“Şirvanşahlar Sarayı Kompleksi” Dövlət Tarix-Memarlıq qoruq-muzeyi
"Şirvanşahlar Sarayı Kompleksi" Dövlət Tarix-Memarlıq qoruq-muzeyi — Azərbaycan Respublikası Nazirlər Kabinetinin sərəncamı ilə 1964-cü ildə yaradılmışdır. Sarayın inşa edilməsinin əsası Şirvanşah I İbrahim tərəfindən XIV əsrdə qoyulmuş, digərləri tərəfindən davam etdirilmişdir.
Şirvanşahlar Sarayı Kompleksi 1957-ci il aprelin 23-də Azərbaycan SSR Nazirlər Sovetinin 206 saylı sərəncamı ilə qoruq elan edilib. "Şirvanşahlar Sarayı Kompleksi" Dövlət tarixi — memarlıq qoruq — muzeyi 1964-cü ilin yanvar ayının 3-də Nazirlər Sovetinin 3 saylı sərəncamı ilə yaradılıb."Şirvanşahlar Sarayı Kompleksi" Dövlət Tarix-Memarlıq qoruq-muzeyi Azərbaycan Respublikası Nazirlər Kabinetinin yanında "İçəri şəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin müstəqil qurumu olaraq fəaliyyət göstərir. Saray Kompleksi 2000-ci ildə UNESCO-nun Dünya Mədəni İrs Siyahısına daxil edilmiş, 2013-cü ildə isə həmin təşkilat tərəfindən gücləndirilmiş mühafizə statusu almışdır.,
XI–XVI əsrlərdə mövcud olmuş Şirvanşahlar dövlətinin hökmdarlarına məxsus Şirvanşahlar Sarayı XV əsr memarlığının şah əsəri orta əsr mədəniyyətinin, elmin, sənətin və bütün mənəvi gözəlliklərin ucalığını özündə ehtiva edən yeganə saraydır. Saray Kompleksi 52 otaqlı saray binasını, Divanxana, Seyid Yəhya Bakuvi türbəsi, Key Qubad məscidinin qalıqları, Şərq Portalı, Saray məscidi, Şirvanşahların ailəvi türbəsi və Saray hamamı abidələrini özündə birləşdirir. Saray Yaşayış binasının I mərtəbəsində otaqların sayı 27 idi. Burada saray kitabxanasına xidmət edən xəttat və rəssamların otaqları, dəftərxana, mətbəx, xidmətçi otaqları, ərzaq otaqları, və s. yerləşirdi. Vaxtilə 25 otağı olmuş II mərtəbədə isə taxt-tac otağı, zəngin kitabxana, şirvanşah və ailəsinə aid istirahət və s.