Qoyun olmayan yerdə keçiyə Kəraməddin ağa deyərlər.

All’s good in a famine. / Cf. Half a loaf is better than no bread. Овец не стало, на коз честь пала. / За морем и синица - птица. / В слепом царстве и кривой - король. / В худом городе и Фома - дворянин. / В поле и жук мясо. (За неимением лучшего годится и то, что есть.)
qoyun-quzu kimi (bir-birinə qarışıb) mələşmək
Qoyun olmayan yerdə keçiyə Kəraməddin ağa deyərlər.
OBASTAN VİKİ
Qoyun
Qoyun (lat. Ovis) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinin boşbuynuzlular fəsiləsinə aid heyvan cinsi. Qoyunların erkəkləri qoç, balacaları isə, quzu adlanır. Azərbaycanda heyvandarlıqda geniş istifadə edilir. Qədim tarixi mənbələrə görə Azərbaycanda qoyunçuluq hər zaman geniş yayılmışdır. Məhsuldarlıq rəmzi olan qoç (qoyun) Qədim Şərqdə daha çox pərəstiş olunan heyvanlardan biri olmuşdur. Müqəddəs hesab olunan qoyunlar bir sıra allahların məbədlərində saxlanılırdı. Məsələn, Misirdə qoyunu Xnum allahının, Herakleopolda Herişafa allahının təcəssümü hesab edirdilər. Qoyuna daha çox pərəstiş olunan Mendesdə isə müqəddəs qoyun Banebjed ("Jed hakiminin canı") adlandırılırdı. Erkən tunc dövrünün məhsuldarlıq rəmzinə çevrilən qoç (qoyun) sonrakı dövrlərdə bu ev heyvanına olan inanc və münasibət yeni forma və məzmun əldə etmişdir.
Dolli (qoyun)
Dolli (ing. Dolly) - İlk klonlaşdırılmış heyvan olan qoyunun ləqəbi. Klonlaşdırma Ian Wilmut və əməkdaşları tərəfindən Edinburq universiteti Roslin institutunda PPL Therapeutics biotexnologiya şirkəti ilə birgə həyata keçirilmişdir. 1996-cı ildə süd vəzi hüceyrəsindən düzəldilmiş quzuya ad vermə zamanı çatdıqda, tədqiqat qrupunun lideri Yan Vilmut (Ian Wilmut) süd vəzi ilə assosiasiya etməyə çalışır və daha cəlbedici ad ağlına gəlməyərək, iri sinəsinə görə tanınmış amerikalı müğənni Dolly Partonun ismini verir.
Lohi qoyun
Lohi qoyunları və ya Parkanni qoyunları, Pakistanın Cənubi Pəncab bölgəsində yetişən qısa quyruqlu bir qoyun cinsdir. Həm ət, həm də yun istehsalı üçün uyğun bir cins. Bədən rəngi ağ, qulaqları qumral və ya qəhvəyi olur. Pəncabda istehsal olunan qoyunların 40% Lohi qoyun.
Qoyun cığırları
Qoyun cığırları — təpə və dağların çimlənmiş yamaclarında pilləvarı yerləşən cığırlar, yaxud ensiz terras görkəmində mikrorelyef formaları. Adətən qoyun cığırlarının əmələ gəlməsini dırnaqlı heyvanların yamaclarda dəfələrlə hərəkət etməsi ilə əlaqələndirirlər. Onların yaranması ağırlıq qüvvəsi nəticəsində yamac çöküntülərinin sürüşməsi, yaxud soliflüksiya prosesi nəticəsində də baş verə bilər.
Qoyun kəllələri
Qoyun kəllələri və ya qoyun alınları — yamacları dairəvi çıxıntılı, yaxud ovalşəkilli alçaq təpələr. Dördüncü dövr örtük buzlaşması vilayətlərində buzlaq eroziyası nəticəsində ana süxurlarda əmələ gəlmiş, buzla cilalanmış və cızılmış qaya çıxıntılarıdır. Hərəkət edən buzlağa doğru yönəlmiş yamacı maili, hamar, cilalanmış, əks yamacı isə dik, kələ-kötürlü və üzərində qopardılmış süxur parçaları izi olur. "Qoyun kəllələri" toplusu özünəməxsus relyef tipi əmələ gətirir ki, bu da "qıvrım qayalar" adlanır.
Qoyun yunu
Yun — bəzi məməli heyvanların dərisinin üstünü örtən və heyvandan (adətən qoyun, dəvə və s.) qırxılan tüklər. Lifli materiallar içərisində birincilik təşkil edən yun əsrlər boyu toxuculuq peşəsi üçün ən yüksək xammal hesab edilmişdir. Bunun üçün insanlar ən çox qoyun yunundan istifadə etmişlər. Qoyun bir qayda olaraq iki dəfə, nadir hallarda il pis gəldikdə, bir dəfə qırxılır. Qırxın dövrü iqlim şəraitilə əlaqədardır. Qırxına aran yerlərdə tez, dağ yerlərində nisbətən gec başlanır. Qırxın yaz və payızda aparılır. Qırxını çobanlar özləri aparır. Bəzən də köməkçilər çobanın və ya sürü sahibinin qohum-əqrəbasından olur. Qırxın qırxlıq aləti vasitəsilə aparılır.
Qoyun əti
Qoyun əti — qoyunun qida kimi istifadə olunan əti. Qaynadılmış, qızardılmış, qaxac olunmuş, hisə verilmiş və duza qoyulmuş şəkildə istifadə olunur. Köçərilər, Asiyanın monqol xalqları, türk xalqları, o cümlədən Azərbaycanda da qoyun ətindən müxtəlif növ yeməklər hazırlanmasında geniş istifadə olunur.
Əhliləşmiş qoyun
Əhliləşmiş qoyun və ya ev qoyunu (Ovis aries) ruminant bir məməlidir. Əhliləşmiş qoyun da, bütün ruminantlar kimi, cüt dırnaqlıdır. Yəqin ki, Asiyada və Avropada vəhşi qoyunlardan törəyiblər. İlk evcil heyvanlardan biri olan qoyunlar kənd təsərrüfatı məqsədləri üçün istifadə olunur və yunu, südü və əti üçün yetişdirilir. Qoyun yunundan yun paltar tikilməsində istifadə olunur.
Ağa
Ağa — Azərbaycanlı kişi adı. Ağa Əlizadə — Qafqaz müsəlmanlarının VIII Şeyxülislamı Ağa Aşurov — mühəndis, Azərbaycan Demokratik Respublikası parlamentinin üzvü Ağa Axundov — mühəndis, energetik. Ağa Hacı Molla Tağızadə — Azərbaycan şairi Ağa Yaqub Erməni — Gürcüstan ermənilərindən olan Fətəli şah Qacar hərəminin saray xocalarından və şah hərəmxanasının naziri Ağa Əliyev — Neftçi Qurban adı ilə məşhur olan görkəmli neftçi-geoloq Ağa Ağamirov — Ağa Mustafayev — Ağa Paşa Qarabaği — Digər Ağa hamamı — Fateh Sultan Mehmet tərəfindən inşa etdirilən tarixi hamam.
Qara Qoyun (Maku)
Qara Qoyun (fars. قره قويون‎) — İranın Qərbi Azərbaycan ostanının Maku şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 319 nəfər yaşayır (52 ailə).
Qoyun keçidi döyüşü
Qoyun keçidi döyüşü (türk. Koyun Geçidi Muharebesi) — Səfəvi-Osmanlı müharibəsinin (1578-1590) ikinci böyük döyüşü. Bu döyüşdə qazanılmış qələbə Şirvana gedən yolu Osmanlı ordusu üçün açmışdır. Döyüş Qanıq çayının sahilindəki Qoyun keçidi məntəqəsində baş vermişdir. Osmanlı ordusunun hücumu 1578-ci ilin yayında başladı. Bu zaman 100 minlik Osmanlı ordusu Ərzurumdan çıxaraq şərqə doğru yürüşə başladı. Əvvəlcə Osmanlı orduları döyüşsüz təslim olmayan bir neçə kiçik qalanı ələ keçirdilər, daha sonra isə ilk böyük toqquşma Çıldır gölü yaxınlığında baş verdi. Bu döyüşdə rəqibindən az döyüşçüyə və artilleriya silahına sahib qızılbaş ordusu məğlub oldu. Bundan sonra Osmanlı ordusu müqavimətsiz formada Tiflis şəhərini ələ keçirdilər. 8 sentyabrda Tiflis şəhərindən çıxan Lələ Mustafa paşanın ordusu 16 sentyabrda Ərəş şəhərinə çatdı.
Qoyun qolu dolması
Qoyunun qol əti ( sümüksüz) – 750 qr. İri yerkökü – 2 ədəd İsti su – 1 stəkan Tomat – 1 xörək qaşığı Qatıq – 1 xörək qaşığı Duz – zövqə görə İstiot – zövqə görə Qoyun qolunun sümüyü ət zədələnmədən çıxarılır. Ətin hər tərəfi mümkün olduğu qədər eyni qalınlığa gətirilir, ət azacıq əzilib, duz və istiot səpilir. 10 dəq.bişirilmiş yerkökülər ətin arasına qoyulub, dürmək şəklində bükülür, yanları içəri qatlanılır, açıq yerlər bizlə tikilir və ət iplə möhkəm bağlanır. Ət bir qazana qoyulur, su əlavə edilir və qazan qapaqla bağlanır. Güclü odda bir buğum qaynadılır, sonra odun səviyyəsi azaldılıb 1,5 saata yaxın bişirilir. Soba 180 °C-yə qədər qızdırlır. Bir qabda tomatla qatıq qarışdırılır, suda bişmiş ət qazandan çıxardılır və tomat-qatıq qarışığı ətin üzərinə çəkilir. Ət sobaya qoyulur və təqribən 20 dəqiqə bişirilir. Ət sobadan götürülür, ipləri kəsilir və dilimlənərək süfrəyə verilir.
Qoyun ölümü döyüşü
Qoyunölümü keçidi döyüşü — 1500-cü ildə Qızılbaşlar və Şirvanşahlar arasında baş vermiş döyüş. Mənbələrin verdiyi məlumata görə, Şeyx İsmayıl Qara Piri bəy Qacarı 2000 nəfərlik qoşunla Kür üzərindən körpü salmaq üçün göndərsə də, Şirvanşah Fərrux Yasar həmin ərazidə 3000 nəfərlik qoşun yerləşdirdiyi üçün Qızılbaşların cəhdi baş tutmadı. Mənbələrin verdiyi məlumata görə bölgəyə özünü yetirən İsmayıl "Həzrət-i Pərvərdigarın pak zatına təvəkkül edərək, özünü nüsrət dəstgahlı ordu ilə birlikdə həmin sonsuz dəryaya vurub çayı keçdi, həmçinin zəfər pənahlı ordudan heç kimi çay aparmadı." Çayı keçən qızılbaşlar Şirvanşah ordusunu darmadağın etdilər.
Xorvat qoyun iti
Xorvat qoyun iti (xorv. Hrvatski ovčar) — Xorvatiya ərazisində geniş yayılmış ancaq digər ərazilərdə olduqca az müşahidə edilən cins. Orta ölçülərə malik olan, əsasən qara rəngdə olan cins. Bu cinsin özünə məxsus xüsusiyyəti baş və ayaq nahiyyələrində qısa tükə malik olmalarıdır. Xarici görünüş baxımından Macarıstanda yetişdirilən Mudi cinsinə bənzəyir. Cins XIV əsrdən yetişdirilir. Xorvat qoyun iti orta ölçülərin ən minimumuna malikdir. Rəngi əsasən qara rəngdə olsa da sinə və pəncə nahiyyəsində ağ ləkələr vardır. Baş və ayaq nahiyyələrində tüklərin qısa olması onu tülküyə bənzədir. Bədənin digər nahiyyələrində isə uzun və dalğalıdır.
Dövləti olmayan xalqlar
Dövləti olmayan xalqlar (ing. Stateless nation) — adətən azlıq etnik qruplardır ki, öz ərazi və toprağlarına siyasi nəzarəti və suverenliyi yoxdur və əraziləri iki və ya daha çox qonşu dövlətlər arasında bölünüb və ya müstəmləkə hakimiyyət tərəfindən bir ölkə daxilində milli suverenliyi pozulmuşdur. Məsələn, İranda Azərbaycanlılar, İspaniyada katalanlar, Çində Şərqi Türküstanlılar ilə Tibetlilər, Şri-Lankada Tamillər və s. misal gətirmək olar. Keating, Michael, Nations Against the State: The New Politics of Nationalism in Quebec, Catalonia and Scotland () (Second), Palgrave, 2001 Levinson, David, redaktorEthnic Groups Worldwide: A Ready Reference Handbook, Phoenix, AZ: The Oryx Press, 1998, ISBN 1573560197 Minahan, James, redaktorEncyclopedia of the Stateless Nations: Ethnic and National Groups Around the World, Westport: Greenwood Press, 2002, ISBN 0313316171 Map of European Stateless Nations Arxivləşdirilib 2006-06-23 at the Wayback Machine, published by the advocacy group Eurominority Map of European Stateless Nations By Astur.tk.
Kəskin olmayan maskalama
Kəskin olmayan maskalama –( eng.unsharp masking ) tonal keçidlərin kontrastlığını gücləndirmək hesabına böyük kəskinliyə nail olmaq üçün fotoqrafik görüntünün işlənməsi üsulu. Peşəkar iş üçün nəzərdə tutulmuş proqram məhsullarının əksəriyyətində bu texnika gerçəkləşdirilib. Bu üsuldan lentli fotoqrafiyada da istifadə olunurdu. Ancaq XX əsrin başlanğıcında böyük zəhmət tələb edən bu işin nəticəsi, görüntülərin emalının müasir üsullarından istifadənin nəticələri ilə müqayisə oluna bilməz. Doğrusu, kəskin olmayan maskalama görüntünün kəskinlik dərəcəsini yüksəltmir. O, görüntünün yaradılması prosesinin müxtəlif mərhələlərində (çəkiliş, darama, ölçünün dəyişdirilməsi, poliqrafik canlandırma) itirilmiş detalları bərpa etmir. Kəskin olmayan maskalama görüntünün elə hissələrində lokal kontrastlığı gücləndirir ki, həmin hissələrdə əvvəldən rəngin dərəcələrinin kəskin dəyişiklikləri var idi. Bunun nəticəsində görüntü vizual olaraq daha kəskin qəbul olunur. İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Yayı olmayan il
"Yayı olmayan il" (ing. “Poverty Year”, “The Summer that Never Was”, “Year There Was No Summer”) — 1816-cı il Şimali Amerikada və Qərbi Avropada çox soyuq keçdiyindən həmin il tarixdə bu adla qalmışdır. Meteoroloji müşahidələrin başlandığı dövrdən bəri ən soyuq il olmuşdur. ABŞ-də 1816-cı ili, həm də “Eighteen hundred and frozen to death” (“Min səkkiz yüz və ölümcül şaxta”) adlandırırlar. 1920-ci ildə amerikalı iqlim tədqiqatçısı Uilyam Hamfreys “Yayı olmayan ili” izah edə bilmişdir. O iqlimdə baş verən dəyişiklikləri Sumbava adlı İndoneziya adasında yerləşən Tambora vulkanının püskürməsi ilə izah etmişdir. Bu püskürmə tarixən müşahidə edilmiş ən güclü vulkan püskürməsi sayılır. 1815-ci ildə baş vermiş bu püskürmə VEİ şkalası üzrə 7 bal gücünə malik idi və atmosferə atılmış 150 km3 kül növbəti illərdə şimal yarımkürəsində vulkanik qış effekti yaratmışdı. Başqa bir məlumata görə, 1809-cu ildə tropiklər ərazisində daha bir vulkan püskürməsi baş vermişdi və onun barəsində yazılı qeydlər olmasa da, onun püskürmə gücü Tambora vulkanı ilə müqayisə edilən idi. Bu iki püskürmənin nəticəsində növbəti onillik (1810-1819) son 550 il ərzində ən soyuq onillik kimi tarixdə qalmışdı .
Xudafərin Olan Yerdə (1995)
Qoyun Şaun (animasiya filmi)
Qoyun Şaun — kukla multiplikasiya animasiyalı uşaq televiziya seriyasıdır. Sürünün başçısı Şaun adlı qoyundur və macəralar kiçik fermanın ətrafında baş verir. Bu animasiya filmi birinci dəfə 2007-ci ilin martında Böyük Britaniyanın CBBC kanalında yayımlanıb. Dünyada 180 ölkədə nümayiş olunub. O,hal-hazırda 107 dəqiqəlik epizoddan ibarətdir. Şaun - animasiyanın baş qəhrəmanı və sürünün başçısı. Ağıllı, özünəgüvənən və dəcəlliyə meyillidir. Özünü və sürünü pis vəziyyətlərdən çıxarmaqdan çox bacarıqlıdır. Animasiyada dialoq olmadığından digər qoyunlarla mələmə dolu ilə ünsiyyət qurur və ümumən bir taxtaya diaqramlar, şəkillər çəkməklə sürüyə fikirlərini çatdırır. Bitzer ilə yaxşı dostluğu var, amma bu hərdən ona zarafatlar eləməsinə mane olmur.
Düzgün olmayan başlanğıc (şahmat)
Şahmat terminlərinin lüğəti — Şahmat ədəbiyyatında tez-tez rast gəlinən əsas şahmat anlayışları və terminləri verilir. Axmaq matı — şahmatda ən tez mümkün olan mat növü. Alyoxin müdafiəsi Armaqedon Avanpost Batareya (şahmat) Cənub qambiti — İlk dəfə olaraq 1867-ci ildə danimarkalı usta Fromen və isveç şahmatçısı Lindek tərəfindən praktikaya tətbiq edilmişdir. Cinah — Şahmat taxtasının bir hissəsi sol cinah ağlar üçün vəzir, qaralar üçn isə şah cinahı adlandırılır. Çevrilən piyada — Sonuncu xanaya çataraq şahdan başqa istənilən fiqura çevrilən piyadaya deyilir. Çəngəl — Piyadanın və ya atın eyni vaxtda iki fiqura və ya piyadaya hücumu. Daimi şah — "Şah"ların ardıcıl seriyasıdır ki, şah özünə sığınacaq tapa bilmir. Dəyirman — Topun və filin iştirakı ilə açıq silsilə şahlar elan edən kombinasiyanın adı. Dəyişmə — Bir-birinə bərabər olan fiqurların dəyişməsi gedişidir. Düzgün olmayan başlanğıc — Bir sıra az işlənən və nəzəriyyəcə zəif işlədilmiş başlanğıcların (1.d3-Andersson debütü; 1.e3-van Kruysa debütü; 1.c3-Saraqossa başlanğıcı; 1.d3-Mizes başlanğıcı) və adsız başlanğıcların (1.b3, 1.
Dənizə çıxışı olmayan dövlətlər
Dənizə çıxışı olmayan dövlətlər — coğrafi vəziyyətinə görə dünya okeanına birbaşa çıxışı olmayan ölkələr qrupu. Dünyada hazırda 44 belə dövlət vardır. Onlardan 16-sı Afrikada, 14-ü Avropada, 12-si Asiyada, 2-si Cənubi Amerikada yerləşir. Azərbaycanın da dünya okeanına birbaşa çıxışı yoxdur. Dənizə çıxışı olmayan Özbəkistan və Lixtenşteyn dənizə çıxışı olmayan ölkələrlə əhatə olunublar. Dənizə çıxışı olmayan ölkələr arasında ərazisinə görə ən böyük Qazaxıstan, ən kiçik isə Vatikandır. 1990-cı ildə dünyada dənizə çıxışı olmayan cəmi 30 ölkə var idi. Yuqoslaviyanın parçalanması; Sovet İttifaqı və Çexoslovakiyanın dağılması; Cənubi Osetiya, Eritreya, Monteneqro, Cənubi Sudan və Luqansk Xalq Respublikasının müstəqillik referendumları; və Kosovonun birtərəfli müstəqillik elanı 15 yeni dənizə çıxışı olmayan ölkə və 5 qismən tanınan dənizə çıxışı olmayan dövlət yaratdı, keçmiş dənizə çıxışı olmayan Çexoslovakiya isə 1 yanvar 1993-cü ildə mövcudluğunu dayandırdı. Azərbaycan Butan Ermənistan Əfqanıstan Qazaxıstan Qırğızıstan Laos Monqolustan Nepal Özbəkistan Tacikistan Türkmənistan[1] Bu dövlətlərin birbaşa okeana çıxışı yoxdur.
Olmayan biri (film, 2019)
Kim olduğumu düşünürsən (fr. Celle que vous croyez) — Safi Nebbunun rejissorluğu ilə 2019-cu ildə istehsal edilmiş Fransa dram filmi. Filmdə əsas rolları Jülyet Binoş, Fransua Sivil və Nikol Qarsiya canlandırırlar. Filmin premyeası 10 fevral 2019-cu ildə 69-cu Berlin Beynəlxalq Film Festivalında baş tutmuşdur. 3 oktyabr 2019-cu ildən filmin kinoteatrlarda çıxarılacağı gözlənilir. Bir neçə il əvvəl həyat yoldaşının xəyanəti və boşanmanın ağır psixoloji təsirinə məruz qalan Kler (Jülyet Binoş) tədricən həyatını qaydaya salmağa çalışır. O, universitetdə dərs deyir, iki övladını böyüdür və müntəzəm olaraq gənc sevgilisi ilə vaxt keçirir. Lakin, bir gün gənc oğlan heç bir xəbər vermədən yoxa çıxır. Klerin yenicə stabilləşən dünyası dağılır. Ümidsizlikdən xilas olmaq üçün Kler Facebookda saxta profil yaradır və özünü 24 yaşlı cazibədar Klara kimi təqdim etməyə başlayır.
Ordusu olmayan ölkələrin siyahısı
Silahlı qüvvələri olmayan ölkələrin siyahısı — rəsmi olaraq silahlı qüvvələrə malik olmayan suveren dövlətlərin siyahısı. Bu siyahıda Quam, Bermuda adaları və Puerto-Riko kimi asılı ərazilər götürülmür. Asılı ərazilərin müdafiə ehtiyacını başqa ölkələr qarşılayır. Burada "silahlı qüvvələr" termini hökumət tərəfindən maliyyələşdirilən və həmin hökumətin daxili və xarici siyasətində istifadə edilən hər hansı bir müdafiə orqanına deyilir. Bu siyahıda olan bəzi ölkələrin (məsələn, İslandiya və Monako) daimi ordusu yoxdur, buna baxmayaraq onlar qeyri-polis hərbi qüvvəyə malikdirlər. Burada adı sadalanan 21 ölkənin çoxunun keçmiş bir işğalçı ölkə ilə uzun müddətli sazişi var. Buna bir misal olaraq Fransa və Monako arasındakı sazişi götürmək olar. Onlar arasındakı saziş 1918-ci ildə imzalanmışdır. Azad Assosiasiya Sazişi (abr. AAS) ölkələri olan Marşall adaları, Mirkoneziya Federativ Ştatları (abr.
Dənizə çıxışı olmayan ölkələr
Dənizə çıxışı olmayan dövlətlər — coğrafi vəziyyətinə görə dünya okeanına birbaşa çıxışı olmayan ölkələr qrupu. Dünyada hazırda 44 belə dövlət vardır. Onlardan 16-sı Afrikada, 14-ü Avropada, 12-si Asiyada, 2-si Cənubi Amerikada yerləşir. Azərbaycanın da dünya okeanına birbaşa çıxışı yoxdur. Dənizə çıxışı olmayan Özbəkistan və Lixtenşteyn dənizə çıxışı olmayan ölkələrlə əhatə olunublar. Dənizə çıxışı olmayan ölkələr arasında ərazisinə görə ən böyük Qazaxıstan, ən kiçik isə Vatikandır. 1990-cı ildə dünyada dənizə çıxışı olmayan cəmi 30 ölkə var idi. Yuqoslaviyanın parçalanması; Sovet İttifaqı və Çexoslovakiyanın dağılması; Cənubi Osetiya, Eritreya, Monteneqro, Cənubi Sudan və Luqansk Xalq Respublikasının müstəqillik referendumları; və Kosovonun birtərəfli müstəqillik elanı 15 yeni dənizə çıxışı olmayan ölkə və 5 qismən tanınan dənizə çıxışı olmayan dövlət yaratdı, keçmiş dənizə çıxışı olmayan Çexoslovakiya isə 1 yanvar 1993-cü ildə mövcudluğunu dayandırdı. Azərbaycan Butan Ermənistan Əfqanıstan Qazaxıstan Qırğızıstan Laos Monqolustan Nepal Özbəkistan Tacikistan Türkmənistan[1] Bu dövlətlərin birbaşa okeana çıxışı yoxdur.
Mövcud olmayan diyara qayıdış
Piter Pen 2 (ing. Piter Pan 2) — 2002-ci ildə istehsal olunmuş cizgi filmidir. 1953-cü ildə çəkilmiş Piter Pen cizgi filminin davamıdır. Digər adları "Mövcud olmayan diyara qayıdış" (ing. Return to Never Land) və "Piter Pen 2: Mövcud olmayan diyara qayıdış" (ing. Peter Pan 2: Return to Never Land) kimi səslənir. Cizgi filmi ingilis yazıçısı Ceyms Metyu Barrinin "Piter və Vendi" (ing. Peter and Wendy) əsəri əsasında hazırlanmışdır. Cizgi filminin DVD göstərilişi 20 avqust 2002-ci il tarixində baş tutmuşdur. Piter Pen 2 — Internet Movie Database saytında.

Значение слова в других словарях