AQAT

минерал.
I
сущ. агат (полудрагоценный камень из породы кварцев)
II
прил. агатовый. Aqat həvəng агатовая ступка
AQAR-AQAR
AQAVA
OBASTAN VİKİ
Aqata Barbara
Aqata Barbara (ing. Agatha Barbara 11 mart 1923 – 4 fevral 2002) — Maltanın dövlət xadimi və siyasətçisi, 1982-1987-ci illərdə Malta prezidenti. == Bioqrafiyası == Karyerasına məktəbdə müəllim kimi başlamışdır (1942-1947). 1946-cı ildən siyasətdə fəal iştirak edir və Leyborist Partiyasına qoşulur. 1947-ci ildə Malta Leyborist Partiyasının İcraiyyə Komitəsinin üzvü olur və Maltanın Nümayəndələr Palatasına seçilir. Ölkədə ilk qadın millət vəkili kimi tarixə düşür. Sonradan 1982-ci ildə deputatlıqdan könüllü istefaya qədər Malta Parlamentinin də istisnasız olaraq bütün seçkilərdə deputat seçilir. 1955-ci ildə təhsil və mədəniyyət nazirinin portfelini təhvil alır. Bununlada ilk Malta qadın naziri olur. Təhsilin geniş əhali üçün daha əlçatan olmasına yönəlmiş bir islahatı həyata keçirir.
Aqata Kristi
Aqata Meri Klarissa Miller (ing. Agatha Mary Clarissa Miller; 15 sentyabr 1890[…] – 12 yanvar 1976[…]) — ingiltərəli yazıçı, dramaturq, detektiv janrının kraliçası. Daha çox birinci ərinin soyadı ilə Aqata Kristi (ing. Agatha Christie) kimi tanınır. O, dünyanın ən məşhur detektiv yazıçılarından biridir. Aqata Kristinin əsərləri bəşər tarixində (Bibliya və Uilyam Şekspirin əsərlərindən sonra ikinci) ən çox nəşr olunan, eyni zamanda ən çox tərcümə olunan əsərlərdən birinə çevrildi (7236 tərcümə). O, 60-dan çox detektiv romanı, 6 psixoloji romanı (Mary Westmacott təxəllüsü ilə) və 19 hekayələr toplusunu nəşr etdirib. Onun 16 pyesi London teatrlarında tamaşaya qoyulub. Kitabları 4 milyard nüsxədən çox nəşr olunub və 100-dən çox dilə tərcümə olunub. O, həmçinin bir əsərin teatr tamaşalarının maksimum sayına görə rekorda sahibdir.
Aqata mükafatı
Aqata mükafatı — Aqata Kristinin şərəfinə ədəbiyyatçılara təltif olunan mükafat. Bundan əlavə bir neçə il mistika janrında dəyərli fəaliyyəti olan fəxri şəxslərə ənənəvi olmayan Poirot mükafatı verildi. Lakin bu davamlı mükafat deyil. Aqata mükafatı mistika və cinayət janrının klassik mistika bölməsində (seksual və zorakılıq səhnəsi olmayan həvəskar detektiv janrı) yazan yazıçılara təltif olunur. Bu mükafat növü adətən hər il Vaşinqtonda Malice Domestic Ltd tərəfindən altı kateqoriyada verilir: Ən yaxşı roman. İlk ən yaxşı mistika. Ən yaxşı tarixi roman. Ən yaxşı qısa hekayə. Ən yaxşı qeyri-bədii əsər. Ən yaxşı uşaq mistikası.
Aqatis
Aqatis (lat. Agathis) — bitkilər aləminin çılpaqtoxumlular şöbəsinin i̇ynəyarpaqlılar sinfinin i̇ynəyarpaqlılar dəstəsinin araukariyakimilər fəsiləsinə aid bitki cinsi.
Aqatti
Banqaram adası (malaya. അഗത്തി ഐലന്റ്) — Lakkadiv adaları daxil olan kiçik bir ada. Materikdən 350 km aralıda yerləşir. == Təsviri == Ada cənub-qərbdən şimal-şərqə doğru uzanır:uzunluğu 8 km, eni 900 metrdir. Ada hər tərəfdsən mərcan rifləri ilə örtülüdür. sahil sularında tuna balığının sənaye əhəmiyyətli ovu təşkil edilir. == Turizm == Adada hava limanı fəaliyyət göstəritr. Bu Lakkadiv adalarında yeganədir. Adada məscid və 20 yerlik otel fəaliyyət göstərir. Adaya uçuşlar həyata keçirilir.
Aqattu adası
Aqattu adası (ing. Agattu Island, aleut. Angatux̂) — Aleut adaları arxipelaqına daxil olan Near adaları qrupunun böyük adası. İnzibati cəhətdən bütün Aleut adaları kimi o da ABŞ-nin Alyaska ştatının bir hissəsidir. == Coğrafiya == Adadan Kamçatkaya (Afrika burnu) ən qısa məsafə 773 km, Alyaskanın materik hissəsinə qədər olan məsafə 1525 km-dir. Attu təxminən 31 km uzunluğa və 18 km enə malikdir. Sahəsi 221,593 km²-dir. Aqattu vulkan mənşəlidir. Maksimum hündürlüyü dəniz səviyyəsindən 632 m-dir. Adada otlar, mamırlar və şibyələr bitir.

Значение слова в других словарях