remilitarizasiya
renta
OBASTAN VİKİ
Renn (rayon)
Renn (fr. Rennes) — Fransanın Bretan regionun rayonlarından (fr. Arrondissement) biri. Departamenti — İl və Vilen. Suprefektura — Renn. Rayon əhalisi 2006-cı ildə 593 140 nəfər təşkil edirdi. Əhalinin sıxlığı — 266 nəf / km². Rayon sahəsi — 2228 km².
Renn FK
Renn – Fransanın futbol klubu.
Ceremi Renner
Ceremi Renner (ing. Jeremy Lee Renner; 7 yanvar, 1972, Kaliforniya, ABŞ) — Amerika aktyoru. == Həyatı == Ceremi Renner, boulinq salonun idarə edən Valeri və Li Rennerin ilk uşağı, Modesto, Kaliforniyada anadan olubdur.
Karl Renner
Karl Renner — Avstriya Sosyal-Demokrat Partiyasının qurucusu və Avstriyanın ikinci cumhuriyyətinin ilk prezidentidir. Əvvəllər parlament kitabxanasında calışırdı. Sosyaldemokratlara qatıldıqdan sonra dostları ilə birlikdə Avstriya Marksizminin önəmli təmsilçisi halına gəldi. Avstriya-Macarıstan impersiyasının federal şəkildə yenidən qurulmasını müdafiə etmişdi. == Tərcümeyi-hal == Karl Renner kəndli ailəsində on səkkizinci uşaq olmuşdur. Vyanada hüquq təhsili alıb və hüquq elmləri doktoru elmi dərəcəsinə yiyələnmişdir. 1896–1932-ci illərdə Parlamentin kitabxanaçısı vəzifəsində işləmiş və kitabxananın fondlarından öz tədqiqatlarına istifadə etmişdir. 1894-cü ildə Sosial Demokrat Partiyasının üzvü olmuşdur. 1907-ci ildən — Parlamentin üzvü, 1934-cü ilə qədər aşağı palatada işləmişdir. İlk Avstriya Respublikasının yaradılmasında iştirak etmişdir.
Miconia renneri
Miconia renneri (lat. Miconia renneri) — melastomakimilər fəsiləsinin mikoniya cinsinə aid bitki növü.
Rennera
Rennera (lat. Rennera) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid biki cinsi. == Növləri == Rennera eenii (S.Moore) Källersjö Rennera limnophila Merxm.
Renni Harlin
Renni Harlin (15 mart 1959[…]) — əslən finlandiyalı rejissor. Dünyaca məşhur rejissor çəkdiyi filmlərlədə dəfələrlə gündəmə gəlmişdir, bu filmlərdən Rusiya və Gürcüstan müharibəsinə aid "Avqustun 5 günü" döyüş janrlı film xüsusi ilə fərqlənir.
Renni Xaramilo
Renni Salen Xaramilo Barre (isp. Renny Salen Jaramillo Barre; 12 iyun 1998, Quayakil, Ekvador) — Ekvador təmsilçilərindən olan İndependente del Vale klubunda yarımmüdafiəçi kimi çıxış edən peşəkar Ekvador futbolçusudur. == Klub karyerası == Xaramilo peşəkar karyerasına Kito şəhərinin təmsilçisi olan Universidad Katolika klubunda başlamışdır. 2015-ci ildə Ekvadorun İndependente del Vale klubuna transfer olunmuşdur. O, peşəkar karyerasında debütünü 3 dekabr 2015-ci ildə Ekvador Premyer Liqasında Deportivo Kito klubuna qarşı oyunda etmişdir. == Milli karyerası == 2015-ci ildə Koroso Ekvadorun gənclərdən ibarət milli komandası ilə Paraqvayda keçirilən Cənubi Amerika Gənclər Çempionatında iştirak etmişdir. Turnirdə Koroso Çili, Boliviya, Braziliya, Paraqvay, Kolumbiya və iki dəfə Argentina və Uruqvay milli komandalarına qarşı oyunlarda meydana çıxmışdır. Boliviya millisinə qarşı oyunda Xaramilo bir qolla yadda qalmışdır. 2015-ci ildə Koroso Ekvadorun gənclərdən ibarət milli komandası ilə Çilidə keçirilən Gənclər arasında Dünya Çempionatında iştirak etmişdir. Turnirdə Koroso Honduras, Mali, Belçika, Rusiya və Meksika milli komandalarına qarşı oyunlarda meydana çıxmışdır.
Renningen
Renningen (alm. Renningen‎) — Almaniyanın Baden-Vürtemberq torpağının Stuttgart inzibati dairəsində şəhər. Sahəsi 31.13 km2, əhalisi 17235 nəfərdir (2006).
Çarlz Renni Makintoş
Çarlz Renni Makintoş (ing. Charles Rennie Mackintosh; 7 iyun 1868-10 dekabr 1928)— Şotland memarı, rəssamı, dizayneri. == Həyatı == Çarlz Renni Makintoş 7 iyun 1868-ci ildə Qlazqoda doğulub. Hələ uşaq ikən Çarlz səs-küylü məclislərdən uzaq olmuşdur. O ayaq xəstəliyindən əziyyət çəkirdi və bu uşağı oturaq həyat tərzinə məcbur edirdi. Çarlz bağ güllərinə həsr olunmuş “Herbarium” adlı çoxsaylı rəsmlər silsiləsi yaratmışdır. Uşaqlıqda gördüyü güllərlə zamanla yaratdığı interyerləri bəzədi. İlk peşə təhsilini Makintoş Qlazqodakı A. Qlenin İncəsənət məktəbində almışdır. 1885-ci ildən 1892-ci ilədək Çarlz F. Nyuberidən memarlıq dərsləri almış və memar C. Hatçensonun yanında praktika keçmişdir. 1889-cu ildə Makintoş “Honiman və Keppi” şirkətində çertyojçu olur.
Şərqi Rennel
Şərq Rennell YUNESKO-nun Ümumdünya İrs mirası olaraq təyin olunan Solomon adalarındakı Rennell adasının cənub hissəsidir. Rennell dünyanın ən böyük mərcan atoludur və bir çox endemik növ Teqano gölü ətrafındakı Rennellin şərq hissəsindədir. 2013-cü ildə Ümumdünya İrs Komitəsi, Şərq Rennellini Ümumdünya İrsi mirasına daxil etdi. == Ərazisi == Rennell Qərbi Sakit okean bölgəsində yerləşir və Solomon adalarının cənubundadır, təqribən 86 ilə 15 km məsafədədir. Dünyadakı ən böyük mərcan atollu 37.000 hektar ərazini tutur. Ərazi sıx meşə ilə örtülmüşdür və adanın cənub mərkəzində bir vaxtlar atoll olan Teqano gölüdür vardır. Gölün səthi dəniz səviyyəsindədir və əsasən kələ-kötürdür. Şərqi Rennel qayalıqlarla əhatə olunmuş və bir sıra kiçik əhəng daşı adalarından ibarətdir. 1998-ci ildə Dünya İrsi mirası olaraq təyin olunan Şərqi Rennell adanın cənub ucundadır. Ərazi siklonlar tərəfindən zərər görməyə həssasdır və "elmi tədqiqat üçün əsl təbii laboratoriya" hesab olunur.