Xuan Quaydo
Xuan Quaydo (tam adı: Xuan Herardo Quaydo Markes, isp. Juan Gerardo Guaidó Márquez; 28 iyul 1983, La-Quayra[d]) — Venesuela dövlət xadimi, siyasətçi, Venesuela Milli Asambleyasının sədri. "Xalq iradəsi" partiyasının üzvü, Varqas ştatından olan federal deputat (2016). 23 yanvar 2019-cu ildən etibarən Venesuela Prezidenti səlahiyyətlərini müvəqqəti icra edəndir.
11 yanvar 2019-cu ildə Milli Asambleya Xuan Quaydonu Venesuelanın müvəqqəti prezidenti elan etmişdir. Bu qərarı Argentina, Braziliya, Haiti, Qvatemala, Gürcüstan, Kanada, Kolumbiya, Kosta-Rika, Panama, Paraqvay, Peru, Puerto-Riko, ABŞ, Çili, Ekvador hökumətləri, həmcinin Amerika Dövlətləri Təşkilatının sədri Luis Almaqro rəsmən tanımışdır (təşkilatın özü yox). 23 yanvar 2019-cu ildə Quaydo Karakasın Çakao rayonunda nümayişçilər qarşısında andiçməsini gerçəkləşdirmişdir.
== Bioqrafiyası ==
=== Həyatı ===
Quaydo aviaşirkətin pilotu və müəlimənin 8 övladından biridir. Bacılarından biri Venesuela Milli Asambleyasının çavuşu, digəri isə Venesuela donanmasının kapitanıdır.
Varqas şataında baş verən təbii fəlakət zamanı onun valideynləri bir müddət evsiz qalmışlar.