qələvi-metallar

qələvi-metallar
qələvi-metal
qələvi-oranitoid
OBASTAN VİKİ
Qələvi metallar
Qələvi metallar - Elementlərin dövrü cədvəlinin ilk qrupunda (şaquli sırasında) olan metallardır. Fransium xaricində hamısı, yumşaq quruluşda və parlaq görünüşdədir. Asanlıqla əriyə bilər və uçucu hala keçə bilərlər. Nisbi atom kütlələri artdıqca, ərimə və qaynama nöqtələri də geniş göstərilir. Digər metallara müqayisədə, öz kütlələri də olduqca aşağıdır. Hamısı da, reaksiyalarda aktivdir. Ən yüksək əsas enerji səviyyələrində bir tək elektron daşıyırlar. Bu elektronu çox asan itirərək +1 yüklü ionlar meydana gətirə bildikləri üçün, qüvvətli reduksiyaedicidirlər. İstilik və elektriki çox yaxşı çatdırırlar. Suyla qarşılıqlı təsirləri çox güclüdür, suyla reaksiya nəticəsində hidrogen qazı ortaya çıxarırlar.Qələvilərə aiddir: LiOH, NaOH, Ca(OH)2 "Group 1: The Alkali Metals".
Qələvi
Qələvilər — suda həll olan əsaslara deyilir. Qələvilərə LiOH, NaOH, KOH, RbOH, CsOH, Ca(OH)2, Sr(OH)2, Ba(OH)2 əsasları aiddir. Digər əsaslar ya suda az həll olur, ya da həll olmur: Zn(OH)2, Fe(OH)2, Cr(OH)2 və.s. 1) Aktiv metalların (Li,Na, K, Rb, Cs, Ca, Sr, Ba) su (H2O) ilə qarşılıqlı təsiri zamanı əvəzetmə reaksiyası ilə alınır: 2 Li + 2 H 2 O ⟶ 2 LiOH + H 2 {\displaystyle {\ce {2Li + 2H2O -> 2LiOH + H2}}} 2) Qələvi və qələvi-torpaq metalların hidridlərinin su ilə reaksiyasından alınır: KH + H 2 O ⟶ KOH + H 2 {\displaystyle {\ce {KH + H2O -> KOH + H2}}} Əvvəlcə, sabit valentli metalın adı, sonra hidroksid sözü deyilir.
Metallar
Metal (lat. metallum, " şaxta " deməkdir) — temperaturun artması ilə azalan elektrik keçiriciliyinə, istilik keçiriciliyinə, deformasiya oluna bilmə və metalik parıltı kimi xassələri özündə əks etdirən təmiz materiallara deyilir. Məlum olan 118 kimyəvi elementin 90-dan çoxu metaldır. Metalsız yer kürəsini təsəvvür etmək mümkün deyil. Belə ki, Yer kürəsinin nüvəsi, əsasən, dəmir və nikeldən, mantiyası alüminiumun birləşmələrindən, litosferi (Yer qabığı) isə bir çox metal birləşmələrindən ibarətdir. Beləliklə, metallar dövri sistemdə, əsasən, berilliumdan Be astatadək At çəkilmiş dioqnalın sol aşağı hissəsində yerləşir (dövri sistemdə I–III qrupun əsas yarımqruplarının (hidrogen və bordan başqa) və I–VIII qrupun əlavə yarımqrup elementlərinin hamısı, lantanoid və aktinoidlər də daxil olmaqla metallardır). Metalların əsas ümumi fiziki xassələri aşağıdakılardır: metal parıltısı; yüksək istilik və elektrik keçiriciliyi; plastiklik. Onların xarici qüvvənin təsiri ilə dağılmadan öz formasını dəyişmək qabiliyyətidir. Metal parıltısı metalın sərbəst elektronlarının işıq şüalarını güclü əks etdirməsi ilə əlaqədardır. Civə və gümüş ən yüksək parıltıya malik metallardır.
Amorf metallar
Amorf metallar (A.m)-qeyri-kristallik bərk metallar və onların ərintiləridir. Metal (və qeyri-metal) maddələrin amorfluğu təcrübi olaraq kristallar üçün xarakter olan nümunələrin rentgen-, neytron- və elektronoqramlarında difraksiya maksimumlarının olması ilə müəyyən olunur. A.m.-ın əsas alınma üsulları bunlardır: 1) maye ərintinin sürətlə soyudulması (q ≥ {\displaystyle \geq } 105−106 К/с sürətilə); alınan amorf ərinti metallik şüşə adlanır; 2) soyuq altlıqda A.m.-ın nazik təbəqəsi alınana kimi buxarın kondensasiyası və ya atomların tozlandırılması; 3) elektrokimyəvi çökdürmə; 4) kristallik metalları ion və ya neytronların intensiv axını ilə şüalandırma. A.m.-kristallizasiya prosesinə nisbətən termodinamik dayanıqsız metastabil sistemlərdir; onların mövcudluğu yalnız aşağı temperaturlarda kinetik proseslərin astalığı ilə əlaqədardır. Amorflaşdırıcı aşqarların mövcudluğu A.m.-in stabilləşməsinə kömək edir. Təmiz metallardan alınan amorf nazik təbəqələr ərintidən alınanlardan daha az stabildir, təmiz metallardan metallik şüşələrin alınması üçün isə yüksək sürətli soyutma tələb olunur (~1010 К/с). İlk dəfə 1960-cı ildə alınmış metallik şüşələr daha çox maraqlıdır. Metallik şüşələrin əsas sinifləri: М1-х Yх — sistemlərи, М — keçid və ya təsirsiz metal, Y-amorflayıcı qeyri-metal və keçid metallarının və ya digər metalların ərintiləri. Tərkiblərin müəyyən intervalında [1–3] metallik şüşələrin əksəriyyəti nadir mexaniki, maqnit və kimyəvi xassələrə malikdir. Bir sıra metallik şüşələrin axıcılıq və şəffaflıq sərhəddi çox yüksəkdir və nəzəri sərhədə yaxındır.
Ağır metallar
Ağır metallar - xüsusi çəkisi 4,5 q/sm3-dən artıq olan kimyəvi elementlər. 40-dan artıq - qurğuşun, kadmium, civə, sink, molibden, manqan, nikel, , kobalt, mis, vanadium, qalay və başqaları. == Ümumi məlumat == Ağır metalların tərkibində insan həyat üçün vacib olan metallar (sink, dəmir, manqan, mis) və orqanizm üçün toksik maddələr (kadmium, civə, qurğuşun, nikel, xrom, arsen) var. Lakin həyat üçün vacib ağır metalların konsentrasiya artıq olduqda onlar insan üçün təhlükəli olurlar. İnsan sağlamlığına təhlükəliyə görə ağır metallar 3 qrupa bölünür: I sinif - arsen, kadmium, civə, berillium, selen, qurğuşun, sink II sinif - kobalt, xrom, mis, molibden, nikel, stibium. III sinif - vanadium, barium, volfram, manqan, stronsium Ağır metallar ətraf mühitə çirkab suları, sənaye müəssisələrinin və avtonəqliyyatın qazşəkilli tullantıları kimi daxil olur.
Keçid metallar
Keçid metalları — Bu elementləri kimyada keçid adlandırmalarını bir çox səbəbi var. Ən əsas səbəbi isə bu elementlərin d- yarımsəviyyəsində boş orbitallar (elektronların hərəkət etdiyi trayektoriya) var. Onlar reaksiyalarda bu boş orbitalların hesabına elektron qəbul edə və öz elektronlarını itirə bilir. Yəni metallar kimi reaksiyalarda ya elektron itirir, ya da qeyri-metallar kimi elektron qəbul edir. Bu xassələrinə görə onlara ikili təbiətli elementlər və ya amfoterlər (ikili xassəli) deyilir. == Keçid metalları == Keçid metalları 40 ədəddir; 21–30, 39–48, 71–80 və 103–112-ci elementlər. == Xassələri == Keçid metalları yüksək sıxlığa, qaynama və ərimə temperaturuna malikdir. Bu xassələr d- orbitallara görə olub.
Nəcib metallar
Nəcib metallar — əlvan metalların bir növü olaraq qruplaşdırılır. Azərbaycan ərazisi davamlı və uzunmüddətli qızılçıxarma sənayesinin yaradılması üçün böyük perspektivliyə malikdir. Son onilliklər ərzində aşkar edilmiş çoxsaylı qızıl yataqları və təzahürləri (həm məxsusi qızıl, həm də digər metallarla kompleksdə) bunu təsdiq edir, zira onlar potensial filizli regionlarda proqnozlaşdırılan qızıl filizləşməsinin az bir hissəsini təşkil edir. Qızıl yataq və təzahürlərini iki qrupda birləşdirmək olar. Birinci qrupa dağ süxurlarında bilavasitə formalaşma yerində aşkar olunan köklü qızıl yataqları aid edilir. Ikinci qrup köklü qızıl yataqlarının aşınması, çöküntülərin onlardan müxtəlif məsafələrə daşınması nəticəsində əmələ gəlmiş səpinti qızıl yataqlarıdır. Səpinti qızıl yataqlarının işlənməsində əlavə texnoloji emal tələb olunmadığından iqtisadi cəhətdən çox əlverişlidir. 1 yanvar 2006-cı il tarixinə Respublika faydalı qazıntı ehtiyatlarının dövlət balansında kəşfiyyatı aparılmış və sənaye əhəmiyyətli ehtiyatları təsdiq edilmiş üç məxsusi qızıl yatağının (Qızılbulaq, Vejnəli və Zod (Söyüdlü) ehtiyatları, Filizçay, Katex və Kasdağ polimetal, Qaradağ mis-porfir yataqlarının filizlərində yanaşı komponent kimi hesablanmış və təsdiq olunmuş qızıl ehtiyatları qeydə alınmışdır. Bunlardan əlavə Qoşa, Ağyurd, Pyəzbaşı, Dağkəsəmən, Gədəbəy və Ağduzdağ yataqlarının C2 kateqoriyası ilə qiymətləndirilmiş ehtiyatları sahə balansında qeydə alınmışdır. Respublikada qızılçıxarma sənayesinin yaradılması məqsədilə Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikasının bir sıra qızıl yataqlarının kəşfiyyatı və işlənməsi barədə" 1996-cı il 5 fevral tarixli sərəncamına uyğun olaraq 1997-ci il avqustun 20-də keçmiş "Azərqızıl" DŞ ilə ABŞ-nin "RV Investment Group Sevrvices LLS" arasında Gədəbəy, Qoşa, Ordubad qrupu (Piyəzbaşı, Ağyurd, Şəkərdərə, Kələki), Söyüdlü, Qızılbulaq və Vejnəli perspektivli qızıl yataqlarının kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında Saziş imzalanmış və 2005-ci ildən ermənilər tərəfindən işğal edilmiş ərazidə yerləşən Söyüdlü(Zod), Qızılbulaq və Vejnəli yataqları istisna olmaqla, digər yataqlarda əlavə öyrənilmə işlərinə başlanılmışdır və bu işlərin 2008-ci ildə başa çatdırılması nəzərdə tutulur.
Qara metallar
Qara metallar — qara metallara dəmir filizləri və xromit filizləri aiddir. Dəmir filizləri bu gün də sənayenin, iqtisadi inkişafın əsas dayaqlarından biri sayılır. Hazırda Azərbaycanın ərazisində 3 dəmir filizi yatağının sənaye əhəmiyyətli ehtiyatları təsdiq edilməklə etibarlı mineral-xammal bazası yaradılmışdır. Onların hər üçü Daşkəsən filiz rayonunda yerləşməklə Daşkəsən, Cənubi Daşkəsən, Dəmir kobaltlı-maqnetit yataqları ilə təmsil olunurlar. Qeyd etmək lazımdır ki, Daşkəsən qrupu (Daşkəsən, Cənubi Daşkəsən, Dəmir) yataqları respublikanın mineral-xammal bazasında uzun illər ərzində özünəməxsus yer tutmuşlar. Bu yataqların bazasında son illərə qədər Azərbaycan Filizsaflaşdırma Kombinatı fəaliyyət göstərmiş və onun məhsulu (dəmir konsentratı) Gürcüstanın Rustavi metallurgiya kombinatının təlabatını tam ödəyirdi. Yaxın illərdə Daşkəsən filizsaflaşdırma kombinatının fəaliyyəti bərpa olunacağı təqdirdə 70–80 il müddətində etibarlı ehtiyatla təmin ediləcəkdir. 1960–1964-cü illərdə aparılmış geoloji-axtarış işləri nəticəsində Kəlbəcər rayonu ərazisində Göydərə qrupu xromit filizi təzahürləri, Laçın rayonu ərazisində isə Ipək qrupu xromit filizi təzahürləri aşkar olunmuşdur. Istibulaqsu çayının suayrıcında, Kəlbəcərin rayon mərkəzindən 21 km şimal-qərbdə yerləşir. Xromit filizləşməsi linzavari dunit kütlələrinin yayılma zonasında təşəkkül tapmış və 350 m-dən çox məsafədə izlənmişdir.
Qeyri-metallar
Qeyri-metallar — metal xassələri olmayan kimyəvi elementlərdir. Bu elementlər elektriki keçirmirlər, istiliyi isə pis keçirirlər. Bərk, maye ve qaz halında ola bilirlər. Kövrək xassəlidirlər (döyüldükdə ovxalanırlar). Həmçinin, Hidrogen və Helium da bu elementlərə aiddir.Onlar Periodik cədvəlin yuxarı hissəsində yerləşirlər.
Təbii metallar
Təbii metallar — təbii metal, metalik formasında, saf və ya qarışıq şəkildə təbiətdə rast gəlinən metallar. Tək-tək və ya qarışıqlarda təbii olaraq tapılan metallar arasında alüminium, sürmə, arsen, bismut, kadmium, xrom, kobalt, indiyum, dəmir, manqan, molibden, nikel, renyum, selenium, tantal, tellur, qalay, titan, volfram, vanadium vardır. Qızıl və platin qrupları vardır. Qızıl qrupu qızıl, mis, qurğuşun, alüminium və gümüşdən ibarətdir. Platin qrupuna platin, iridium, osmiyum, palladium, rodium və rutenyum daxildir. Təbii halda olan ərintilər arasında düyü, tunc, qalay, alman gümüşü, osmiridium, elektrum, ağ qızıl və gümüş-civə və amalgam iştirak etmişdir. Yalnız qızıl, gümüş, mis və platin metallar təbiətdə böyük miqdarlarda meydana gəlir. Geoloji tədqiqat zamanı, çox az metal oksigenə təbii hava şərtlərinə müqavimət göstərir, bu səbəblə tez-tez qızıl və platin kimi daha az reaktiv metallar yerli metallar olaraq tapılır. Digərləri ümumiyyətlə təbii bir kimyəvi prosesin, metalın ortaq bir tərkibini və ya mədənini azaltdığı və saf metal kimi ortaya çıxar. Təbii qeyri-metal elementlər karbon və kükürddən ibarətdir.
Qələvi-torpaq metal
Qələvi torpaq metalları — Elementlərin dövrü cədvəlinin başdan ikinci sırasında (şaquli sırasında) olan elementlərdir. Sıxlıqla ağ rəngli olub, yumşaq və emal edilə bilər quruluşdadır. Həmçinin ərimə və qaynama istilikləri də daha aşağıdır. Ionlaşma enerjiləri də qələvi metallardan daha yüksəkdir. Torpaq elementləri adı, bu qrupdakı elementlərin torpaqda olan oksidlərinin, keçmiş kimyagerlər tərəfindən ayrı bir element olaraq düşünülməsindən gəlir. Qələvi-torpaq metallar dövri cədvəlin 2-ci qrup elementləridir: Berillium (Be), Maqnezium (Mg) Kalsium (Ca), Stronsium (Sr) Barium (Ba) və Radium (Ra). Qələvi torpaq metalları dövri cədvəldə qrup üzrə hərəkət etdikcə kimyəvi xassələrdə baş verən dəyişiklikləri izzah etmək üçün gözəl qrupdur. Qələvi torpaq metallar gümüşü rəngli, yumşaq (bıçaqla kəsilə bilən), zəif elektromənfilikli elementlərdir (hallogenlərlə reaksiyada elektronlarını asanlıqla itirirlər). Lakin onlar su ilə qələvi metallara nisbətən zəif reaksiyaya girirlər. Məsələn əgər Natrium və Kalium su ilə reaksiyaya otaq şəraitində gedirsə, Kalsium yalnız qızdırılma şəraitində su ilə reaksiyaya girir.
Qələvi torpaq metalları
Qələvi torpaq metalları — Elementlərin dövrü cədvəlinin başdan ikinci sırasında (şaquli sırasında) olan elementlərdir. Sıxlıqla ağ rəngli olub, yumşaq və emal edilə bilər quruluşdadır. Həmçinin ərimə və qaynama istilikləri də daha aşağıdır. Ionlaşma enerjiləri də qələvi metallardan daha yüksəkdir. Torpaq elementləri adı, bu qrupdakı elementlərin torpaqda olan oksidlərinin, keçmiş kimyagerlər tərəfindən ayrı bir element olaraq düşünülməsindən gəlir. Qələvi-torpaq metallar dövri cədvəlin 2-ci qrup elementləridir: Berillium (Be), Maqnezium (Mg) Kalsium (Ca), Stronsium (Sr) Barium (Ba) və Radium (Ra). Qələvi torpaq metalları dövri cədvəldə qrup üzrə hərəkət etdikcə kimyəvi xassələrdə baş verən dəyişiklikləri izzah etmək üçün gözəl qrupdur. Qələvi torpaq metallar gümüşü rəngli, yumşaq (bıçaqla kəsilə bilən), zəif elektromənfilikli elementlərdir (hallogenlərlə reaksiyada elektronlarını asanlıqla itirirlər). Lakin onlar su ilə qələvi metallara nisbətən zəif reaksiyaya girirlər. Məsələn əgər Natrium və Kalium su ilə reaksiyaya otaq şəraitində gedirsə, Kalsium yalnız qızdırılma şəraitində su ilə reaksiyaya girir.
Əlvan və nadir metallar
Əlvan və nadir metallar — Böyük və Kiçik Qafqazın Azərbaycan hissəsinin metallogenik əyalətlərində əlvan metallardan mis, qurğuşun, sink, kobalt, civə, sürmə filizlərinin yataq və təzahürləri geniş yayılmış və əsasən Balakən-Zaqatala, Gədəbəy və Ordubad filiz rayonlarında cəmlənmişdir. Respublikanın mis ehtiyatları əsasən Balakən-Zaqatala, Gədəbəy, Qarabağ və Ordubad filiz rayonlarında cəmləşmişdir. Balakən-Zaqatala filiz rayonunda misin əsas ehtiyatları mis-kolçedan, kolçedan-polimetal tipli, Kiçik Qafqaz və Naxçıvan qırışıqlıq zonasının filiz rayonlarında isə əsasən mis-porfir, molibden-mis-porfir və qızıl-mis-kolçedan tipli yataq və təzahürlərdə cəmləşmişdir. Respublikada sənaye ehtiyatları təsdiq edilmiş bir mis-porfir yatağı (Qaradağ mis-porfir yatağı) vardır ki, bu da ümumi filiz ehtiyatlarının 4,7%-ni təşkil edir. Balakən-Zaqatala filiz rayonunda üç kolçedan-polimetal yatağında-nəhəng Filizçay, orta miqyaslı Kasdağ və Katex yataqlarında misin sənaye ehtiyatları təsdiq edilmiş və faydalı qazıntı yataqlarının dövlət balansında qeydə alınmışdır. Saqator mis-sink, Mazımçay mis-kolçedan və Aşağı Karabçay kolçedan-polimetal yataqlarının C2 kateqoriyası ilə qiymətləndirilmiş ehtiyatları sahə balansında qeydə alınmış və proqnoz ehtiyatları hesablanmışdır. Kiçik Qafqazda misin sənaye ehtiyatları Qaradağ mis-porfir yatağı ilə yanaşı Qarabağ filiz rayonunda yerləşən Qızılbulaq qızıllı mis-kolçedan yatağında və cüzi miqdarda Vejnəli qızıl yatağında təsdiq edilmişdir. Qarabağ filiz rayonunda Dəmirli mis-porfir, Gədəbəy filiz rayonunda Gədəbəy mis-kolçedan yataqlarının ehtiyatları qiymətləndirilmiş və proqnoz ehtiyatları hesablanmışdır. Naxçıvan qırışıqlıq zonasında Göydağ, Diaxçay, Misdağ-Şəlalə mis-porfir, Ağyurd qızıl, Nəsirvaz-Ağdərə polimetal yataqlarında misin ehtiyatları qiymətləndirilərək sahə balansında qeyd edilmiş və proqnoz ehtiyatları hesablanmışdır. Naxçıvan qırışıqlıq zonasında Göydağ, Diaxçay, Misdağ-Şəlalə mis-porfir, Ağyurd qızıl, Nəsirvaz-Ağdərə polimetal yataqlarında misin ehtiyatları qiymətləndirilərək sahə balansında qeyd edilmiş və proqnoz ehtiyatları hesablanmışdır.