…QAT
QAT-QARIŞIQ
OBASTAN VİKİ
Qarış
Qarış — keçmiş zamanlardan bu günümüzəcən işlədilən təxmini uzunluq ölçü vahidi. Azərbaycanda geniş yayılmış xalq uzunluq ölçüsü vahidlərindən biri də qarış adlanır. Qarış da türk sözüdür. Diqqəti cəlb edən məqamlardan biri bəşər sivilizasiyasının inkişafında əvəzsiz rol oynayan şumerlərin də dilində torpaq ölçmək üçün eyni sözün olmasıdır. Məşhur Amerika şumerşünası S.N.Kramer şumerlərə məxsus "Əkinçinin təqvimi" mətnini tərcümə edərkən torpaq ölçü vahidi kimi qaruş//qareş sözünü eynilə saxlamışdır. Sonralar onun əsəri ("Tarix Şumerdən başlayır") rus dilinə tərcümə edilərkən qareş sözünə heç bir dəyişiklik edilməmişdir. S.N.Kramerin əsərində qareş sözü 6–7 m uzunluğunda torpaq zolağı kimi şərh edilmişdir. Bir qareşin şumerlərdə 6–7 m-ə bərabər götürüldüyü o qədər də inandırıcı görünmür. Hazırda çox da dəqiqlik tələb olunmayan yerlərdə xalq qarışdan istifadə edir. Qarış əli açıq vəziyyətdə tutduqda baş barmağın ucundan çeçələ barmağın ucuna qədər olan uzunluğu bildirir və bu da orta hesabla 0,213 m-ə, yəni təqribən 20 sm-ə bərabərdir.
Bazalt qat
Bazalt — normal cərgəli effuziv dağ süxuru, ən çox yayılan kaynotip süxurları. == Haqqında == Bazaltlar püskürmə suxurların əsas kütləsini təşkil edir. Onlar müasir okeanların diblərini təşkil etməklə yanaşı, quru sahələrdə də geniş əraziləri tutur. Məsələn, Mərkəzi Sibirdə çox böyük ərazi qalın bazalt layları ilə örtülmüşdür."Bazalt" həbəş dilində "bazal" (dəmirsaxlayan daş) sözündən törəmişdir və ilk dəfə Böyük Plini tərəfindən işlədilmişdir. Liparitlərdən fərqli olaraq bazaltlar qara rəngdə olur. Bazalt maqması daha duru olduğuna görə nazik axınlar yaradır və bu səbəbdən də daha tez soyuyur. Ona görə də bazaltların petroqrafik tərkibində vulkan şüşəsi çox olur. Maqmadan ayrılan qazların hesabına bazalt suxurları, adətən məsaməli olur. Bazalt maqması soyuyarkən çox vaxt bazalt suxurlarının içərisində seolit və kalsit kristallarının yelpikvari formaları əmələ gəlir. Bazalt suxurlarının içərisindəki boşluqlarda bəzən aqat mineralının nazik zolaqlım kristallarına rast gəlinir.
Qərbi Qat
Qərbi Qat (hind. पश्चिमी घाट), Saxyadri (hind. सह्याद्रि) — Hindustanın qərbində yerləşən dağ silsiləsi. Dəkkən yaylasının qərbi ilə şimaldan cənuba doğru uzaır. Dəkkən yaylası enziz sahil xətti ilə Ərəbistan yarımadasından ayrılır. Dağ silsiləsi Qucarat və Maxaraştra ştatlarının sərgəddindən başlayır və 1600 km məsafədə Maharaşta, Qoa, Karnataka, Tamilnad və Kerala şatatları ərazisi boyunca uzanır. Hindistanın cənubuna qədər uzanan dağların 60 % Karnatakedə yerləşir. Dağlar 60 000 km² sahəni əhatə edir. Onların orta hündürlüyü 1200 m, maksimal hündürlüyü isə 2695 metrdir (Anay-Mudi). Qərbi Qat dağları ayrıca bir sistem deyildir.
Qarış (dəqiqləşdirmə)
Qarış — Azərbaycanda geniş yayılmış xalq uzunluq ölçüsü vahidlərindən biri. Yuxarı Qarış (Baltas) — Başqırdıstan Respublikasının Baltas rayonunda yerləşən kənd. Aşağı Qarış (Baltas) — Başqırdıstan Respublikasının Baltas rayonunda yerləşən kənd.
Aşağı Qarış (Baltas)
Aşağı Qarış (rus. Нижнекарышево, başq. Түбәнге Ҡарыш) — Başqırdıstan Respublikasının Baltas rayonunda yerləşən kənd. Kənd, Aşağı Qarış kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Starobaltas): 20 km., kənd sovetliyindən (Yuxarı Qarış): 4 km. ən yaxın dəmiryol stansiyasından (Kueda stansiyası): 90 km. == Əhali == === Milli tərkibi === 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kəndidə Başqırdlar (60 %), tatarlar (37 %) üstünlük təşkil edir.
Yuxarı Qarış (Baltas)
Yuxarı Qarış (rus. Верхнекарышево, başq. Юғары Ҡарыш) — Başqırdıstan Respublikasının Baltas rayonunda yerləşən kənd. Kənd, Aşağı Qarış kənd şurasının tərkibindədir. Məsafələr: rayon mərkəzindən (Starobaltas): 22 km., ən yaxın dəmiryol stansiyasından (Kueda stansiyası): 92 km. 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kəndidə Başqırdlar (71 %), tatarlar (28 %) üstünlük təşkil edir. Filarit Abdulqazimoviç Bakirov (1950—2013) — teatr aktyoru, Başqırdıstanın Respublikası Xalq Artisti (1995). Teatr İşçiləri Birliyinin üzvü (1976). Flora Davletxanovna Axmerova (1928—2004) — yazıçı, diyarşunas, müəllim. RSFSR xalq təhsilində əla işçi (1964).
Məhsuldar qat (alt pliosen)
Sonuncu qarış (film, 1958)
"Sonuncu qarış" (rus. Последний дюйм) — rejissorlar Teodor Vulfoviç və Nikita Kurixinin filmi. Sahilboyu Şimali Afrika. Müharibədən sonrakı illər. İşsiz təyyarəçi Ben Esliyə yüksək məbləğə təhlükəli iş olan köpək balıqlarının sualtı çəkilişini tapşırırlar. Benin oğlu Devi atasına yalvarır ki, bu səfərinə onu da aparsın. Ben və onun oğlu Devi uzaq kimsəsiz sahilə gedirlər. Sualtı çəkilişlərin birində Ben ağır zədə alır və bütün işlər Devinin öhdəsinə düşür. Devi atasının və eləcə də özünün həyatını xilas etmək naminə təyyarəni idarə etməli olur. Ben oğluna təyyarəni necə idarə etməyi bir-bir başa salır.
Təzəabad-i Sərab-i Qat (Qürvə)
Təzəabad-i Sərab-i Qat (fars. تازه آباد سراب قحط‎) — İranın Kürdüstan ostanı Qürvə şəhristanının ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 56 nəfər yaşayır (15 ailə). Əhalisini kürdlər təşkil edir.

Значение слова в других словарях