Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Nədim
Nədim (Əhməd Nədim; 1681[…], Konstantinopol – 1730[…], Konstantinopol) — Osmanlı şairi. == Həyatı == Nədim 1681-ci ildə Konstantinopolda doğulmuşdur. 1730-cu ildə Konstantinopolda vəfat etmiş, Qaracaəhməd qəbiristanlığında dəfn olunmuşdur. Osmanlı divan ədəbiyyatının ən önəmli şairlərindən olan Əhməd Nədim də xalq şeiri formalarında şeirlər yazmış, dünyəvi eşqi vəsf etmiş, şeirdə sünilikdən qaçaraq real həyat səhnələrinin təsvirinə meyl etmişdir. Nədim xalq şeir formalarına müraciət edən ilk osmanlı şairlərindən olmuşdur.AMEA M. Füzuli adına Əlyazmalar İnstitutunda osmanlı ədəbiyyatının klassiki Nədiminin əlyazmaları qorunur.
İbn Nədim
Əbül Fərəc Mühəmməd ibn İshaq ibn Mühəmməd ibn İshaq İbn ən-Nədim — bioqraf, biblioqraf. == Həyatı == «Fihrist»də olan məlumata görə Ən-Nədimiin təqribən 935-ci ildə Bağdadda anadan olmuşdur. Atasının kitab dükanı olduğundan o, uşaq yaşlarından kitab ticarəti və kitabların üzünün köçürülməsi ilə məşğul olmuşdur. Bu məşğuliyyət onda biblioqrafik işə və kitabşünaslığa maraq oyatmışdır. Belə güman edirlər ki, o, 990-cı ildə «Fihrist» əsərini bitirdikdən sonra vəfat etmişdir. Ən-Nədiminin atası kitab taciri olmuşdur. Müəllifin ömrünün çox hissəsini Bağdadda keçirməsi və oranın kitab bazarı ilə tanış olması «Fihrist»in coğrafi əhatəsini müəyyənləşdirir. Əsərdə Çinin, Hindistanın, Fransanın, rusların və b. yazı nümunələrindən bəhs olunur.
Mahmud Nədim Paşa
Mahmud Nədim Paşa (d. 1818 - ö. 14 may 1883) — Sultan Əbdüləzizin səltənətində 2 dəfə - ümumlikdə 1 il 7 ay 11 gün sədrəzəm olmuş Osmanlı dövlət adamı. Rusyönümlü siyasəti səbəbilə "Nədimov" ləqəbi qazanmışdır. == Həyatı == 1818-ci ildə İstanbulda dünyaya gəlmişdir. Atası Bağdad hakimlərindən Gürcü Mehmed Nəcib Paşadır. Təhsilini tamamladıqdan sonra 1831-ci ildə sədarət məktubdarı olaraq xidmətə alındı. Qısa müddətliyinə sərdar Bursalı Səid Paşaya divan katibi oldu. Bir il Bağdadda atasının yanında qaldıqdan sonra 1841-ci ilin fevralında bu dəfə sədarət məktubdarının müavini təyin edildi. Bu vəzifədə ikən dövrün mühüm dövlət adamlarından Mustafa Rəşid Paşanın diqqətini çəkdi və onun ilk sədarətində ikinci dərəcəli sədarət məktubdarı təyin olundu (mart 1847).
Mahmud Nədim Xəndək
Mahmud Nədim Xəndək (türk. Mahmut Nedim Hendek) (d. 1880, Qafqaz dağları - ö. 1920, Xəndək, Sakarya) — Türk əsgəri. == Hərbi fəaliyyəti == 1901-ci ildə hərbi məktəbi bitirdikdən sonra 5-ci ordunun əmrinə verildi. 1914-cü ildə Hərbi Akademiyanı bitirdi. Birinci Dünya müharibəsində Şərq cəbhəsində mübarizə aparmışdı. “Müharibə” medalı və Məcidiyyə ordeni ilə təltif edilmişdi. 1919-cu ildə 24-cü bölmə komandirliyinə təyin edildi. 9 Avqust 1927-də Nazirlər Kabinetinin qərarı ilə "İstiqlaliyyət" medalı ilə mükafatlandırıldı.
İbn ən-Nədim
Əbül Fərəc Mühəmməd ibn İshaq ibn Mühəmməd ibn İshaq İbn ən-Nədim — bioqraf, biblioqraf. == Həyatı == «Fihrist»də olan məlumata görə Ən-Nədimiin təqribən 935-ci ildə Bağdadda anadan olmuşdur. Atasının kitab dükanı olduğundan o, uşaq yaşlarından kitab ticarəti və kitabların üzünün köçürülməsi ilə məşğul olmuşdur. Bu məşğuliyyət onda biblioqrafik işə və kitabşünaslığa maraq oyatmışdır. Belə güman edirlər ki, o, 990-cı ildə «Fihrist» əsərini bitirdikdən sonra vəfat etmişdir. Ən-Nədiminin atası kitab taciri olmuşdur. Müəllifin ömrünün çox hissəsini Bağdadda keçirməsi və oranın kitab bazarı ilə tanış olması «Fihrist»in coğrafi əhatəsini müəyyənləşdirir. Əsərdə Çinin, Hindistanın, Fransanın, rusların və b. yazı nümunələrindən bəhs olunur.
Qədim
Qədim — kişi adı, təxəllüs.
Afina (qədim)
Afina (q.yun. Αθήναι) — Qədim Yunanıstanın Attika əyalətində şəhər-dövlət. == Tarixi == E.ə. XI–IX əsrlər Yunanıstan tarixinin "Homer dövrü" adlanır. Yunanıstanda təsərrüfat, sənət, ticarət inkişaf etmişdi. İbtidai icma quruluşu quldarlıqla əvəz olunmuşdu. Orta Yunanıstanda Afina, Cənubi Yunanıstanda Korinf, Sparta, Egey dənizi sahillərində Milet, Samos, Efes, Rodos kimi şəhər dövlətlər yaranmışdı. Orta Yunanıstanın cənub-şərqindəki Attika adlı böyük yarımadada geniş düzənliyin ortasında yerləşən sıldırım təpədə e.ə. II minillikdə Afina şəhəri salınmışdı. Təpənin zirvəsində ətrafına hasar çəkilmiş Akropol adlanan qala yerləşirdi.
Kəmaləddin Qədim
Kəmaləddin Qədim — azərbaycanlı şair, Azərbaycan Yazıçılar Birliyinin üzvü. == Həyatı == Kəmaləddin Qədim 1957-ci il may ayının 24-də Naxçıvan MSSR-nin Sədərək rayonunda anadan olub. İxtisasca tarixçidir. Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. Kəmaləddin Qədim "Türk ədəbiyyatına xidmət" (Türkiyə) və "Vektor" Beynəlxalq Elm Mərkəzinin Şahmar Əkbərzadə adına Beynəlxalq Ədəbiyyat Mükafatı laureatı, Prezident mükafatçısıdır. Kəmaləddin Qədim bir neçə Beynəlxalq Poeziya Mükafatları laureatıdır. == Yaradıcılığı == Ədəbiyyata, poeziyaya erkən yaşlarından maraq göstərir. Dövri mətbuat səhifələrində şeirləri ilə çıxış edib. Şeirləri Azərbaycan Yazıçılar Birliyinin ədəbi orqanları "Azərbaycan", "Ulduz" jurnallarında, müxtəlif ədəbiyyat, o cümlədən mədəniyyət və ədəbiyyat portallarında dərc olunub. Şeirləri Azərbaycan türkcəsindən Türkiyə türkcəsinə tərcümə olunub.
Qədim (Sayınqala)
Qədim (fars. ‎قديم‎‎) - İranın Qərbi Azərbaycan ostanının Sayınqala şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 208 nəfər yaşayır (36 ailə).
Qədim (ad)
Qədim — kişi adı, təxəllüs.
Qədim (dəqiqləşdirmə)
Qədim — kişi adı, təxəllüs.
Qədim Afina
Afina (q.yun. Αθήναι) — Qədim Yunanıstanın Attika əyalətində şəhər-dövlət. == Tarixi == E.ə. XI–IX əsrlər Yunanıstan tarixinin "Homer dövrü" adlanır. Yunanıstanda təsərrüfat, sənət, ticarət inkişaf etmişdi. İbtidai icma quruluşu quldarlıqla əvəz olunmuşdu. Orta Yunanıstanda Afina, Cənubi Yunanıstanda Korinf, Sparta, Egey dənizi sahillərində Milet, Samos, Efes, Rodos kimi şəhər dövlətlər yaranmışdı. Orta Yunanıstanın cənub-şərqindəki Attika adlı böyük yarımadada geniş düzənliyin ortasında yerləşən sıldırım təpədə e.ə. II minillikdə Afina şəhəri salınmışdı. Təpənin zirvəsində ətrafına hasar çəkilmiş Akropol adlanan qala yerləşirdi.
Qədim Bakı
"İçərişəhər", xalq arasında həm də "Qala" və ya sadəcə "Qədim şəhər" kimi tanınan tarixi məhəllə Bakının ən qədim hissəsi həmçinin tarixi-memarlıq qoruğudur. Bakının ən qədim hissəsi olan İçərişəhər, yaxşı qorunmuş qala divarları ilə əhatə olunub. 221 000 m² sahəyə malik olan qoruq ərazisində 1300-dən çox ailə yaşayır.Qoruq ərazisi hələ tunc dövründən məskunlaşmışdır. Arxeoloji tədqiqatlar nəticəsində müəyyənləşdirilmişdir ki, artıq VIII–IX əsrlər ərzində İçərişəhər ərazisi sıx məskunlaşmış, burada sənətkarlıq və ticarət inkişaf etmişdir. XV əsrdə Şirvanşahların öz iqamətgahlarını Şamaxıdan Bakıya köçürməsindən sonra İçərişəhərin həyatında "kristallaşma" dövrü başlamışdır. 1748–1806-cı illərdə Bakı və onun mərkəzi olan İçərişəhər Bakı xanlığının paytaxtı olmuşdur. 1806-cı illərdə Bakının ruslar tərəfindən işğal edilməsi və neft bumunun yaşanmasından sonra (XIX əsrin sonları-XX əsrin əvvəlləri) şəhərin inkişaf və genişləndirilməsi prosesi başlamış, insanlar İçərişəhər divarlarından kənarda da sıx məskunlaşmağa başlamışdır. İçərişəhərdə yerləşən məşhur memarlıq abidələri Qız qalası və Şirvanşah Azərbaycan memarlığının inciləri hesab edilirlər. Bunlardan başqa qoruq ərazisində onlarla tarixi-memarlıq abidələri – məscidlər, karvansaralar, hamamlar, yaşayış evləri – yerləşir, bir neçə muzey, səfirlik, otel, ticarət obyektləri, kafe və restoranlar fəaliyyət göstərir. 1977-ci ildə İçərişəhər tarix-memarlıq qoruğu elan edilib, 2000-ci ildə isə, Qız qalası və Şirvanşahlar saray kompleksi ilə birlikdə UNESCO Ümumdünya irsi Siyahndan Ümumdünya İrsi Siyahısına daxil edilmiş ilk obyektdir.
Qədim Bərdə
Partav, Firuzabad və ya Qədim Bərdə — Qafqaz Albaniyasının və Ərməniyyənin paytaxtı. Rusların hücumları nəticəsində zəifləyib və monqol işğalı dövründə şəhər dağıdılıb. == Tarixi == 460-cı illərdə Qafqaz Albaniyası hökmdarı II Vaçe tərəfindən əsası qoyulub və Albaniyanın paytaxtı olaraq Kabalakanı əvəz edib. VII əsr atlası Aşxaratsuyts onu Utik vilayətinin tərkibində göstərir. 552-ci ildə Partav Alban Həvari Kilsəsinin mərkəzinə çevrilir. Bərdə X əsrdə Nestorian kilsəsinin Arran yepiskopluğunun mərkəzi olmuşdur. Musa Kalankatlı Cavanşir tərəfindən Bərdə yaxınlığında inşa etdirilmiş monastırlar haqqında da məlumat verir: “Katolikos və bütün əyalətlərin yepiskoplarını yanına alaraq o, Firuzabaddan yola çıxdı, iki əyalət arasında öz rahatlığı üçün inşa etdirdiyi monastırda dua etdi....” Bu məlumatda Cavanşirin Bərdə-Girdman yolunda, paytaxtdan bir günlük məsafədə, qışlaq ərazisində inşa etdirdiyi başqa bir monastır da xatırlanır. === 944-cü il basqını === İlkin salnaməyə görə 944-cü ildə ali liderləri I İqor olan ruslar Salarilər dövlətinin hökmdarı Mərzban ibn Məhəmmədi məğlub etdikdən sonra və Aranın paytaxtı Bərdəni ələ keçirdilər. Ruslar hakimiyyətlərinin tanınması qarşılığında yerli camaata öz dinlərində qalmağa imkan verdilər; mümkündür ki, ruslar burda daimi qalmaq istəyirdilər. İbn Miskəveyhə görə yerli insanlar ruslara daş ataraq və onlarla pis davranaraq sülhü pozdular.
Qədim Dünya
Qədim dünya — bəşər tarixində tarixdən əvvəlki dövr və Avropada orta əsrlərin başlanğıcı arasında fərqlənən dövr. Digər bölgələrdə antik dövrün müvəqqəti sərhədləri Avropa sərhədlərindən fərqli ola bilər. Məsələn, Çində qədim dövrün sonu bəzən Qin imperiyasının yaranması hesab olunur , Hindistanda - Chola imperiyası , Amerikada - Avropa kolonizasiyasının başlanğıcı . "Klassik qədimlik" (və ya antik dövr) termini ümumiyyətlə ilk Olimpiadadan (e.ə. 776) başlayan Yunan və Roma tarixinə aiddir. Bu tarix, demək olar ki, Romanın ənənəvi quruluş tarixinə (e.ə. 753) təsadüf edir. Avropa qədim tarixinin son tarixi ümumiyyətlə Qərbi Roma İmperiyasının süqut ili (mil. 476) , bəzən İmperator I Yustinianın ölüm tarixi (565), İslamın görünüşü (622-ci il) hesab olunur.) və ya İmperator Çarlemanın hakimiyyətinin başlanğıcı (800-cü il).
Qədim Gəncə
Qədim Gəncə — arxeoloji kompleks, orta əsrlər Gəncəsində məntəqə, təxminən XVII əsrdə burada şəhər mövcud olmuşdur. Qədim Gəncənin xarabalıqları hal-hazırda Azərbaycanın Gəncə şəhərinin 6–7 km şimal-şərqindədir.Qalanın xarabalıqları Gəncə şəhərinin yaxınlığında yerləşir. Şəhər yerində müxtəlif dövrlərdə arxeoloji qazıntı işləri aparılsa da bu işlər tamamilə yekunlaşdırılmayıb. Qazıntılar zamanı qala divarlarının bir hissəsi, şəhərin müxtəlif ictimai binalarının qalıqları və çoxlu maddi mədəniyyət nümunələri aşkarlanıb. Arran memarlıq məktəbinə uyğun olaraq Gəncə qalasının divarları kərpicdən inşa edilib. Ümumiyyətlə qədim Gəncə şəhər yerinin erkən orta əsrlər dövründə inkişafa başladığı, Nizami Gəncəvi dövründə ən yüksək inkişaf mərhələsinə çatdığı, monqol yürüşləri zamanı dağıdılaraq tənəzzülə uğradığı bildirilir. Lakin sonradan şəhər yenidən bərpa edilərək böyük ticarət mərkəzinə çevrilmişdi. == Yerləşməsi == Qədim Gəncə ilə Gəncənin arasında bir neçə dəqiqə fərq var. Bəzi orta əsr mənbələri indiki Gəncənin coğrafi mövqeyi haqqında məlumat verir. Belə ki, XIV əsr fars tarixçisi və coğrafiyaşünası Həmdullah Qəzvini yazmışdır: Ərəb tarixçisi və coğrafiyaşünası Əbülfida (XII–XIV əsrlər) Gəncənin 78° şərq uzunluğunda, 41°20' şimal enliyində göstərmişdir.
Qədim Havana
Qədim Havana (isp. La Habana Vieja) — Kubanın paytaxtı Havana şəhərinin mərkəzi və 15 bələdiyyəsindən (və ya boro) biri. Əhalinin sıxlığına görə Qədim Havana şəhərdə ikinci yerdədir və orijinal şəhərin əsasıdır. Orijinal Havana şəhərinin divarları Qədim Havanın müasir sərhədləri kimi götürülür. Qədim Havana 1982-ci ildə YUNESKO-nun Dünya irsi siyahısına salınmışdır. == Tarix == Qədim Havananın əsası 1519-cu ildə ispanlar tərəfindən Havana körfəzinsdəki təbii limanda qoyulmuşdur. Qədim Havana xəzinə daşıyan İspaniya qaleonları üçün Yeni dünya ilə Qədim dünya arasında dayanacaq nöqtəsi olmuşdur. XVII əsrdə isə əsas gəmi tikintisi mərkəzlərindən biri olmuşdur. Şəhər barokko və neoklassisizm stillərində inşa olunmuşdur. Qədim Havananın qədim tikililərinin böyük hissəsi XX əsrin ikinci yarısında baxımsız vəziyyətə düşmüşdür, lakin bir çox tikililər bərpa olunmaqdadır.
Qədim Larsa
== Tarixi == III minilliyin sonunda III Ur dövlətinin dağılmasından sonra (təqribən 2112–2004) hökmdarlar Cənubi Mesopotamiyada ayrı-ayrı şəhərlərə nəzərati ələ aldılar ve yerli sülalələr meydana gəldi. İkinci minilliyin əvvəllərində bu yerli padşahlar hakimiyyət uğrunda mübarizə aparırdılar. İsin, Larsa və sonra Babildəki hökmdarların sülalələri, ardıcıl olaraq Cənubi Mesopotamiyanın böyük hissələrini nəzarət altına aldı. Bu şəhərlər adlarını müasir xronoloji dövrlərə verdilər:İsin-Larsa dövrü(e.ə 2004–1763) və Köhnə Babil dövrü(e.ə 1894–1595). Larsa günəş tanrısı Utu Kultunun mərkəzi olan Qədim Şumerin vacib bir şəhəri idi. İraqın Zi Qar valisindəki Urukdan 25 km cənub-şərqdə, Şell en-Nil kanalının şərq sahili yaxınlığında Tell-as Senkereh və ya Sankarah qəsəbəsi yerindədir. Şumer kral siyahısına görə Larsa əfsanəvi antililuvian dövründə ''krallığı həyata keçirən'' beş şəhərdən biri idi. Tarixi ''Larsa'' onu imperatorluğuna birləşdirən Laqaşın Eannatumun dövründən əvvəl mövcud idi. İsin-Larsa dövründə şəhər siyasi bir qüvvəyə çevrildi. Hər şəhərin hökmranlığını möhkəmləndirdiyi dövrdə İsin və Larsa bir əsrdən çoxdur silahlı bitərəflik şəraitində yaşayırlar.
Qədim Misir
Qədim Misir — Afrikanın şimal-şərqində, Nil çayının aşağı axarında yerləşən qədim dövlətdir. Bu ölkənin ərazisindən Aralıq dənizinə tökülən uzun Nil çayı axır. Misirlilər Nili "Böyük çay" adlandırırdılar. == Tarixi == Dövlətin tarixi 6 hissəyə bölünur: Erkən padşahlıq (e.ə. 3000 – e.ə. təqr. 2800) Qədim padşahlıq (e.ə. təqr. 2800 – e.ə. təqr.
Qədim Mustafayev
Qədim İbrahimxəlil oğlu Mustafayev - Qazax rayonu Partiya Komitəsinin birinci katibi. Azərbaycan filosofu, fəlsəfə elmləri doktoru, professor. == Haqqında == Azərbaycan Dövlət Universitetini bitirmişdir. 20 əsrin əvvəllərində Azərbaycanda islam ideologiyasına dair tədqiqatın müəllifidir. ADU-nun “Elmi ateizmin tarixi və nəzəriyyəsi” kafedrasının müdiri olmuşdur. 1961-63 illərdə Gədəbəy və Qazax rayonlarında partiya komitəsinin birinci katibi vəzifəsində çalışmışdır.
Qədim Padşahlıq
Qədim padşahlıq ya qədim dövr e.ə. 2800-2250 bəzi məlumatlarda e.ə. 2707-2216 cı illəri əhatə edən III, IV, V və VI sülalələrin hakimiyyət başında olduğu zaman kəsiyi. Bəzən III sülalə Erkən padşahlıq dövrünə aid edilir. Qədim padşahlıq dövründə Sinay yarımadasına, Fələstinə, Nubiya və Liviyaya qarşı işğalçılıq müharibələri nəticəsində Qədim Misir çoxlu qənimət , hərbi əsir, torpaq sahələri ələ keçirdi, ehramların inşasına başlandı, ticarət genişləndi. VI sülalə dövründə başlayaraq Misir dövləti zəiflədi və yarımmüstəqillik əldə etmiş nom əyanları gücləndi. Qədim padşahlığın sonunda nomlar arasında başlanmış rəqabət və çəkişmələr 200 il (e.ə. təqr. 2250-2050) davam etdi və daxili siyasi parakəndəliyə səbəb oldu. == İstinadlar == == Mənbələr == Б. А. Тураев, Древний Египет, Издательство: Огни, 1922 г.
Qədim Qala
Qədimqala (Şəmkir)
Qədim Qəbələ
Kabalaka – Azərbaycanın ən qədim şəhər yerlərindən biri olan Kabalaka (Qəbələ) Qafqaz Albaniyasının paytaxtı olmuşdur.Qəbələ bir arxeoloji abidə kimi, hələ XIX əsrin I yarısından tədqiqatçıların diqqətini cəlb etmişdir. Onların bir neçəsi Qəbələ şəhər xarabalığında olmuş, onu qeydə almış, hətta bəziləri kiçik miqyaslı arxeoloji kəşfiyyat qazıntıları da aparmışdılar. 1940-cı illərdən başlayaraq, burada ardıcıl arxeoloji tədqiqat işləri görülmüşdür. Bu tədqiqatlar indi də davam etdirilir. Qəbələ şəhərinin adı antik dövr müəlliflərinin əsərlərində Kabalaka və Xabala kimi qeyd edilmişdir. Bu adlar sonrakı yazılarda Kapalak, Kəvələk, Qabala-Savar və nəhayət Qəbələ şəklində qeyd edilmişdir.Qəbələ şəhər xarabalığı Azərbaycanın Qəbələ rayonunun Çuxur-Qəbələ kəndindən 1 km şərqdə, Qaraçay (Qəbələçay) ilə Covurluçay (Qalaçay) arasındakı yüksəklikdə yerləşir. 1959-cu ildə çəkilən topoqrafik plana görə, şəhərin xarabalığı 25 hektardır. Vaxtilə süni çəkilmiş bir müdafiə xarakterli xəndək şəhər xarabalığını iki hissəyə ayırır. Yerli əhali xəndəkdən şimal tərəfdəki hissəni "Səlbir", xəndəkdən cənub tərəfdəki hissəni isə "Qala" adlandırır. Hər iki hissə bəzən "Səlbir", "Govurqala", bəzən də şəhərin təkcə "Qala" hissəsi "Govurqala" adlandırılır.
Qədim Rauma
Qədim Rauma (fin Vanha Rauma, isv. Gamla Raumo) Rauma, Finlandiyanın taxta şəhər mərkəzidir. 1991-ci ildə UNESCO tərəfindən Dünya İrsi Mirası olaraq siyahıya alındı. Keçmiş Rauma təxminən 0.3 km² bir ərazini əhatə edirdi. Demək olar ki, təxminən 600 bina və 800 əhalisi var idi. Köhnə Rauma xaricində Rauma şəhəri yalnız 19-cu əsrin əvvəllərində genişlənmişdir. Ən qədim binalar 18-ci əsrə aid olsa da, 1640 və 1682-ci illərdə iki yanğın qəsəbələri məhv etdi. Əksər binalar yalnız yaşayış məqsədləri üçün istifadə olunsa da, şəhərin mərkəzindəki əsas küçə boyunca düzülmüş binaların əksəriyyəti iş mərkəzləri kimi istifadə olunur. Şəhərin diqqətəlayiq yerləri arasında Kirsti evi, 18-19-cu əsrlərdən bir dənizçinin evi və 18-ci əsrə aid olan, lakin 19-cu əsrə aid fasadı olan muzeyə məxsus gəmi sahibi olan Marela evi də var. Digər turistik yerlərə köhnə Rauma nadir daş binaları daxildir: 15-ci əsrdən köhnə bir Françiskan monastırı, Müqəddəs Xaç Kilsəsi və 1776-cı ildən köhnə bələdiyyə binası.
Qədim Riqa
Əski Riqa (latış. Vecrīga‎ - Vetsriqa) — Riqanın tarixi mərkəzi, Latviya, Dauqava Çayının Şərqi hissəsində yerləşir. Əski Riqa öz kiçik və böyk kilsələri ilə, Riqa Baş Kilsəsi və Müqəddəs Peter kilsəsi ilə məşhurdur. == Tarixi == === Mənşə === Əski Riqa, XIX əsrin əvvələrində, Riqanın genişləndirilməsindən öncə, onun ilkin hissəsi idi və bu şəhərin ərazisi məhdud idi. Qədim dövrdə, Əski Riqa Dauqava çayının sahilində çəkilmiş qala divarları tərəfindən qorunurdu. Divar dağıdıldıqdan sonra, Dauqava çayı daşaraq, Riqa şəhər kanalını yaratdı. === İrs === 1980-ci illərdə Əski Riqanın küçələri nəqliyyata bağlandı və əhali nəqliyyatdan xüsusi icazə vərəqəsi ilə istifadə edə bilərdi. Əski Riqa, UNESCO-nun Tarixi irs siyahısına daxil olunub.
Neodim
Neodim (Nd) – nadir metallardandır, lantanoidlərə aid edilir. D.İ. Mendeleyevin elementlərin dövri sistemində 60-cı element. Neodim - elementlərin dövri sisteminin III qrupundadır. Təbiətdə 5 stabil (kütlə ədədləri 142,143,145,146,148) və 2 radioaktiv (kütlə ədədləri 144,150 olan) izotopu tapılmışdır. Yer qabığında neodimin miqdarı 2,5.10-3 %, dəniz suyunda – 9,2.10-6 mq/l təşkil edir. Monosit və loparit minerallarının kristal qəfəsinə izomorf qarışıq kimi daxildir. == Tarixi == Avstriya kimyaçısı Karl Auer fon Velsbax tərəfindən 1885-ci ildə oksid neodim şəklində kəşf edilmişdir. == Alınması == Başqa lantanoidlər kimi neodimdə əridilmiş xloridin NdCl3 elektrolizindən alınır.Saf neodim almaq üçün metalotermik üsuldan istifadə edilir. == Fiziki xassələri == Neodim gümüşü-sarımtıl rəngli metaldır, paramaqnit xassəlidir. Oksidləşmə dərəcələri +3, +4, nadir hallarda +2 olur.
Nazim Abdullayev (həkim)
Abdullayev Nazim Abdulla oğlu — (23 oktyabr 1938, Bakı – 2 aprel 2017, Şamaxı) Şamaxı şəhərində Mərkəzi Rayon Xəstəxanasının Sinir xəstəlikləri şöbəsinin müdiri (1984—2017) işləmişdir. Ali dərəcəli həkim (1994), "Sosialist yarışmasının qalibi" (1976 və 1978), "SSRİ Səhiyyə əlaçısı" döş nişanı (1977), "Şərəf nişanı" ordeni (1981), Azərbaycan Respublikasının "Əməkdar həkim" fəxri adı (2006) ilə təltif edilmişdir. Ömrünün ikinci yarısını Şamaxı şəhərində yaşamışdır. Məşhur həkim və xeyriyyəçi kimi tanınmışdır. == Həyatı == Nazim Abdullayev 23 oktyabr 1938-ci ildə Bakı şəhərində jurnalist Abdulla Abdullayevin və Rəhilə xanım Atamalıbəyovanın ailəsində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra, Azərbaycan Dövlət Tibb İnstitutunun Mualicə-profilaktika fakultəsinə daxil olmuşdur. 1956-cı ildə sərbəst güləş üzrə Bakı şəhəri birinciliyində gənclər arasında I yerə layiq görülmüşdür. 1957-ci ildə sərbəst güləş üzrə Azərbaycan SSR birinciliyində, gənclər arasında III yerə layiq görülmüşdür. 1958-ci ildə Bakı şəhərində keçirilən sərbəst güləş üzrə Azərbaycan SSR birinciliyində, gənclər arasında I yerə layiq görülmüşdür. Tibb Universitetini bitirdikdən sonra, 1965-ci ildə İmişli, sonra isə Şamaxı şəhərinə təyinat almışdır və ömrünün sonuna dək Şamaxı şəhər MRX-nın Sinir xəstəlikləri şöbəsinin müdiri işləmişdir.
Nazim Əfəndiyev (həkim)
Nazim Mirqasım oğlu Əfəndiyev (7 iyun 1926, Qazax – 5 yanvar 1998, Bakı) — Azərbaycan Elmi-Tədqiqat Oftalmologiya İnstitutun direktoru (1957–1998), əməkdar həkim, tibb elmləri dоktоru, professor, Respublikada gözün mikrocərrahiyyəsi üsullarını ilk tətbiq edən yüksəkixtisaslı oftalmocərrah. Uzun illik qüsursuz əməyi bir sıra dövlət mükafatları və medallar ilə qiymətləndirilib. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Baş oftalmoloqu, oftalmologiya üzrə respublika Attestasiya Komissiyasının sədri, Rusiya Federasiyasının Tibb Elmləri Akademiyasında oftalmologiya üzrə Elmi şurasının üzvü olub. Mirqasım Əfəndiyevin oğlu, Mir-Həmzə Əfəndiyevin atası, Fikrət Əmirovun qudası, Nəzrin Əfəndiyevanın babasıdır. Birinci Şıxlı kəndindəndir, Qazax şəhərində anadan olub. == Həyatı == N.M.Əfəndiyev 1948-ci ildə N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakultəsini fərqlənmə diplomu ilə bitirmişdir. 1950–1952-ci illərdə Azərbaycan Elmi-Tədqiqat Oftalmologiya İnstitutun aspiranturasında hazırlıq keçmişdir. 1952-ci ildə bu institutun elmi işçisi olmuş, 1954-cü ildə isə institutun müalicə işləri üzrə direktor müavini təyin edilmişdir. 1957-ci ildən həmin institutun direktoru vəzifəsində çalışmağa başlamışdır. 1966-cı ildə N.M.Əfəndiyev "Göz almasının mühitlərinə kontuzion qansızmalar və autoqanın eksperimental daxil edilməsindən sonra şüşəvari cismin bəzi biokimyəvi göstəricilərinin dəyişiklikləri" mövzusunda namizədlik, 1993-cü ildə isə "Eksperimental gözdaxili qansızma zamanı şüşəvari cismin struktur-funksional pozuntularında lipidlərin peroksidləşməsinin rolu" adlı doktorluq dissertasiyasiyalarını müdafiə etmişdir.
Nazim Abdullayev (əməkdar həkim)
Abdullayev Nazim Abdulla oğlu — (23 oktyabr 1938, Bakı – 2 aprel 2017, Şamaxı) Şamaxı şəhərində Mərkəzi Rayon Xəstəxanasının Sinir xəstəlikləri şöbəsinin müdiri (1984—2017) işləmişdir. Ali dərəcəli həkim (1994), "Sosialist yarışmasının qalibi" (1976 və 1978), "SSRİ Səhiyyə əlaçısı" döş nişanı (1977), "Şərəf nişanı" ordeni (1981), Azərbaycan Respublikasının "Əməkdar həkim" fəxri adı (2006) ilə təltif edilmişdir. Ömrünün ikinci yarısını Şamaxı şəhərində yaşamışdır. Məşhur həkim və xeyriyyəçi kimi tanınmışdır. == Həyatı == Nazim Abdullayev 23 oktyabr 1938-ci ildə Bakı şəhərində jurnalist Abdulla Abdullayevin və Rəhilə xanım Atamalıbəyovanın ailəsində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra, Azərbaycan Dövlət Tibb İnstitutunun Mualicə-profilaktika fakultəsinə daxil olmuşdur. 1956-cı ildə sərbəst güləş üzrə Bakı şəhəri birinciliyində gənclər arasında I yerə layiq görülmüşdür. 1957-ci ildə sərbəst güləş üzrə Azərbaycan SSR birinciliyində, gənclər arasında III yerə layiq görülmüşdür. 1958-ci ildə Bakı şəhərində keçirilən sərbəst güləş üzrə Azərbaycan SSR birinciliyində, gənclər arasında I yerə layiq görülmüşdür. Tibb Universitetini bitirdikdən sonra, 1965-ci ildə İmişli, sonra isə Şamaxı şəhərinə təyinat almışdır və ömrünün sonuna dək Şamaxı şəhər MRX-nın Sinir xəstəlikləri şöbəsinin müdiri işləmişdir.