Mala Strana ratuşası

Mala Strana çardağı (çex. Malostranská beseda) — Praqanın mərkəzində, Mala Strana meydanı № 21-də yerləşən neo-renessans üslublu köhnə ratuşa binasıdır. Son iki il şəhər sakinləri onu "Malostrankadakı inşaat körpülərinin aşağısındakı bina" adlandırır. Keçmiş ratuşa binası artıq uzun illərdir ki, sosial klub və konsert zalı qismində istifadə edilir. Bura Mala Strananın mədəni mərkəzlərindən biridir — belə ki, Barıt qülləsindən başlayan, Köhnə Şəhər meydanı və Karl körpüsündən keçməklə Praqa qəsrinə aparan turistik marşrutun əsas mərkəzi məhz bu bina hesab olunur[2].

Mala Strana ratuşası
çex. Malostranská radnice
Xəritə
50°05′17″ şm. e. 14°24′17″ ş. u.HGYO
Ölkə Çexiya Çexiya
Şəhər Praqa
Sifarişçi Prjemısl II Ottakar
Tikilmə tarixi 1407-ci il
Üslubu barokko memarlığı[1], İntibah memarlığı[1]
Vəziyyəti əvvəllər ratuşa; hazırda isə çardaq (köşk)
Rəsmi sayt malostranska-beseda.cz
İstinad nöm.1-531
Mala Strana ratuşası (Praqa)
Mala Strana ratuşası
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Çardağın restavrasiyadan öncəki görünüşü

1257-ci ildə Prjemısl II Ottakar Praqa qəsrinin yamacında Yeni şəhərin əsasını qoyur. O, burada qədim zamanlardan bəri məskunlaşmış yunan əhalisini zorla çıxararaq, alman kolonistlərini buraya dəvət etmişdi. İmperator IV Karl Vltava çayının sağ sahilində daha bir "Yeni şəhərin" əsasını qoyduqdan sonra, buranın adı, nisbətən kiçik ərazi ölçülərinə görə "Mala Strana" (yəni Kiçik yarımhissə) adlandırlımışdı. Əvvəlcə şəhər hakimiyyəti müqəddəs Nikolay kilsəsində toplanırdı, lakin daha sonra onlar bazar meydanında ilk ratuşa binasını inşa etmişdilər (buna dair sənədləşdirilmiş ilk hesabat 1407-ci ildə təqdim olunmuşdu). 12 ildən sonra, yəni qusçu hərəkatı zamanı, kralın əsgərləri tərəfindən ratuşada saxlanılan və tarixi məlumatları əks etdirən şəhər kitabları biryolluq məhv edilmişdi[3].

İkinci ratuşa binası Bitovlu Vatslavdan şəhər bələdiyyəsinə miras qalmış və Mala Strana meydanında yerləşən evdə yaradılmışdı. Ratuşa burada 1478-ci ilə kimi fəaliyyət göstərmişdi. Həmin qotik dövrdən binanın daxili həyətində iki həbsxana saxlanılmışdı. Həyətin arxasında isə, hələ Ottakarın hakimiyyət dövrünə aid edilən Mala Strana istehkam qalasının qalıqları mühafizə edilmişdi.

1478-ci ildə şəhər administrasiyası Simburklu Yan Tovçovskidən meydanın şərq küncündəki bir neçə evi alaraq, burada meriyanın yeni inzibati binasını və gecikmiş qotika üslubunda zalın inşaat işlərinə başlamışdı. Bələdiyyə başçısı başda olmaqla, 11 müşavir, imperiya hakimi və katib məhz bu binada tez-tez keçirilən iclaslar zamanı şəhər administrasiyasının, cinayət və mülki hallar, eləcə də kimsəsiz uşaqların problemləri və digər məsələlər barədə müxtəlif qərarlar qəbul edirdilər. Hüquq və qanunların icrası baxımından, binanın əhəmiyyəti çox böyük idi. Bunu əsas götürən qeyri-katolik Çex müxalifət liderləri, 1575-ci ildə burada dini azadlığın tətbiqi barədə sərəncam imzalamışdılar. Bu hadisənin şərəfinə, binanın divarında bürünc xatirə lövhəsi quraşdırılmışdı. İnşa olunan yeni ratuşa binası bir vaxtlar şəhərin ən yaraşıqlı tikililərindən biri idi. azırkı gecikmiş renessans üslublu bina 1617-ci ildə inşaatçı və bənna Yan Kempion Bossi və Covanni Mariya Filippi tərəfindən yenidən qurulmuşdu. Sürətlə artan nümayəndəlik funksiyalarına cavab vermək üçün ratuşa genişləndirilmişdi. Otuzillik müharibə zamanı şəhərə daxil olan isveç ordusu natamam binanı dağıdaraq, onun içərisində qorunan bütün əşyaları qarət etmişdi[4].

1660-cı ildən bina Vilem Openridin mülkiyyətinə keçir; o, binada erkən barokko üslubuna uyğun bir sıra yenidənqurma işləri həyata keçirmiş və arkada üzərinə həmin sülaləyə məxsus gerbin quraşdırılmasını tələb etmişdi.

Binanın azırkı görünüşü XIX əsrə aid edilir; məhz bu zaman memar Yozef Kaurun təşəbbüsü ilə binanın orijinal frontonları və üç əzəmətli qülləsi sökülmüşdü. Letenska küçəsinə açılan fasad isə, heç bir dəyişikliyə uğramayaraq, öz əvvəlki görkəmini qoruyub saxlamışdı. Ratuşa 1784-cü ilə kimi xidmət göstərmişdi — məhz bu dövrdə Praqanın 4 tarixi rayonu (sol sahildə Hradçanı və Mala Strana, sağ sahildə isə Stare Mesto və Nove Mesto) birləşərək ümumi mərkəz yaradılmışdı. Eyni zamanda, birləşmiş şəhərin idarəetmə mərkəzi də Köhnə Şəhər ratuşasına köçürülmüşdü. Mala Strana ratuşası sağ sahildəki Stare Mesto ratuşasına interyerini bəzəyən ikrustasiyalı giriş qapısını bağışlamağı qərara alır[5]. Üzərində Senatus yazısı olan bu qapılar günümüzdə da Köhnə Şəhər ratuşasının portalında yerləşir. XIX əsrdə aparılan yenidənqurma işləri binanın ilkin görünüşünü tamamilə zədələmişdi.

2006–2009-cu ildə aparılan bərpa işləri

[redaktə | mənbəni redaktə et]

2006 və 2009-cu illər arasında keçmiş ratuşa binasında əsaslı təmir işləri aparılmışdı[5]. Mala Strana ratuşasının, xüsusilə də onun qüllələrinin bərpası çox çətin və qəliz bir məsələ idi. Peşəkar ictimaiyyət elə əvvəldən binanın bərpa edilməsinin tərəfdar və əleyhdarlarından ibarət iki düşərgəyə ayrılmışdı. Bərpa üçün səs verən tərəfdarların sonda qalib gəlməsi, daha sonradan əlavə çətinliklərə səbəb olmuşdu. Ratuşa qülləsinin rekonstruksiyası əslində kifayət qədər qeyri-adi bir tapşırıq idi. Müxtəlif qədim sənətlərin tədqiqatçıları tərəfindən, layihələndirmə prinsipləri və xüsusilə xarrat məmulatlarının İntibah dövrününa aid biliyin toplanılması, həmçinin binanın əsaslı tikinti və tarixi bərpası təklif olunmuşdu. Burada əsas problem, kökləri Qədim Misirə kimi uzanan "sakral həndəsi tirlərin" təkrar bərpası idi. Hətta maddi-texniki problemlər bununla müqayisədə cüzi idi. Qüllələr üçü birlikdə həddindən artıq ağır olduqlarına görə, helikopter vasitəsilə quraşdırmaq mümkünsüz olmuşdu. Nəhayət problemin həlli özünü çox gözlətmir. Belə ki, orta günbəz kiçik barja vasitəsilə Vltava çayı boyunca üzərək sol sahilə çatdırılır, daha sonra bir neçə on metr yedəyin şassisinə qoyularaq düz Mala Strana meydanına gətirilir və burada artıq böyük kran vasitəsilə öz yerinə quraşdırılır[5].

Mala strana çardağının rekonstruksiyası Praqa 1 bələdiyyənin hesabına maliyyələşdirilmişdir. Renessans və manyerizm üslubunda olan fasadın əvvəlki görkəmi xüsusi qayğı və diqqətlə yenidən əvvəlki görkəmində bərpa edilmişdir. Binanın əsasında İntibah dövrü üçün səciyyəvi olan qeyri-adi texnologiya və ənənəvi xarrat məmulatları aşkar edilmişdir. İkinci mərtəbənin tavanını nəfis freska və ornamentlər bəzəyir. Bütün interyer keçmişə sayğı və ehtiramla bərpa olunmuşdur, ancaq elə ki, o mədəni-maarif-restoran avadanlığın işinə xidmət göstərə bilsin.

  • Václav Brož. "Nástin dějin Malostranské Besedy: K oslavě jejího třicetiletého jubilea". Založení zábavního spolku malostranských měšťanů a jeho činnost v letech 1868-1898. (çex). vl.n. (Praha). 1898.[ölü keçid]
  • Josef Peterka. "Malostranská beseda v Praze 1868-1928". Stručné dějiny Malé Strany, Malostranské besedy a českého národního obrození doplněné vzpomínkami osobností, příspěvky o aktivitách měšťanského spolku, statí věnovanou jeho domu na Malostranském nám. a seznamem členů a funkcionářů. (çex). Malostranská beseda (Praha). 1928.[ölü keçid]
  1. 1 2 Památkový katalog NPÚ.
  2. Time Out Prague — 2000 Page 81 "The main drag between Charles Bridge and Malostranske namesti is Mostecka. It's a continuation of the Royal Route — the path taken by the Bohemian kings to their coronation — and is lined with elegant baroque dwellings. At No. 15 is the Kaunitz Palace (Kaunicuv palac), built in 1773."
  3. [1] [ölü keçid] Malostranská radnice — Hrady.cz
  4. [2] Arxivləşdirilib 2015-08-31 at the Wayback Machine MALOSTRANSKÁ RADNICE (BESEDA)na Malostranské nám. 35/21, Praha 1 Pozdně renesanční budova
  5. 1 2 3 DUDÁK, VLADISLAV. "Malostranská radnice znovuzrozená". 2016-04-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 02.11.2009 07:30.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]