ratuş

ratuş
ratsiyaçı
raukatip 2021
OBASTAN VİKİ
Mala Strana ratuşası
Mala Strana çardağı (çex. Malostranská beseda) — Praqanın mərkəzində, Mala Strana meydanı № 21-də yerləşən neo-renessans üslublu köhnə ratuşa binasıdır. Son iki il şəhər sakinləri onu "Malostrankadakı inşaat körpülərinin aşağısındakı bina" adlandırır. Keçmiş ratuşa binası artıq uzun illərdir ki, sosial klub və konsert zalı qismində istifadə edilir. Bura Mala Strananın mədəni mərkəzlərindən biridir — belə ki, Barıt qülləsindən başlayan, Köhnə Şəhər meydanı və Karl körpüsündən keçməklə Praqa qəsrinə aparan turistik marşrutun əsas mərkəzi məhz bu bina hesab olunur. == Tarix == 1257-ci ildə Prjemısl II Ottakar Praqa qəsrinin yamacında Yeni şəhərin əsasını qoyur. O, burada qədim zamanlardan bəri məskunlaşmış yunan əhalisini zorla çıxararaq, alman kolonistlərini buraya dəvət etmişdi. İmperator IV Karl Vltava çayının sağ sahilində daha bir "Yeni şəhərin" əsasını qoyduqdan sonra, buranın adı, nisbətən kiçik ərazi ölçülərinə görə "Mala Strana" (yəni Kiçik yarımhissə) adlandırlımışdı. Əvvəlcə şəhər hakimiyyəti müqəddəs Nikolay kilsəsində toplanırdı, lakin daha sonra onlar bazar meydanında ilk ratuşa binasını inşa etmişdilər (buna dair sənədləşdirilmiş ilk hesabat 1407-ci ildə təqdim olunmuşdu). 12 ildən sonra, yəni qusçu hərəkatı zamanı, kralın əsgərləri tərəfindən ratuşada saxlanılan və tarixi məlumatları əks etdirən şəhər kitabları biryolluq məhv edilmişdi.
Qdansk ratuşası
Əsas Şəhər ratuşası (pol. Ratusz Głównego Miasta, alm. Das Rechtstädtische Rathaus‎) — Polşanın şimalındakı Pomeraniya voyevodalığının paytaxtı olan keçmiş alman şəhəri Dansiqin (indiki Qdansk şəhərinin) mərkəzində yerləşən qədim ratuşa binasıdır. Bina şəhərin Qluvne Myasto (pol. Główne Miasto) rayonunun mərkəzində yerləşir və bir qədər şimaldakı Köhnə şəhərdən daha qədim ərazi hesab edilir (XVI əsrdə Köhnə şəhərdə daha bir ratuşa binası inşa edilmişdir). Şəhərin ən gözəl əraziləridən biri hesab edilən Dluqa küçəsində (almanlar bu küçəni ənənəvi olaraq Langgase adlandırırlar) yerləşən ratuşa binası həmçinin yaxınlıqdakı uzun bazar meydanında və şəhərin ümumi mənzərəsində hakim mövqeyə malikdir. Turist axını nəticəsində uzun bazar meydanının olduqca izdihamlı əraziyə çevrilməsi səbəbindən, şəhər idarəetmə orqanın başqa yerə köçürülməsi, köhnə ratuşa binasında isə Qdansk Tarix Muzeyinin təsis edilməsi barəsində qərar qəbul edilmişdir. Qdansk Əsas Şəhər ratuşa binası şəhərin mərkəzi hissəsindəki Dluqa küçəsinin və uzun bazar meydanının (pol. Długi Targ) kəsişməsində yerləşir; ölkə əhəmiyyətli qədim abidələrin böyük qismi şəhər mərkəzinin bu hissəsində cəmləşdirilmişdir. Şəhərin qərb səmtində yerləşən Müqəddəs Georgi qardaşlığının həyətindən məşhur Yaşıl darvazalara kimi uzanan Dluqa küçəsi və bazar meydanı tamamilə piyadaların xidmətinə verilmiş və öz impozant görünüşünə görə qeyri-rəsmi olaraq "Kral yolu" (pol.
Ratuşa
Ratuşa və ya Bələdiyyə zalı (alm. Rathaus‎ — sözün hərfi mənasında "Şura evi", pol. ratusz) — şəhər və ya qəsəbə rəhbərliyinin özunu idarə etmə orqanı və orqanın binası. Bələdiyyə binası, şəhər şurası, idarə binası anlaşılır. Ratuşalar ilk dəfə Almaniyada ticarət şəhərlərində meydana gəlib, daha sonra digər ölkələrə yayılır. Artıq orta əsrlərdə Ratuşa şəhərin özünü idarəetmə və müstəqillik əlamətinə çevrilmişdi. Ölkəmizdə bu daha çox Bələdiyyə idarəsi kimi anlaşılır. Almaniya: Rathaus — sözün hərfi mənasında "Şura evi" İngiltərə: Taun Holl (ing. Town Hall) və ya Şəhər binası (ing. City Hall) — Hərfi tərcümədə "şəhər iclas salonu" Fransa: Otel de ville (fr.
Stare Mesto ratuşası
Stare Mesto ratuşası (çex. Staroměstská radnice) - Praqanın mərkəzində, Köhnə Şəhər meydanında yerləşən qotik üslublu şəhərin köhnə idarəetmə orqanı və hökumət binasıdır. 1338-ci ildə, kral Lüksemburqlu İoann tərəfindən Stare Mesto şəhər əhalisinə imtiyaz şəklində bu binanın tikintisinə icazə verilmişdi. Kompleks dörd evdən ibarətdir (Volf Kamene evi, xəzçi Mikşanın evi, Xoruz evi və Dəqiqə evi), meydanın ətrafındakı bu binalar Praqa Köhnə Şəhər magistratının ehtiyacları üçün tədricən bir-biri ilə birləşdirilmişdi. Ratuşanın əsas binasında muzey yerləşir, burada müxtəlif sərgilər keçirilir, həmçinin xüsusi zalda təntənə ilə nikah mərasimləri qeyd olunur. Ratuşa fasadının eni 67 metr, qüllənin hündürlüyü isə 69,5 metrdir. 1232-ci ildə Stare Mesto adlanan yaşayış məntəqəsi şəhər statusunu əldə etmişdi; burada ratuşa binasının inşası üçün (yəni özünüidarə hüququnun və icazənin əldə olunması üçün) bir əsrdən artıq gözləmək lazım gəldi - 1338-ci ildə bu icazəni IV Karlın atası Lüksemburqlu Yan bağışlamışdı. Həmin ildə ratuşa üçün tacir Volf Kamenenin künc evi satın alınmış və binanın genişləndirilməsi üzrə işlərə start verilmişdi: 1360-cı ildə Şəhər şurasının iclas zalı və ikinci mərtəbə inşa edilir, 1364-cü ildə əzəmətli Köhnə Şəhər qülləsinin tikintisi başa çatdırılır, 1381-ci ildə əsas ratuşa binasına zəngin işləmələrlə və erkerlə bəzədilmiş qotik üslublu kapella əlavə olunur, 1410-cu ildə isə Köhnə Şəhər qülləsinə "Orloy" adlı gözəl astronomik saat əlavə olunur. Bütün bu işlər tanınmış sənətkar Peter Parlerin rəhbərliyi altında görülürdü. Şir başları ilə bəzədilmiş unikal giriş portalı xeyli müddət sonra (yəni 1652-ci ildə) yaradılmışdı.
Yəhudi ratuşası
Yəhudi ratuşası (çex. Židovská radnice, alm. Jüdisches Rathaus‎) – Praqanın ən kiçik torpaq-kadastral vahidi olan Yozefov (çex. Josefov, ivr. ‏יוספוב‏‎, alm. Josephstadt‎) adlı qədim yəhudi məhəlləsində yerləşən barokko üslublu, mansardalı binadır. Praqanın yəhudi icmasının özünüidarəetmə orqanı, eləcə də şura iclaslarının keçirilmə mərkəzi kimi xidmət göstərmiş ikimərtəbəli bucaqlı bina, Praqa asanasiyası dövründə genişləndirilmiş Mayzelova (çex. Maiselova) və olduqca dar Çervena (çex. Červená) küçələrinin kəsişməsində yerləşməklə, qonşuluqda olan Vısoka və Staronova sinaqoqları ilə birlikdə Praqa yəhudiliyinin mərkəzini formalaşdırmışdır. Yəhudi Ratuşası Mayzelova 18 (Maiselova) döngəsində, yəni Köhnə-Yeni Sinaqoqanın qarşısında və keçmiş yəhudi məhəlləsinin mərkəzində yerləşir Yaxınlıqdakı Yüksək sinaqoqa keçmişdə onunla bitişik idi və məhz buna görə də çox əlverişli yerə sahib olduğu hesab olunurdu.
Roman Ratuşnı
Roman Ratuşnı (ukr. Рома́н Тара́сович Ра́тушний; 5 iyul 1997, Kiyev – 9 iyun 2022, İzyum rayonu[d], Xarkov vilayəti) — Ukrayna ictimai xadimi, jurnalist, hərbi könüllü. Avromaydan və Rusiya-Ukrayna müharibəsinin iştirakçısı. Roman Ratuşnı 5 iyul 1997-ci ildə Kiyevdə Taras Ratuşnı ("Köhnə Kiyevi xilas et" hərəkatının fəalı) və yazıçı Svetlana Povalyayevanın ailəsində anadan olub. 2012-ci ildə Maliyyə və Hüquq Kollecinə daxil olmuş, burada ali hüquq təhsili almışdır. 2013-cü ilin sonunda Roman 30 noyabr gecəsi Berkut hücumundan əziyyət çəkən digər tələbələrlə birlikdə Avromaydanda iştirak edir. 2018-ci ildə "Protasov Yarı müdafiə et" təşəbbüsünə, 2019-cu ildə isə eyniadlı ictimai təşkilata rəhbərlik edib. Təşəbbüs Kiyevin mərkəzindəki Protasov Yarda yaşıl zonanın qorunması və Daytona Group MMC tərəfindən həyata keçirilməsi nəzərdə tutulan inkişafın qarşısını almaq məqsədi daşıyır. Yerli sakinlərlə inşaatçı arasında münaqişə 2019-cu ilin may ayının əvvəlində, inşaatçı hasar çəkərək yerli ictimaiyyətə yamacda üç 40 mərtəbəli bina tikməyi planlaşdırdığını elan edəndə daha da artır. Daha sonra Dövlət Memarlıq və Tikinti Müfəttişliyi müəssisənin yaşıllıq zonasında tikintini davam etdirməsini qadağan edən əmr verir və 27 iyun 2020-ci il tarixində Kiyev Şəhər Şurası Protasov Yardakı 3,15 hektar torpaq sahəsinə yaşıllıqların statusunu qaytarır.
İvano-Frankovsk ratuşası
İvano-Frankovsk ratuşası (ukr. Івано-Франківська ратуша) — Rınok meydanında İvano-Frankovsk mərkəzində bina. Ukraynada art deko elementləri ilə konstruktivist üslubda tikilmiş bir neçə bələdiyyə binalarından biri. Qalitskaya küçəsi ratuşa binasına aparır. Hazırda burada İvano-Frankovsk Diyarşünaslıq Muzeyi yerləşir. 1662-ci ildə Stanislaviv (indiki İvano-Frankovsk) şəhərinin banisi Anjey Potoçki şəhərdə bələdiyyə binası tikmək qərarına gəldi. 1666-cı ildə bu məqsədlə müvəqqəti taxta bina tikildi. 1672-ci ildə ağac və daşdan yenidən tikilmişdir. Son İntibah üslubunda olan bina daş əsaslı doqquz mərtəbəli dairəvi taxta qüllə idi. 1672-ci ilin yanvarında Stanislavovu ziyarət edən alman səyyahı Ulrix fon Verdum özünün “Gündəliyində” bu şəhər meriyasının təsvirini qoyub.