Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Nuayare
Nuayare (fr. Noyarey) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Fonten-Sassenaj kantonuna daxildir. Kommunanın dairəsi — Qrenobl. INSEE kodu — 38281. Kommunanın 2007-ci il üçün əhalisi 2 064 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 191 ilə 1 649 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 480 km cənub-şərqdə, Liondan 85 km cənub-şərqdə, Qrenobldan 11 km şimal-qərbdə yerləşir.
Quavyare
Quavyare çayı
Adi quayava
Quayyava (lat. Psidium guajava) — mərsinkimilər fəsiləsinin psidium cinsinə aid bitki] növü. == Təbii yayılması: == Vətəni tropik Amerikadır. Asiya və Afrikada mədəni halda becərilir. Qafqazın Qara dəniz sahillərində yayılmışdır. == Botaniki təsviri: == Hündürlüyü 8-10 m olan həmişəyaşıl ağacdır. Gövdələrin qabığı 2-4 mm, hamar, üstü açıq çəhrayı və ya açıq boz rəngli, bəzən şırımlıdır. Budaqları şaхələnir. Cavan budaqları 4 tillidir. Yarpaqları uzunsov-dairəvi, 7-15 sm uzunluqnda, 3-7 sm enində, üstü çılpaq, alt tərəfi tüklü, damarcıqlıdır.
Quavyare (departament)
Quavyare (isp. Guaviare) — Kolumbiyanın departamentlərindən biri, ölkənin cənub hissəsində yerləşir. İnzibati mərkəzi-San Xose del Quavyare şəhəridir. Departamentin ərazisində çiribiqeke parkı yerləşir və bu park Kolumbiyanın Milli parkı adlanır.
Quavyare çayı
Quavyare (isp. Río Guaviare) — Kolumbiya və Venesuela ərazisindən axan çay. Uzunluğu 1497 km təkil edir. Aryari və Quayabero çaylarının birləşməsindən əmələ gəlir. Hövzəsinin sahəsi 140000 km²-dir. Orta axarlarda axının sürəti 8200 m³/s təkil edir. Çoxlu qollara sahibdir ki, onlar arasında ən irisi İnirida çayıdır. Ümumilikdə 630 km (391 mil) məsafədə naviqasiyaya yararlıdır.
Qayane Atayan
Qayane Armenovna Atayan (rus. Гаянэ́ Арме́новна Атая́н, erm. Գայանե Արմենի Աթայան; 23 sentyabr 1959, Kiyev) — erməni əsilli Ukrayna rəssamı. Rəssamlar Tatyana Yablonskaya və Armen Atayanın qızıdır. == Həyatı == Qayane Atayan 23 sentyabr 1959-cu ildə Ukrayna SSR-in paytaxtı Kiyev şəhərində, rəssamlar Tatyana Yablonskaya və Armen Atayanın ailəsində anadan olmuşdur. O, 1983-cü ildə Kiyev Dövlət Rəssamlıq İnstitutunu bitirmişdir. Atayan anasını özünün əsas müəllimi hesab etdiyini bildirmişdir. O, 1986-cı ildən Ukrayna Milli Rəssamlar İttifaqının üzvüdür. Atayan 1982-ci ildən bir çox rəsm sərgilərinin iştirakçısı, 1986-cı ildən Ukrayna Rəssamlar İttifaqının üzvüdür. Qayane Atayanın əsərləri Kiyev Milli Rəsm Qalereyasında, Zaporojya, Xmelnitski incəsənət muzeylərində, Tayvandakı Əjdaha muzeyində, Ukraynada və xaricdə şəxsi kolleksiyalarda saxlanılır.
San Xose del Quavyare
San Xose del Quavyare (isp. San José del Guaviare) — Kolumbiyada yerləşən şəhər və bələdiyyə, Quavyare departamentinin inzibati mərkəzi hesab edilir. == Tarixi == 1938-ci ildə əsası qoyulmuşdur. == İqtisadiyyatı == İqtisadi olaraq, San Xose del Quavyare bələdiyyəsi əsasən kənd təsərrüfatı və balıqçılıq sektoruna güclü fəaliyyətlər göstərirlər. San Xose del Quavyare əsasən istehsal təsərrüfatında: banan, kakao, bal və s. məhsulları ilə ölkəyə xidmət edir və iqtisadiyyatını artırır. Balıqçılıq və heyvandarlıq bələdiyyənin iqtisadiyyatında əsas bölmələrdən hesab edilməkdədir. Əsasən sənətkarlıq məhsulları, digər əl sənətkarlıqları palma liflərindən hazırlanmış süpürgə və fırçalardır ki, yerlilər tərəfindən hazırlanılır.
Coxcoxu-Yuryaqe çayı
Coxcocu-Yuryaqe (arx. Чохчооху-Юрэгэ) — Lena çayının qolu. Yakutiya çayı. == Əsas xüsusiyyətləri == Yakutiyanın Jiqan rayonunun çayıdır. Çayın uzunluğu 18 km -dir. Velikan kanalına tökülür hansı ki, oda öz növbəsində 534 km yüksəklikdən Lena çayına tökülür. Kurunq-Bısır çayının sağ qoludur.
Çieres-Yuryaqe çayı
Çieres-Yuryaqe çayı (arx. Чиэрэс-Юрэгэ) — Lena çayının qolu. Yakutiya çayı. == Əsas xüsusiyyətlər == Yakutiyanın Jiqan rayonunun çayıdır. Çayın uzunluğu 16 km -dir. Velikan kanalına tökülür hansı ki, oda öz növbəsində 534 km yüksəklikdən Lena çayına tökülür. Kurunq-Bısır çayının sağ qoludur.