Qriqori Rasputin
Qriqori Yefimoviç Rasputin (rus. Григорий Ефимович Распутин; 9 (21) yanvar 1869, Pokrovsk[d], Tobolsk quberniyası[d], Rusiya imperiyası – 17 (30) dekabr 1916, Petroqrad, Sankt-Peterburq quberniyası[d], Rusiya imperiyası) — uzaqgörənliyi və xəstələrə verdiyi şəfa ilə məşhurlaşmış mistik. O, Rus Pravoslav Kilsəsinə mənsub olmuşdur.
Qriqori Rasputin Rusiya imperiyasının Tobolsk quberniyası Tümen qəzasının Pokrovsk kəndində 1869-cu ilin 22 yanvar tarixində sadə bir kəndli ailəsində anadan olmuşdur. Atası Efim Vilkin və anası Anna Parşukova sadə Sibir kəndliləri idilər. Rasputinin anadan olduğu tarix Xristianlıqda müqəddəs Qriqori gününə təsadüf etdiyindən, ona Qriqori adı verilir. Rasputinin uşaqlıq dövrü haqqında məlumatlar geniş deyil. Əsas məlum olan məlumatlardan biri Rasputinin rahat və qayğısız uşaqlıq keçirməsidir.
Bir müddət Sibirdə fəaliyyət göstərdikdən sonra Sankt-Peterburq şəhərinə gəlmişdir. Rasputin burada çar II Nikolayın həyat yoldaşı Aleksandra Fyodorovnanın etimadını qazanmışdır.