Rat

I der; -(e)s, Ratschläge 1. nəsihət, ağıl; 2. (Empfehlung) tövsiyə, məsləhət; den ~ geben məsləhət (ağıl) vermək; um ~ fragen məsləhət eləmək II der; -(e)s, ¨-e (Gremium) şura
Rasur
Rate
OBASTAN VİKİ
Rat (hərf)
𐕙 (səslənməsi /r/, transkripsiyası R, r) — Alban əlifbasının 42-ci hərfi. Matenadaran MS 7117 əlyazmasında hərfin adı erm. Կատ (Kat) kimi verilmişdir. Tədqiqatçı Jost Gippertin fikrincə bu hərfin adı əslində erm. Երատ (Erat) kimi olmuşdur və erməni müəllif əslində hərfi "Rat" kimi ifadə etmək istəmişdir. Buna səbəb kimi isə proteza prosesi göstərilir. Erməni tədqiqatçı Aşot Abramyan bu hərfin ermənicə qarşılığının Ռ (r̄) hərfi olduğunu düşünürdü. Georgi Klimov isə bu hərfi daha çox Ր (r) hərfi ilə bənzətmişdir. Sergey Muravyev isə bu hərfi /q/ və ya /k/ səslərinin dodaqlaşmış versiyası olduğunu deyirdi. Bu hərf Azərbaycan və Udi dillərindəki R hərfinin qarşılığıdır.
Zlatni Rat
Zlatni Rat (xorv. Zlatni rat), həmçinin Qızıl burun və ya Qızıl buynuz ― dil Xorvatiyanın Dalmasiya regionu, Braç adası, Bol şəhərinin 2 km cənubunda, yerləşir. Xvar kanalında Braç və Xvar adalarının arasında, güçlü axınların təsiri ilə meydana gəlmişdir. Ağ qumlardan təşkil olunan dil Adriatik dənizində qərarlaşır. Çimərlik dilin hər iki sahili boyunca 634 m məsafədə uzanır. Dilin sonucu cənub-qərb küləklərinin yəsiri ilə şərqə, nadir hallarda isə qərbə əyilir. Bu külək Corvatiyada Sirroko adlanır. Çimərlikdə uzağa getmək təhlükəlidir. Səbəb axınların bir başa açıq dənizə çıxmasıdır. Buradan əsən qərb küləkləri (Miqstral) Vindsyorfinq vəhəskarlarını bura cəlb edir Dil dövlət tərəfindən geomorfoloji obyekt kimi qorunur.
Zlatnıy Rat
Zlatni Rat (xorv. Zlatni rat), həmçinin Qızıl burun və ya Qızıl buynuz ― dil Xorvatiyanın Dalmasiya regionu, Braç adası, Bol şəhərinin 2 km cənubunda, yerləşir. Xvar kanalında Braç və Xvar adalarının arasında, güçlü axınların təsiri ilə meydana gəlmişdir. Ağ qumlardan təşkil olunan dil Adriatik dənizində qərarlaşır. Çimərlik dilin hər iki sahili boyunca 634 m məsafədə uzanır. Dilin sonucu cənub-qərb küləklərinin yəsiri ilə şərqə, nadir hallarda isə qərbə əyilir. Bu külək Corvatiyada Sirroko adlanır. Çimərlikdə uzağa getmək təhlükəlidir. Səbəb axınların bir başa açıq dənizə çıxmasıdır. Buradan əsən qərb küləkləri (Miqstral) Vindsyorfinq vəhəskarlarını bura cəlb edir Dil dövlət tərəfindən geomorfoloji obyekt kimi qorunur.
Emili Ratakovski
Emili Ohara Ratakovski (ing. Emily O'Hara Ratajkowski; 7 iyun 1991, Vestminster, Böyük London) — amerikalı model, aktrisa və yazıçı. Londonda anadan olub ailəsi ilə birlikdə ABŞ-yə köçərək San-Dieqo şəhərində böyüyüb. O, ilk dəfə treats! jurnalının 2012-ci il mart ayı buraxılışının üz qabığında yer aldı və bu da ona Robin Tikin "Blurred Lines" və Maroon 5-in "Love Somebody" video kliplərində yer almasına səbəb oldu. == Həyatı == Emili Ohara Ratakovski 7 iyun 1991-ci ildə London şəhərində amerikalı ailənin tək övladı olaraq dünyaya gəlmişdir. Anası Ketlin Enn Balqli və atası Con Devid Ratakovski müəllimdir. O, Kaliforniya ştatının San-Dieqo şəhərində böyümüşdür. Modellik karyerasına başlamazdan əvvəl bir il Los-Anceles Kaliforniya Universitetində təhsil almışdır.
Entertainment Software Rating Board
Entertainment Software Rating Board (ESRB) - ABŞ və Kanadada kompüter video-oyunları və başqa əyləncəli proqram təminatı üçün reytinqlərin qəbul və təyin olunması ilə məşğul olan qeyri-hökumət təşkilatı. 1994-cü ildə Interactive Digital Software Association (indiki adı – Entertainment Software Association) tərəfindən yaradılıb. Oyunun reytinqi məhsulun bağlamasının üzərində çap olunur, onun reklamında yerləşdirilir və saytında göstərilir. İstehsalçı şirkət rəsmi olaraq satışa buraxılmayanadək ona reytinq almağa borclu deyil, çünki işlənib hazırlanma gedişində oyunun məzmunu əhəmiyyətli dərəcədə dəyişilə bilər. Reytinq iki hissədən ibarətdir: reytinq nişanından və məzmunun qısa təsvirindən. Reytinq nişanı, adətən, bağlamanın üz tərəfində sol, yaxud sağ aşağı küncdə yerləşir və oyun üçün ən münasib yaş kateqoriyasını müəyyənləşdirir. Məzmunun təsviri qutunun arxa tərəfində, adətən, sol, yaxud sağ aşağı küncdə yerləşdirilir və oyunun məzmunun bəzi elementlərini sadalayır. ESRB reytinqlərinin loqotipində oyunun tövsiyə olunduğu yaş kateqoriyasının adının başlanğıc hərfləri göstərilir. Hazırda aşağıdakı loqotiplərdən istifadə olunur: • “EC” (“Early childhood”) – “Kiçik yaşlı uşaqlar”; • “E” (“Everyone”) – “Hər kəs”; • “E10+” (“Everyone 10 and older”) – “10 yaşdan yuxarı hər kəs”; • “T” (“Teen”) – “Yeniyetmələr”; • “M” (“Mature”) – “Yetkin yaşlılar”; • “AO” (“Adults Only 18+”) – “Yalnız böyüklər”; • “RP” (“Rating Pending”) – “Reytinq gözlənilir”. Əvvəllər mövcud olmuş “K-A” (“Kids to Adults”) – “Uşaqdan böyüyədək” reytinqi 1998-ci ildə “E” (“Everyone”) ilə əvəz olunub.
Fitch Ratings
Fitch Ratings — reytinq agentliyi kimi tanınan beynəlxalq korporasiya. Əsas fəaliyyəti dünya kredit bazarlarına kredit qabiliyyətinin qiymətləndirilməsinə görə analitik tədqiqatların nəticələrini və məlumatları hazırlamaqdır. == Fitch == Fitch qrupunun tərkibinə aşağıdakılar daxildir: Fitch Ratings Fitch Solutions — Fitch Ratings məhsullarını və xidmətlərini yayan xidmət Algorithmics — şirkətlərin risklərinin idarə edilməsi qərarının verilməsi sahəsində dünya lideri FitchTraining - kredit qabiliyyəti və korporativ maliyyələşmə üzrə treninqlərdə ixtisaslaşıb. == Mülkiyyətçilər və rəhbərlik == Fitch qrupunun səhmlərinin majoritar zərfi Fimalac S.A. şirkətinə məxsusdur (qərargahı Parisdədir). == Tarixi == Fitch Ratings Nyu-Yorkda Con Noulz Fitç tərəfindən 24 dekabr 1913-cü ildə Fitch Publishing Company nəşriyyatı kimi yaradılıb. 1924-cü ildə Fitch «AAA»-dan «D»-ya qədər reytinq şkalası dövriyyəyə buraxdı. 1997-ci ildə Fitch ilə IBCA Limited şirkətinin (qərargahı Londondadır) birləşməsi baş verdi və Fitch sahibi Fimalac S.A. holdinq şirkəti oldu. 2000-ci ilin aprelində Fitch qərargahı Çikaqoda olan Duff & Phelps Credit Rating Co-nı aldı. Fitch həmin il Thomson BankWatch şirkətini aldı. 2006-cı ilin oktyabrında Fitch Ratings brinci ixtisaslaşmış Derivative Fitch reytinq şirkətini təsis etdi.
Fridrix Ratsel
Fridrix Ratsel (alm. Friedrich Ratzel‎; 30 avqust 1844[…], Karlsrue – 9 avqust 1904[…]) — Almaniya etnoloqu, sosioloqu və coğrafiyaşünası. == Həyatı == Avropada XIX əsrdə formalaşan elmlər içərisində Antropocoğrafiya elminin xüsusi rolu olmuşdur. Bu elmin əsas tədqiqat sahəsi antropoloji etnoqrafik tədqiqatlar əsasında insanların məskunlaşması, yer dəyişməsi, etnosun xarakterinə coğrafi mühitin təsiri, sosial mədəni ideyaların coğrafi mühitlə əlaqəsi və digər məsələlər hesab olunur. XX əsrdə geniş yayılmış coğrafi determinizim nəzəriyyəsi Antropocoğrafiyanın əsas istiqamətini təşkil edirdi. Bu nəzəriyyənin əsas ideyasına görə, coğrafi mühit xalqların mədəni və siyasi inkişafına birbaşa təsir göstərir. Diffuzionizmin ilkin nümayəndələrindən biri olan Fridrix Ratsel (1844–1904) antropocoğrafiya təliminə əsaslanırdı. Almaniyada Rixthofen ilə bir zamanda yaşamış və işləmiş Fridrix Ratsel (1844–1904) antropocoğrafiyanın əsasını qoymuşdur. İxtisasına görə o, təbiətşünas, zooloq, müqayisəli anatomiya və paleontologiya alimi idi. O, mütərəqqi fransız antropocoğraflarından (insan coğrafiyası nümayəndələrindən) fərqli olaraq antropocoğrafiyanı Darvin nəzəriyyəsi ilə bağlamışdır.
Mahaşiva Ratra
Mahaşiva Ratra (Şiva allahının böyük geçəsi) - Hindistanda Şiva allahının şərəfinə keçirilən bayram. == Bayramın keçirildiyi tarix == Mahaşiva Ratra bayramı hər il (yanvar-fevral) ayında yeni ayın görünməsi ilə keçirilir. 2017-ci ildə Hindistanda Mahaşiva Ratra bayramı 24-25 fevralda keçirilmişdir. == Bayram necə keçirilir == Bayram, adətən yerli vaxtla günəşin batdığı andan başlayır. Bayramla eyni zamanda Şivanın şərəfinə oyaq qalma və oructutma gecəsi başlayır. Buna görə də bayram Şivaratra (maha-böyük deməkdir) bayramı da adlanır. Oruc tutanlar gündüz vaxtı özlərini yeməklə "mükafatlandırırlar", çünki bundan sonra oruc mərasimi başlayır. Bu bayram qadınlar üçün xüsusi əhəmiyyət kəsb edir. Onlar Parvatiyə (Əfsanəyə görə Şivanın arvadıdır) onlara uğurlu ailə həyatı, gözəl uşaqlar bəxş etməsi üçün dua edirlər. Dindarlar "katha"-Şiva haqqında tarixi oxuyur, onun şərəfinə həsr olunmuş himnləri ifa edirlər.
Mala Strana ratuşası
Mala Strana çardağı (çex. Malostranská beseda) — Praqanın mərkəzində, Mala Strana meydanı № 21-də yerləşən neo-renessans üslublu köhnə ratuşa binasıdır. Son iki il şəhər sakinləri onu "Malostrankadakı inşaat körpülərinin aşağısındakı bina" adlandırır. Keçmiş ratuşa binası artıq uzun illərdir ki, sosial klub və konsert zalı qismində istifadə edilir. Bura Mala Strananın mədəni mərkəzlərindən biridir — belə ki, Barıt qülləsindən başlayan, Köhnə Şəhər meydanı və Karl körpüsündən keçməklə Praqa qəsrinə aparan turistik marşrutun əsas mərkəzi məhz bu bina hesab olunur. == Tarix == 1257-ci ildə Prjemısl II Ottakar Praqa qəsrinin yamacında Yeni şəhərin əsasını qoyur. O, burada qədim zamanlardan bəri məskunlaşmış yunan əhalisini zorla çıxararaq, alman kolonistlərini buraya dəvət etmişdi. İmperator IV Karl Vltava çayının sağ sahilində daha bir "Yeni şəhərin" əsasını qoyduqdan sonra, buranın adı, nisbətən kiçik ərazi ölçülərinə görə "Mala Strana" (yəni Kiçik yarımhissə) adlandırlımışdı. Əvvəlcə şəhər hakimiyyəti müqəddəs Nikolay kilsəsində toplanırdı, lakin daha sonra onlar bazar meydanında ilk ratuşa binasını inşa etmişdilər (buna dair sənədləşdirilmiş ilk hesabat 1407-ci ildə təqdim olunmuşdu). 12 ildən sonra, yəni qusçu hərəkatı zamanı, kralın əsgərləri tərəfindən ratuşada saxlanılan və tarixi məlumatları əks etdirən şəhər kitabları biryolluq məhv edilmişdi.
Nant-an-Ratye
Nant-an-Ratye (fr. Nantes-en-Ratier) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Matezin-Triyev kantonuna daxildir. Kommunanın dairəsi — Qrenobl. INSEE kodu — 38273. Kommunanın 1999-cu il üçün əhalisi 389 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 587 ilə 1 975 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 510 km cənub-şərqdə, Liondan 120 km cənub-şərqdə, Qrenobldan 30 km cənubda yerləşir.
Ori-an-Ratye
Ori-an-Ratye (fr. Oris-en-Rattier) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Matezin-Triyev kantonuna daxildir. Kommunanın dairəsi — Qrenobl. INSEE kodu — 38283. Kommunanın 1999-cu il üçün əhalisi 83 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 371 ilə 540 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 450 km cənub-şərqdə, Liondan 50 km cənub-şərqdə, Qrenobldan 50 km şimal-qərbdə yerləşir.
Ponticola ratan
Nordman xulu (lat. Neogobius ratan) — Ponticola cinsinin bir nümayəndəsidir. Qara, Azov və Xəzər dənizlərində yayılmışdır. Xəzərdə 3 yarımnöv: Gebel xulu - Neogobius ratan goebeli (Kessler), Boqdanov xulu - Neogobius ratan bogdanowi (Kessler), Türkmən xulu -Neogobius ratan turkmenicus (Rahimov) yaşayır. Başı böyürlərdən sıxılmışdır. Eni demək olar ki,hündürlüyünə bərabərdir. Üst dodağı kənarlarda enlənməmişdir. İkinci bel üzgəcinin xüsusən ortası hündürdür. Quyruq gövdəsi gödəkdir və yanlardan çox sıxılmışdır. Bədənin ən az hündürlüyü quyruq gövdəsinin uzunluğundan ya bir qədər çoxdu, ya da ona bərabərdir.
Qdansk ratuşası
Əsas Şəhər ratuşası (pol. Ratusz Głównego Miasta, alm. Das Rechtstädtische Rathaus‎) — Polşanın şimalındakı Pomeraniya voyevodalığının paytaxtı olan keçmiş alman şəhəri Dansiqin (indiki Qdansk şəhərinin) mərkəzində yerləşən qədim ratuşa binasıdır. Bina şəhərin Qluvne Myasto (pol. Główne Miasto) rayonunun mərkəzində yerləşir və bir qədər şimaldakı Köhnə şəhərdən daha qədim ərazi hesab edilir (XVI əsrdə Köhnə şəhərdə daha bir ratuşa binası inşa edilmişdir). Şəhərin ən gözəl əraziləridən biri hesab edilən Dluqa küçəsində (almanlar bu küçəni ənənəvi olaraq Langgase adlandırırlar) yerləşən ratuşa binası həmçinin yaxınlıqdakı uzun bazar meydanında və şəhərin ümumi mənzərəsində hakim mövqeyə malikdir. Turist axını nəticəsində uzun bazar meydanının olduqca izdihamlı əraziyə çevrilməsi səbəbindən, şəhər idarəetmə orqanın başqa yerə köçürülməsi, köhnə ratuşa binasında isə Qdansk Tarix Muzeyinin təsis edilməsi barəsində qərar qəbul edilmişdir. Qdansk Əsas Şəhər ratuşa binası şəhərin mərkəzi hissəsindəki Dluqa küçəsinin və uzun bazar meydanının (pol. Długi Targ) kəsişməsində yerləşir; ölkə əhəmiyyətli qədim abidələrin böyük qismi şəhər mərkəzinin bu hissəsində cəmləşdirilmişdir. Şəhərin qərb səmtində yerləşən Müqəddəs Georgi qardaşlığının həyətindən məşhur Yaşıl darvazalara kimi uzanan Dluqa küçəsi və bazar meydanı tamamilə piyadaların xidmətinə verilmiş və öz impozant görünüşünə görə qeyri-rəsmi olaraq "Kral yolu" (pol.
RATİ
Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu (ing. The Institute for Reporters’ Freedom and Safety) və ya qısaca RATİ (ing. IRFS) — Azərbaycanda söz azadlığının təşviqi ilə məşğul olan müstəqil qeyri-kommersiya təşkilatı. RATİ 2006-cı ildə Beynəlxalq Mətbuat Azadlığı Günündə iki azərbaycanlı jurnalist tərəfindən hökumətin söz və media azadlığını getdikcə daha çox məhdudlaşdırmasına cavab olaraq yaradılıb. RATİ 2007-ci ilin oktyabr ayından Beynəlxalq Söz Azadlığı Mübadiləsi Təşkilatının, 2012-ci ilin noyabrından isə Qlobal Şəbəkə Təşəbbüsü təşkilatının üzvüdür. 2014-cü ilin avqustunda təşkilatın Azərbaycandakı hüquqi fəaliyyəti dayandırılıb. Mehman Hüseynov Obyektiv TV Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu. Rasim Əliyevin Üstü Açılmamış Qətli (PDF). 2016. 29.
Rata Pin
Ratatuy
Ratatuy (fr. ratatouille) — Nitsadan başlanan ənənəvi fransız Provans li pörtlədilmiş tərəvəz yeməyidir. Ratatuy Fransada ilk dəfə olaraq XVIII əsrdə qazan xörəklərinə verilmiş ad, adətən yoxsul kəndlilərin yeməyi sayılırmış. Tərəvəz qalıqları bir yerdə qaynadılar və yeyilərmiş. XX əsrdə (1930-cu ildən) Niçça regionunda yay möhsümündə təzə tərəvəzlərdən hazırlanan yemək kimi məşhurlaşır. Orijinal reseptə çukkini, bibər, pomidor, soğan və sarımsaq daxildir. Müasir dövrdə buraya badımcan da əlavə olunur. (fr. rata = muyd; fr.
Ratatuy (animasiya, 2007)
Ratatuy (fr. Ratatouille) — Pixar tərəfindən istehsal olunmuş 2007-ci ilin komediya-dram janrındakı cizgi filmi. Studiyanın sayca səkkizinci filmidir. Rejissor Bred Börd bu filmdə Yan Pinkavanın orijinal ideyasını böyük ekrana gətirib. Filmin adı həm fransız mətbəxinə aid olan yeməyə, həm də siçovul olan əsas personajın növünə istinad edir. Parisdə keçən film “Auguste Gusteau's” adlı restoranda aşpaz olmaq arzusunda olan istedadlı siçovul Remi haqqında ürəkaçan hekayə təqdim edir. Filmdə Remi həmin restoranda qab yuyan kimi çalışan səriştəsiz gənc oğlan Linqvini ilə tanış olur. İkisi dostlaşır və bir-birlərinə kömək edərək ləzzətli yeməklər hazırlamağı və uğurlu aşpaz olmağı bacarırlar. “Ratatuy” filminin yaradılması üzərində işlər 2000-ci ildə Yan Pinkava film üçün ilk konsepsiyaları hazırlayanda başladı. O, layihənin ilkin mərhələlərində iştirak etsə də, son nəticədə filmin rejissoru olmamışdır.
Ratchet & Clank
Ratchet & Clank (azərb. Retçet və Klenk‎) — aksiya platformer və üçüncü şəxs atıcı videooyunları seriyasıdır. Franşiza Insomniac Games tərəfindən yaradılmış və hazırlanmışdır və Sony Interactive Entertainment tərəfindən PlayStation 2, PlayStation 3, PlayStation 4 kimi PlayStation 5 konsolları üçün nəşr edilmişdir. və PlayStation 5 tərəfindən hazırlanmış Size Matters və Secret Agent Clank istisna olmaqla. PlayStation Portable üçün Yüksək Təsirli Oyunlar. Serial Sony platformaları üçün eksklüzivdir və intellektual mülkiyyət Sony Interactive Entertainment-ə məxsusdur. cizgi filmi adaptasiyası 29 aprel 2016-cı ildə buraxıldı. Oyunlar elmi fantastika şəraitində baş verir və Ratchet (Lombax kimi tanınan pişik insanoid sərgüzəştlərini izləyir., mexanik) və Clank (kiçik, həssas Zoni "qüsurlu" robot) kainatı şərdən xilas edərək səyahət edərkən onu ardıcıl olaraq təhdid edən qüvvələr. Seriya bir çox ekzotik, unikal və ən yüksək səviyyəli silah və qadcetləri daxil etməsi ilə diqqəti cəlb edir, bu konsepsiya Insomniac Games-in digər oyunlarına da genişləndi. Serialın əsas personajları Veldin planetindən olan Lombax mexanik Ratchet və onun robotyaxşı dostu, guya nasaz bir maşın tərəfindən yaradılmış Klankdır.
Ratel (PDM)
"Ratel" ("ratel" — bal porsuğu) — 1968-ci ildə Cənubi Afrika şirkəti Sandock-Austral tərəfindən yaradılmış piyadanın döyüş maşını. Gövdəsi 6 ilə 20 mm qalınlığında olan polad zireh plitələrindən hazırlanır. Zirehli gövdənin alt hissəsi V-şəkillidir.
Raterford Heys
Raterford Börçard Heys (ing. Rutherford Birchard Hayes; 4 oktyabr 1822[…], Delaver[d], Ohayo – 17 yanvar 1893[…], Fremont[d], Ohayo) — Amerika Birləşmiş Ştatlarının 19-cu prezidenti (1877–1881). Onun prezident seçilməsi ABŞ tarixində ən "çirkin" prezident seçkiləri nəticəsində mümkün olmuşdur. 1876-cı ilin noyabrında keçirilən seçkilərdə Demokrat Partiyasının namizədi Nyu-York ştatının qubernatoru Semuel Tilden Raterford Heysi 250 min səslə üstələyərək qələbə çalır. Lakin prezident Uliss Qrant hakimiyyəti öz təmsil etdiyi partiyanın nümayəndəsinə təhvil verə bilmək üçün Semuel Tildenin qalib gəldiyi 4 ştatda – Florida, Luiziana, Şimali Karolina və Oreqonda səslərin yenidən sayılmasına nail olur. İlk üç ştata ordu hissələri yeridilir. Səslərin yenidən sayılması nəticəsində Heysin qalib gəldiyi elan edilir. Vaşinqtonda baş verən iğtişaşların qarşısını almaq üçün buraya da qoşun yeridilir.
Ratevani
Ratevani (gürcücə: რატევანი) — Gürcüstan Respublikasının Bolnisi rayonunda kənd.
Rathakit Manathat
Rathakit Manathat — Tailandın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri (2012-ci ildən)
Ratibida
Ratibida (lat. Ratibida) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi. Obeliscaria sect. Ratibida (Raf.) DC. Obeliscaria sect. Lepachys (Raf.) DC. Lepachys Raf. Obelisteca Raf. Obeliscaria Cass. Ratibida coahuilensis B.L.Turner Ratibida columnifera Wooton & Standl. Ratibida columnifera f. pulcherrima (DC.) Fernald Ratibida latipalearis E.L.Richards Ratibida mexicana W.M.Sharp Ratibida peduncularis Barnhart Ratibida peduncularis var.
Ratifikasiya
Ratifikasiya التصديق – 1) dövlətin ali hakimiyyət orqanının dövlət və ya hökumət nümayəndəsi tərəfindən bağlanmış beynəlxalq sənədləri (müqavilə, saziş) təsdiq etməsi; 2) ali dövlət hakimiyyəti orqanı tərəfindən dövlətin müvəkkil şəxsinin imzaladığı beynəlxalq müqavilənin təsdiqlənməsi. R.Əliquliyev, S.Şükürlü, S.Kazımova. Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər. Baki, İnformasiya Texnologiyaları, 2009, 201 s.
Ratingen
Ratingen (alm. Ratingen‎) — Almaniyanın Şimali Reyn-Vestfaliya torpağının Düsseldorf inzibati dairəsində şəhər. Sahəsi 88.72 km2, əhalisi 91408 nəfərdir (2009).
Ratitae
Dəvəquşukimilər (lat. Struthioniformes) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinə aid heyvan dəstəsi. Dəvəquşukimilər dəstəsinə təkcə bir növ — müasir dəvəquş daxildir. O, Afrikada yarımsəhra və bozqızlarda yaşayır. El arasında ona Afrika dəvəquşu deyilir. Ukraynada, İranda, Monqolustanda və Çində qazıntı halında tapılır. Afrika dəvəquşu 100 kq olur. O, uça bilmir, lakin bərk qaçır.Qanad sümükləri qısalmış, körpücük sümükləri isə reduksiya etmişdir, döş sümüyündə til yoxdur. Arxa ətraflarında ancaq iki barmaq qalmışdır. Dərisinin hər yeri lələkdir (lələksiz hissəsi yoxdur).
Ratko Mladiç
Ratko Mladiç (serb. Ратко Младић; 12 mart 1943, Bojanoviçi[d], Serb Respublikası) — "Serb qəssabı" ləqəbli general, Serbiya Respublikası Ordusunun müharibə cinayəti, insanlıq əleyhinə cinayət və soyqırımda təqsirləndirilən qərargah rəisi (1992–1995). 12 mart 1942-ci ildə Xorvatiyanın Bojanoviçi kəndində doğulub. 1996-cı ildə Mladiç digər Serbiya rəhbərləri ilə yanaşı Beynəlxalq Haaqa Tribunalı tərəfindən Sarayevonun mühasirəsi zamanı hərbi cinayətlər və soyqırım törətməkdə, eləcə də Srebrenitsa qətliamında ittiham olunmuşdur. Onun həbs edilməsi Serbiyanın Avropa İttifaqına üzv olması üçün əsas şərt kimi irəli sürülmüşdür. Mladiçin yeri haqqında məlumat verməyə görə 10 milyon avro mükafat vəd olunmuşdu. Ratko Mladiç 2011-ci ildə Serbiya xüsusi dövlət təhlükəsizlik əməkdaşları tərəfindən saxlanılmışdır.2017-ci ilin noyabrın 22-də Haaqa məhkəməsinin qərarı ilə Mladiç ömürlük həbs cəzasına məhkum olunmuşdur. Onun digər silahdaşı Karaciç isə 40 il müddətinə azadlıqdan məhrum etmə cəzasına qərar verilmişdi..

Значение слова в других словарях