rial
riayət
OBASTAN VİKİ
Rias Qremori
Rias Qremori (リアス・グレモリー, Riasu Guremorī) — İçiey İşibumi tərəfindən yazılmış və əsasında anime və manqa adaptasiyaları istehsal olunmuş "High School DxD" ranobe seriyasından personaj. Rias ranobe seriyasının protaqonisti İssey Hyodonun sevdiyi qızdır. O, mələklərin, iblislərin və düşmüş mələklərinin də təhsil aldığı Kuo Akademiyasının tələbəsidir. "High School DxD"-də hadisələr üç fərqli irqin – mələklərin, iblislərin və düşmüş mələklərin müharibə etdiyi dünyada baş verir. Yüksək dərəcəli iblis klanı olan Qremori klanının üzvü olan Rias düşmüş mələk Reyner tərəfindən öldürülən İsseyi xilas edir. Növbəti səhər oyanan İssey hər şeyin yuxu olduğunu düşünür, amma Riasın çılpaq vəziyyətdə otağında yatdığını görür. Rias özünün iblis olduğunu, onu iblis kimi yenidən diriltdiyini və onun ustası olduğunu açıqlayır. O, Kuo Akademiyasındakı Okkult Tədqiqat Klubunun başçısıdır. İssey və klubun digər üzvləri müxtəlif təşkilat və qurumlarla əlaqə saxlayırlar. Bəzən iblis təşkilatları onları Reytinq oyunları adlandırılan və klan üzvlərinin şahmat fiqurları rolunda çıxış etdikləri ölüm oyunlarına dəvət edir.
Rias dövrü
Rias dövrü və ya Rias ( yun. ῥύαξ rýax - lava axını deməkdir) — Paleoproterozoy erasında ikinci geoloji dövrdür və 2300 milyon il əvvəl ilə 2050 milyon il əvvəl arasında davam etmişdir. Bu tarixlər stratiqrafiyaya əsaslanmaq əvəzinə xronometrik olaraq təyin olunur.Bu dövrdə Buşveld kompleksi və digər oxşar formalaşmalar meydana gəlmişdir.Huronian buzlaşması Riasın başlanğıcında başlamış və 100 milyon il davam etmişdir.
Riaslar
Riaslar- (rus. риасы, ing. rias) dəniz sa­hili dağlıq olan ərazilərdə çay dərə­lərinin aşağılarına dənizin inqres­siyası nəticəsində əmələgəlmiş kör­fəzlər. İspaniyanın şimal-qərb, İr­lan­diyanın cənub-qərb sahilləri üçün səciyyəvidir.
Riasor
Riasor (isp. Estadio Municipal de Riazor) — İspaniyanın Qalisiya muxtar regionun La-Korunya şəhərində yerləşən futbol stadionu. "Deportivo La-Korunya" futbol klubu ev oyunlarını bu stadionda keçirir. Tamaşaçı tutumu 32.912 nəfərdir. Açılışı 28 oktyabr 1944-cü ildə olmuşdur. == Tarixi == Təməli 1993-cü ildə qoyulmuş stadionun memarı Santyaqo Rey Pedreyradır. 28 oktyabr 1944-cü ildə stadionun təntənəli açılışı olmuşdur. Açılış oyununda "Deportivo" və "Valensiya" komandaları qarşılaşıblar. Bu görüş 2:3 hesabı ilə qonaqların xeyrinə başa çatıb. Stadion 1982-ci ildə futbol üzrə dünya çempionatının qrup mərhələsinin üç oyununu qəbul edib.
анальги́я вскло́чиваться мракобе́сный нака́пливание пересу́живание самокру́тка турбогенера́тор черво́нный анома́льщик забре́зжить израсхо́дование козы́рный королько́вый куда́-либо перебо́рщица подо́хнуть попринима́ть фряг alieni juris boracic compressionism Lone Ranger priest запань капилляр