qottentotlar
qoturlama
OBASTAN VİKİ
Qotur
Qotur, qoturluq (lat. scabies) — qoturluq gənəsi Sarcoptes scabiei vasitəsilə yoluxulan dəri xəstəliyi. Davamlı birbaşa təmasda olduqda insandan insana keçir.
Qotur (Abaran)
Qotur — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indiki Abaran rayonu ərazisində kənd. Abaran çayının sağ qolu üzərində yerləşirdi. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Kəndin digər adı Qoytur olmuşdur. Kəndin adı 1931-ci ildən sonrakı mənbələrdə çəkilmir. İndi xaraba kənddir. Toponim Azərbaycan dilində «bitkisiz, otsuz yer» mənasında işlənən qotur sözü əsasında əmələ gəlmişdir. Relyef əsasında yaranan sadə toponimdir. 1828-ci ilə kimi burada yalnız azərbaycanlılar yaşamışdır. Türkmənçay müqaviləsindən sonra, 1830-40-cı illərdə İran və Türkiyədən köçürülən ermənilər burada yerləşdirilmişdir.
Qotur (Sayınqala)
Qotur (fars. قطور‎) — İranın Qərbi Azərbaycan ostanının Sayınqala şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 642 nəfər yaşayır (125 ailə).
Qotur bulağı (Şuşa)
Qotur bulağı — Şuşa rayonu ərazisində məşhur bulaqlardan və tarixi yerlərdən biri. Bulaqlar artıq formalaşmış şəhər meydanlarında tikilirdi və bəzi hallarda onlar ümumiyyətlə məhəllə meydanları ansambllarının tərkibinə daxil edilmirdilər, lakin ən izdihamlı ayrı-ayrı küçələrdə və yol ayrıclarında salınaraq, onlara müəyyən şəhərsalma ifadəliliyi verdilər.Bulaqların belə yerləşdirilməsini də sırf mühəndislik və santexnika mülahizələri ilə izah edilir ki, görünür, onların yerini qravitasiya su təchizatı müəyyən edib. Şuşa bulaqlarının əksəriyyəti kifayət qədər yığcam, ölçüləri kiçik, adətən kubik formada, plastik dizaynlı fasad arxitekturasına malikdir. Şuşa bulaqları eyni üslubda hazırlanmış kiçik formalı memarlıq kimi şəhərin küçə və meydanlarının ansambllarını əhəmiyyətli dərəcədə tamamlayır və bəzəyir, ümumşəhər ansamblının üslub vəhdətinə gözəllik verir. Qotur bulağı Şuşa həbsxanasından aşağıda Daşaltı çayının kənarında yerləşir. Qotur bulağı sal bir qayanı yararaq dörd metr hündürlükdən əlvan çınqıllığın içinə tökülür, gümüş cığır kimi qıvrıla-qıvrıla axıb gedən bulaqdır. Yay aylarında Şuşaya istirahətə gələn insanlar bulağın suyundan içir,yaxınlığındakı bağın tut ağacları altında zərif kaşan xalçaları salır, məxmər döşəkçələr, ipək yastıqlar, mütəkkələr düzüb istirahət edirdilər. Bulağın suyu ilin 6 ayında gəlir, 6 ayında isə quruyurdu. İlin bütün fəsillərində soyuq və duru olan bulağın suyunun müalicəvi əhəmiyyəti var. Tərkibi minerallarla zəngin olan Qotur bulağın suyu bədəndəki qoturu, dəmrovu, ləkələri müxtəlif yaraları sağaldır, duzlaşmanı aradan qaldırır.
Qoturbulaq
Qoturbulaq (Biləsuvar) — İranda kənd. Qoturbulaq (Krasnoselo) — Yelizavetpol (Gəncə) quberniyasının Qazax qəzasında, indi Çəmbərək (Krasnoselo) rayonunda kənd. Qoturbulaq (Loru) — Tiflis quberniyasının Borçalı qəzasında, indi Cəlaloğlu (Stepanavan) rayonunda kənd. Qotur — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indiki Abaran rayonu ərazisində kənd. Qotur bulağı — İrəvan quberniyasının İrəvan qəzasında, indi Vedi rayonunda bulaq. Qoturlu (bulaq) — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun ərazisində müalicəvi əhəmiyyətli mineral bulaq. Qotursu — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indi Gorus rayonunda bulaq. Qoturtəpə — İndiki Ermənistanda dağ.
Qoturbulaq (Biləsuvar)
Qoturbulaq (fars. قوطوربلاغ‎) — İranın Ərdəbil ostanının Biləsuvar şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 184 nəfər yaşayır (38 ailə).
Qoturbulaq (Krasnoselo)
Qoturbulaq — Çəmbərək (Krasnoselo) rayonunda kənd. Qoturbulaq - Yelizavetpol (Gəncə) quberniyasının Qazax qəzasında, indi Çəmbərək (Krasnoselo) rayonunda kənd. Rayon mərkəzindən 8 km məsafədə yerləşir. Müalicəvi əhəmiyyətli bulağın yaxınlığında salındığı üçün kənd Qoturbulaq adlandırılmışdır. Xəstə olan, qotura tutulan həmin sudan istifadə edirmiş. Hidrotoponimdir. Quruluşca mürəkkəb toponimdir. Sonradan kəndin adı dəyişdirilib Ttucur (Turşsu) qoyulmuşdur. 1918-1919-cu illərədə bu ərazilər də ermənilərin hücumlarına məruz qalmışdır. 1920-ci iln sonuna kimi Gəncə (Yelizavetpol) quberniyasının Qazax qəzasının Çəmbərək nahiyyəsi kimi Azərbaycanın tərkibində mövcud olan Çəmbərək rayonunun ərazisində o vaxtlar cəmi iki erməni kəndi vardı: Çəmbərək və Qoturbulaq.
Qoturbulaq (Loru)
Qoturbulaq — Tiflis quberniyasının Borçalı qəzasında, indiki Cəlaloğlu (Stepanavan) rayonunda kənd. Rayon mərkəzindən 17 km məsafədə yerləşir. Toponim Azərbaycan dilində işlənən qotur və bulaq sözlərindən əmələ gəlmişdir. Kənd müalicəvi əhəmiyyətli bulağın yaxınlığında (həmin bulağın suyundan əsasən qoturluq xəstəliyində istifadə olunurmuş) salındığı üçün kənd "Qoturbulaq" adlandırılmışdır. Hidrotoponimdir. Quruluşca mürəkkəb toponimdir. Erm. SSR AS RH-nin 3.l.1935-ci il fərmanı ilə adı dəyişdirilib Katnaxbuyr qoyulmuşdur.
Qoturdağ
Qoturdağ (Şahbuz) — Şahbuz rayonunun şimal hissəsində dağ. Hündürlüyü 2046 m. Qoturdağ — Qəbələ rayonu ərazisində dağ; Qoturdağ — Qobustanda palçıq vulkanı.
Qoturdağ (Şahbuz)
Qoturdağ — Azərbaycanın Şahbuz rayonu ərazisində dağ. Dərələyəz silsiləsinin cənub-şərq yamacında zirvə. Günbəzvari formadadır (hünd. 2050,8 m). Zəngəzur silsiləsinin suayırıcısındakı Camal yüksəkliyindən (3204,3 m) qərbə ayrılan Toğluqaya qolunun qərb hissəsinə cavab verən Mərzəsuyal silsiləsinin ən yüksək zirvəsi. Naxçıvançayla Nursuçayın suayırıcında, Kolanı kəndindən 2,5 km cənubdadır. Orta Pleystosenin flüviqlasial törəmələrindən təşkil olunmuş günbəzvari yüksəklikdir. Şimal yamaclarında cavan çöküntülər altından Üst Eosenin Priabon mərtəbəsinə aid Üst Paradaş yarımlay dəstəsinin terrigen-çökmə süxurları açılır. Tektonik cəhətdən Ordubad qarılma zonasının Şahbuz seqmentinin şimal-şərq cinahına aid Kolanı-Zırnel antiklinalının cənub-cənub-şərq periklinal hissəsində yerləşir.
Qoturdağ palçıq vulkanı
Qoturdağ palçıq vulkanı — Azərbaycan Respublikasının palçıq vulkanlarından biri. Qoturdağ palçıq vulkanı Qobustan zonasını Aşağı-Kür çökəkliyindən ayıran Ələt tirəsinin suayrıcı qılıcında yerləşir və yastı yüksəklik formasında olub Xəzərin səviyyəsindən 180 metr yüksəkliyə qalxır. Vulkan pliosen-eopleystosen çöküntülərindən təşkil olunmuş eyniadlı antiklinalın tağında yerləşir və özünün eksploziv fəaliyyətinin nadirliyi ilə fərqlənir: onun mərkəzində yerləşən, hündürlüyü 6–8 m və eni 2 m-ə çatan bəndlə hüdudlanmış kraterin ağzından davamlı olaraq müxtəlif rəngli və yaşlı süxur qırıntılı qatı boz palçığın sıxılıb çıxarılması prosesi gedir. Bütün bu qatı kütlə burulmuş tıxac formasında ayrı-ayrı qollar şəklində 3–5 km uzunluğunda vulkanın şimal-şərq yamacı boyunca aşağı axır. Vulkanın qədim palçıq örtüyü təqribən 430 hektar sahəni tutur və buruq qazıma məlumatlarına görə, onun qalınlığı 40–80 m arasında dəyişərək, vulkanın mərkəzindən kənarlara doğru azalır. Tələt Kəngərli. Azərbaycan Respublikasının geoloji irsi. Bakı: Nafta-Press, 2013.
Qoturlar
Qoturlar (Xudafərin)
Qoturlar (Urmiya)
Qoturlar (fars. قطورلار‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 317 nəfər yaşayır (97 ailə).
Qoturlar (Xudafərin)
Qoturlar (fars. قوتورلار‎) - İranın Şərqi Azərbaycan ostanının Xudafərin şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 88 nəfər yaşayır (15 ailə).
Qoturlu
Qoturlu (Kəlbəcər) — Kəlbəcər rayonu ərazisində kənd. Qoturlu (bulaq) — Kəlbəcər rayonu ərazisində mineral bulaq. Qoturlu — Masallı rayonu ərazisində mineral bulaqlar.
Qoturlu (Kəlbəcər)
Qoturlu — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun inzibati ərazi vahidində kənd. 28 aprel 1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin süquta uğramasından və bolşeviklərin işğalına məruz qalmasından sonra, 1923-cü ilin iyulunda Yelizavetpol quberniyasının Cavanşir və Zəngəzur qəzalarının bir hissəsindən Kürdüstan mahalı (sonradan qəza) təsis edilmişdir. Qoturlu kəndi mahalın bir hissəsi olmuşdur. Kürdüstan qəzası ləğv edildikdən sonra Qoturlu Kəlbəcər rayonunun tərkibinə daxil edilmişdir. 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilmişdir. Kənd 25 noyabr 2020-ci ildə Azərbaycana qaytarılıb. 1856-cı il "Qafqaz təqvimi"nə görə, əhalisi Azərbaycan dilində danışan şiə kürdlərdən ibarət olmuşdur. "1886-cı il ailə siyahılarından çıxarılmış Zaqafqaziya diyarının əhalisi haqqında statistik məlumatlar toplusu"na görə, kənddə 147 evdə 814 şiə kürd yaşayırdı.
Qoturlu (bulaq)
Qoturlu – Azərbaycan Respublikasının Kəlbəcər rayonunun ərazisində müalicəvi əhəmiyyətli mineral bulaq. Azərbaycan Respublikasının Kəlbəcər rayonunun ərazisində, Tutqunçayın (Tərtərçayın qolu) sahilində yerləşən bu mineral bulağın suyunun temperaturu 18 °C-dir. Bulağın suyu qızdırıldıqdan sonra müxtəlif dəri xəstəliklərinin (xüsusilə qoturluq xəstəliyi) müalicəsində istifadə olunur. Elə bu səbəbdəndə bulaq belə adlandırılmışdır. Qotursu bulağı Azərbaycan toponimlərinin ensklopedik lüğəti, II cilddə. Bakı-2007. II cild, səh.67.
Qoturluq gənəsi
Qoturluq gənəsi (lat. Sarcoptes scabiei) — insanda və başqa məməlilərdə qotur xəstəliyi törədən dərialtı parazit.
Qotursu (bulaq)
Qotursu – Azərbaycan Respublikasının Masallı rayonunun ərazisində müalicəvi əhəmiyyətli mineral bulaq. Azərbaycan Respublikasının Masallı rayonunun ərazisində, Viləşçayın sahilində yerləşən bu mineral bulaq ən yüksək debitli və temperaturlu 17 bulaqdan ibarətdir. Bulağın suyundan müxtəlif dəri xəstəliklərinin (xüsusilə qoturluq xəstəliyi) müalicəsində istifadə olunur. Elə bu səbəbdəndə bulaq belə adlandırılmışdır. Qoturlu bulaq Azərbaycan toponimlərinin ensklopedik lüğəti, II cilddə. Bakı-2007. II cild, səh.67.
Qoturçay
Qoturçay — əsasən İranın Qərbi Azərbaycan ostanından axan çay. Başlanğıcın Türkiyənin Van ili ərazisindən götürür, Türkiyə-İran sərhədini Avrin dağı ilə Heravil dağı arasındakı vadi rayonunda keçir, Xoy şəhərinin cənub tərəfindən axaraq şimala burulur və Naxçıvanla Culfa arasındakı sahədə Araz çayında tökülür. Qoturçay sağ Ağçay və sol Zilbərçay kimi qolları var.
Qoturtəpə yaşayış yeri
Qoturtəpə — Şəki rayonunun Küdürlü kəndi ərazisində ilk orta əsrlər dövrünə aid abidə. == Haqqında == Şəki rayonunun Küdürlü kəndi yaxınlığında tədqiq edilmiş erkən orta əsrlər dövrü abidələrindən biri də Qoturtəpədir. Bu abidə №1727 inventar nömrəsi altında qorunur.

Значение слова в других словарях