QİC

(Qax)
halqa
QIZYIĞDI
QİCƏ
OBASTAN VİKİ
Əbdülxaliq Qicdüvani
Əbdülxaliq Qicdüvani (24 mart 1103, Gicduvan – 1179, Gicduvan) — Nəqşibəndiyyənin şeyxi, mürşüdü. Əbdülxaliq 1103-cü ildə Buxara yaxınlığında Gicduvan adlı qəsəbədə anadan olmuşdu."Risale-i Ṣaḥibiyyə" adlı əsərində (s. 95–96) anlatdığına görə atası, İmam Malik nəslindən, zahiri və batıni elmlərə vaqif bir alim olan Malatyalı Əbdülcəmil İmamdır. Düşmənləri tərəfindən şəhərdən çıxarılan Malatya sultanının taxtına dönməsini bacaran Əbdülcəmil, 113 yaşında olmasına baxmayaraq mükafat olaraq sultanın qızıyla evləndirilir. Əbdülxaliq Gicdüvani yenə öz ifadəsinə görə, iyirmi iki yaşına qədər onu mənəvi övlad edən Xacə Xızırın tərbiyəsi altında qaldıqdan sonra Buxaraya gələn məşhur fəqih və mütəsəvvif Yusif Həmədaninin (ö. 1140) müridləri arasına qatıldı. Bəzi qaynaqlara görə Yusif Həmədani Buxaraya deyil, Səmərqəndə gəlmiş və Gicdüvani ona burada intisab etmişdir. Nəqşibəndi təriqətinin ilk təməl əsaslarını quran Əbdülxaliq Qicdüvani Məvəraünnəhr və Buxara bölgəsində təsəvvüf və təriqət xidmətlərini davam etdirmişdir. Nəqşibəndiliyin "on bir əsasını" quran Qucdüvanidən Bahaəddin Nəqşibəndin "üveysi" yolu ilə feyz aldığı rəvayət edilir. Əbdülxaliq Qucdüvaninin Bahaəddin Nəqşibənddən daha əvvəl ölməsinə baxmayaraq, aralarında məşrəb bənzərliyi səbəbiylə, üveysi bir yaxınlıq olmuşdur.