Suriya səhrası

Suriya səhrası (Suriya çölü; ərəb. بادية الشام‎, Eş-Şam[1]) — səhra Yaxın Şərqdə Suriya, İordaniya[2], İraqSəudiyyə Ərəbistanı ərazisində yerləşir. Səhra çöllüklərdən və qumlu sahələrdən ibarətdir. Səhranın sahəsi 1 milyon km² təşkil edir.

Suriya səhrası
ərəb. بادية الشام
Suriya səhrası
Suriya səhrası
Ümumi məlumatlar
Sahəsi 1,000,000 km²
Yerləşməsi
33°20′00″ şm. e. 38°50′00″ ş. u.HGYO
Ölkələr
Suriya səhrası xəritədə
Suriya səhrası
Suriya səhrası
Suriya səhrası (Asiya)
Suriya
səhrası
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Suriya səhrası

Suriya səhrası son 12 min il öncə meydana gəlmişdir[3]. Uzun zaman səhrada həyat olmamışdır. Şərqdən xalqların köçü sayəsində insanlar müasir Suriya ərazisinə köç etməli olmuşdur. İlk dəfə bura amoreylər sonradan arameylər onları əvəz edir. Ən sonda isə ərazi ərəblər tərəfindən məskunlaşılır[4]). Səhranın əhalisi əsasən ərəb dialektində danışan beduinlərdir.

Bu səhra qərbdən Aralıq dənizi sahilləri, şimal və şərqdən Fərat çayı, cənubdan Nefud səhrası, cənub qərbdən isə Neqrv ilə əhatələnir[5].

Daşlı, qumlu ərazilərdən ibarətdir. Səhranın xüsusi ilə şimal, qərb hissələrdə vulkanik suxurlar üstünlük təşkil edir. Yüksəklik isə artır. Şimal-şərqə doğru Fərat çayına doğru isə yükdəklik azalır. İllik yağıntı 50–80 mm arasında dəyişir. Şimal, şimal-qərb hissədə yağıntının miqdarı 200–300 mm təşkil edir. Quraq ərazilərdə əsasən maldarlıq yayılmışdır.

Subtropik iqlim qurşağında yerləşir. Yanvar ayında orta aylıq temperatur +7 °S, iyulda isə +29 °S təşkil edir. Şaxtalar hər il müşahidə edilir. Yağıntı olduqca az düşür.

Səhranın səthi elədə zəngin bitki örtüyünə malik deyildir. Xüsusi ilə ot və kol bitkilərinə rast gəlinir. Burada Saksaul, Anabasis salsa, Yovşan kimi bitkilər yayılmışdır. Onların çoxu qış yağıntıları dövründə bitir.

XX əsrdə Suriya səhrasında Dəvəquşular[6], Birhürgüclü dəvələr[7]), eşşəklər yayılmışdı. Bu yaxınlara qədər burada Asiya şirlərini görmək olardı.

Nəqliyyat əlaqələri

[redaktə | mənbəni redaktə et]

Hələ qədim zamanlardan səhra Mesopotomya ilə Aralıq dənizi arasında yerləşən yolların üzərində olmuşdur. Hazırda isə DəməşqPalmira arasında müasir avtomobil yolu fəaliyyət göstərir (2011-ci ildən başlanan vətəndaş müharibəsi vəziyyəti kəskin sürətdə dəyişmişdir). Mühüm nəqliyyat vastələrindən biridə boru nəqliyyatıdır. Hazırda istər Suriyanın daxili hasilatı və İran körfəzində yerləşən neft Aralıq dənizinə daşıyır.

  1. Инструкция по передаче на картах географических названий арабских стран. — М.: Наука, 1966. — С. 27.
  2. "Petra". 2012-05-02 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-11-10.
  3. "Sivilizasiyanın yerdəyişməsi". 2014-08-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-11-10.
  4. "Ислам против Ирана". 2020-05-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-11-10.
  5. "Ölü dənizi море". 2020-02-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-11-10.
  6. "Многоликий страус". 2020-10-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-11-10.
  7. "Vavilon texnikası və elmi". 2016-03-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-11-10.