Rennes Universiteti
Rennes Universiteti — Fransanın Rennes şəhərində ictimai tədqiqat universiteti.
Universitet ilk olaraq 4 aprel 1460-cı ildə Hersoq Brittani Universiteti kimi təsis edilmişdir və buradad bütün fənlər tədris edilirdi: İncəsənət, İlahiyyat, Hüquq, Tibb və s.
Dəqiq Elmlər fakültəsi 1840-cı yaradıldı və 5 şöbədən ibarət idir: Riyaziyyat, Fizika, Kimya, Zoologiya və botanika, Geologiya və mineralogiya
İmperiya dövründə yaradılmış Tibb məktəbi 1820-ci ildə orta məktəbə, 1895-ci ildə isə tam məktəbə çevrilmişdir.
1806-cı ildə Napoleon İmperator Universitetini quraraq bütün Fransa təhsil sistemini yenidən təşkil etdi. Rennes universitetinə Akademiya statusu verildi və beləliklə, hüquq və ədəbiyyat fakültələri açıldı.
İmperiya dövründə, 1820-ci ildə yaradılmış tibb məktəbi 1895-ci ildə tam Ali məktəbə çevrildi.
10 iyul 1896-cı il tarixli qanunun tətbiqindən sonra fakültələrdə islahatlar aparıldıqda, universitet Renn Universiteti adını aldı. Renn Universiteti o zaman Fransada 16 universitetdən biri idi və Kandan başqa qərbdə yeganə universitet idi.
II Dünya Müharibəsindən sonrakı dövrdə universitet daxilində bir neçə struktur dəyişildi.
1954-cü ildə Rennes Tibb Məktəbi tibb fakültəsinə çevrildi və universitetin bir hissəsi oldu.