RASP

rasp1

n 1. sürtkəc, pendirtəraş, turptəraş; 2. qıcırtı; cırıldayan / xışıldayan kəskin səs; the ~ of a saw on wood odunkəsən mişarın səsi

rasp2

v 1. qaşımaq, qazımaq; yonmaq; 2. sürtmək (sürtkəclə); 3. yonmaq, rəndələmək; 4. qıcırdatmaq, kəskin qıcırtılı səs çıxartmaq; 5. qulağı deşmək / dəlmək (səs haq.); qıcıqlandırmaq; wine that ~s the throat boğazı qıcıqlandıran şərab /çaxır

RASHLY
RASPBERRY
OBASTAN VİKİ
Qriqori Rasputin
Qriqori Yefimoviç Rasputin (rus. Григорий Ефимович Распутин; 9 (21) yanvar 1869, Pokrovsk[d], Tobolsk quberniyası[d], Rusiya imperiyası – 17 (30) dekabr 1916, Petroqrad, Sankt-Peterburq quberniyası[d], Rusiya imperiyası) — uzaqgörənliyi və xəstələrə verdiyi şəfa ilə məşhurlaşmış mistik. O, Rus Pravoslav Kilsəsinə mənsub olmuşdur. == Həyatı == Qriqori Rasputin Rusiya imperiyasının Tobolsk quberniyası Tümen qəzasının Pokrovsk kəndində 1869-cu ilin 22 yanvar tarixində sadə bir kəndli ailəsində anadan olmuşdur. Atası Efim Vilkin və anası Anna Parşukova sadə Sibir kəndliləri idilər. Rasputinin anadan olduğu tarix Xristianlıqda müqəddəs Qriqori gününə təsadüf etdiyindən, ona Qriqori adı verilir. Rasputinin uşaqlıq dövrü haqqında məlumatlar geniş deyil. Əsas məlum olan məlumatlardan biri Rasputinin rahat və qayğısız uşaqlıq keçirməsidir. Bir müddət Sibirdə fəaliyyət göstərdikdən sonra Sankt-Peterburq şəhərinə gəlmişdir. Rasputin burada çar II Nikolayın həyat yoldaşı Aleksandra Fyodorovnanın etimadını qazanmışdır.
Raspberi adası
Raspberi adası (ing. Raspberry Island) — Kadyak arxipelaqının bir hissəsi olan Alyaska körfəzindəki bir ada, inzibati cəhətdən ABŞ-nin Alyaska ştatının Kadyak-Aylend borosuna aiddir. == Coğrafiya == Adanın uzunluğu 28 km, eni 5 ilə 12 kilometr arasında dəyişir, sahəsi 192 km²-dir. Ən yüksək nöqtəsi dəniz səviyyəsindən 1000 metr yüksəklikdədir. Kadyak adasına 3,2 km, Afoqnak adasına 0,9 km, materikə isə 48 km-dir. == Tarix == Ada 19-cu əsrin əvvəllərində Alyaskanın rus tədqiqatçıları tərəfindən kəşf edilmişdir. Leytenant Mixail Muraşev 1839-cu ildə adaya "Malinovı və ya Severnı" adını verir. Kapitan Yuri Lisyanski 1814-cü ildə onu öz xəritələrində adanı Severnı, 1852-ci ildə isə Mixail Tebenkov Böyük Malinovı kimi qeyd etmişdir. Xəz tədarükçüləri dəniz samurlarını tamamilə məhv edirlər. Bu xəz tədarükçülərinin çoxu burada məskunlaşırlar.
Raspberry Pi
Raspberry Pi (Razberi pi) — Öncədən, inkişaf etməkdə olan ölkələrdə ibtidai informatika və kompüter biliklərini tədris etmək məqsədiylə yaradılan, kredit kartı ölçülərində olan və ucuz başa gələn, Raspberry Pi Foundation tərəfindən yaradılan, sonradan isə çox geniş yayılmış və bir çox tətbiq sahələri tapmış bir-lövhəli kompüterdi. Üç il ərzində, ümumilikdə 4,5 miliyon Raspberry Pi satılmışdır. == Tarixcə == 2011-ci ilin mayında USB fləş kart ölçülərində olan Raspberry Pi-nin ilk konseptini Devid Breben təqdim etmişdir. 2011-ci ilin iyul ayının sonunda avadanlığın alfa - versiyası üzrə işlər bitirilərək istehsala göndəilir. 12 avqusta artıq Raspberry Pi Foundation avadanlıqların ilk hazır partiyasını alır. Alfa - versiyasında olan bəzi test funksiyalar və bahalı detallar avadanlığın final versiyasından cıxarılmışdır. Həmçinin avadanlığın son versiyası 20% daha kiçik və altı qat əvəzinə, dörd qatdan ibarətdir. 10 yanvar 2012-ci ildə şirkət 10 min lövhədən ibarət «B» modelinin istehsalına başladığını elan etdi. 29 fevral 2012-ci il «B» model lövhələrinin satışına başlanılır. 16 iyul 2012-ci il layihənin yaradıcıları Raspberry Pi «B» modelinin sifarişlərinə qoyulan məhdudiyyətlərin yığışdırıldığını bildirdi.
Rasputin
Qriqori Yefimoviç Rasputin (rus. Григорий Ефимович Распутин; 9 (21) yanvar 1869, Pokrovsk[d], Tobolsk quberniyası[d], Rusiya imperiyası – 17 (30) dekabr 1916, Petroqrad, Sankt-Peterburq quberniyası[d], Rusiya imperiyası) — uzaqgörənliyi və xəstələrə verdiyi şəfa ilə məşhurlaşmış mistik. O, Rus Pravoslav Kilsəsinə mənsub olmuşdur. == Həyatı == Qriqori Rasputin Rusiya imperiyasının Tobolsk quberniyası Tümen qəzasının Pokrovsk kəndində 1869-cu ilin 22 yanvar tarixində sadə bir kəndli ailəsində anadan olmuşdur. Atası Efim Vilkin və anası Anna Parşukova sadə Sibir kəndliləri idilər. Rasputinin anadan olduğu tarix Xristianlıqda müqəddəs Qriqori gününə təsadüf etdiyindən, ona Qriqori adı verilir. Rasputinin uşaqlıq dövrü haqqında məlumatlar geniş deyil. Əsas məlum olan məlumatlardan biri Rasputinin rahat və qayğısız uşaqlıq keçirməsidir. Bir müddət Sibirdə fəaliyyət göstərdikdən sonra Sankt-Peterburq şəhərinə gəlmişdir. Rasputin burada çar II Nikolayın həyat yoldaşı Aleksandra Fyodorovnanın etimadını qazanmışdır.
San-Visente-del-Raspeç
San-Visente-del-Raspeç (isp. San Vicente del Raspeig) — İspaniyada yerləşən bələdiyyə və şəhər. Bələdiyyə Alakanti ərazisinin 40,55 km² hissəsini əhatə edir. 2015-cu ildə hesablamalara görə əhali 63307 nəfərə çatmışdır. Əyalət paytaxt şəhərindən 6 km uzaqlıqda yerləşir. == Əhalisi == 2008-ci il yanvarın 1-dən siyahıya alınmaya görə San-Visente-del-Raspeç ərazisinin əhalisi 51,507 nəfər idi. Universitetdə oxuyan və şəhərdə yaşayan tələbələrin siyahıya alınması zamanı şəhərdə və ikiqat qeydiyyatdan keçmiş miqrant əhalisinin sayı 2005-ci ildə 64.000 çatmışdır.. Şəhərdəki fəal əhali artımı, şəhərin Alikante ilə birlikdə bir metropol sahəsi ilə birləşməsinə başlandıqdan sonra, 70-80-ci illərdə şəhərin genişlənməsinə və inkişafına səbəb oldu. San-Visente əhalisinin 6,09% -i əsasən Latın Amerika və digər Avropa ölkələri vətəndaşlarıdır. == Nəqliyyatı == Yol əlaqələri barədə şəhər çox əhəmiyyətli yollarının kəsişməsində yerləşir və şəhərin Alikante və Alikante-Elçe hava limanlarının sahilləri ilə əlaqələri var.
Valentin Rasputin
Valentin Qriqoryeviç Rasputin (rus. Валентин Григорьевич Распутин; 15 mart 1937[…] – 14 mart 2015[…], Moskva) — rus yazıçısı. == Həyatı == Valentin Qriqoryeviç Rasputin 15 mart, 1937-ci ildə anadan olub. Görkəmli rus yazıçısı Valentin Rasputin sağlığında klassik adlandırılan müəlliflərdən biridir. Onun «Mariya üçün pul» (1967), «Son möhlət» (1970), «Fransız dili dərsi» (1973), «Yaşa və xatırla» (1974), «Matyora ilə vida» (1976), «Yanğın» (1985) və başqa povestləri Rusiya mətbuatında ədəbi hadisə kimi qiymətləndirilib.
Cakomo Raspadori
Cakomo Raspadori (18 fevral 2000) — İtaliyalı peşəkar futbolçu. İtaliyanın "Napoli" klubunun və İtaliya milli komandasının hücumçusu. Müqavilə ilə "Sassuolo" klubuna məxsusdur.