QUM SƏHRASI

Səthi qumla örtülü olan səhra tipi. Qumlar yerli süxurların dağılması hesabına və ya qədim allüvial düzənliklərin sovrulması nəticəsində əmələ gəlir. Ləklər; barxanlar; təpəciklər və relyefin digər formaları kimi külək akkumlyasından yaranır. Yüksək rütubətkeçirməsi və bu-xarlanmağa səbəb olan birbaşa kapilyar sistemi olmadığından, belə səhralar xeyli su ehtiyatına malik olur və başqa səhralarla mü-qayisədə bitki örtüyü az seyrəkliyi ilə fərqlənir.
QRUNT SULARI
QURAQLIĞA DAVAMLILIQ
OBASTAN VİKİ
Qum
Qum (farsca: قم) — İranda bir şəhərdir. Qum ostanının mərkəzidir. İranda ən qədim şəhərlərdən biridir. 2006-cı ilin siyahıya alınması əsasında bu şəhər 957,496 nəfər və 241,827 ailədən ibarət idi.
Alvord səhrası
Alvord səhrası (ing. Alvord Desert) — ABŞ ərazisində, Oreqon ştatının cənub-şərqində, Böyük Hövzə bölgəsində yerləşən səhra. Səhra uzunluğu 19,2 km, eni isə 11,2 km olan qurumuş göl yatağıdır. Stins dağı onun qərb sərhədidir. Səthi o qədər hamardır ki, burada hətta kiçik təyyarələr eniş edə bilirlər. Şimal və qərb hissələrdə isti su mənbələri vardır. İl ərzində səhraya orta hesabla 166 mm yağıntı düşür. Səhra ABŞ vətəndaş müharibəsi dövründə ABŞ ordu nazirliyinin Oreqon bölməsinin rəhbəri olmuş general Benjamin Alvordun (1813—1884) şərəfinə adlandırılmışdır.
Gibson səhrası
Gibson səhrası (ing. Gibson Desert) — Avstraliyanın Qərbi Avstraliya ştatı ərazisində yerləşən səhra. Şimaldan Böyük Qumlu səhra, cənubdan isə Böyük Viktoriya səhrası ilə əhatələnmişdir. Səhranın sahəsi 155 530 km² təşkil edir. Əsasən şeben adlı suxurlarla örtülmüşdür. Bölgəni ilk tətqiq etmiş səyyahlar səhranı «böyük təpəli səhra» adlandırmışdır. Səhrada orta hündürlük 411 m, şərq hissədə isə maksimal mündürlük 762 metrdir. Bu yüksəkliklər əsasən qranit və ya qumdan ibarətdir. Səhra qərbdən Hamersli silsiləsi ilə əhatələnir.. Qərb hissədə çoxlu sayda göl vardır.
Goravan səhrası
Goravan səhrası (erm. Գոռավանի անապատ) — Ermənistanın Ararat mərzi ərazisində Vedi və Goravan şəhərlərindən cənubda yerləşir. Səhra əsasən qumluqlarda ibarətdir. Səhra dəniz səviyəsindən 900–950 metr yüksəklikdə dağların arasında yerləşir. Səhranın ərazisində küləklərin fəaliyyəti nəticəsində qum düynləri əmələ gəlir. Səhranın ümumi sahəsi 250–300 ha təşkil edir. Səhranın şərqində Urs sisiləsi yerləşir Səhranın yaxınlığında Ermənistan dövləti tərəfindən təşkil olunan "Goravan qumları" adlı yasaqlıq yaradılmışdır. == İqlimi == Maksimal minimum −25°S, maksimum temperatur isə 42°S. olur. İlin 200–220 günü səhraya yağıntı düşmür. Qış dövrü noyabrdan martın əvvəllərinə qədər davam edir.
Hami səhrası
Hami — Qobi səhrasının tərkib hissəsi olan səhra Sincan-Uyğur Muxtar Rayonunun şimal-şərqində yerləşir. Tyan-Şan silsiləsinin şimalında və Nanşam dağlarının cənubunda qərarlaşır. Qərb hissədə Lupa səhrası ilə birləşir. 1879-ci ilin yayında səhranı Nikolay Prjevalski keçmişdir.
Karson səhrası
Karson səhrası - Nevada ştatı ərazisində yerləşən kiçik səhra. Səhranın sahəsi 5, 568 km² təşkil edir. İl ərzində səhraya cəmi 130 mm yağıntı düşür.
Kau səhrası
Kau səhrası (ing. Kaʻū Desert) — Havay adasının cənub-şərqində, Kilauza vulkanının ətrafında yerləçən səjhra. Eynio adlı rayonun ərazisinə daxildir. Vulkanik çöküntülərlə örtülən səhrada tez-tez turşu yağışı yağır. == iqlimi == Kau tioik vulkanik səhradır. Tipik səhralardan (hansı ki, yağıntının miqdarı 200 mm keçmir və buxarlanma iillik yağıntını üstələyir) aşağıdakı xüsusiyyətlərinə görə fərqlənir: burad illik yağıntının miqdarı 1000 mm keçir. Kilauea vulkanından çıxan vulkanik qazlar turşu yağışı əmələ gətirir ki, buda bitki öretyüyünün əmələ gəlməsinə maneə olur. su tez şəkildə lavada buxarlanır. lava və vulkanik suxurların arasınadakı çatlar yağış suyunu asanlıqla keçirir == Milli park == Kau səhrasından Havay Vulkanik Milli parka yol gedir. Səhradan № 11 şose keçir.
Liviya səhrası
Liviya səhrası (ərəb. الصحراء الليبية‎, Əl-Libya — Şimali Afrikada, Saxaranın şimal-şərqində yerləşən səhra. == Coğrafi yerləşməsi və təbii xüsusiyyətləri == Liviyanın səhrasının sahəsi 2 milyon km² təşkil edir. Qərbdən Əl-Haruc-əl-Asvad massivi, cənub-şərqdə Tibesti öndağlığı və Ennedi platosu, şərqdən isə Nil çayı ilə əhatələnir. Liviyanın şərqi, Misirin qərbi və Sudanın şimalını əhatə edir. Səhra okean və materik qabığı üzərində yerləşir. Şimalı düzənlik düzənlikdir və dyunlarla örtülüdür. Dyunların uzunluğu 650 km, hündürlüyü 300 metrdir. Şimal-şərində çökəkliklər yerləşir. Afrikanın ən çökək hissəsi 133 metr olan Kattar çökəkliyidir.
Lop səhrası
Lop səhrası — səhra Sintszyan-Uyğur Muxtar Rayonu ərazisində yerləşir. Korla şəhərindəb Tarim çökəkliyinənin sərhədinə qədər uzanır. Səhra ideal şəkildə düzən relyefə malikdir. Şimal-şərqdə Baqraşgöl sahillərində hündürlü 1030–1040 metr, cənub-şərqdə isə Lobnor gölü ərazisində hündürlük 250 metrdir. == Coğrafiya == Lop səhrası bütünlüklə düzən relyefə malikdir. Bununla belə ərazisində çala ərazilər vardır ki, onlara su toplandığı halda göllərə çevrilə bilər. Tarim çayı dövrlərdən asılı olaraq öz məcrasını dəyişir. Bu səbəbdən göllərin sərhədləridə dəyişilir. Keçmişdə Lobnor nəhəng bir bataqlıq olmuşdur. Hazırda bu ərazi gum və gildən ibarət olan olan səhradır.
Moneqros səhrası
Moneqros (isp. Desierto de los Monegros) — İspaniyanın şimal-şərqində, Araqon muxtar bölgəsi ərazisində yerləşən yarımsəhra. Səhra Saraqosa, Ueksa vilayətlərinin büpöv ərazisini və Moneqros rayonunun bir hissəsini əhatə edir. Частично расположена в долине реки Эбро. Площадь пустыни 27 644 км². На её территории расположено 49 деревень и 31 муниципалитет. Ən hündür nöqtəsi Oskuro dağı 822 metr hündürlüyə malikdir. Bu bölgənin orta hündürlüyü 61 - 91 metr arasında dəyişir. Əsas bitki örtüyü kolluqlardır. il ərzində 350 mm yağıntı düşür.
Namib səhrası
Namib (ing. Namіb, port. Namіbe) — Afrikanın cənub-qərb sahilboyunda yerləşən səhra. Səhranın formalaşmasında Bengel cərəyanın rolu böyükdü. Namib adı "Nama" adlı Afrikanın köklü xalqının dillindən götürülüb. Səhranın sahəsi 100 000 km² çoxdu. Anqoladan tutmuş CAR-a qədər və Atlantik okeanın sahili boyunca səhra 1900 km qədər uzanır. Okean tərəfdən səhra 50–160 km-lik məsafəyə qitənin içərilərinə gedir, cənubda Kalaxarinin cənub-qərb hissəsi ilə birləşir. "Nama" dillindən Namib "heç bir şeyin mövücüd olmadığı yer" mənasını verir. Namib səhrası ildə 1013 mm yağıntı ilə quru yer sayılır, və bir neçə sahilyanı şəhərləri istisna olmaqla, demək olar ki əhalisi yoxdur.
Nubiya səhrası
Nubiya səhrası — Səhra Afrikanın şimal-şərqində, Saxaranın şərqində yerləşir. Səhra Nil çayı ilə Etbay silsiləsi arasında qərarlaşır. Böyük qismi Sudan az qismi isə Misir ərazisində yerləşir. Relyefi pilləvari olaraq 1000 metrdən 350 m hündürlük arasında yerləşir. Səhrada hündürlüyü 1240 metr olan tənha dağ vardır. Səhra qurumuş çay vadi və dərələri ilə zəngindir. Dəniz səviyyəsindən orta hündürlüyü 500 metrdir. Ən hündür nöqtəsi Oda zirvəsi 2259 metrdir. Bitki örtüyü kasad olsa da, burada Palma, tamarisk, akasiya və bir sıra kol bitkiləri bitir. Heyvanlar aləmindən gekkonlar, zəhərli ilanlar, səhra varanları, kərtənkələlər, caqqallar, kaftar və hətta timsaha rast gəlinir.
Pataqoniya səhrası
Pataqoniya səhrası (Pataqoniya səhrası və ya Pataqoniya çölü) — qum və daşlıqdan ibarət olan, Cənubi Amerika ərazisində yerləşən səhra. Şimaldan Monte səhrası ilə sərhədlənir. Pataqoniya səhrası Atlantik okeanı boyunca 1600 km məsafədə uzanır. Əsasən Pataqoniya platosu ərazisində 600—800 metr hündürlükləri arasında yerləşir. Səhranın cənubu And dağlarının şərq ətəkləri boyunca Argentina ərazisinə qədər uzanır. Səhranın sahəsi 400 000 km² təşkil edir. Bu hissədə Cənubi Amerika ərazisinə hava axını hərəkət edir. Pataqoniya səhrası yeganə səhradır ki, okeanın sahilində olmaqla bərabər materikin şərqində yerləşir. Andlardan başlayan çaylar səhranı yararaq okeana tökülür. Yarımsəhra ərazisi 0 – 2000 m arasında yerləşir.
Qaraqum səhrası
Qaraqum səhrası (Türkmən dilində mənası - "Kara-Kum" və ya "Qara Kum", Rus dilində isə, "Karakumy" ) — Mərkəzi Asiyanın cənubunda yerləşən, dünyanın sahəsinə görə ən böyük 12-ci səhrası. Türkmənistan ərazisinin təqribən, 70%-ni əhatə edir. Səhranın Qazaxıstan ərazisində yerləşən və Aral gölününün sahillərini təşkil edən hissəsi "Aral Qaraqumu" adlanır. Sahəsi təqribən 350 000 km² (135.000 mil²) -a yaxın olan Qaraqum səhrası şərqdən qərbə 800 km, şimaldan cənuba 500 km məsafədə uzanır. Şimaldan Sarıqamış gölünün hövzəsi ilə, şimal-şərq və şərqdən Amudərya çayı ilə, cənub-şərqdən Qarabil təpəlikləri və Badxız çöllü-təpəli (steplər) regionu ilə, cənub və cənub-qərbdən Kopetdağ silsilələri ilə, qərb və şimal-qərbdən isə qədim Uzboy çayının vadisi ilə sərhədlənir. Səhra üç hissədən ibarətdir : səhranın şimal, şimal-qərb hissələri Zaunquz Qaraqumu, mərkəzi hissəsi Mərkəzi Qaraqum, cənub, cənub-şərq və şərq hissələri isə duz bataqlıqları ilə zəngin olan Cənub-Şərq Qaraqumu adlandırılır. Səhranın şimal-qərb hissəsində eol mənşəli (küləyin yaradıcı fəaliyyəti nəticəsində yaranan təbii landşaft) təpəciklər və tirələr vardır. . Zaunquz Qaraqumu güclü küləklərin denudasiya proseslərinə məruz qalaraq, səth hissəsi kəskin aşınmaya və eroziyaya uğramışdır. Mərkəzi Qaraqum Xəzər dənizi sahillərindən, Amudərya çayının vadisinə qədər olan hamar səthi əhatə edir. Burada, küləyin landşafta təsiri daha böyük olub, səthdə 75-90 metr hündürlükdə dyunlar əmələ gətirmişdir.
Saxara səhrası
Sahara, Səhra və ya Saxara (ərəb. صحراء‎, fr. Sahara), həmçinin Böyük Səhra — Afrikanın şimalında yerləşən dünyanın ən böyük tropik səhrası. Uzunluğu qərbdən şərqə (Atlantika okeanı sahillərindən Qırmızı dənizədək) qədər 5700 km, şimaldan cənuba (Atlas dağları və Aralıq dənizindən Sudan çöllərinədək) isə 1200–2000 km-dir. Sahəsi təqribən 8,6 mln km²-dir. Bu da Afrikanın ümumi sahəsinin 30%-i deməkdir. Saxaranın qərbi Atlantik okeanı sahillərilə, şimaldan Atlas dağları və Aralıq dənizi ilə, şərqdən isə Qırmızı dənizlə əhatə olunmuşdur. Mərakeş və Tunisin cənub vilayətlərini, Əlcəzair, Liviya, MAR və Mavritaniyanın çox hissəsini, Mali, Niger, Çad və Sudanın şimal vilayətlərini əhatə 31. Ərazidə yüksəkliyi 200–500 m olan düzənliklər üstünlük təşkil edir. Səhranın qərb və cənub kənarları alçaqdır.
Saxir səhrası
Saxir səhrası (ərəb. الصخير‎) — Bəhreyn ərazisində yerləşə səhra. Elədə hündür olmayan təpələrə və vahələrə sahib olan səhra. Bəhreynin görməli yerlərindən sayılır. Zallaq limanınından qərbdə yerləşir. Cənub vilayətinin böyük hissəsini əhatə edir. Səhrada əl-Saxir sarayı yerləşir. Saray 1870-ci ildə tikilib. 2000-ci illərdən səhrada infrastruktur tikililərinin inşasına başlanılmışdır. Burada Universitet şəhərciyi salınmış, Saxir Beynəlxalq Avtodromu qurulmuşdur.
Stşeleski səhrası
Stşeleski səhrası (ing. Strzelecki Desert) — Avstraliya ərazisində yerləşən səhra. Cənubi Avstraliyanın şimal-şərqi, Yeni Cənubi Uelsin şimal-qərbi və Kvinslendin ucqar cənub-qərbi. Eyr gölündən şimal-şərqdə, Flinders silsiləsindən şimalda yerləşir. Səhra ilk dəfə 1845-ci ildə kəşf edilmiş və polyak əsilli araşdırmacı Pavel Stşeleskinin şərəfinə adlandırılmışdır. Səhranın sahəsi 80250 km² təşkil edir Səhra ərazisində Stşeleski-Krik, Yandama-Krik, Kuper-Krik və Dayamantina çaylarının quruyan yataqları yerləşir. Şimalında Berdsvill, Kordillo-Dauns, Qidqella, İnnaminka və cənubunda isə İtadanna yaşayış məntəqələri yerləşir. Şimal-qərbi qutaracağında Qoyder laqunu bataqlıqlaşmışdır.
Suriya səhrası
Suriya səhrası (Suriya çölü; ərəb. بادية الشام‎, Eş-Şam) — səhra Yaxın Şərqdə Suriya, İordaniya, İraq və Səudiyyə Ərəbistanı ərazisində yerləşir. Səhra çöllüklərdən və qumlu sahələrdən ibarətdir. Səhranın sahəsi 1 milyon km² təşkil edir. Suriya səhrası son 12 min il öncə meydana gəlmişdir. Uzun zaman səhrada həyat olmamışdır. Şərqdən xalqların köçü sayəsində insanlar müasir Suriya ərazisinə köç etməli olmuşdur. İlk dəfə bura amoreylər sonradan arameylər onları əvəz edir. Ən sonda isə ərazi ərəblər tərəfindən məskunlaşılır). Səhranın əhalisi əsasən ərəb dialektində danışan beduinlərdir.
Xaran səhrası
Xaran (urdu خاران) — səhra Pakistanın Bəlucistan vilayətinin Xaran dairəsi ərazisinə daxildir. Dyunlarla zəngin olan səhrada daim hərəkət edirlər. Burada dyunların hündürlüyü 15-30 metr təşkil edir. Səhra Elburs silsiləsi ilə əhatələnir. Şimal hissədə səhranın hündürlüyü 1000 m, cənub-şərqdə isə 250 metrdir. Orta illik yağıntının miqdarı 100 mm azdır. Xaran səhrasında 28 may 1998-ci ildə Pakistan tərəfindən Atom sınağı həyata keçirilmişdir.
Yp səhrası
Yp səhrası - Nevada ştatının şimal-qərbində yerləşən səhra. Səhra kiçik ölçülərə malikdir. Nevada Atlas and Gazetteer, 2001, pg.
Yəhudi səhrası
Yahudi səhrası (ivr. ‏מִדְבַּר יְהוּדָה‏‎ ərəb. صحراء يهودا‎) — Yaxın Şərqdə, İsrail ərazisində yerləşən səhra. Səhra Ölü dənizinin qərb sahilllərini əhatə edir. Öz adını Yahudi çarlığından almışdır. Qədim zamanlarda səhra üsyançıların burada gizlənirfilər. Hətta Çar Davud öz qudası Çar Sauldan məhz bu səhrada gizlənmişdir. Dini məlumatlar görə İordan çayının mənsəbinə yaxın İoann ilk fristianları xaç suyuna salırdı. İlkin xristianlar səhrada təmizlənirdilər. Səhra şərqdən Ölü dənizi, qərbdən Yahudi dağı və Qüds şəhəri əhatələnir.
İp səhrası
Yp səhrası - Nevada ştatının şimal-qərbində yerləşən səhra. Səhra kiçik ölçülərə malikdir. Nevada Atlas and Gazetteer, 2001, pg.
Əlcəzair səhrası
Əlcəzair səhrası (ərəb. الصحراء الجزائرية‎) — Afrikanın şimalında yerləşən səhra. Saxaranın bir hissəsini özündə əhatə edir. Əlcəzairin isə 80 % əhatə edir. Səhranın sahəsi 3 500 000 km² təşkil edir.
Ərəb səhrası
Ərəb səhrası və ya Ərəbistan səhrası — Qərbi Asiyada yerləşən səhra. Bu geniş səhra Yəməndən İran körfəzi, Oman,İordaniya və İraqa qədər uzanır. 330,000 km2 sahəsi ilə Ərəbistan yarımadasının əksəriyyətin əhatə edir. Onun mərkəzində Rub əl-Xali, dünyanın ən böyük fasiləsiz qum orqanlarının biri yerləşir.
Ərəbistan səhrası
Ərəb səhrası və ya Ərəbistan səhrası — Qərbi Asiyada yerləşən səhra. Bu geniş səhra Yəməndən İran körfəzi, Oman,İordaniya və İraqa qədər uzanır. 330,000 km2 sahəsi ilə Ərəbistan yarımadasının əksəriyyətin əhatə edir. Onun mərkəzində Rub əl-Xali, dünyanın ən böyük fasiləsiz qum orqanlarının biri yerləşir.

Значение слова в других словарях