Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Abdulcəmil Bilalov
Araz Hilalov
Bilal Bilalov
Bilal Telman oğlu Bilalov — AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun Qeyri-harmonik analiz şöbəsinin müdiri, fizika-riyaziyyat elmləri doktoru, professor, AMEA-nın müxbir üzvü, AMEA Rəyasət Heyətinin üzvü. "Riyaziyyat" üzrə Problemlər Şurasının Sədr müavini, Azərbaycan Aktuarlar Assosiasiyasının sədri. Fəxri fərman ilə təltif olunmuşdur. Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının Riyaziyyat və Mexanika elmləri üzrə ekspert şurasının sədridir. Türk Dünyası Riyaziyyat Cəmiyyəti İdarə Heyətinin üzvü olmuşdur (2009–2011). == Həyatı == Bilal Telman oğlu Bilalov 2 yanvar 1963-cü ildə Azərbaycan Respublikası Qazax rayonunun Fərəhli kəndində anadan olmuşdur. 1986-cı ildə M. V. Lomonosov adına Moskva Dövlət Universitetinin (MDU) tətbiqi riyaziyyat fakültəsini bitirmişdir. 1986–1989-cu illərdə MDU-nun əyani aspirantı. 1989-cu ildə akademik Y. İ. Moiseyevin rəhbərliyi altında "Bəzi xüsusi sistemlərin tamlığı və bazisliyi" mövzusunda MDU-da fizika-riyaziyyat elmləri namizədi elmi dərəcəsi almaq üçün dissertasiyanı müdafiə etmişdir. 1990–1993-cü illərdə Azərbaycan Texnologiyaları İnstitutunda assistent vəzifəsində çalışmışdır.
Səid Bilalov
Səid Bilal oğlu Bilalov (12 fevral 1941, Söhüb, Quba rayonu – 1997) — kimyaçı alim, kimya elmləri doktoru, professor. S.B.Bilalov 1941-ci il fevralın 12-də Quba rayonunun Söhb kəndində kəndli ailəsində anadan olmuşdur. Orta məktəbi Quba rayonunda bitirdikdən sonra, iki il istehsalatda çalışmışdır. 1959-65-ci illərdə Bakı Dövlət Universitetinin kimya fakultəsində təhsil almışdır. 1963-cü ildən Y.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunda laborant və mühəndis vəzifəsində işləmişdir. 1965-ci ildən yeni yaradılmış Aşqarlar Kimyası İnstitutunda baş mühəndis, kiçik və böyük elmi işçi, 1990-cı ildın isə aparıcı elmi işçi vəzifələrində işləmişdir. 1972-ci ildə namizədlik, 1991-ci ildə isə doktorluq dissertasiyasını müdafiə etmişdir. 2001-ci ildə aprel ayının 6-sinda vəfat etmişdir. S.B.Bilalovun əsas elmi-tədqiqat işləri tərkibində azot, kükürd və fosfor saxlayan üzvi birləşmələrin və onların metal törəmələrinin və kompleks birləşmələrinin sintezinə həsr olunmuşdur. Onun tərəfindən ilk dəfə bir molekulda iki akseptor qrupu və hidroksil qrupu saxlayan aminospirtlərdə, alkoksiaminospirtlərdə və alkiltiospirtlərdə molekullar arası və molekuldaxili hidrogen rabitələrinin mövcudluğu İQ-spektroskopiya üsulu ilə tədqiq edilmişdir.
Zeynidin Bilalov
Zeynəddin Dolqat oğlu Bilalov (26 noyabr 1965; Qusar, Azərbaycan SSR) — Azərbaycanı təmsil edən yüngül atlet. 2004 və 2008-ci illərdə baş tutan Paralimpiya Oyunlarında gümüş medallara sahib olub. Zeynəddin Bilalov 1965-ci il noyabrın 26-da Qusar şəhərində anadan olub. 2000-ci ildə Zeynəddin Bilalov Avstraliyanın Sidney şəhərində baş tutan XI Yay Paralimpiya Oyunlarında mübarizə apardı. Uzunluğa tullanma turnirində 5.42 metr nəticə ilə 8-ci pillənin sahibi olan Zeynəddin Bilalov, 100 metr məsafəyə qaçış turnirində final mərhələsinə vəsiqə qazana bilmədi. Zeynəddin Bilalov 2003-cü il Assen şəhərində (Niderland) Avropa Çempionatının qalibi oldu. 2004-cü ilin sentyabr ayında Zeynəddin Bilalov Yunanıstannın Afina şəhərində baş tutan XII Yay Paralimpiya Oyunlarında mübarizə apardı. Zeynəddin Bilalov üçtəjanla tullanma turnirində 12.88 metr nəticə ilə gümüş medala sahibi oldu. Azərbaycan Prezidenti İlham Əliyevin 5 fevral 2008-ci il tarixli Sərəncamına əsasən Zeynəddin Dolqat oğlu Bilalov "Tərəqqi" medalı ilə təltif edildi. 2008-ci ilin avqust ayında Zeynəddin Bilalov Çində baş tutan XIII Yay Paralimpiya Oyunlarında mübarizə apardı.
Zeynəddin Bilalov
Zeynəddin Dolqat oğlu Bilalov (26 noyabr 1965; Qusar, Azərbaycan SSR) — Azərbaycanı təmsil edən yüngül atlet. 2004 və 2008-ci illərdə baş tutan Paralimpiya Oyunlarında gümüş medallara sahib olub. Zeynəddin Bilalov 1965-ci il noyabrın 26-da Qusar şəhərində anadan olub. 2000-ci ildə Zeynəddin Bilalov Avstraliyanın Sidney şəhərində baş tutan XI Yay Paralimpiya Oyunlarında mübarizə apardı. Uzunluğa tullanma turnirində 5.42 metr nəticə ilə 8-ci pillənin sahibi olan Zeynəddin Bilalov, 100 metr məsafəyə qaçış turnirində final mərhələsinə vəsiqə qazana bilmədi. Zeynəddin Bilalov 2003-cü il Assen şəhərində (Niderland) Avropa Çempionatının qalibi oldu. 2004-cü ilin sentyabr ayında Zeynəddin Bilalov Yunanıstannın Afina şəhərində baş tutan XII Yay Paralimpiya Oyunlarında mübarizə apardı. Zeynəddin Bilalov üçtəjanla tullanma turnirində 12.88 metr nəticə ilə gümüş medala sahibi oldu. Azərbaycan Prezidenti İlham Əliyevin 5 fevral 2008-ci il tarixli Sərəncamına əsasən Zeynəddin Dolqat oğlu Bilalov "Tərəqqi" medalı ilə təltif edildi. 2008-ci ilin avqust ayında Zeynəddin Bilalov Çində baş tutan XIII Yay Paralimpiya Oyunlarında mübarizə apardı.
Abbas Acalov
Abdulla Abbas Hacaloğlu (12 may 1940, Kəpənəkçi, Lüksemburq rayonu – 4 sentyabr 2019) — şair, ədəbiyyatşünas, tərcüməçi, 1977-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycanın Əməkdar mədəniyyət işçisi (1984), ədəbiyyatşünas, tərcüməçi, redaktor, siyasətçi, Azərbaycan Kommunist Partiyası üzvü, Müsavat Partiyası Ali Məclisinin üzvü, Azərbaycanın İstanbuldakı baş konsulu (1992–1997), Ukraynanın Maksim Rılski adına ədəbi mükafatı laureatı (1984). == Həyatı == Abbas Abdulla 1940-cı il mayın 12-də Gürcüstanın Bolnisi rayonunun Bolus Kəpənəkçisi kəndində anadan olmuşdur. Tiflisin baş hakimi İsrafil ağa Acalov və Cənub-Qərbi Qafqaz Türk Respublikasının qurucusu və başcısı Emin ağa Acalov əmiləridirlər. Orta təhsili Bolus Kəpənəkçisi (I-VUI), Arıxlı (IX) və Faxralı (X–XI) kəndlərində almışdır. 1958-ci ilin oktyabrından 1959-cu ilin sentyabrınadək doğma kəndində müəllimlik etmişdir. Sonra ADU-nun filologiya fakültəsində qiyabi təhsil almışdır (1958–1963). Azərbaycan EA Nizami adına Dil və Ədəbiyyat İnstitutunun aspiranturasını (1964–1966), Azərbaycan KP MK yanında Marksizm-Leninizm Universitetinin ideoloji kadrlar fakültəsini (1981–1982) bitirmiş, Kiyevdə Ukrayna EA-nın T. Q. Şevçenko adına Ədəbiyyat İnstitutunun Şevçenkoşünaslıq şöbəsində təcrübə keçmişdir. Universitetdə tələbəlik illərində həm də işləmişdir: Bakı Neftayırma zavodunda köməkçi fəhlə, çilingər, eyni zamanda zavodun "Neftayıran" çoxtirajlı qəzeti redaksiyasında əməkdaş olmuşdur (1961–1963). "Ulduz" jurnalı redaksiyasında şöbə müdiri (1966–1973), "Ədəbiyyat və incəsənət" qəzeti redaksiyasında şöbə müdiri, xüsusi müxbir (1973–1977), baş redaktorun müavini (1979–1987), "Ulduz" jurnalının məsul katibi, sonra baş redaktoru (1987–1992), Türkiyədə Azərbaycan Respublikasının Baş konsulu (1992–1997) olmuşdur. Kommunist Partiyasının üzvü olmuş (1978–1990), Azərbaycan Yazıçılar İttifaqında ilk partiya təşkilatının katibi (1981–1983), Azərbaycan Yazıçılar Birliyi katibliyi heyətinə (tənqid-ədəbiyyatşünaslıq, publisistika üzrə) katib seçilmişdir (1991–1992).
Aqil Acalov
Nikolay Gikalo
Nikolay Fyodoroviç Gikalo (belar. Никола́й Фёдорович Гика́ло; 8 (20) mart 1897, Odessa, Xerson quberniyası – 25 aprel 1938, Moskva) — sovet dövlət və partiya xadimi, 1917-ci ildən kommunist partiyasının üzvü, Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi (1929–1930). Nikolay Gikalo 1915-ci ildə Tiflis hərbi-feldşer məktəbini bitirib. I Dünya Müharibəsində iştirak edib, Georgi xaçı ilə təltif olunub. 1918–1927-ci illərdə Qafqazda partiya işində çalışıb. 1927–1928-ci illərdə ÜKP (b) MK-nın Orta Asiya bürosunun üzvü olub. 1929–1930-cu illərdə Özbəkistan KP (b) MK-nın katibi, 1929-cu il avqustun 5-dən 1930-cu ilin avqustuna qədər isə Azərbaycan KP (b) MK-nın I katibi vəzifələrində çalışıb. 1930–1931-ci illərdə ÜKP (b) MK-nın təşkilati təqsim sədrinin müavini, 1932-ci il yanvarın 29-dan 1937-ci il martın 18-nə qədər Belorusiya KP (b) MK-nın I katibi olub. 1937-ci ildən Ukrayna KP (b)-nin Xarkov vilayət komitəsinin I katibi vəzifəsini tutub. 1937-ci il oktyabrın 11-də həbs edilib.
Arif Acalov
Arif Acaloğlu (10 aprel 1956, Kəpənəkçi, Bolnisi rayonu – 15 noyabr 2023, Bakı) — Azərbaycan alimi, filologiya elmlər doktoru, folklorşünas, türkoloq, antropoloq, tərcüməçi. 1992–1993-cü illərdə Azərbaycan prezidentinin müşaviri. == Həyatı == Arif Acaloğlu 1956-cı il aprelin 10-da Gürcüstanın Bolnisi rayonunun Kəpənəkçi kəndində Cənubi Qafqazın intellektual ve siyasi keçmişində böyük rol oynamış ağalar nəslində anadan olmuşdur. O, 1982-ci ildə Bakı Dövlət Universitetinin Filologiya fakültəsinin bakalavr və magistratura pillələrini bitirərək, burada Mir Cəlal Paşayev və Mirəli Seyidov kimi akademiklərin tələbəsi olmuş və mifologiya sahəsində ixtisaslaşmışdır. Məzun olduqdan sonra akademik karyerasına Azərbaycan Milli Elmlər Akademiyası Nizami adına Ədəbiyyat İnstitutunun mifologiya şöbəsində başlamışdır. Estoniyanın Tartu Universitetində, Britaniya Akademiyasının üzvü tanınmış semioloq alim Yuri Lotmanın rəhbərliyində doktorantura təhsili almış və Sankt Peterburqda məşhur tarixçi və türkoloq alim Lev Qumilyov ilə türk tarixi, mədəniyyəti və Avrasiyanın ümumi problemləri ilə bağlı tədqiqatlar aparmışdır. 1980-ci illərin sonunda dağılmağa üz tutmuş Sovet İttifaqında başlayan etnik ve siyasi konfliktlərlə bərabər milli azadlıq hərəkatının önəmli simalarından olmuş və Azərbaycanda müstəqilliyin bərpasından sonra, 1992–1993 illərdə Azərbaycan prezidentinin yanında müşavir vəzifəsində olmuşdur. 1990-cı illərin ortalarından etibarən Türkiyəyə yerləşərək elmi fəaliyyətinə orada davam etmişdir. == Fəaliyyəti == Arif Acaloğlunun elmi fəaliyyəti ümümilikdə türkdilli xalqların dili, tarixi ve mədəniyyəti sahələrində olmuş və elmi yaradıcılığının böyük hissəsini xalq ədəbiyyatı mətnlərinin ədəbi və semiotik tədqiqatı təşkil etmiştir. 1980-ci illərin əvvəlindən başlayaraq Azərbaycan folklorşünaslığının epistemoloji məsələləri üzrə çalışmış, Kitabi-Dədə Qorqud və Oğuznamə dastanlarının ədəbi tədqiqatında semiotika ve kulturologiya nəzəriyyələrindən ilk dəfə istifadə etdiyi məqalələri yerli və beynəlxalq akademik jurnallarda dərc olunmuş və beləliklə Azərbaycanda müasir mifologiya və folklor araşdırmalarının əsasını qoymuşdur.
Emin Ağa Acalov
Emin ağa Acalov, Emin bəy Acalov, Emin Borçalı və ya Emin ağa Borçalı (1868, Kəpənəkçi – 1937, Qazax) — Borçalı Qarapapaq Türk Cümhuriyyətinin qurucusu, Qars Milli İslam Şurası Ümumi Mərkəzinin başçısı, Qars Milli İslam Şurası Hökuməti başçısının müavini. == Həyatı == Emin ağa Borçalı 1868-ci ildə Borçalının Kəpənəkçi kəndində Hacallı nəslindən Ağanın ailəsində anadan olmuşdur. Həmin illər Borçalı mahalı Rusiya imperiyasının tərkibində idi və qəza statusunu almışdı. Emin ağanın uşaqlığı Kəpənəkçi kəndində keçib. Uşaqlıqda 4 il dini təhsil almış, Quranı və ərəb əlifbasını öyrənmişdir. Yeniyetmə çağlarında gimnaziya təhsili alaraq rus dilini öyrənir. Sonra Ağbulaqda Meşə akademiyasını bitirir. Atasını erkən itirən Emin 17 yaşından atasından qalan təsərrüfatı idarə edir. Emin ağa Borçalıda Novruz bayramı zamanı gənclər arasında keçrilən at yarışı zamanı birinci yerə çıxdığına görə gənc Emin ağanı Zaqafqaziya qubernatorunun yanına gətirirlər. Qubernator onu Telavi qəzasına xüsusi tapşırıqlar üzrə məmur təyin edir.
Fərhad Acalov (boksçu)
Fərhad Acalov — azərbaycanlı keçmiş boksçu, müstəqil Azərbaycanın gənclər arasında ilk dünya çempionu və yarışın texnikalı boksçusu (2000). == Karyerası == 1994-cü ildən boks idman növü ilə məşğul olmuş və Respublikamızın idman şərəfini müxtəlif ölkələrdə ləyaqətlə təmsil edərək, aşağıdakı nailiyyətləri əldə etmişdir: 1.Avropa birinciliyi II yer (gümüş medal)-1997-98-ci il 2. Dünya birinciliyi I yer (qızıl medal)-2000-ci il-çempionatın ən texnikalı boksçusu 3. Tələbələrin Universiadası I yer (qızıl medal)-2000-ci il 4. Neft ölkələrinin Dünya kuboku III yer (bürünc medal)-2001-ci il 5. Hərbçilərin Olimpiya Oyunları III yer(bürünc medal)-2003-cü il 6. Tələbələrin Dünya çempionatı II yer(gümüş medal) -2004-cü il 7. Dünya kuboku III yer(bürünc medal) -2005-ci il 8. Neft ölkələrinin Dünya kuboku III yer(bürünc medal) -2005-ci il 1997-ci il Bitola Avropa Çempionatı. 1997 yarışmasının 1/8 finalında Antonio Brillantino Acalovun rəqibi idi.
İsrafil ağa Acalov
İsrafil ağa Musa ağa oğlu Acalov (Kvemo-Bolnisi) — Borçalı ağası. Borçalının tarix səhnəsindəki yeri və rolu adətən onun türksoylu qarapapaq kişilərinin şücaətləri ilə daha çox yadda qalmışdır. Osmanlı-Türkiyə tarixinin 1000 il əvvəlinə qayıtsaq, Osmanlı sultanı Baybars haqqında da onun Qarapa­paq Borçalı türkü olduğu barədə müəyyən bəlgələrin tarixdən günümüzə qədər gəlib çatdığını ifadə edən özəl qaynaqlar var. Bu mahalın qədimliyində, adının əbədiyaşar olmasında yetişdirdiyi tarixi şəxsiy-yətlərin rolu əvəzsizdir. Hər bir dövrün, onilliklərin, yüzil-liklərin hamısında demək olar ki, qəhrəmanlıq dastanlarına kimi gedib çıxan ərlərin, ərənlərin olması onu göstərir ki, bu regionun əhalisi, mərd, vətənpərvər və dosta sədaqəti olmaları ilə seçilmişlər. Belə seçilənlərdən birinin də Bolus-Kəpənəkçi elinə bağlı Ağalıq kəndindən olan İsrafil bəy Musa ağa oğlu Acalovdur. Onun haqqında əlimizdə kifayət qədər məlumat vardır. Düşünürəm ki, İsrafil bəy haqqında danışmazdan əvvəl onun soykökünü qısaca anlatmaq da yerinə düşərdi. Gürcüstanın Mərkəzi Tarix Arxivində saxlanılan 1821-ci ilə aid təhrir siyahılarından bəlli olur ki, Ağakişi bəy Mol­la Ağakişi oğlu Bolus-Kəpənəkçi kəndinin starşinası (kəndxudası) olmaqla, onun Qəhrəman, Alı, Nağı və Musa adlı dörd oğlu haqqında da məlumat var. Rus ordusunun Əlahiddə Gürcüstan Korpusunun generalı Velyamino­vun təqdimatı əsasında dövlətçiliyə xüsusi xidmətlərinə görə, Ağakişi bəy 1818-ci ildə üzərində Rusiya İmperatorunun şəkli olan qırmızı lentli qızıl medalla tətif edildiyi barəsində də tarixi bəlgələrdə qeydlər var.
Səməd bəy Acalov
Səməd bəy Acalov (1876, Tiflis – 1969, Bakı) — Azərbaycan maarif xadimi, pedaqoq, riyaziyyatçı, metodist, həkim, tibb elmləri doktoru. Səməd bəy Acalov 1876-cı ildə Tiflisdə anadan olmuştur. Tiflisin iki illik müsəlman məktəbində təhsil aldıqdan sonra müəllimi Paşa bəy Hüseynovun təşviqi ilə 1890-cı ildə Qori Müəllimlər Seminariyasına qəbul olunmuş və 1895-ci ildə təhsilini başa vurmuşdur. Süleyman Sani Axundov, Abdulla Şaiq və Mirzə Rza Əlizadə ilə dostuluğu bu illərdə başlamışdır. Səməd bəy 93 illik mənalı ömrünün 70 ilini pedaqoji fəaliyyətlə keçirmiş və xalqın maariflənməsi, mədəniyyətin və səhiyyənin inkişafına çalışmışdır. Azərbaycanda təhsil sahəsinin inkişafında, müəllim kadrlarının hazırlanmasında, yeni program və dərsliklərin yaradılmasında böyük rol oynamışdır. Zaqafqziya Müəllimlər Seminariyasını bitirdikdən sonra Tersk, Dərbənd və Lənkəran qəzalarında 13 il tədris fəaliyyətində olmuşdur. 1908-ci ildə Bakıya köçdükdən sonra isə altısiniflik üçüncü ali-ibtidai Aleksey məktəbinə müdir təyin olunur. Cümhuriyyət dövründə məktəbləri dərs vəsaitləri ilə təmin etmək məqsədiylə Xalq Maarif Nazirliyi tərəfindən yaradılmış komissiyada Hüseyn Cavid, Abdulla Şaiq, Cəmo Cəbrayılbəyli, Fərhad Ağazadə, Abdulla bəy Əfəndizadə, Firudin bəy Köçərli ilə birgə fəaliyyət göstərmişdir. Səməd bəy pedaqoji fəaliyyətinə Sovet ittifaqı dövründə də davam edərək müəllim kadrlarının hazırlanmasında əvəzolunmaz rol oynamışdır.
Çalov
Çalov — ekskavatorun və digər yerqazan maşınlarda kasa formalı, dişlərlə təmin olunmuş işçi üzvdür. Çalovda nəzərdə tutulmuş dişlər yerə bataraq onun qazılmasına imkan verir. Dişlər yüksək möhkəmliyə malik olurlar, bu çalovun yeyilməsinə və bununla onun uzunömürlülüyünə bir başa təsir edir. Ekskavatorlarda verilən tapşırığa uyğun olaraq çalovların sürətli dəyişdirilməsini təmin etmək üçün tez dəyişilən sistemlərdən istifadə edilir.
Vladimir Kaçalov
Vladimir Yakovleviç Kaçalov (rus. Влади́мир Я́ковлевич Кача́лов) - Sovet Sosialist Respublikaları İttifaqının hərbi xadimi. Böyük Vətən Müharibəsinin ilk dövründə 28-ci Ordunun komandanı olmuş general-leytenant. 1941-ci ildə sovet-alman müharibəsi başlayan zaman Kaçalov Arxangelsk hərbi dairəsinin tərkibində yaradılmış 28-ci Ordunun komandanı olmuşdur. Sözügedən ordu 21 iyul tarixində onun rəhbərliyi altında Qərb cəbhəsinə göndərilmişdir. 28-ci Ordunun almanlarla apardığı döyüşlər zamanı Kaçalovunda içində olduğu birləşmə Smolensk yaxınlığında itkin düşmüşdür. Sovet xüsusi xidmət orqanları generalın əsir düşdüyünü İosif Stalinə məruzə edirlər. 16 avqust tarixində Ali Baş Komandalıq tərəfindən 270 saylı əmr imzalanmışdır. Əmrdə Kaçalovun və bir necə başqa genaralların adları çəkilərək, qorxaqlıq göstərərək əsir düşməkdə ittiham olunurdular. Vətənə xəyanətdə günahlandırılan generalın arvadı və qayınatası 8 il müddətinə həbs edilmişdir.
Zahid Qaralov
Zahid İbrahim oğlu Qaralov (10 iyul 1934, Ormeşən, Başkeçid rayonu – 7 yanvar 2015, Berlin) — Azərbaycan ictimai-siyasi xadimi, pedaqoq, Yeni Azərbaycan Partiyası yaradıcılarından biri, Azərbaycan SSR Əməkdar müəllimi, pedaqoji elmlər doktoru, professor. 1934-cü il iyul ayının 10-da qədim Borçalı mahalının Başkeçid (indiki Gürcüstanın Dmanisi) rayonunun Ormeşən kəndində Türkiyədə ruhanilər məktəbində təhsil almış Molla İbrahimin ailəsində dünyaya göz açmışdır. Zahid müəllimin atası Qaraloğlu Molla İbrahim heç bir günahı olmadan 1937-ci illərin represiya qurbanlarından biri olduğuna görə, anası Fatma ana və böyük qardaşları Rza, Ziyəddin, Nəsrəddinin himayəsində böyümüşdür. Onun uşaqlıq illəri hamı kimi II Dünya müharibəsinə təsədüf olunduğundan çox çətinliklə keçmişdir. Bu çətinliklərə baxmayaraq Zahid müəllim 1947-ci ildə Ormeşən 7 illik məktəbini; 1950-ci ildə Qızılkilsə kənd orta məktəbinini yaxşı qimətlərlə bitirərək, V.İ.Lenin adına Azərbaycan Dövlət Pedaqoji İnstitutunun fizika-riyaziyət fakültəsinə qəbul olmuşdur. Oranı müvəffəqiyyətlə bitirdikdən sonra, Zahid müəllim 1956-ci il avqust ayının 15-də bir başa Ormeşən 8-illik məktəbinə direktor təyin olunmuşdur. 1956-cı ildə Gürcüstan müəllimlərinin I qurultayına nümayəndə seçilib. ’’Əməkdə fədakarlığa görə” medalı ilə təltif edilib. 1959-cu il Başkeçid Rayon Komsomol Komitəsinin birinci katibi vəzifəsinə seçilib. Dmanisi Rayon Partiya Komitəsinin plenum üzvü və büro üzvü olmuşdur.
Zakir Qaralov
Zakir Bəkir oğlu Qaralov (13 yanvar 1956, Ormeşən, Dmanisi rayonu) — Azərbaycan Respublikasının sabiq Baş Prokuroru, I dərəcəli dövlət ədliyyə müşaviri. Zakir Qaralov 1956-cı il yanvarın 13-də Gürcüstan SSR-nin Başkeçid rayonunun Ormeşən kəndində anadan olmuşdur. 1979-cu ildə Bakı Dövlət Universitetinin Hüquq fakültəsini bitirdikdən sonra prokurorluq orqanlarına işə qəbul edilərək 1981-ci ilədək Bakı şəhərı Səbail rayon prokurorunun köməkçisi, 1981–2000-ci illərdə Baş Prokurorluğun ümumi nəzarət şöbəsinin prokuroru, böyük prokuroru, Bakı şəhəri Nəsimi rayon prokurorunun müavini, Nəsimi rayon prokuroru, Baş Prokurorluğun Milli təhlükəsizlik orqanlarında istintaqa nəzarət şöbəsinin, Ümumi nəzarət idarəsinin prokuroru və böyük prokuroru, Bakı şəhəri Sabunçu rayon prokuroru, Gəncə şəhər prokuroru vəzifələrində işləmişdir. 25 aprel 2000-ci ildən 1 may 2020-ci ilədək Azərbaycan Respublikasının Baş prokuroru olmuşdur. I dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsindədir. Beynəlxalq Prokurorlar Assosiasiyasının üzvüdür. Azərbaycan Respublikası prokurorluq orqanlarının inkişafında xidmətlərinə görə 29 sentyabr 2006-cı ildə isə "Azərbaycan Bayrağı" ordeni ilə, 29 sentyabr 2008-ci ildə "Azərbaycan Respublikasının əməkdar hüquqşünası" fəxri adı ilə, 13 yanvar 2016-cı ildə isə "Şöhrət" ordeni ilə təltif olunmuşdur. Ailəlidir, iki övladı var.
Çiçaqov adaları
Çiçaqov adaları — Frans-İosif Torpağına daxil olan iki adadan ibarət adalar qrupu. İnzibati cəhətdən Arxangelsk vilayətinin Primorski rayonu ərazisinə daxildir. Adalar arxipelaqın şimalında, Karl Aleksandr adasının qərb qutacağından 2 km aralıda yerləşir. 5 km cənubda isə Pontremoli adaları qərarlaşır. Arxipelaqa daxil cənub adası 700 metr, şimal adası isə 400 m uzunluğa malikdir. Adalar rus Arktika araşdırmaçısı Vasili Yakovleviç Çiçaqovun şərəfinə adlandırılmışdır. Adaların ayrılıqda adı yoxdur.
Çiçaqov adası
Çiçaqov adası (ing. Chichagof Island) — Aleksandr arxipelaqına aid olan, Alyaskanın cənub-şərqində yerləşən ada. Adanın 2000-ci ildə 1342 nəfər təşkil edir. Adanın sahəsi 5306 km², uzunluğu 120 km, eni isə — 80 km təşkil edir. Kadyak və Uels Şahzadəsi (Alyaska) adalarından sonra Alyaskanın üçüncü böyük adasıdır. Sahil xətti 742 mildir. Çiçaqov adasından cənubunda Baranov adası yerləşir. Şərqində Çatem boğazı, şimaldan Ledyanoy boğazı, qərbdə Alyaska körfəzi, cənubda isə Perilski boğazı onun sahillərini yuyur. Ada 1741-ci ildə Aleksey İliç Çirikov tərəfindən kəşf edilir. Adlanması isə 1805-ci ildə Y.F.Lisyanski tərəfindən V.Y.Çiçakovun şərəfinə adlandırılıb.
Pavel Rıçaqov
Pavel Vasilieviç Rıçaqov (rus. Павел Васильевич Рычагов) - Sovet ordusunun Aviasiya general-leytenantı, 28 avqust 1940-cı ildən 14 aprel 1941-ci illər aralığında Sovet Hərbi Hava Qüvvələrinin (VVS) komandanı olmuşdur. Rıçaqov Barbarossa əməliyyatının başlamasından qısa müddət öncə tutduğu vəzifədən azad edilmiş və Qızıl Ordu daxilində 1941-ci ildə baş vermiş repressiya kampaniyası çərçivəsində güllələnərək edam edilmişdir. Rıçaqovun 1941-ci ildəki repressiya edilənlər siyahısına daxil edilməsinə İosif Stalinlə etdiyi mübahisənin səbəb olduğu ehtimal edilir. Belə ki, 1941-ci il 9 aprel tarixində İosif Stalinin yanında keçirilən müşavirədə hərbi təyyarələrin tez-tez qəzaya uğraması problemi müzakirə olunur. İştirakçılar, eləcə də Stalin əsas günahı təyyarəçilərdə görürlər. Bunu qəbul etməyən Rıçaqov çılğınca siz bizi tabutlarda uçmağa məcbur edirsiniz deyir. Otağa dərin sükut çökür. Var-gəl edən Stalin bir müddət sonra siz belə deməməli idiniz söyləyir və qapıya tərəf yönəlir. Qapının ağzında bir daha dayanaraq təkrar siz belə deməməli idiniz söyləyir və çıxır.
Fyodor Çalov
Fyodor Çalov (rus.: Фёдор Ча́лов, 10 aprel 1998, Moskva) — Rusiyalı futbolçu, hücumçu mövqeyində oynayır. Futbol üzrə Rusiya Milli komandasının və Moskvanın "MOİK" klubunun oyunçusudur. Rusiyanın İdman ustasıdır. == Karyerası == Futbolçu 2005-ci ildə uşaq və yeniyetmələrdən ibarət "Yunıy Dinamovets" futbol klubunun uşaq futbol məktəbində futbol öyrənməyə başlayır. Bir il sonra, "MOİK" klubunun skautları 8 yaşlı Çalovu, "MOİK"in Uşaq komandasına aparırlar. "MOİK"də inkişaf edən futbolçu, 13 yaşında uşaqlar arasında Rusiya çempionatında ən yaxşı bombardiri olur. Tezliklə yeniyetmə Fyodorun qol vurma bacarığı üzə çıxır. 2015-ci ildə o, 1998-ci il təvəllüdlü futbolçuların çempionatında "Spartak" ilə oyunda 5 qol vurur. Bir il sonra UEFA Gənclər Liqasının oyunları çərçivəsində, Fransanın "Monako" komandası ilə qarşılaşmada rəqibin qapısına dörd qol vurur. Onun "poker"i komandasına 5:0 hesabı ilə qazanmağa kömək edir və o, dörd qoldan üçunu altı dəqiqə ərzində qol vurur.
Çalov-qırtlaq qapağı əzələsi
Çalov-qırtlaq qapağı əzələsi (lat. musculus aryepigloticus) — qırtlağın əzələsi.