Qaysava

Bu xörək növündən daha çox Füzuli, Salyan, Biləsuvar, Qazax, Tovuz, Tərtər rayonlarının əhalisi istifadə edir. Qaysava daha çox ərik, xurma, kişmiş qurusunun yağda qovrulması yolu ilə hazırlanır. Bu söz Füzuli, Salyan, Biləsuvar şivələrində “qaysava”, Qazax dialektində “qaysafa ||qeysəfə” Tovuz şivəsində “qəysəvə|| qəsəvə”, Tərtər şivəsində “qəysəvə” formalarında və 2 mənada işlənir: 1) qaysıdan ( bəzən qaysı və kişmişdən) yağda bişirilən xörəyin adı; 2) qaysı mürəbbəsi. – Salatın qaysava bişirir. (Füzuli); - Mən qaysavanı çox issiyirəm. (Salyan) ; - Qaysavanı biz çox xoşdırıx (Biləsuvar); Ərixdən qaysafa pişirellər (Qazax); - Qəysəvə, murtdoyu tökərsən yağa, onnan sonra əriyin üstə tökərsən; -Qəysəfə ərixdən pişer (Qazax); -Qəsəvə ərixdən, yağdan olor (Tovuz); Konluma qə ysəvə tüşüf. (Tərtər) (1, 108) “Qaysava” sözü aşağıdakı xalq məsəlində də işlənmişdir: “Axmaq köpək qaysavadan pay umar”
Qaymaq
Qazayağı qovurması

Значение слова в других словарях