Qeydiyyat

1) fakt, yaxud halların onların uçotunun aparılması və ya onlara rəsmən tanınan akt statusunun verilməsi məqsədilə qeydiyyatı, təsbit edilməsi; 2) siyahıya, uçot kitabına daxil edilmə.
Qayə
Qəbul
OBASTAN VİKİ
CAS Qeydiyyat Nömrəsi
CAS qeydiyyat nömrələri kimyəvi birləşmələr, polimerlər, bioloji göstəricilər, qarışıqlar və ərintilər üçün istifadə edilən yeganə unikal nömrələrdirlər. Onlar həmçinin CAS nömrəsi və ya CAS nömrələri kimi də tanınırlar. Amerika Kimya Cəmiyyətinin (İngilis dilində: American Chemical Society; qısaca: ACS) bir bölməsi olan Kimyəvi Abstrakt Xidməti (İngilis dilində: Chemical Abstracts Service; qısaca: CAS) elmi ədəbiyyatda müəyyən edilmiş hər bir kimyəvi birləşmə üçün bu identifikasiya nömrələrini verməklə məşğuldur. Bu işdə əsas məqsəd verilənlər bazasında axtarışları asanlaşdırmaqdır, çünki kimyəvi birləşmələrin çox zaman birdən çox adı ola bilər. Demək olar ki, bütün müasir molekul verilənlər bazalarının hamısında CAS nömrəsi ilə axtarışların aparılması mümkündür. 2006-cı ilin may ayına olan məlumatlara əsasən, CAS reyestrində təxminən 28 milyonluq qeydiyyat mövcuddur. Tamamilə dəqiq olan rəqəmləri www.cas.org saytında görmək mümkündür. Hər həftə sayta təxminən 50.000 yeni qeydiyyat əlavə olunur. CAS həmçinin də bu kimyəvi maddələrin məlumat bazasını (CAS reyestri) müntəzəm olaraq yeniləyərək saxlayır və satır.
CAS-da qeydiyyat nömrəsi

Alabama nəqliyyat vasitəsi qeydiyyat nişanları
Alabama ştatında 1911-ci ildən ştat avtomagistrallarında istismar edilən motorlu nəqliyyat vasitələri üçün nəqliyyat vasitəsi qeydiyyat nişanları istifadəsinə başlanılmışdır. Bəzi Alabama bələdiyyələri həmin tarixə qədər atlı nəqliyyat vasitələri, eləcədə motorlu vasitələr üçün öz nömrə nişanlarından istifadə edirdilər ki, bunun da mövcüd olan ən qədim nümunəsi Bessemer şəhəri tərəfindən iki atlı arabaya verilən 1 nömrəli bürünc nişandır. Məlum olan ilk avtomobil nömrə nişanı isə Birminqem şəhəri tərəfindən 1906-ci ildə 1904-cü il istehsalı olan 6 slindirli Ford markalı avtomobilə verilmişdir. 1911-ci ildə çıxan qaydaya əsasən ştat tərəfindən verilən nişanın ölçüsü eni 4.5 dyüm, uzunluğu isə 12 dyümə qədər olmalı, sol hissədə şaquli olaraq "ALA" hərfləri qeyd edilməli, yarım dyüm ştrixə malik 3 dyüm ölçülü rəqəmdən istifadə olunmalı idi. 1 nömrəli nişan Montqomeridə fəaliyyət göstərən Lik Dəfn Mərasimi Evinə təsis edilmişdi. 1916-cı ildə çini lövhə əvəzinə metal lövhə istifadə edilməyə başladı. 1917-ci ildən başlayaraq nişanın verilmə ili qeyd edildi və 1919-cu ildə isə nişanın ölçüsü 6 x 15 dyümə qaldırıldı. 9122-ci ildə nişanlara çəki sinfi kodları əlavə edildi və 1928-ci ildə nişanların istehsalı Kilbi Cəzaçəkmə Müəssisəsinə verildi. 1942-ci ildə hər qraflıq üçün kodlardan istifadə edilməyə başlanıldı. 1,2 və 3 kodları ən çox əhalisi olan Cefferson, Mobil və Montqomeri qraflıqlarına, digər kodlar isə əlifba sırası ilə digərlərinə verildi.
Azərbaycan avtomobil dövlət qeydiyyat nişanları
Azərbaycan avtomobil dövlət qeydiyyat nişanı — Nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanı Azərbaycan Respublikasının ərazisində və ya onun hüdudlarından kənarda yol hərəkətində olan hər bir nəqliyyat vasitəsini fərqləndirən, onun qabaq və arxa hissələrində (motosikletlərdə, traktorlarda və qoşqularda isə yalnız arxa hissəsində)müəyyən edilmiş yerlərdə bərkidilmiş xüsusi lövhədir. Azərbaycan Respublikasında nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanı ərəb rəqəmlərindən və latın əlifbasının baş hərflərindən istifadə edilməklə tərtib olunur. Nəqliyyat vasitəsi dövlət qeydiyyatı üzrə uçota alındıqda "Yol hərəkəti haqqında" Qanunun 27-ci maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş orqanlar tərəfindən nəqliyyat vasitəsinin sahibinə nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanı verilir. Nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının verilməsi üçün Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş məbləğdə haqq ödənilir. Azərbaycan nəqliyyat vasitələrinin dövlət qeydiyyat nişanlarına qoyulan tələblər AZS 599–2015 "Nəqliyyat vasitələri və onların qoşqularının dövlət qeydiyyat nişanları. Tipləri və əsas ölçüləri. Texniki tələblər" standartı ilə tənzimlənir. == Tarixi == SSRİ dövründə Azərbaycanda avtomobillərin qeydiyyatı SSRİ standartlarına uyğun olaraq, avtomobillər üçün АГ, АЖ və АЗ seriyalarından, qoşqu vasitələri üçün АЗ və АУ seriyalarından istifadə olunmuşdur. Müstəqillik əldə olunduqdan sonra avtomobillərin qeydiyyat nömrəsi dəyişilərək "RRHRRR AZ" formatına keçdi. İlk iki nömrə avtomobilin seriya nömrəsinin qeydiyyat rayonunu bildirirdi.
Albaniya Respublikası avtomobil dövlət qeydiyyat nişanı
Albaniya Respublikası avtomobil dövlət qeydiyyat nişanı — nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanı Albaniya Respublikasının ərazisində və ya onun hüdudlarından kənarda yol hərəkətində olan hər bir nəqliyyat vasitəsini fərqləndirən, onun qabaq və arxa hissələrində (motosikllarda, traktorlarda və qoşqularda isə yalnız arxa hissəsində) müəyyən edilmiş yerlərdə bərkidilmiş xüsusi lövhə. == Format == 2011-ci ilin fevral ayının 16-dan bu günə qədər, İtaliya və Fransanın istifadə etdiyi avtomobil nömrə nişanı formatına bənzər bir dizayn istifadə edilir. Nişanlar solda ağ hərflərlə AL yazılmış və iki başlı qartal fiquru olan mavi bir lentlə başlayır. İki hərfli kod, təhlükəsizlik holoqramı, üç rəqəm və iki hərfli kod ilə davam edir, son olaraq sağ tərəfdə mavi xətt üzərində qeydiyyat ili ilə vilayət kodu yazılmışdır. Yazı tipi 2002-ci ildən etibarən dəyişdirilərək daha emfatik hala gətirilmişdir. Tənqidçilər cüt başlı qartalın və AL hərflərinin, rənglərindən ötəri Albaniyanı təmsil etmədiyini iddia edirlər. == Tarixi == === 1958-1993 === Kommunist rejimi dövründə yük maşınlarındakı avtomobil nömrə nişanları, vilayət adının ilk hərfləri, sonra is beş rəqəm olaraq (Məsələn: BR • 14825) istifadə edilmişdir. Bu avtomobil nömrə nişanı qaydası, 1991-ci ildə iki nömrə, iki hərfli vilayət kodu, üç nömrə (Məsələn: 22 • KO • 4283 ) olaraq dəyişdirilmişdir. Rəsmi avtomobillər isə kommunizmi təmsil edən qırmızı bir ulduzla birlikdə, ağ rəngli çərçivənin içərisində qara rənglə verilmiş bölgənin ilk hərflərini və nömrəsi var idi. 1993-ci ildə kommunist rejimin bitməsi ilə birlikdə format yenilənmişdir.
Azərbaycan Respublikası avtomobil dövlət qeydiyyat nişanı
Azərbaycan avtomobil dövlət qeydiyyat nişanı — Nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanı Azərbaycan Respublikasının ərazisində və ya onun hüdudlarından kənarda yol hərəkətində olan hər bir nəqliyyat vasitəsini fərqləndirən, onun qabaq və arxa hissələrində (motosikletlərdə, traktorlarda və qoşqularda isə yalnız arxa hissəsində)müəyyən edilmiş yerlərdə bərkidilmiş xüsusi lövhədir. Azərbaycan Respublikasında nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanı ərəb rəqəmlərindən və latın əlifbasının baş hərflərindən istifadə edilməklə tərtib olunur. Nəqliyyat vasitəsi dövlət qeydiyyatı üzrə uçota alındıqda "Yol hərəkəti haqqında" Qanunun 27-ci maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş orqanlar tərəfindən nəqliyyat vasitəsinin sahibinə nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanı verilir. Nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının verilməsi üçün Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş məbləğdə haqq ödənilir. Azərbaycan nəqliyyat vasitələrinin dövlət qeydiyyat nişanlarına qoyulan tələblər AZS 599–2015 "Nəqliyyat vasitələri və onların qoşqularının dövlət qeydiyyat nişanları. Tipləri və əsas ölçüləri. Texniki tələblər" standartı ilə tənzimlənir. == Tarixi == SSRİ dövründə Azərbaycanda avtomobillərin qeydiyyatı SSRİ standartlarına uyğun olaraq, avtomobillər üçün АГ, АЖ və АЗ seriyalarından, qoşqu vasitələri üçün АЗ və АУ seriyalarından istifadə olunmuşdur. Müstəqillik əldə olunduqdan sonra avtomobillərin qeydiyyat nömrəsi dəyişilərək "RRHRRR AZ" formatına keçdi. İlk iki nömrə avtomobilin seriya nömrəsinin qeydiyyat rayonunu bildirirdi.
Azərbaycanda qeydiyyata alınmış dünya əhəmiyyətli arxeoloji abidələrin siyahısı
Azərbaycanda qeydiyyata alınmış dünya əhəmiyyətli arxeoloji abidələrin siyahısı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli, 132 nömrəli qərarı ilə təsdiq edilmiş və Azərbaycanda qeydiyyata alınması göstərilmiş dünya əhəmiyyətli arxeoloji abidələrin siyahısıdır. Siyahıda ən qədim abidələr Füzuli və Xocavənd rayonları ərazisində yerləşən, Quruçay mədəniyyəti dövrünə aid Azıx və Tağlar mağaralarıdır. Siyahıdakı abidələrdən biri UNESCO-nun Ümumdünya irsi siyahısına siyahısına salınmışdır. Siyahıda qeyd edilmiş abidələrin dördü mədəniyyət, memarlıq və tarix qoruqlarıdır. == Siyahı == == Həmçinin bax == Azərbaycanda qeydiyyata alınmış dünya əhəmiyyətli memarlıq abidələrinin siyahısı Azərbaycanda qeydiyyata alınmış ölkə əhəmiyyətli memarlıq abidələrinin siyahısı Azərbaycanda qeydiyyata alınmış yerli əhəmiyyətli memarlıq abidələrinin siyahısı == İstinadlar == == Ədəbiyyat == М. Гусейнов, А. К. Джафаров — Палеолит Азербайджана, Элм, 1986 М. Гусейнов – Древний палеолит Азербайджана, Баку, Элм, 1985 Azərbaycan arxeologiyası, altı cilddə, I cild, Bakı Arxivləşdirilib 2012-10-28 at the Wayback Machine Baxşəliyev, Vəli. Azərbaycan arxeologiyası, I cild. Bakı: Azərbaycan Мilli Elmlər Akademiyasının Naxçıvan Bölməsi, Naxçıvan Dövlət Universiteti. 2006.
Azərbaycanda qeydiyyata alınmış dünya əhəmiyyətli memarlıq abidələrinin siyahısı
Azərbaycanda qeydiyyata alınmış dünya əhəmiyyətli memarlıq abidələrinin siyahısı — Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli, 132 nömrəli qərarı ilə təsdiq edilmiş və Azərbaycanda qeydiyyata alınması göstərilmiş dünya əhəmiyyətli memarlıq abidələrinin siyahısı. Siyahıda ən qədim abidələr Qafqaz Albaniyası dövrünə aid Qax rayonu ərazisindəki Ləkit məbədi və Şabran rayonu ərazisindəki Çıraqqaladır. Siyahıdakı abidələrdən on ikisi UNESCO-nun Ümumdünya irsi siyahısına, on altısı isə ehtiyat (namizəd) siyahısına salınmış abidələrdir. Siyahıda qeyd edilmiş abidələrin doqquzu mədəniyyət, memarlıq və tarix qoruqlarıdır. == Siyahı == == İstinadlar == == Ədəbiyyat == Ашурбейли С. Б. История города Баку. Период средневековья. — Б.: Азернешр, 1992. — 408 с. — ISBN 5-552-00479-5. Бретаницкий Л. С. Зодчество Азербайджана XII–XV вв.
Azərbaycanda qeydiyyata alınmış yerli əhəmiyyətli arxeoloji abidələrin siyahısı
== Siyahı ==
Azərbaycanda qeydiyyata alınmış yerli əhəmiyyətli memarlıq abidələrinin siyahısı
== Siyahı ==
Azərbaycanda qeydiyyata alınmış ölkə əhəmiyyətli arxeoloji abidələrin siyahısı
== Siyahı ==
Azərbaycanda qeydiyyata alınmış ölkə əhəmiyyətli memarlıq abidələrinin siyahısı
== Siyahı ==
Azərbaycandakı tarixi abidələrin milli qeydiyyatı
Azərbaycandakı tarixi abidələrin milli qeydiyyatına daxildir:
Nikah qeydiyyatı, nikah yaşı və nikaha daxil olma razılığı haqqında Konvensiya
Nikah qeydiyyatı, nikah yaşı və nikaha daxil olma razılığı haqqında Konvensiya — Birləşmiş Millətlər Təşkilatının evlilik standartları müqaviləsidir. Müqavilə 7 noyabr 1962-ci il tarixli Baş Məclisin 1763 A (XVII) saylı qətnaməsi ilə imza və təsdiq üçün açıldı və məktub mübadiləsi yolu ilə 9 dekabr 1964-cü ildə qüvvəyə mindi. Konvensiyanı 16 ölkə imzaladı, 55-i tərəf, Konvensiya Ümumdünya İnsan Haqları Bəyannaməsinin 16-cı maddəsinə əsaslanıb. Konvensiya nikahların razılıq xarakterini təsdiqləyir və tərəflərdən qanunla minimum nikah yaşını təyin etmələrini və nikahların qeydə alınmasını təmin etmələrini tələb edir. Konvensiyanın ideyası ilk dəfə 1956-cı ildə Səlahiyyətli nümayəndələrin Konfransı tərəfindən qəbul edilmiş köləliyin, kölə ticarətinin və köləliyə oxşar qurumların və tətbiqetmələrin ləğvi haqqında Əlavə Konvensiyanın qəbulu zamanı ortaya çıxdı. Bu 1956 Konvensiyası yetkinlik yaşına çatmayanların və məcburi evliliyin köləliyin bir növü olduğunu bildirən. Konvensiyanın 1-ci maddəsi müəyyən nikah növlərini köləlik olaraq təyin edir. Konvensiyada deyilir ki, dövlətlər məcburi nikahı bir haqqı müqabilində bir qadının ailəsindən köçürülməsini, bir qadının köçürülməsini əhatə edən təşkilat və ya tətbiqetmələrin tamamilə ləğv edilməsini və ya ləğv edilməsini (tədricən və ən qısa zamanda) həyata keçirməlidir. miras yolu ilə ərinin ölümü hadisəsi. Maddə 1.

Значение слова в других словарях