Qaysarlı
Qaysarlı — Azərbaycan Respublikasının Qax rayonunun inzibati ərazi vahidində kənd.
1297-ci ilə aid mənbədə Qaysar tayfa başçısının adı çəkilir. Bu toponim qaysarlı nəsil adı ilə bağlıdır. Oykonim Qeysərli variantında da qeydə alınmışdır.
Kənd Alazan-Əyriçay çökəkliyində yerləşir.
1 yanvar 2012-ci il tarixinə olan rəsmi məlumata əsasən kənddə 86 təsərrüfatda hər iki cinsdən toplam 385 nəfər əhali yaşayır.