quru-boş

sif. nul, -le, frivole, vain, -e, sans fondement

quru
quru-quru
OBASTAN VİKİ
Quru
Quru (informatika)
Boş funksiya
Boş funksiya – təyin oblastı sıfra bərabər olan funksiyaya deyilir. f A : ∅ → A .
Boş krateri
Boş krateri (lat. Bosch) — Ayın görünməyən tərəfindəki Şimal qütbü sahəsində yerləşən zərbə krateri. Krater öz adını alman kimya və biokimyaçısı olan Nobel mükafatı laureatı Karl Boşun (1874–1940) şərəfinə almışdır və 22 yanvar 2009-cu ildə Beynəlxalq Astronomiya İttifaqı tərəfindən təsdiq edilmişdir. == Kraterin təsviri == Boş kraterinə ən yaxın yerləşən krater Uypl krateridir və ondan şimalda yerləşir. Rojdestvenski krateri bu kraterdən şərqdə, Plaskett krateri cənub-şərqdə, Hevesi və Haskin krateri cənubda, Usay krateri isə cənub-qərbdə yerləşir. Krater mərkəzinin selenoqrafik koordinatları 86°49′ şm. e. 133°32′ ş. u.86,82° şm. e.
Boş məhsul
Riyaziyyatda boş məhsul və ya sıfır məhsul heç bir vuruğun vurulmamasının nəticəsidir. Konvensiyaya görə, boş cəm də olduğu kimi — heç bir rəqəmin əlavə edilməməsinin nəticəsi — sıfırdır. Rəqəmlər nəzərdə tutulduqda, boş məhsul birə bərabər olur. Boş məhsul termini hesab əməliyyatlardan bəhs edərkən ən çox yuxarıdakı mənada istifadə olunur. Bununla belə, termin kompüter proqramlaşdırmasında çoxluq-nəzəri kəsişmələri müzakirə edərkən istifadə olunur.
Boş çoxluq
Boş çoxluq, tərkibində heç bir elementi olmayan çoxluğa deyilir. Boş çoxluq ∅ {\displaystyle \emptyset } ilə işarə olunur. Uyğun olaraq: ∅ {\displaystyle \emptyset } və { ∅ } {\displaystyle \{\emptyset \}} müxtəlif olurlar. Boş çoxluq hər bir çoxluğun alt çoxluğudur. Boş çoxluğu həmçinin aşağıdakı kimi də ifadə etmək olar: ∅ A = { x ∈ A ∣ ∀ x ∉ A } {\displaystyle \emptyset _{A}=\{x\in A\mid \forall x\notin A\}} ∅ A − A {\displaystyle \emptyset _{A}-A} çoxluğunun boş alt çoxluğudur.
Boş çəki
Boş çəki - standart avadanlıqlarla real olan bir nəqliyyat vasitəsinin ümumi çəkisidir; mühərrik yağı, ötürücü yağı, soyuducu, kondisioner qazı və bəzən dolu bir yanacaq çəni kimi işləməsi üçün lazımlı olanlar daxil, sərnişin və ya yük daxil edilməmək şərti ilə hesablanır.
Robert Boş
Robert Boş (alm. Robert Bosch‎; 23 sentyabr 1861[…] – 12 mart 1942, Ştutqart) — Alman ixtiraçı. Robert Bosch GmbH şirkətinin təsisçisi. Çox sayda ideyalara və müasir avtomobil istehsalının prinsipial olaraq yeni texniki həllərinə görə məşhur alman ixtiraçısı Robert Boşa (1861–1942) borcluyuq. Robert Boş Ulm yaxınlığında kiçik bir şəhərdə anadan olmuşdur. O, Servasius Boş ailəsinin on birinci uşağı idi. Atası təhsilli və savadlı biri idi, onun kiçik mehmanxanası və pivə zavodu var idi. Atası arzu edirdi ki, onun oğlu əczaçı və ya müəllim olsun, lakin oğlunun marağı tamam fərqli idi: ustalıq etməyi həddindən artıq sevirdi. 1869-cu ilin yazında Boş ailəsi Ulm şəhərinə köçdü. 1869-cu ildən 1876-cı ilə qədər Robert Boş şəhər məktəbində təhsil aldı, sonra isə usta köməkçisi kimi işə düzəldi.
İeronim Boş
İeronim Bosx (nid. Hieronymus Bosch; təq. 1450[…] – avqust 1516) (Jeroen Anthoniszoon van Aken) — XV və XVI əsr holland rəssamı. İntibah dövrünün şimaldakı nümayəndələrindən biri sayılır. Yaşadığı dövrdə əsərləri kral və zadəganlar tərəfindən alınan məşhur rəssam olmağına baxmayaraq, indiki dövrdə haqqında çox az şey məlumdur. Jeroen Anthoniszoon van Aken adıyla rəssam Antonis van Akenin (ö. 1478) oğlu kimi 1450-ci ildə Şimali Brabant, Hollandiya da dünyaya gəlmişdir. Həyatının böyük bir qismini Sertoqenbuş ('s-Hertogenbosch) şəhəri və ətrafında keçirən Bosxun rəsmi qeydlərdə adı ilk dəfə 1474-cü ildə, iki qardaşı və bir bacısı ilə birlikdə keçir.
Quru Araz
Quru Araz - İrəvan quberniyasının Eçmiədzin qəzasında,indi Sərdarabad (Oktemberyan) rayonunda kənd. Rayon mərkəzindən 26 km məsafədə yerləşir. Toponim Azərbaycan dilində işlənən quru sözü ilə Araz çayının adı əsasında əmələ gəlmişdir. Hidrotoponimdir. Quruluşca mürəkkəb toponimdir. Erm. SSR AS RH-nin 19.IV.1950-ci il fərmanı ilə adı dəyişdirilib Yerasxaun (Quru Araz. Erməni dilində Araz Yerasx formasında işlədilir) qoyulmuşdur.
Quru buz
Quru buz - quru buz özü ilə karbon 4 – oksidin və ya karbon qazının bərk fazasını təmsil edir. Onu karbon qazı adlandırmaq qəbul olunmuşdur. Karbon qazının fərqləndirici xüsusiyyəti onun üçqat nöqtələridir: bu o deməkdir ki, 0,536 MPa təzyiqində və uyğun olaraq temperatur -56,6 C olduqda karbon qazı həmin an üç vəziyyətdə ola bilir: bərk, maye və qaz halında. Daha aşağı təzyiqdə, yəni atmosfer təzyiqində ancaq iki vəziyyətdə ola bilər: bərk və qaz halında. Beləliklə, atmosfer şəraitində bərk karbon qazı maye fazasını örtərək, birbaşa qaz halına keçir. Buradan bərk karbon quru buz adlandırılmağa başlandı. 0,1 MPa təzyiqdə quru buz -78,9C-də sublimasiya edir. Təzyiqin azalmasında sublimasiya temperaturu aşağı düşür. Normal şəraitdə karbon qazının sıxlığı 1,877 kq/m³-dir. Bu qaz havadan 1,529 dəfə ağırdır.
Quru fontan
Quru fontan — İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indi Axta (Razdan) rayonunda kənd. Rayon mərkəzindən 12 km cənub-qərbdə yerləşir. Toponim quru və fontan sözlərinin birləşməsindən əmələ gəlmişdir. Quruluşca mürəkkəb toponimdir. Kənddə tarixən azərbaycanlılar yaşamışdır. 1828-ci ildən sonra burada ruslar yerləşdirilmişdir. 1897-ci ildə burada 162 nəfər rus, 8 nəfər azərbaycanlı yaşamışdır. XX əsrin əvvəllərində, 1905–1906-cı illərdə azərbaycanlılar qovulmuşdur.
Quru körpü
Şota Şalikaşvili körpüsü (gürc. მშრალი ხიდი) — Gürcüstanın paytaxtı Tiflis şəhərində, Kür çayının hazırda qurumuş qollarından biri üzərində yerləşən avtomobil körpüsü. hazırda həmin qol torpaqla doldurulmuş və Zviada Qamsaxurdiya küçəsinin bir hissəsini təşkil edir. Sarbryuk körpüsü ilə birlikdə körpü paytaxtın Mtasmida və Çuqureti rayonlarını birləşdirir. Körpü yaxınlığında eyni adlı köhnə əşyaların satıldığı bazar vardır. İlk əvvəllər Kiçik Mixaylevski körpüsü (Böyük Mixaylevski körpüsünün davamı kimi) və ya Voronsov körpüsü (Qafqaz canişini Mixail Vorontsovun şərəfinə) adlanırdı. XX əsrin əvvəllərində körpü Nikolayevski adlanmağa başlayır. sovetlər dönəmində Kiçik Karl Marks körpüsü olaraq adlandırılır. 1933-cü ildə Kür çayının bu hissədən keçən qolu qurudulur. Nəticədə körpü Quru olaraq adlandırlır.
Quru küləklər
Quru küləklər- meteoroloji hadisə olub, havanın rütubətliyi bir qayda olaraq yüksək temperatur və müxtəlif intensivli küləklərlə müşayət olunur. Belə küləklər bitkinin yüksək transpirasiyasına səbəb olur, torpaq səthindən intensiv buxarlanma gedir, torpağın nəmliyi aşağı düşür və bunun nəticəsində bitkinin su balansının pozulmasına səbəb olur. Azərbaycanda İraq, İran və Orta Asiya ərazilərindən daxil olan subtropik antisiklonun təsiri nəticəsində ilin isti dövründə atmosfer prosesləri quraqlıq və quru yellərin əmələ gəlməsinə səbəb olur. Bu isə respublika ərazisində kənd təsərrüfatı bitkilərinin normal inkişafına mənfi təsir göstərir və məhsuldarlığını aşağı salır. Mübarizə tədbirləri məqsədi ilə əsasən aqrotexniki və meliorasiya tədbirləri həyata keçirilir. Suvarma quraqlıq və quru küləklərə qarşı radikal üsul sayılır. Suvarma hətta səhra şəraitində bitkilərdən yüksək məhsul götürməyə imkan verir. Tarlaqoruyucu meşə zolaqları quraqlıq və quru küləklərə qarşı mühüm tədbir sayılır.
Quru qoşunları
Quru qoşunları — bir çox ölkələrdə hərbi dəniz qüvvələri və hərbi hava qüvvələri ilə yanaşı silahlı qüvvələrdə mövcud olan qoşun növü. Quru qoşunları çoxsaylı döyüş tərkibinə malik Silahlı Qüvvələr növüdür, böyük atəş və zərbə gücünə, yüksək manevrliliyə və müstəqil fəaliyyət göstərmək imkanına malikdir. Bəzi ölkələrdə quru qüvvələr və ya ordu da adlanırlar. Ənənvi olaraq piyada, süvari, mexaniki qoşun növlərindən, hərbi hissə, korpus və qoşun birliklərindən ibarət olur. Həmçinin özünün hərbi hava qüvvələrinə malik ola bilir. Quru qoşunları istənilən ölkənin sayca ən çoxsaylı qoşun növüdür və hərbi münaqişələr (müharibələr) zamanı əsas yük onların üzərinə düşür. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin motoatıcı bölmələri düşmənin istər yerüstü bölmələri, istərsə də alcaqdan uçan hava hədəfləri ilə mübarizə aparmağa qadir müasir silah və döyüş texnikası ilə təchiz edilmişdir. Quru Qoşunlarının əsas zərbə gücüdür. Başqa qoşun növləri kimi tank bölmələrinin texniki vasitələrinin idareətmə, naviqasiya cihazları müasirləşdirilmiş, dayanıqlığı artırılmış, silahlanmasına yeni nəsil tanklar daxil edilmişdir.
Quru qurbağaları
Quru qurbağaları (lat. Bufonidae) — heyvanlar aləminin xordalılar tipinin suda-quruda yaşayanlar sinfinin quyruqsuzlar dəstəsinə aid heyvan fəsiləsi.
Quru qurbağası
Quru qurbağası (lat. Bufo) — heyvanlar aləminin xordalılar tipinin suda-quruda yaşayanlar sinfinin quyruqsuzlar dəstəsinin quru qurbağaları fəsiləsinə aid heyvan cinsi.
Quru tısbağaları
Quru tısbağaları (lat. Testudinidae) — heyvanlar aləminin xordalılar tipinin sürünənlər sinfinin tısbağalar dəstəsinə aid heyvan fəsiləsi. Fəsiləyə 11–13 cins, 40 növ daxildir. Bəzi tısbağalar kiçik olur və uzunluqları cəmi 12 sm olur. Bəzi növlər isə hətta 1 metr və daha uzun olur. Onlara Afrika, Asiya, Cənubi Avropa rast gəlmək olar. Xüsusi ilə səhra, yarımsəhra, savanna və rütübətli meşələrdə daha çox yayılmışdır. Tısbağalar uzun ömürlü olurlar. Növündən asılı olaraq 50–100 il yaşaya bilirlər. Bəzi növlər var ki, 150-200 il yaşayır.
Quru yataq
Quru su
Novec 1230, "Quru su" (flüoroketon FK-5–1–12, freon PFK-49) rəngsiz , iysiz mayedir . Kimyəvi formul — CF 3 CF 2 C(O)CF(CF 3) 2 (perfluoro(etil izopropil keton), altı karbonlu maddə, flüorlu keton kateqoriyası (qaydalara uyğun olaraq R 1 -CO-R 2 ketonların adları radikal-funksional nomenklatura R 1 və R 2 radikallarının adlarının əlifba sırası ilə "keton" sözündən əvvəl sadalanması ilə qurulur).
Quru (informatika)
Quru (ing. Guru rus. Гуру) — kompüterdən çox yaxşı başı çıxan kimsə, slenq, termin. O, yaranan problemləri həll edə, suallara cavab verə və, demək olar ki, çıxılmaz vəziyyətlərdə çox dəyərli məsləhətlər verə bilər. Termin sanskrit kökənli bir termin olub, hinduizm və buddizm mistisizmində "mürşid", "ustad" mənalarına gəlir. İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s.
Aşağı boş vena
Aşağı boş vena ABV (lat. Vena cava inferior) — dördüncü bel fəqərəsinin aşağı kənarı bərabərliyində sağ və sol ümumi qalça venalarının (lat. vv. iliacae communes dextra et sinistra) birləşməsindən əmələ gəlir; onurğanın ön səthi ilə qarın aortasının sağ tərəfilə yuxarı və bir az sağa doğru gedərək, qaraciyərin arxa səthinə çatarkən aortadan uzaqlaşır və diafraqmanın vətər mərkəzində olan aşağı boş vena dəliyindən döş boşluğuna daxil olan kimi ürək kisəsini dəlib, sağ qulaqcığaaçılır. Aşağıda bel əzələsinin içəri kənarında, bir az yuxarıda ön səthində və diafraqmaya çatarkən onun bel hissəsinin ön səthində yerləşir. ABV ekstraperitoneal (peritondan xaric) üzvlərdən olub, ön tərəfdə yuxarıdan aşağıya doğru növbə ilə, qaraciyər ilə, onikibarmaq bağırsağın enən hissəsilə, pankreas başı ilə, nazik bağırsaq müsariqəsilə əhatə olunmuşdur. Bunlardan başqa ABV öndə çəp istiqamətdə sağ xaya arteriyası ilə və arxada üfüqi istiqamətdə sağ böyrək arteriyası ilə çarpazlaşır. == Qəbul etdiyi venalar == ABV qarın aortasının cüt şaxələrinə uyğun venaları və qaraciyər venalarını qəbul edir. == Təsvirlər == == İstinadlar == == Mənbələr == Prof. Kamil Əbdülsalam oğlu Balakişiyevin, İnsanın Normal Anatomiyası, II cild, "MAARİF" Nəşriyyatı, Bakı — 1979 Р. Д. Синельников.
Boş Yer (1989)
Boş yer qısametrajlı bədii filmi rejissor Cahangir Şahmuradov tərəfindən 1989-cu ildə ekranlaşdırılmışdır. "Debüt" studiyasında istehsal edilmişdir. Filmdə durğunluq hesab edilən dövrün nöqsanları tənqid olunur, yaşadığımız cəmiyyətin sosial-mənəvi inkişafına o dövrün mənfi təsiri açılıb göstərilir. Əsas rolları Lyudmila Duxovnaya, Anatoli Yeqorov, Rafiq Əliyev, Fərman Şəkili və Mübariz Əlixanoğlu ifa edirlər. == Məzmun == Filmdə durğunluq hesab edilən dövrün nöqsanları tənqid olunur, yaşadığımız cəmiyyətin sosial-mənəvi inkişafına o dövrün mənfi təsiri açılıb göstərilir. Müəlliflər filmin süjetini qrotesk üslubda qurmuşlar. == Rollarda == Lyudmila Duxovnaya — qatar bələdçisi Anatoli Yeqorov — ezam olunmuş Rafiq Əliyev — alverçi Fərman Şəkili (Fərman Abdullayev kimi) — təbilçi Mübariz Əlixanoğlu — məmur Pavel Vinnik — saatsaz Manefa Sobolevskaya — saatsazın arvadı Viktor Lazarev — akademik Vitali Leonov — maşinist Yuri Mitrofanov — maşinist köməkçisi Aleksey Fadeyev — ocaqçı Tatyana Xaritonova — manekençi Nuriyyə Çavkina — idmançı Eduard Ozeryanski — ofisiant == İstinadlar == == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm".
Yuxarı boş vena
Yuxarı boş vena (YBV) (lat. Vena cava superior) — birinci sağ qabırğa-döş sinxondrozunun arxasında sağ və sol bazu-baş venalarının (lat. vv. brachiocephalicae dextra et sinistra) birləşməsindən əmələ gələrək döş sümüyünün və aortanın sağ tərəfi ilə aşağıya doğru gedur və üçüncü qabırğanın yuxarı kənarı bərabərliyində sağ qulaqcığa açılır. YBV-nin uzunluğu 5–6 sm və diametri təxminən 2,5 sm-dir, sol tərəfdən aortaya, sağ tərəfdən sağ ortadivar plevrasına və ağciyərə söykənmişdir; ikinci qabırğa səviyyəsində ürək kisəsi ilə örtülü olur, belə ki, aşağı hissəsi ürək kisəsi daxilində yerləşir. Aşağı boş vena kimi bunun da qapağı yoxdur. YBV ürək kisəsinə daxil olmamış arxa tərəfdən tək venanı — lat. v. azygos qəbul edir və bunun vasitəsilə aşağı boş vena sistemi ilə rabitədə olur. Tək venadan başqa YBV-yə lat.
Finlandiya Quru Qoşunları
Finlandiya Quru Qoşunları (fin Suomen maavoimat, isv. Finländska armén) — Finlandiya Silahlı Qüvvələrinin quru qoşunları. 1918-ci ildə qurulmuş olub piyada, meydança topçuları, zenit topçuları, texniki işçi, kommunikasiya və logistika bölmələri olmaqla altı yerə ayrılır.
Qafqaz quru qurbağası
Qafqaz quru qurbağası (lat. Bufo verrucosissimus) — heyvanlar aləminin xordalılar tipinin suda-quruda yaşayanlar sinfinin quyruqsuzlar dəstəsinin quru qurbağaları fəsiləsinin quru qurbağası cinsinə aid heyvan növü. Krasnodar diyarının qırmızı kitabına daxildir. Rusiyanın ən böyük suda-quruda yaşayanıdlr. Uzunluğu 170 mm-dir. Rəngi boz və ya parlaq-qəhvəyidir. Çömçəquyruqlar qara rəngdə olur. Yetkin olmayan qurbağalar narıncıdır. Azərbaycanın ən iri qurbağasıdır. Dərisi hamar qabarlıdır, üstdən boz və ya qəhvəyi rəngdədir (açıqdan tünd rəngə qədər müxtəlif çalarda), tünd xallıdır.

Значение слова в других словарях