radiorabitə

is. transmission f par radio ; radiocommunication f ; hava ~si transmission (s) radio-aérienne(s)

radioproqnoz
radioreportaj
OBASTAN VİKİ
Radiorabitə
Radiorabitə — XX əsrin əvvəllərindən istifadəyə verilmiş bir telekommunikasiya sistemidir. Bu sistem elektromaqnit dalğaları hesbına əmələ gəlir və verilənləri almaq və ötürmək qabilliyətinə malikdir.Onu elmə Qulyelmo Markoni gətirmişdir. Sistem inkişaf etdikcə onu hətta qitələrarası teleqraf rabitəsində də istifadə edirlər. == Yaranma yolları == Elekromaqnit rəqsləri almaq üçün rəqs koturundan istifadə olunur.Rəqs konturunda elektrik sahəsi kondensatorun köynəkləri arasında ,maqnit sahəsi isə sarğac daxilində və onun ətrafında mövcud olur. Bu cür kontur fəzaya elektrommaqnit dalğaları şüalandırmır.Ona görə belə kontur qapalı rəqs konturu adlanır.
Həvəskar radiorabitə
Həvəskar radiorabitə – texniki bir xobbidir, qeyri professional operatorlar arasında, onlar üçün xüsusi ayrılmış radiotezliklərdə, radiorabitə keçirmək, texniki araşdırmalar aparmaq, özünü bu sahədə təkmilləşdirmək , və bundan heç bir maddi qazanc əldə etməmək və s. Bu xobbi ilə dünyada milyonlarla insan məşqul olur. Onları həmdə radiohəvəskar adlandırırlar. == Tarixçəsi == Bizim ölkədə ilk radiohəvəskarlar keçən əsrin 20-illərində fəaliyyətə başlamışdılar. Hal hazırda ölkəmizdə 70-ə yaxın radiohəvəskar var. Onlar ölkəmizi beynəlxalq radiohəvəskar radiotezliklərində, təmsil edirlər. Bu xobbi eyni zaman həmdə bir idman növüdür. Hər il minlərlə radiohəvəskar yüksək nəticə qazanmaq üçün, öz radiostansiyaları qarşısında çalışırlar. Keçən əsrin 60-80 illərdə yerli radiohəvəskarın sayı 200-ə çatmışdı. Bakıda, Sumqayıtda, Gəncədə, Kürdəmirdə bir neçə radioklub və kollektiv stansiyalar fəaliyyət göstərirdi.
Radiorabitənin prinsipləri
Radiorabitənin prinsipləri — verici antenada yaradılan yüksəktezlikli elektromaqnit rəqsləri ətraf fəzada elektromaqnit dalğaları şəklində yayılır və qəbuledicinin antenasına çataraq orada vericinin işlədiyi tezliyə bərabər tezlikli dəyişən cərəyan yaradır. Radiotelefon rabitə – elektromaqnit dalğaları vasitəsi ilə nitqin və musiqinin verilməsidir. Modullaşma – verici antena tərəfindən intensiv şüalana bilən yüksəktezlikli rəqslərin bir parametrini (məsələn, amplitudu) alçaq (səs) tezlikli rəqslərə uyğun dəyişdirilməsidir. Detektəetmə – qəbuledicidə yüksəktezlikli modullaşmış rəqslərdən alçaqtezlikli rəqslərdən ayrılmasıdır və birtərəfli keçiriciliyə malik elementi (detektoru) olan qurğunun köməyi ilə həyata keçirilir. Sadə radioqəbuledici – antena ilə əlaqələndirilmiş rəqs konturundan, gücləndiricidən, detektor, kondensator və telefondan təşkil olunmuşdur. Köklənmə – qəbuledicinin rəqs konturunun tezliyini vericinin konturuna bərabərləşdirməklə rezonans yaratmaqdır. Belə olduqda antenaya təsir edən minlərlə dalğadan yalnız biri seçilərək güclənir. Konturun rəqs periodu T=2Π(LC)½-dir. Köklənmə adətən dəyişən tutumlu kondensator vasitəsi ilə həyata keçirilir. == Həmçinin bax == Radio Radio Studio 54 Network Radio rabitə Radio tezliklər üzrə dövlət komissiyası == Mənbə == Myakişev və b.

Значение слова в других словарях

выдира́ние лёгенький мле́чники народопра́вие ночно́й песка́рь сме́рять днева́ть и ночевать комбинезо́н новоро́жденный потемне́ть симпа́тно уголо́вник факси́миле angio- barytes bridge over emmer habituate orthostyle polyploid sade scavenging Scrooge teletransmission