QLÜKON

прил. биохим. глюконовый. Qlükon turşusu глюконовая кислота
QLOTTOQONİYA
QLÜKOZA
OBASTAN VİKİ
Kalsium qlükonat
Kalsium qlükonat (C6H11O7)2Ca - qlükon turşusunun kalsium duzudur. Mr((C6H11O7)2Ca) = 430.373. == Alınması == Preparatı almaq üçün qlükozanı qlükon turşusuna qədər oksidləşdirib, sonra ona kalsium-karbonat vasitəsilə kalsium duzuna çevirilər. Qlükozanı xlorun, bromun təsirindən mikrobioloji üsulla - Penicillium luteim, penicillium citrinum və s. kif göbələklərinin köməyi ilə oksidləşdirmək olar. Sənayedə bu proses elektrokimyəvi üsulla yerinə yetirilir. Bunun üçün tərkibində kalsium-karbonat və kalsium-bromid olan qlükoza məhlullarını elektroliz edirlər. Elektroliz zamanı kalsium-bromiddən sərbəst brom əmələ gəlir, o isə qlükoza oksidləşdirib qlükon turşusuna çevirir, kalsium-karbonat isə onu neytrallaşdırır. == Fiziki - kimyəvi xassələri == Kalsium qlükonat ağ dənəvari və ya kristalik toz olub, iysiz və dadsızdır. Suda həll olur, spirtdə və efirdə praktiki həll olmur.
Qlükoneogenez
Qlükoneogenez — qlükozanın qeyri-karbohidrat maddələrdən sintezi. Bu metabolik yolun çox böyük əhəmiyyəti vardır, çünki bəzi toxumalar və xüsusən beyin, qlükozadan ilkin bir yanacaq kimi yüksək dərəcədə asılıdır. Orqanizmin qlükozaya olan ümumi tələbatının çox hissəsi beynin payına düşür. Əgər qlikoliz- karbohidratların katabolizminin mərkəzi yoludursa, qlükoneogenez – anabolik prosesdir. Insanda, heyvanlarda, bir çox bakteriyalarda monosaxaridlərin və polisaxaridlərin biosintezinin ən mühüm prosesidir. Fotosintez edən orqanizmlərdə o, adətən, ikinci dərəcəli rol oynayır. Qlükozanın əsas qeyri-karbohidrat sələfləri- laktat, aminturşular və qliseroldur. Qlikolizin sürəti trikarbon turşuları tsiklində və tənəffüs zəncirindəki çevrilmələrin sürətindən yüksək olduqda işlək skelet əzələsində laktat əmələ gəlir. Aminturşular qida ilə daxil olan zülallardan, aclıq zamanı isə skelet əzələlərinin zülalların parçalanması nəticəsində yaranır. Triasilqliserolların hidrolizi nəticəsində yağ hüceyrələrundə qliserol və yağ turşuları əmələ gəlir.