QƏZAVAT

xarici təcavüzə qarşı silahlı müqavimət və ya din uğrunda aparılan savaşdır. Quranda zərurət olduğu zaman din uğrunda savaşmaq əmr edilir (2: 216). İslamın ilk dövrlərində Məhəmməd peyğəmbərin də iştirak etdiyi böyük və ya kiçik müharibələrə qəzavat deyilirdi. İslam tarixçilərinə görə Məhəmməd peyğəmbər 27 döyüşdə iştirak etmişdir. Onun iştirak etmədiyi hər bir döyüş isə alimlər tərəfindən “səriyə” adlandırılmışdır. Sonralar isə müsəlmanların düşmənlərinə qarşı apardıqları bütün müharibələrə “qəza” və ya “qəzavat” deyirdi. İslamda müharibə etmənin qayda və şərtləri vardır.
QƏZALİ MƏHƏMMƏD
QƏZF

Значение слова в других словарях