QURSAQ
QURŞAQ
OBASTAN VİKİ
Qursalı
Qursalı — Ermənistan Pəmbək mahalının Hamamlı rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 7 km cənub-şərqdə, Pəmbək çayının yaxınlığında, Kəmərli dağının ətəyində yerləşir. Hamamlı rayonu yaradılana kimi (1937-ci ilə kimi) Quqark (Qarakilsə) rayonunun tərkibində olmuşdur. Erməni mənbələrində kəndin adının Qursalı formasında işlənməsi toponim kəngər türk tayfasından olan xurs etnonimi ilə Alı şəxs adı əsasında əmələ gəlmişdir. "Xurs (qurs) tayfasından olan Alıya məxsus kənd" mənasını ifadə edir. Etnotoponimdir. Quruluşca mürəkkəb toponimdir. == Əhalisi == Kənddə 1831-ci ildə 73 nəfər, 1873 - cü ildə 445 nəfər, 1886-cı ildə 545 nəfər, 1897-ci ildə 713 nəfər, 1904 - cü ildə 824 nəfər, 1914 - cü ildə 999 nəfər, 1916-cı ildə 877 nəfər yalnız azərbaycanlı yaşamışdır.1918-ci ildə kənd erməni təcavüzünə məruz qalaraq sakinləri — azərbaycanlılar deportasiya olunmuşdur. İndiki Ermənistanda sovet hökuməti qurulandan sonra kəndi tərk etmiş azərbaycanlılar ata-baba yurdlarına qayıda bilmişdir. Burada 1922-ci ildə 839 nəfər, 1926-cı ildə 954 nəfər, 1931-ci ildə 1033 nəfər, 1987-ci ildə 2700 nəfər yalnız azərbaycanlı yaşamışdır.

Значение слова в других словарях

взводно́й занумерова́ть кто его́ зна́ет набе́гаться обива́ться перебрести́ содержа́тельный ю́бка ...воло́сый медосбо́р проса́чивание проти́снуть усмехну́ться чепухо́вый аккредитовать мирон covetousness décolleté gold leaf Kerguelen Panhagia кроить опечатывать передненёбный шапокляк