Qorodki
Qorodki (rus. Городки; isv. Poppi) — qədim Rusiya xalq idman növü. Qorodki Kareliya, Finlandiya, İsveç, İnqriya, Litva və Estoniyada yayılmışdır. Oyun bir az boulinq, bir az da at nalı oyununa oxşayır. Oyunda əsas məqsəd müxtəlif dizaynlarla qoyulmuş keqlları dəyənəklə yıxmaqdır. Keqllar qorodki (azərb. "şəhərcik"), keqlların yerləşdirildiyi zona isə qorod (azərb. "şəhər") adlanır.
Skandinaviya və Baltik dillərində oyuna kurnimäng, kriuhka, köllöi, keili və miestučiai kimi adlar verilir.