Qrammofon
Qrammofon (yun. fone - səs və grammein - yazmaq) və ya fonoqraf — iki ayrı hissədən ibarət olan, musiqi dinləmə cihazı.
Qrammofon iki bölmədən ibarətdir:Lövhə və maşın.
Lövhə plastik maddələrdən hazırlanan bir diskdir. İki tərəfində də spiral şəklində oyuğlar vardır. Bu oyuğlar girintili, çıxıntılıdır. Özəl olaraq hazırlanmış qrammafon iynəsi bu oyuğlar arasında dolaşarkən, əmələ gələn titrəşimlər, lövhəyə gələn səsin yenidən eşidilməsinə səbəb olur.
Maşın, lövhənin davamlı olaraq və eyni sürətlə fırlanmasını təmin edən bir motor ilə, səsi yansıtan bir bölümdən ibarətdir. Motor elektriklə işləyir və dəqiqədə ortalama hesabla 78 dəfə dövr edir. Elektriklə işləyən qrammofonlara pikap deyilir.