reflektor
reform
OBASTAN VİKİ
Duodenoqastral reflüks
Duodenoqastral reflüks — onikibarmaq bağırsaq ( duodenum ) möhtəviyyatının geriyə , mədənin içinə atılmasıdır. DQR səbəbi pilorik məngənənin tam qapanmaması, xroniki duodenit və duodenumda təzyiqin artmasdır .[1]DQR mədənin selikli qişasının, xüsusən də duoenuma yaxın olan antral hissənin öd turşuları və onlarının duzları, pankreas fermentləri , lizolesitin və digər duodenum möhtəviyyatının komponentləri ilə zədələnməsinə səbəb olur .[1]DQR uzun müddət mədə selikli qişasına təsiri nəticəsində reflüks-qastrit ( C- tip qastrit ) formalaşır .[1]Ancaq uzun müddət və intensiv davam edən reflüks kliniki əlamətlərlə müşahidə olunur. Xəstələrdə dillərində sarımtıl ərp, qarın nahiyəsində dəqiq lokalizasiya olmadan ağrı, dispepsiya ( gəyirmə, göynəmə ) müşahidə olunur. Bu əlamətləri olduqda pasientə FEQDS, ulstrasəs müayinəsi , sutkalıq pH metriya, elektroqastroenteroqrafiya təyin edilir. Turşuluğun təyini DQR olub-olmamasını və ağırlıq dərəcəsinin müəyyənləşdirmək üçün vacib meyar sayılır .[1] == Dərmanla müalicəsi == DQR müalicəsi mədə və duodenumun hərəkətinin ( motorikasının ) nizamlanması və öd turşularının , lizolesitinin mədəyə aqressiyasının neytrallaşdırılmasına yönəldilir. Duodenal möhtəviyyat əsasən mədə turşuluğunun olması fonunda zədələyici təsir göstərdiyindən müalicə zamanı proton nasosu ingibitorlarından da istifadə etmək tövsüyyə olunur . Motorikanı nizamlamaq üçün prokinetiklər, öd turşularınının selikli qişaya zədələyəci təsirlərinin qarşısını almaq üçün isə ursodezoksixol turşusu preparatları istifadə olunur [1] Bundan başqa DQR zamanı qaraciyərin , mədəaltı vəzin ,öd kisəsi və yollarının , bağırsaqların yanaşı gedən xəstəlikləri müalicə olunmalıdır. == Mənbə : == Белоусов С. С., Муратов С. В., Ахмад А. М. Гастроэзофагеальная рефлюксная болезнь и дуоденогастральный рефлюкс. — Н. Новгород: Изд-во Нижегородской государственной медицинской академии, 2005. — 120 с.