Qoturdağ palçıq vulkanı

Qoturdağ palçıq vulkanıAzərbaycan Respublikasının palçıq vulkanlarından biri.

Qoturdağ palçıq vulkanı
Yerləşməsi
39°58′22″ şm. e. 49°21′32″ ş. u.
Ölkə
Qoturdağ palçıq vulkanı xəritədə
Qoturdağ palçıq vulkanı
Qoturdağ palçıq vulkanı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Qoturdağ palçıq vulkanı Qobustan zonasını Aşağı-Kür çökəkliyindən ayıran Ələt tirəsinin suayrıcı qılıcında yerləşir və yastı yüksəklik formasında olub Xəzərin səviyyəsindən 180 metr yüksəkliyə qalxır. Vulkan pliosen-eopleystosen çöküntülərindən təşkil olunmuş eyniadlı antiklinalın tağında yerləşir və özünün eksploziv fəaliyyətinin nadirliyi ilə fərqlənir: onun mərkəzində yerləşən, hündürlüyü 6–8 m və eni 2 m-ə çatan bəndlə hüdudlanmış kraterin ağzından davamlı olaraq müxtəlif rəngli və yaşlı süxur qırıntılı qatı boz palçığın sıxılıb çıxarılması prosesi gedir. Bütün bu qatı kütlə burulmuş tıxac formasında ayrı-ayrı qollar şəklində 3–5 km uzunluğunda vulkanın şimal-şərq yamacı boyunca aşağı axır. Vulkanın qədim palçıq örtüyü təqribən 430 hektar sahəni tutur və buruq qazıma məlumatlarına görə, onun qalınlığı 40–80 m arasında dəyişərək, vulkanın mərkəzindən kənarlara doğru azalır.

  • Tələt Kəngərli. Azərbaycan Respublikasının geoloji irsi. Bakı: Nafta-Press, 2013.