Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Qlükoza
Qlükoza (yun. γλυκόζη, γλυκύς - dan şirin) və ya üzüm şəkəri və ya dekstroza. şirin dadlı, suda yaxşı həll olan ağ kristal maddədir. Qlükoza bitki və canlı orqanizmlərdə, həmçinin, bir çox meyvə və giləmeyvə şirələrində rast gəlinir. Qlükoza orqanizmin enerji sərfinin yarsını təmin edir Üzvi maddələrə aiddir. Qlükoza müxtəlif iynələrə sistemlərə əlavə olunur. Qlükozanın insana həm xeyiri həmdə ziyanı var. == Quruluşu == Qlükoza beşatomlu aldehidspirtdir. == Tətbiqi == Qlükoza qiymətli və asan həzm olunan qida maddəsidir. tibbdə qlükozadan qanın konservləşdirilməsində və orqanizmi möhkəmləndirən maddə kimi istifadə olunur.
Qlükoza (müğənni)
Qlükoza (7 iyun 1986, Moskva) və ya əsl adı ilə Natalya İlyiniçna Çistyakova-İonova — Rusiya müğənnisi, aktrisası, teleaparıcısı, MTV EMA 2003 premiyasının qalibi. Debüt albomu olan "Qlükoza Nostra" (2003) ona beynəlxalq məşhurluq qazandırmışdır. == Həyatı == Natalya İlyiniçna Çistyakova-İonova 7 iyun 1986-cı ildə Moskva şəhərində anadan olmuşdur. 1993-cü ildə yeddi yaşı olanda Uşaq Musiqi Məktəbinin fortepiano sinifinə qəbul edilib, səkkiz yaşında isə oranı tərk etib. Uşaq yaşlarında bir çox dərnəklərdə iştirak edib: sahmatdan başlayaraq baletə qədər. Moskvada 308 nömrəli məktəbdə oxuyub. 2001-ci ildə isə 10 və 11 sinifləri Moskva 17 saylı axşam məktəbinə bitirmişdir. İlk film təcrübəsi uşaq kinojurnalı olan "Yeralaş"dakı fəaliyyəti idi. == Şəxsi həyatı == Həyat yoldaşı, biznesmen Aleksandr Nikolayeviç Çistyakov (doğ. 25 yanvar 1973) qızı Lidiya (doğ.
Qlükozanın biosintezi
Qlükozanın biosintezi - maddələr mübadiləsində laktatdehidrogenaza fermentinin köməyilə süd turşusu yenidən piruvata çevrilməsi prosesidir. Yəni üzüm turşusu axırıncı maddə deyildir. O, yalnız çıxılmaz vəziyyətlərdə əmələ gəlir. == Kori dövranı == Qlikolizin təsiri ilə hüceyrələrdə əmələ gələn süd turşusu qana daxil olur və qaraciyərdə tutulur və orada piruvata çevrilir. Piruvat isə qlükozaya oksidləşir və beləliklə, qlükoza – süd turşusu dövranı baş verir. Buna Kori dövranı da deyilir. == Qlükoneogenez == Kori dövranı və ya qlikoliz–laktat dövranında piruvat bir qədər qlükozaya oksidləşir. Piruvatın bir hissəsi isə əzələlərdə aminləşərək alaninə çevrilir. Sonradan isə qaraciyərə daşınır və orada yenidən piruvat-qlükoza-alanin dövranı təkrar olunur. Qlükoneogenez də qlikoliz yolu ilə gedir, lakin qlikolizin üç reaksiyası dönən deyildir.
Qlükozit
Glikozit — bitkilərdə olan qlükoza molekullarından ibarət olan birləşmələrə verilən ümumi addır.
Kalsium qlükonat
Kalsium qlükonat (C6H11O7)2Ca - qlükon turşusunun kalsium duzudur. Mr((C6H11O7)2Ca) = 430.373. == Alınması == Preparatı almaq üçün qlükozanı qlükon turşusuna qədər oksidləşdirib, sonra ona kalsium-karbonat vasitəsilə kalsium duzuna çevirilər. Qlükozanı xlorun, bromun təsirindən mikrobioloji üsulla - Penicillium luteim, penicillium citrinum və s. kif göbələklərinin köməyi ilə oksidləşdirmək olar. Sənayedə bu proses elektrokimyəvi üsulla yerinə yetirilir. Bunun üçün tərkibində kalsium-karbonat və kalsium-bromid olan qlükoza məhlullarını elektroliz edirlər. Elektroliz zamanı kalsium-bromiddən sərbəst brom əmələ gəlir, o isə qlükoza oksidləşdirib qlükon turşusuna çevirir, kalsium-karbonat isə onu neytrallaşdırır. == Fiziki - kimyəvi xassələri == Kalsium qlükonat ağ dənəvari və ya kristalik toz olub, iysiz və dadsızdır. Suda həll olur, spirtdə və efirdə praktiki həll olmur.
Qlaukoma
Qlaukoma - Göz daxili mayenin rahat xaric ola bilməməsi nəticəsində göz təzyiqinin artması ilə müşahidə olunan xəstəlik. Xalq arasında göz təzyiqi və ya qarasu olaraq adlandırılan qlaukoma dünyada 45 milyon insana təsir etmiş bir göz xəstəliyidir. Müalicə edilmədiyi halda korluq ilə nəticələnir. Xəstəliyin müalicəsi zamanı əsas məqsəd gözdaxili təzyiqin normada saxlanılması və artmasına imkan verilməməsidir. Yaş, nəsildə və ya ailədə qlaukomanın olması və şəkər xəstəliyi kimi hallar qlaukomanın formalaşması üçün əsas risk faktorlarından hesab olunur. 40 yaşından yuxarı hər 40 nəfərdən birində qlaukomaya rast gəlinir. Xəstəliyin var olduğu 20 nəfərdən biri isə qlaukoma səbəbindən görmə qabiliyyətini itirir. Qlaukoma səbəbindən görmə qabiliyyətini itirən 7 milyondan çox insan vardır. Bu insanlar əsasən müalicə və müayinə imkanlarının məhdud olduğu Afrika qitəsində yerləşən ölkələrdə yaşamaqdadır. Afrika və Asiyada xəstəliyin geniş yayılmasının digər əsas səbəblərindən biri insanların normadan artıq günəş şualanmasına məruz qalmasıdır.
Qluboka qəsri
Qluboka (alm. Frauenberg‎) ― Çexiyada tarixi şato. Qluboka ölkənin ən gözəl qəsrlərindən biri sayılır. == Turizm == Qluboka Çexiyanın ən məşhur və ən çox ziyarət edilən qəsrlərindən biridir. Qala 2019-cu ildə 293 000 nəfər ziyarətçi sayı ilə ən çox ziyarət edilən 3-cü qəsr olmuşdur. == Tarix == XIII əsrin ikinci yarısında indiki qalanın yerləşdiyi ərazidə qotik üslublu qəsr tikilmişdir. Bu qəsr ilk olaraq Renosans dövründə genişləndirilmiş, daha sonra isə 18-ci əsrin əvvəllərində Adam Frans şu Şvartsenberqin əmri ilə Barokko üslubunda qəsrə çevrilmişdir. 19-cu əsrdə II İohann Adolf şu Şvartsenberq qəsrin İngiltərədəki Vindzor sarayının romantik üslubunda yenidən qurulmasını əmr etmişdir. Memarlar Frans Beer ve F. Devoretskiy 1841-ci ildən 1871-ci ilə qədər 1,9 kvadrat kilemetrlik bir ingilis parkı ilə əhatə olunmuş romantik bir Neoqotik qəsr inşa etdilər. 1661-ci ildə İohann Adolf şu Şvartsenberq qəsri Baltasar Marradasın varislərindən satın almış və beləliklə Qluboka qəsri Şvartsenberqlər ailəsinə keçmişdi.