Raterford Heys
Raterford Börçard Heys (ing. Rutherford Birchard Hayes; 4 oktyabr 1822[…], Delaver[d], Ohayo – 17 yanvar 1893[…], Fremont[d], Ohayo) — Amerika Birləşmiş Ştatlarının 19-cu prezidenti (1877–1881). Onun prezident seçilməsi ABŞ tarixində ən "çirkin" prezident seçkiləri nəticəsində mümkün olmuşdur.
1876-cı ilin noyabrında keçirilən seçkilərdə Demokrat Partiyasının namizədi Nyu-York ştatının qubernatoru Semuel Tilden Raterford Heysi 250 min səslə üstələyərək qələbə çalır. Lakin prezident Uliss Qrant hakimiyyəti öz təmsil etdiyi partiyanın nümayəndəsinə təhvil verə bilmək üçün Semuel Tildenin qalib gəldiyi 4 ştatda – Florida, Luiziana, Şimali Karolina və Oreqonda səslərin yenidən sayılmasına nail olur. İlk üç ştata ordu hissələri yeridilir. Səslərin yenidən sayılması nəticəsində Heysin qalib gəldiyi elan edilir. Vaşinqtonda baş verən iğtişaşların qarşısını almaq üçün buraya da qoşun yeridilir.