü mənşəli olub tarixən Gürcü Pravoslav Kilsəsinə tabe olduğunu iddia edirlər. Azərbaycan tarixçilərinə görə məbəd gürcülər tərəfindən yalnız IV Qurucu Davidin hakimiyyəti dövründə (1089–1125) ziyarət edilməyə başlanmış, daha sonra Tamaranın hakimiyyəti dönəmində (1184–1207) gürcü kilsəsinin təsiri altına düşmüşdür. O dövrdə Azərbaycanda mövcud olan müsəlman Atabəylər dövləti, həmçinin Şirvanşahlar dövləti xristian məbədlərinə o qədər də maraq göstərmir və onları himayə etmirdilər. Məhz belə bir dövrdə onsuz da sayca azlıqda qalan xristian albanlar dağlara çəkilmişdilər və bu məbəd də o dövrdə tərk edilmişdi. Aparılan tədqiqatlar göstərmişdir ki, məbədin divarlarına çəkilmiş şəkillər və gürcü dilində olan yazılar onun yaşına nisbətən xeyli gəncdir. == Məbədə gürcü iddiasının arqumentləri == Tarixçi-alim Altay Göyüşovun sözlərinə görə, "David Qareci" həqiqətən qədim alban məbədidir və uzun illər alban kilsəsinin nəzarəti altında fəaliyyət göstərib.
II Qaregin
II Qaregin (erm. Գարեգին Բ; 21 avqust 1951) — Erməni Qriqoryan Kilsəsinin rəhbəri.
Qaregin Njde
Qareqin Njde- (Qareqin Ter-Arutyunyan erm. Գարեգին Նժդեհ; 1 yanvar 1886, Güznüt, Naxçıvan qəzası – 21 dekabr 1955, Vladimir mərkəzi həbsxanası[d], Vladimir vilayəti, SSRİ) — erməni dövlət xadimi. Qareqin Njde 1 yanvar 1886-cı ildə İrəvan quberniyasının Naxçıvan qəzasında anadan olmuşdur. 1902-ci ildə Peterburq universitetinin hüquq fakültəsinə daxil olur, 1904-cü ildə təhsilini yarımçıq qoyub, erməni millətçilərinə qoşulur. İrana köçərək daşnakların orada təşkil etdiyi hərbi məktəbdə təhsil alır, sonra Sofiyadakı zabit məktəbinə daxil olur. Məktəbi bitirdikdən sonra Murad Sebastasinin başçılıq etdiyi erməni silahlı dəstələrindən birinə qoşulur. Eyni vaxtda Qareqin Daşnaksütuna üzv olur və Njde ləqəbini alır. 1909-cu ildə Rusiyaya (Qafqaza) silah almaq məqsədilə gəlir, Njde həbs olunur. Lakin 1912-ci ildə azad olunur və Bolqarıstana qayıdır. I Balkan müharibəsində Osmanlı imperiyasına qarşı döyüşlərdə iştirak edir, 272 nəfərlik könüllü erməni dəstəsinə başçılıq edir.
Qaregin Srvandztyants
Qaregin Srvandztyants (erm. Գարեգին Սրուանձտեանց; 17 noyabr 1840, Van, Van əyaləti – 17 noyabr 1892, Konstantinopol) — erməni əsilli Osmanlı filoloq, folklorşünas, etnoqraf və keşişi. Srvandztyants 1874-cü ildə erməni dastanı olan Sasunlu Davidin bir versiyasını nəşr edən ilk şəxs idi. Dastan muşlu bir kəndli tərəfindən üç gün ərzində söylənilmişdir.
Qareqin Njde
Qareqin Njde- (Qareqin Ter-Arutyunyan erm. Գարեգին Նժդեհ; 1 yanvar 1886, Güznüt, Naxçıvan qəzası – 21 dekabr 1955, Vladimir mərkəzi həbsxanası[d], Vladimir vilayəti, SSRİ) — erməni dövlət xadimi. Qareqin Njde 1 yanvar 1886-cı ildə İrəvan quberniyasının Naxçıvan qəzasında anadan olmuşdur. 1902-ci ildə Peterburq universitetinin hüquq fakültəsinə daxil olur, 1904-cü ildə təhsilini yarımçıq qoyub, erməni millətçilərinə qoşulur. İrana köçərək daşnakların orada təşkil etdiyi hərbi məktəbdə təhsil alır, sonra Sofiyadakı zabit məktəbinə daxil olur. Məktəbi bitirdikdən sonra Murad Sebastasinin başçılıq etdiyi erməni silahlı dəstələrindən birinə qoşulur. Eyni vaxtda Qareqin Daşnaksütuna üzv olur və Njde ləqəbini alır. 1909-cu ildə Rusiyaya (Qafqaza) silah almaq məqsədilə gəlir, Njde həbs olunur. Lakin 1912-ci ildə azad olunur və Bolqarıstana qayıdır. I Balkan müharibəsində Osmanlı imperiyasına qarşı döyüşlərdə iştirak edir, 272 nəfərlik könüllü erməni dəstəsinə başçılıq edir.
Qarer adaları
Barer adaları — Laptevlər dənizində yerləşən Pyotr adaları tərkibinə daxil olan adalar qrupu. İnzibati cəhətdən Rusiyanın Krasnoyarsk diyarı ərazisinə daxildir. Cənub adasında şimal-şərqdə yerləşir. Adalar uzunsov formaya malikdir. Şimal-qərbdən cənub-şərqə istiqamətlənir. Materikin şelf hissəsində qumdan ibarət adalardır. Adalar Vasili Vasilyeviç Pronçişeviç tərəfindən 1736-cı ildə kəşf edilmişdir.
Qaret Beyl
Qaret Beyl (16 iyul 1989[…], Kardiff) — sağ cinah mövqeyində oynamış keçmiş Uels milli futbolçusu. 9 yanvar 2023-cü ildə peşəkar futbol karyerasını başa vurub. Kardiff şəhərində doğulub böyüməsinə baxmayaraq, Qaret Beyl'in peşəkar karyerası İngiltərə championatı komandalarından Sauthempton komandası ilə başlamışdır. Yalnız iki mövsüm Southampton'da oynadıqdan sonra 2007-ci ildə Premier Liqa komandalarından Tottenhem Hotspur'a transfer olmuşdur. Beyl sürətli, güclü və atletik futbolçu kimi tanınır.Bundan sonra isə o Real Madrid klubuna transfer olmuşdur.Transfer qiymətinə görə dünyanın ən bahalı futbolçusu ünvanını qazanmışdır.Beyl hal-hazırda bu klubda 11 nömrəli forma altında karyerasını davam etdirir.Bu klubda artıq o, 100-cü matçına çıxdı . Beyl peşəkar futbol karyerasına Uelsli olsa da, karyerasına İngiltərədə başlayıb. Beyl 2006-cı ildə İngiltərənin Sauthempton klubunda karyyerasında başlayıb . Burada cəmi bir mövsüm ərzində oynayan beyil 40 oyunda meydana çıxdı və rəqib qapılarına 40 oyunda 5 qol vura bilib. Beyl cəmi bir mövsüm sonra İngiltərənin digər klubu Tottenham Hotspur Beyli transfer edir . Bu klubda 6 il çıxış edir .
Qaret Cons
Qaret Riçard Von Cons (ing. Gareth Richard Vaughan Jones; 14 avqust 1905, Barri[d], Veyl-of-Qlamorqan[d] – 12 avqust 1935, Jehe[d]) — Uels əsilli Britaniya jurnalisti. 1932–1933-cü illərdə SSRİ-də baş verən kütləvi aclıq, ilk növbədə Ukrayna SSR-dəki Qolodomor haqqında dünya ictimaiyyətini məlumatlandırması ilə tanınır. Təxminən eyni vaxtda jurnalist Malkolm Maqqerridc də SSRİ-dəki aclıq haqqında həqiqətləri dünyaya çatdırmağa çalışsa da, onun The Manchester Guardian (indiki The Guardian) qəzetində dərc olunan qeydləri ciddi şəkildə qısaldılmış, redaktə edilmiş və imzasız dərc edilmiş, habelə Almaniyada antisemitizm təzahürlərinin artması ilə bağlı xəbərlər fonunda diqqətdən kənarda qalmışdı. Qaret Cons Barridə (Qlamorqan, Uels) anadan olub. Atası mayor Edqar Cons oğlunun oxuduğu Barri məktəbinin direktoru idi. Qaretin anası 1889–1892-ci illərdə uelsli polad sənayeçisi Artur Hyuzun oğlunun uşaqlarının dayəsi idi. Artur Hyuz Yuzovka qəsəbəsinin (indiki Donetsk) əsasını qoymuşdu. Anasının Rusiyada keçirdiyi xoşbəxt illər haqqında xatirələri Consu SSRİ-ni, xüsusilə Ukraynanı ziyarət etməyə həvəsləndirirdi. Bunun üçün o, əzmlə xarici dilləri öyrənməyə başladı.
Qaret Edvards
Qaret Edvards (ing. Gareth Edwards; 12 iyul 1947) — Britaniya rejissoru. Onun ən məşhur filmi Qodzilladı.
Qareyka
Qareyka (rus. Гарейка, başq. Гәрәй) — Başqırdıstan Respublikasının Baltas rayonunda yerləşən kənd. Kənd, Nijnekarışev kənd şurasının tərkibindədir. 2010-cu ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kəndin əhalisi 39 nəfərdir. Kənd, rayon mərkəzindən 18 kilometr, ən yaxın dəmiryolu stansiyasından isə 51 kilometr uzaqlıqdadır. 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kəndidə marilər (60%) tatarlar (35%) üstünlük təşkil edir.
Qarehi (Mahnişan)
Qarehi (fars. قره آيي‎) - İranın Zəncan ostanının Mahnişan şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 119 nəfər yaşayır (22 ailə).
Qaregin Poqosyan
Qaregin Semveli Poqosyan (erm. Գարեգին Սամվելի Պողոսյան; XX əsr) — Ermənistan hərbi zabit, Ermənistan Silahlı Qüvvələrinin polkovniki, Ermənistan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin komandiri. O, 2020-ci ildə Ermənistanın Milli Qəhrəmanı adına layiq görülmüşdür. 22 oktyabr 2020-ci ildə Ermənistan Prezidenti Armen Sarkisyanın fərmanı ilə polkovnik Qaregin Samveli Poqosyan Ermənistanın Milli Qəhrəmanı ali adına layiq görülmüşdür.

Значение слова в других словарях