QARĞABAZARI

i. hubbub, din, row; ~ salmaq to make* a hubbub / din, to kick up a row / fuss, to kick up a din

QARĞA-QUZĞUN
QARĞABURUN
OBASTAN VİKİ
Qarğabazarı (Üçkilsə)
Qarğabazarı, Qarğabazar — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Üçkilsə (Eçmiədzin) rayonunda kənd. Rayon mərkəzidən 12 km cənub-şərqdə, Qarasu çayının yanında yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir.Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 25 may 1965-ci il tarixli Fərmanı ilə kəndin adı dəyişdirilərək Haykaşen edilmişdir.1918-ci ildə kəndin əhalisi qovulmuş və Türkiyədən gəlmə ermənilər yerləşdirilmişdir. "Kitabi-Dədə Qorqud" eposunda Dərəşam toponimi ilə səslənir. XIX əsrdə Alagöz dağının ətəyində Qaraşam adlı kənd vardı. Ərəb dilində qəryə "kənd" və şam (əsli ərəbcə) "qamışlıq" sözlərindən ibarətdir. == Əhalisi == Kənddə 1873-cü ildə 574 nəfər, 1886-cı ildə 602 nəfər, 1897-ci ildə 569 nəfər, 1904-cü ildə 688 nəfər, 1914-cü ildə 728 nəfər, 1916-cı ildə 615 nəfər, 1919-cu ildə 600 nəfər yalnız azərbaycanlı yaşamışdır. 1919-cu ilin sonlarında kənd erməni təcavüzünə məruz qalaraq sakinləri qırğınlarla qovulmuşdur. İndiki Ermənistanda sovet hökuməti qurulandan sonra kəndi tərk etmiş azərbaycanlılardan sağ qalanlar ata-baba torpaqlarına qayıda bilmişdir. Burada 1922-ci ildə 192 nəfər, 1926-cı ildə 190 nəfər, 1931-ci ildə 168 nəfər yalnız azərbaycanlı yaşamışdır.

Значение слова в других словарях